QURUCU – DAĞIDICI Uşağı mübarizə və qurucu həyata hazırlamaq lazımdır (S.Rəhimov); Dalğanın dağıdıcı zərbəsinə davam gətirməyib yıxıldı (“Azərbaycan q
QURULAMAQ – İSLATMAQ Zöhrə suya çəkməkdə olduğu paltarı sərib qurtardı, əlini quruladı (Ə.Vəliyev); Gözlərindən tökülən isti yaşlar isə açıq sinəsini
QURULANMAQ – İSLANMAQ Təhminə qurulanırdı (Anar); Gəldiyev gələn kimi düyü islanır, qazan asılırdı (Mir Cəlal)
QURULMAQ – DAĞILMAQ Nuxada yeni fabriklər, zavodlar qurulmuşdu (İ.Əfəndiyev); Ağlım başımda olmadığından dəzgahda qəzaya yol vermişdim, hər şeyi sınıb
QURULUQ – BATAQLIQ Adanın quruluq hissəsində oturub dənizə baxırdıq. Gəl danışaq ki, bataqlığa gedən namərddir (M
QURUMAQ – GÖYƏRMƏK Hər yay arxdan su daşıyıb, bu ağacı qurumağa qoymamışdı (M.İbrahimov); Qar əriyir, sellər axır, ot göyərir səhrada (C
QUSMAQ – UDMAQ ...Qan sorub şişdikdə sahibi onları sıxır, tamam sorduqları qanı qusurlar (M.F.Axundzadə); Biz hava istərik, təmiz bir hava; hava qoxla
QUŞBEYİN – AĞILLI İndi onlar, o quşbeyin Məmiş də qəmiş olub keçiblər yazığın boğazına (İ.Fərzəliyev); Qulam, göz dəyməsin, çox ağıllıdır, bizi hər gö
QUZEY – GÜNEY Gərək o adamın dədəsinə od vurasan və elə vurasan ki, heç bilməsin ki, bəla güneydən gəldi, ya quzeydən (N
QUZULAMAQ – BƏRKİMƏK Bir tərəfi quzulayıb ot saçaqları saxlanan bir təpədə iri qol-qanadlı qurumuş bir ağac vardı (Çəmənzəminli); Rüstəmə elə gəldi ki
QÜDRƏTLİ – ZƏİF Qüdrətli yurdumuza; hər sənətkar gərəkdir (M.Rahim); Düşmən o qədər də zəif deyildi (S
QÜDRƏTLİLİK – GÜCSÜZLÜK Rəşidin qüdrətliliyinə hamı bələd idi. İşləyəndə öz gücsüzlüyünü hiss etdi
QÜDSİYYƏT – EYBƏCƏRLİK Cavab ver, odlar gəlini! Axır bütün ümid sənin qüdsiyyətindədir (C.Cabbarlı); Vəlini düşündürən bütün eybəcərliyi ilə hiss etdi
QÜRRƏLİ – XOFLU Gah elə qürrəli, gah elə xoflu; Hamımız bir səsli, bir adam kimi; Hamı cilovludur, hamı buxovlu; Hamı da sozalan yağsız şam kimi (M
QÜRUB – MƏŞRİQ Onlar hadisə yerinə çatanda gün qüruba əyilmişdi (T.Kazımov); Gün məşriqdən doğur
QÜRURLU – TƏVAZÖKAR Bu dağlar qucağında bəslədiyim adamlar kimi qürurlu idi (S.Vəliyev); Xoşuna gələn odur ki, çox təvazökardır (M
QÜSSƏ – NƏŞƏ Nəşənin qədrini bilməzdi insan; Qüssə olmasaydı, qəm olmasaydı (M.Rahim)
QÜSSƏLƏNMƏK – ŞADLANMAQ Sanki Mənsurənin məyusluğuna qüssələnməkdənsə, şadlanırdı (S.Qədirzadə). QÜSSƏLƏNMƏK – ŞƏNLƏNMƏK O, səhər tezdən Silanı yola s
QÜSSƏLİ – ŞAD İnsanların əksəriyyəti ya çox qüssəli, ya da çox şad dəqiqələrində ağlayırlar (M.İbrahimov)
QÜSSƏLİLİK – ŞƏNLİK Payızın son ayı qüssəliliyi andırır. Uşağın dünyaya gəlməsi evə bir şənlik gətirmişdi (Çəmənzəminli)
QÜSURLU – TƏMİZ Mən də onlardanam, baxışım qüsurlu, gözüm zəifdir (M.Talıbov); Bütün fəsillərdə qanı qaynayan; mehriban balalar safdır, təmizdir (C
QÜSURSUZ – NAQİS Əməliyyatı qüsursuz yerinə yetirdiyini düşünüb dedi (C.Əmirov); Bu yaşa gəlmişəm, məndən bir pis söz, bəd hərəkət, naqis əməl görməmi
QÜVVƏTLƏNMƏK – ZƏİFLƏMƏK Gecədən əsməyə başlayan yay küləyi yavaş-yavaş qüvvətlənir (M.Hüseyn); Bu səs nə qədər zəifləmişdi (M
QÜVVƏTLİ – ZƏİF Qüvvətli zəifi basacaq, əzəcək (S.S.Axundov)
QÜVVƏTSİZ – GÜCLÜ Lakin qızışmış köhlən at qüvvətsiz uşağa qulaq asmadı (S.S.Axundov); Sanki güclü şimşək çaxdı, buludlar parçalandı, asiman guruldadı
QÜVVƏTSİZLİK – GÜCLÜLÜK Qüvvətsizliyi onu əldən salmışdı. Fənd işlədə bilməsə də, güclülüyü sayəsində rəqibinə qalib gəldi
LAQEYD – CİDDİ Hürü isə bu baxışlara qarşı laqeyd görünürdü (M.İbrahimov); Ostapenko ciddi, iti, əsəbi bir halda işləyirdi (Mir Cəlal)
LAQEYDLƏŞMƏK – CİDDİLƏŞMƏK Növrəstə laqeydləşdi (M.Eynullayeva); Salman dərhal ciddiləşdi (M.İbrahimov)
LÜLQƏNBƏR – AYIQ Bir gün görəydin lülqənbər çıxıb kolxoz idarəsinin qabağındakı iri palıd kötüyünün üstünə (H
LÜMLÜT – GEYİMLİ Səlim ağanın dalından dəyib lümlüt çölə atır (M.İbrahimov); Geyimli bayıra çıxdı (“Azərbaycan”)
LÜT – ƏHVALLI Lütəm, artıq bütün varım getdi (S.Rüstəm); Belə baxanda çox qanacaqlı, əhvallı adama oxşayırdı (S
LÜTLƏMƏK – GEYİNDİRMƏK Qışın oğlan çağında onu lütləyib yola salmaq yox, geyindirmək lazımdır (“Ulduz”)
MAFRAQ – BƏRK Ağacın budağı çox mafraqdır, tez sınacaqdır. Palıd uzunömürlü, bərk ağacdır
MAĞMUN – ZİRƏK O da sənin kimi utancaq, mağmunun biri idi (Mir Cəlal); Zirəkdir, gözüaçıqdır, işdən tez baş açandır (M
MAHİR – ACİZ Gülpəri də öz işində mahirdir (Ə.Haqverdiyev); Lakin yenə də özü yeriməkdə aciz idi (M.İbrahimov)
MAHİRLİK – ACİZLİK İşə qarşı onda xüsusi bir mahirlik var. Sonra ürəyi yumşaldı, acizliyini büruzə verdi (M
MAJOR – MİNOR Major, minor. Bəm, ya zil. Bunlardır, ən şad, ən ümidsiz nəğmələrin anası (R.Rza)
MAKSİMAL – MİNİMAL İndi hər bir peşə sahibindən minimal yox, maksimal bilik tələb olunur (“Azərbaycan”)
MAKSİMUM – MİNİMUM Veteranlara maksimum qayğı göstərilməlidir. Bu işin yerinə yetirilməsi üçün minimum vaxt verilir
MALBAŞ – DƏRRAKƏLİ Malbaş uşaqdır. Başına heç nə girmir (“Ulduz”); O oğlan yaşda səndən kiçikdir, amma qat-qat dərrakəlidir (S
MARAQ – ŞÜBHƏ Maraq dolu gözəm mən: baxmaya bilmərəm (R.Rza); Onu sevəcəyinizə şübhəm yoxdur (M.İbrahimov)
MARAQLI – BOŞ Dinləyirdim maraqlı söhbətini: qoca müəllimin (R.Rza); Mən and içirəm ki, boş sözdü (Mir Cəlal)
MARAQSIZ – MƏNALI Əsər maraqsızdır, oxumaq olmur (“Azərbaycan”); Bu gün hər şey gözəl, hər şey mənalıdır, – dedi (M
MATƏM – SEVİNC Matəm içindədirlər gördülər hamı (M.Rahim); Bu kəndin əhalisi elə bil sevincdən yatmaq istəmirdi (S
MATƏMLİ – ŞAD O qara matəmli günləri unut (S.Rüstəm); Qonaq cənnətə düşmüş kimi, heyran və şad idi (Mir Cəlal)
MAYMAQ – GÖZÜAÇIQ – Görmürsən, maymağın biridir (M.İbrahimov); Yəqin o şofer bacarıqlı adamdır, gözüaçıqdır (M
MAYMAQLIQ – GÖZÜAÇIQLIQ Maymaqlıqdan nə çıxar, gözüaçıqlıq lazımdır
MEHRİBAN – SƏRT Üzünü Silaya tutub mülayim və mehriban səslə dedi (S.Vəliyev); Yollar uzun, mənzil uzaq; sərt daşlara dözmür ayaq (R
MEHRİBANÇILIQ – ƏTİACILIQ O gündən onların arasındakı mehribançılıq ədavətə çevrilir (M.İbrahimov); Ətiacılıq onun canında var (M
MEHRİBANLAŞMAQ – SƏRTLƏŞMƏK Günəş mehribanlaşır; Bağçada gül üşümür (R.Rza); Mələyin ürəyi sərtləşirdi (M