KƏNAR – YAXIN Onun yanına kənar və yaxın adamlar toplaşmışdılar (“Azərbaycan”)
KƏNARDA – YAXINDA Salman yastıqlanaraq kənarda oturmuşdu (M.İbrahimov); Bu arada, yaxında dörd-beş əl şiddətli tapança atılır (H
KƏSƏ – DOLANBAC Kəsə yolla getsək, onlara çatarıq. Cığır dolanbac yol kimi əyri idi, on addım qabağı görmək olmurdu (M
KƏSƏRLİ – KÜT O indi aciz və küt bir mətbəx bıçağı deyil, sınaqlardan çıxmış kəsərli bir qılınc kimi idi (Mir Cəlal)
KƏSİCİ – KÜT Baxışlar xəncər kimi kəsicidir (M.İbrahimov); Bu elə kütdür ki, heç yerə də qoymaz (S.S
KƏSİR – ARTIQ Gəl, gəl ki, yoxaldaq hər cəbhədə kəsiri (S.Rüstəm); Bıy, ay kişi, məndə artıq heyvan nə gəzir (M
KƏSKİN – ZƏİF Sual kəskin və amansız idi (C.Məmmədov); Onun cavabları çox zəif idi (“Azərbaycan”)
KƏSKİNLƏŞMƏK – ZƏİFLƏŞMƏK Nigarançılığın göyərtisi getdikcə kəskinləşirdi (S.Sərxanlı); Qızdırma ürəyi çox zəiflədir (M
KƏSKİNLİK – ZƏİFLİK İnsanların gözlərində, baxışlarında, hərəkətlərində dərhal diqqəti cəlb edən bir kəskinlik vardı (M
KƏSMƏ – DOLAMA Buradan kəsmə enmək mümkün idi (S.Vəliyev); Adamlar həmin boşluq ətrafındakı yolla dolama gedəcəkdir (S
KİÇİK – BÖYÜK Nə böyüyün yerini bilirsiniz, nə kiçiyin (C.Cabbarlı). KİÇİK – YEKƏ İdealları yekə; Ürəkləri kiçik (R
KİÇİKLİ – BÖYÜKLÜ 24 ölkə gəzdim; böyüklü, kiçikli (R.Rza)
KİÇİKLİK – BÖYÜKLÜK Əlbəttə, əlbəttə, biz həmişə kiçikliyinizdə varıq (C.Cabbarlı); Başın böyüklüyü yiyəsinə donuz güldürər (Ata
KİÇİLMƏK – BÖYÜMƏK Niyə kiçildim; Nə oldu birdən (İ.Tapdıq); Bunu, əziz ata, ona görə yazıram ki, bilsən, mən daha böyümüşəm (S
KİFİR – GÖZƏL Həmişə gözəl qızlar kifir kişilər haqqında bu cür düşünürlər (C.Əmirov)
KİFİRLƏŞMƏK – GÖZƏLLƏŞMƏK Arıqladıqca kifirləşir. Siz isə gündən-günə cavanlaşır, daha da gözəlləşirsiniz (C
KİFİRLİK – GÖZƏLLİK – Yox canım! Qumru hara, belə kifirlik, neybətlik hara! (Mir Cəlal); Qırmızı paltar və üzünə tökülən qara zülflər qızın nazik bədə
KİFLİ – SAF Onda onun kifli, üfunətli düşüncələrində bitdən sirkəyədək nə desən tapılardı (Mir Cəlal); Mavi, saf sular sakitsakit axırdı (S
KİLİDLƏNMƏK – AÇILMAQ Dili kilidləndi (Ə.Vəliyev); Əhmədin boğazı açıldı, dili söz tutdu (Ə.Vəliyev)
KİLİDLİ – AÇIQ Qapı kilidli idi. Onun başı açıq idi (Ə.Vəliyev)
KİLKƏLİ – TƏMİZ O qab təmiz deyil, dibi kilkəlidir
KİN – MƏHƏBBƏT Qoy bu sonsuz məhəbbət günəş kimi var olsun! Onlara verməz aman kinimin dalğaları (S.Rüstəm)
KİNLİ – SAKİT Sakit ağaclar; Kinli dolunun; hərbinə düşür (İ.Tapdıq)
KİNSİZ – ƏDAVƏTLİ Güllü qarının xasiyyəti mülayim, ürəyi kinsizdir (T.Kazımov); Ondan özünü gözlə, ədavətli adamdır (“Ulduz”)
KİP – BOŞ Sonuncu dəfə Məstan otağa girəndə qapı kip örtüldü (T.Məmmədov); Pəncərə boş bağlanıb
KİRİMƏK – QIŞQIRMAQ Əllərini bir-birinə vurub kiridi (Mir Cəlal); Qədir sözünü qurtarmamışdı ki, bəy qışqırdı (Mir Cəlal)
KİRLİ – TƏMİZ İdris tərli, kirli corablarını gizləmək üçün çəkməsini ayağına taxdı (Mir Cəlal); Sütuna vurduğu mıxdan tiftikli təmiz məhrəba asmışdı (
KİRLİLİK – TƏMİZLİK Bu qızın ancaq bilikdir, təmizlikdir zinəti (H.Cavid); Onun əynindəki paltarların kirliliyi pintiliyindən irəli gəlir
KİŞİ – ARVAD Arvadın hünəri nədir ki, kişiyə əl atsın (S.S.Axundov)
KİŞİLƏNMƏK – ARVADLANMAQ – Ay kimsən? – deyə Mikola səsinə güc verib yaşına münasib olmayan bir tərzdə kişiləşdi (S
KOBUDLUQ – ZƏRİFLİK Kobud dedim, kobudluq yerində xoşa gəlir (S.Rüstəm); Tıqqıltının zərifliyindən duydum ki, qadın barmaqlarıdır (S
KOLLEKTİV – TƏKBAŞINA Bu işin öhdəsindən kollektiv gələ bilər. Təkbaşına iş görmək də çətindir (M.S.Ordubadi)
KOLLEKTİVLƏŞMƏK – FƏRDİLƏŞMƏK Buna görə də əmək kollektivləşməli və istehsal vasitələri kollektivin əlində olmalıdır (C
KOMALAŞMAQ – DAĞILMAQ Qadınlar komalaşdılar (Mir Cəlal); Vətəndaşlar, xahiş edirəm, dağılın (S.Qədirzadə)
KOMİK – QARAQABAQ ...Dəhşətli faciədə komik rol oynayan istedadsız bir aktyor qədər miskindir (M.Hüseyn); Evində və kənarda bəzən əsəbi, qaraqabaq, qa
KONKRETLƏŞMƏK – ABSTRAKTLAŞMAQ Fikri abstraktlaşdırmaq yox, konkretləşdir ki, dinləyici özü üçün bir nəticə çıxartsın (“Ulduz”)
KONKRETLİK – ABSTRAKTLIQ Cavab konkretlikdən çox uzaqdı, buna görə də Bəşirli onun sözünü kəsdi (Ə.Vəliyev); Gəl sən abstraktlıqdan uzaqlaş, bu heç kə
KORAFƏHM – FƏRASƏTLİ O, korafəhm deyil, Bilal (G.Hüseynoğlu); Fərasətlidir, Allah başacan eləsin (G.Hüseynoğlu)
KORAZEHİN – FƏRASƏTLİ Korazehin uşaqdır, məsələni çətin anlayır (“Azərbaycan”); Belə halda cürətli, cəld, güclü, fərasətli adam qalib gəlir (S
KORŞALMAQ – KƏSƏRLƏŞMƏK Bıçağı bülövə çəkdim, indi kəsərləşib. Bu qılınc isə çox korşalmışdı (M.İbrahimov)
KORTƏBİİ – ŞÜURLU İşə kortəbii yox, şüurlu yanaşmaq fayda verə bilər
KOSMOPOLİT – NİHİLİST Nə nihilist deyən var, nə də ki, kosmopolit (R.Rza)
KOŞ – İTİ Bircə koş bıçaq da dəyməsin gözə (C.Novruz); Onların dişi neştərdən də itidir (A.Məmmədrza)
KÖHNƏ – TƏZƏ Təzə qoltuqlarda köhnə falçılar; Nə qədər baş-başa gəlməliyik biz (H.Hüseynzadə)
KÖHNƏLİK – TƏZƏLİK Atar köhnəliyi üstündən tamam... (M.S.Ordubadi); Gözüm də, ürəyim də təzəlik axtarır (S
KÖHNƏLMƏK – TƏZƏLƏNMƏK Düzdür, amma fikirləri də, özü də bir az köhnədir (M.İbrahimov); Ala gözlərini gördüm; Təzələndi köhnə dərdim (Aşıq Ələsgər)
KÖK – ARIQ Yasəmən, gör sənə nə kök qırqovul ovlamışam (S.S.Axundov); Saralmışın biridir, uzun, özü də arıq (C
KÖKƏLMƏK – ARIQLAMAQ Bəlkə heç kökəlməyəcəyəm (S.S.Axundov); O, Kiçik bəy kök, dolğun bir adamdı, arıqlamaq üçün çox səy edirdi (S
KÖKLÜ – ƏSASSIZ Sənin gətirdiyin dəlillər köklü deyil, əsassızdır
KÖKLÜK – ARIQLIQ Dayıdostum anamın köklüyünə işarə ilə söhbətə qarışdı (S.Qədirzadə); At arıqlıqda, igid qəriblikdə (Ata