QRUPLAŞMAQ – BÖLÜŞMƏK Sabirin əsərlərini janra görə qruplaşdırmaq da həmişə müəyyən çətinliklər törədir (M
QUBAR – SEVİNC Zülmətin yer üzünü qaplaması; Qəlblərdə oyandırırdı qubar (C.Cabbarlı); Gözlərində sevinc işartısı vardı (S
QUBARLANMAQ – SEVİNMƏK – Ə, ay Fikrət, adamın ürəyini niyə partladırsan, niyə belə qubarlanırsan? (M
QUBARLI – FƏRƏHLİ Dərdli, qubarlı aşiq; Gəlib görüşür yenə (M.Rahim); Raykom katibi ürəkdən gələn fərəhli bir səslə dedi (Ə
QUCAQLAŞMAQ – ARALANMAQ Bəs elə isə gəl ağuşuma, qucaqlaşalım (C.Cabbarlı); Güləsər ondan aralanıb evlərinə doğru yollandı (İ
QUDUZ – MÜLAYİM Qurban olum, qardaş! Bunlar çox quduz adamdırlar. Sərhesab ol (N.Vəzirov); Sadə, mülayim xasiyyətli, ağıllı, tərbiyəli qadın idi (S
QUDUZLAŞMAQ – MÜLAYİMLƏŞMƏK Ana, quduzlaşır həyat, ilbəil; Dalayır puç olan ümidlərimi (B.Vahabzadə); Rövşən oğlunu sərt qarşıladı, sonra mülayimləşdi
QUL – AĞA İndi mən sənə nökərəm, mən sənə qulam, gəl, gəl barışaq (C.Məmmədquluzadə); Doğru deyir, ağa, onlar heç vaxt özlərini bu ağzıbirə salmazlar
QULDUR – RƏHMLİ İndi ona yaxın düşməkmi olar? Özü güclü-zorlu, başında qolu-zorba quldurlar (M.Rzaquluzadə); Nə üçün onların içərisində rəhmli şəxslər
QULDURLUQ – RƏHMLİLİK Balam, mən saqqalımın bu ağ vaxtında necə sizə izin verim ki, gedib quldurluq edəsiniz (C
QUNDAQLAMAQ – AÇMAQ Adını Leyla qoyub, qızı qundaqladılar (S.Rüstəm); Uşağın qundağını açdılar
QURAQ – YAĞAR Göy xəsis, yer ondan betər; Quraq yerdə toxum yanar (A.Şaiq); Yağar aylarda yerə şitil basdırmaq çətin olur
QURAQLIQ – YAĞARLIQ Quraqlıq bir dərəcədə idi ki, baharın orta ayında otlar saralıb, quruyurdu (A.Şaiq); Bu hadisə yağarlıqla əlaqədardır (Ə
QURAŞDIRMAQ – DAĞITMAQ Sökdüyü təkəri quraşdırıb yerinə keçirdikdən sonra üst-başını çırpıb ayağa durdu (İ
QURDLU – SAF Salman dayı, bu cür, qurdlu qaysılar da sizindir? (A.Şaiq); Bu alma safdır. QURDLU – TƏMİZ Onun gözü ac, ürəyi qurdlu idi (M
QURĞU – MÜSİBƏT Zülmünü aşkar qıldın nümayan; Qurğular pozulub, sanlar itibdir (Aşıq Ələsgər); Kino tamaşalarına bilet almaq müsibət idi (S
QURMAQ – DAĞITMAQ Qururuq biz çayların üstündə asma körpü (S.Rüstəm); Hər şey yanıb dağılmış, yerlə yeksan olmuşdur (S
QURTARACAQ – BAŞLANĞIC Meşənin qurtaracağına iki verst qalmış bir atlı, yaraqlı adam Cəfərin qabağını kəsdi (S
QURTARMAQ – BAŞLAMAQ Danışan qazmaçı bir neçə kəlmə ilə sözünü qurtardı (M.İbrahimov); Başlasın qoy bu adla; Gəncliyin xoş nəğməsi (S
QURTULMAQ – TUTULMAQ Biz bu ərəb yırtıcılarından, bu vəhşi əlbəyilərdən qurtulmalıyıq (C.Cabbarlı); Onlar Kipianinin nə üçün tutulduğunu soruşur, bu i
QURTULUŞ – ƏSARƏT Əlində tutduğun o böyük məşəl; Göstərir aləmə qurtuluş yolu (S.Vurğun); Könül bir quşdur ki, sevməz əsarət; Daim çırpınır, istəyir h
QURU – ƏSASLI Elm adına bir quru böhtandı bu! Nifrətə şayandı bu! (M.Ə.Sabir); ...Kolxozun rəhbər işçiləri əsaslı səbəb olmadan və rayon təşkilatları
QURUCU – DAĞIDICI Uşağı mübarizə və qurucu həyata hazırlamaq lazımdır (S.Rəhimov); Dalğanın dağıdıcı zərbəsinə davam gətirməyib yıxıldı (“Azərbaycan q
QURULAMAQ – İSLATMAQ Zöhrə suya çəkməkdə olduğu paltarı sərib qurtardı, əlini quruladı (Ə.Vəliyev); Gözlərindən tökülən isti yaşlar isə açıq sinəsini
QURULANMAQ – İSLANMAQ Təhminə qurulanırdı (Anar); Gəldiyev gələn kimi düyü islanır, qazan asılırdı (Mir Cəlal)
QURULMAQ – DAĞILMAQ Nuxada yeni fabriklər, zavodlar qurulmuşdu (İ.Əfəndiyev); Ağlım başımda olmadığından dəzgahda qəzaya yol vermişdim, hər şeyi sınıb
QURULUQ – BATAQLIQ Adanın quruluq hissəsində oturub dənizə baxırdıq. Gəl danışaq ki, bataqlığa gedən namərddir (M
QURUMAQ – GÖYƏRMƏK Hər yay arxdan su daşıyıb, bu ağacı qurumağa qoymamışdı (M.İbrahimov); Qar əriyir, sellər axır, ot göyərir səhrada (C
QUSMAQ – UDMAQ ...Qan sorub şişdikdə sahibi onları sıxır, tamam sorduqları qanı qusurlar (M.F.Axundzadə); Biz hava istərik, təmiz bir hava; hava qoxla
QUŞBEYİN – AĞILLI İndi onlar, o quşbeyin Məmiş də qəmiş olub keçiblər yazığın boğazına (İ.Fərzəliyev); Qulam, göz dəyməsin, çox ağıllıdır, bizi hər gö
QUZEY – GÜNEY Gərək o adamın dədəsinə od vurasan və elə vurasan ki, heç bilməsin ki, bəla güneydən gəldi, ya quzeydən (N
QUZULAMAQ – BƏRKİMƏK Bir tərəfi quzulayıb ot saçaqları saxlanan bir təpədə iri qol-qanadlı qurumuş bir ağac vardı (Çəmənzəminli); Rüstəmə elə gəldi ki
QÜDRƏTLİ – ZƏİF Qüdrətli yurdumuza; hər sənətkar gərəkdir (M.Rahim); Düşmən o qədər də zəif deyildi (S
QÜDRƏTLİLİK – GÜCSÜZLÜK Rəşidin qüdrətliliyinə hamı bələd idi. İşləyəndə öz gücsüzlüyünü hiss etdi
QÜDSİYYƏT – EYBƏCƏRLİK Cavab ver, odlar gəlini! Axır bütün ümid sənin qüdsiyyətindədir (C.Cabbarlı); Vəlini düşündürən bütün eybəcərliyi ilə hiss etdi
QÜRRƏLİ – XOFLU Gah elə qürrəli, gah elə xoflu; Hamımız bir səsli, bir adam kimi; Hamı cilovludur, hamı buxovlu; Hamı da sozalan yağsız şam kimi (M
QÜRUB – MƏŞRİQ Onlar hadisə yerinə çatanda gün qüruba əyilmişdi (T.Kazımov); Gün məşriqdən doğur
QÜRURLU – TƏVAZÖKAR Bu dağlar qucağında bəslədiyim adamlar kimi qürurlu idi (S.Vəliyev); Xoşuna gələn odur ki, çox təvazökardır (M
QÜSSƏ – NƏŞƏ Nəşənin qədrini bilməzdi insan; Qüssə olmasaydı, qəm olmasaydı (M.Rahim)
QÜSSƏLƏNMƏK – ŞADLANMAQ Sanki Mənsurənin məyusluğuna qüssələnməkdənsə, şadlanırdı (S.Qədirzadə). QÜSSƏLƏNMƏK – ŞƏNLƏNMƏK O, səhər tezdən Silanı yola s
QÜSSƏLİ – ŞAD İnsanların əksəriyyəti ya çox qüssəli, ya da çox şad dəqiqələrində ağlayırlar (M.İbrahimov)
QÜSSƏLİLİK – ŞƏNLİK Payızın son ayı qüssəliliyi andırır. Uşağın dünyaya gəlməsi evə bir şənlik gətirmişdi (Çəmənzəminli)
QÜSURLU – TƏMİZ Mən də onlardanam, baxışım qüsurlu, gözüm zəifdir (M.Talıbov); Bütün fəsillərdə qanı qaynayan; mehriban balalar safdır, təmizdir (C
QÜSURSUZ – NAQİS Əməliyyatı qüsursuz yerinə yetirdiyini düşünüb dedi (C.Əmirov); Bu yaşa gəlmişəm, məndən bir pis söz, bəd hərəkət, naqis əməl görməmi
QÜVVƏTLƏNMƏK – ZƏİFLƏMƏK Gecədən əsməyə başlayan yay küləyi yavaş-yavaş qüvvətlənir (M.Hüseyn); Bu səs nə qədər zəifləmişdi (M
QÜVVƏTLİ – ZƏİF Qüvvətli zəifi basacaq, əzəcək (S.S.Axundov)
QÜVVƏTSİZ – GÜCLÜ Lakin qızışmış köhlən at qüvvətsiz uşağa qulaq asmadı (S.S.Axundov); Sanki güclü şimşək çaxdı, buludlar parçalandı, asiman guruldadı
QÜVVƏTSİZLİK – GÜCLÜLÜK Qüvvətsizliyi onu əldən salmışdı. Fənd işlədə bilməsə də, güclülüyü sayəsində rəqibinə qalib gəldi
LAQEYD – CİDDİ Hürü isə bu baxışlara qarşı laqeyd görünürdü (M.İbrahimov); Ostapenko ciddi, iti, əsəbi bir halda işləyirdi (Mir Cəlal)
LAQEYDLƏŞMƏK – CİDDİLƏŞMƏK Növrəstə laqeydləşdi (M.Eynullayeva); Salman dərhal ciddiləşdi (M.İbrahimov)