TAM – YARIMÇIQ Məsələ tam həll olundu. Hə, kapitan, sözüm yarımçıq qaldı (C.Əmirov)
TAMAHKAR – GÖZÜTOX O bilirdi ki, anası tamahkardır (İ.Fərzəliyev); Gözütox adamın müdrik göz yaşı; Qorxunun tikili binası – insaf (S
TAMAHKARLIQ – GÖZÜTOXLUQ Ancaq bir neçə vaxtdan sonra tamahkarlıq Baloğlana güc gəldi (C.Əmirov); İnsandakı yaxşı cəhətlər elə gözütoxluqla da bağlıdı
TANIMAQ – DANMAQ At minicisini tanıyar (Ata. sözü) Ay İnci, guya mən evli olduğumu danıram? (S.Rəhman)
TANIŞ – YAD Qaçqın köhnə bir tanış kimi salam verdi (S.Vəliyev); Yad adam gülümsəməyə çalışdı (A.Şaiq)
TANIŞLIQ – YADLIQ Hər təzə tanışlıq ömrə açılan pəncərədir (S.Sərxanlı); Bilirdilər ki, bu çəpərlər ən dərin ayrılığın, yadlığın başlanğıcıymış (M
TAPINTI – İTKİ Bu itki anayçün ağır olsa da; Bu məğrur ananın əyilməz başı... (S.Rüstəm); Bu mənim üçün təzə tapıntı idi (H
TAPMAQ – İTİRMƏK Uşaqlıqda məni itirsəydilər, dağda tapardılar (S.Vəliyev)
TAVAN – DÖŞƏMƏ Döşəmədən tavana qədər, sükut var otağında (R.Rza)
TAY – CÜT Qatırımın axsaq ayağı girsin sənin kor gözünə, hələ o tay gözüvü də çıxartsın, töksün ovcuna (C
TEZ – GEC Gec gəldi, tez öyrəndi (Ata. sözü)
TEZDƏN – GEC Arabaçıların biri ilə danışıb səhər tezdən yola çıxdı (Mir Cəlal); Gec tərpəndi (A.Şaiq)
TEZLƏŞMƏK – YAVAŞIMAQ Bir də ki, bu ancaq faciəni tezləşdirər... (M.İbrahimov); O gah yavaşıyır, gah bərkiyir, gah da dayanaraq ora-bura boylanırdı (S
TEZLƏŞMƏK – LƏNGİMƏK Onun məzuniyyətə çıxması, nədənsə tezləşdi. Onun gecikməsi işi də ləngidirdi (M
TEZLİK – LƏNGLİK Hərgah üz görsəydin, bu tezlikdə getməzdin (Ə.Vəliyev); İşin ləngliyi rəhbərliyi narahat edir (“Ulduz”)
TƏBİİ – SÜNİ Bizim pambıq sifarişi qədərinin azalması da təbiidir (Ə.Haqverdiyev); Biz içəri girən kimi Sərdar Rəşid saxta təbəssüm və süni bir məhəbb
TƏBİİLİK – SÜNİLİK Bu təbiilik onlara daha gözəl bir görkəm verirdi (İ.Şıxlı); Onun bu hərəkətlərindən bir sünilik, naşı bir hiyləgərlik duyulurdu (Mi
TƏCİLİ – YAVAŞ Bədirzadə ilə Anarbayevi təcili qərargaha çağırtdırdı (S.Qədirzadə); Çox yavaş yeriyirdi
TƏCRÜBƏ – NƏZƏRİYYƏ Mən bu xüsusiyyəti bircə dəfə sizdə təcrübədən keçirtdim (M.S.Ordubadi); Nəzəriyyə təcrübəsiz kordur (“Fəlsəfənin əsasları”)
TƏCRÜBİ – NƏZƏRİ Əziz əsərinin həm nəzəri cəhətinə, həm təcrübi tərəfinə tamamilə inansa da, yenə də ürəyi sakit deyildi (Ə
TƏDRİCƏN – BİRDƏN Ürəyinin döyüntüsü tədricən artdı (“Ulduz”); Birdən həkim başını qaldırdı (C.Məmmədov)
TƏHLÜKƏLİ – RAHAT Məgər mən təhlükəli bir iş görürəm? (İ.Şıxlı); Rahat işdir, ondan adama zərər gəlməz
TƏHLÜKƏSİZ – QORXULU Hadisə qorxulu deyil, təhlükəsizdir, ötüb keçər (“Ulduz”)
TƏK – BİRGƏ Badam xala tək qalmışdı (M.Hüseyn); Onlar birgə ayağa qalxdılar (C.Əmirov). TƏK – CƏM Xüsusi və mücərrəd mənalı isimlərdən başqa bütün isi
TƏKBAŞINA – BİRGƏ Burada təkbaşına gəzim, dolanım; Sabahı düşünüm, dünəni anım (H.Hüseynzadə); Birgə işin səmərəsi yaxşı olur
TƏKBƏTƏK – BİRGƏ Uşaqlarla təkbətək; Salamlaşıb görüşdü (C.Cəmil); Hamısı birgə oturub durardı (“Azərbaycan”)
TƏKƏBBÜRLÜ – TƏVAZÖKAR – Ah, siz yenə də təkəbbürlü və məğrursunuz (M.İbrahimov); O, təvazökar və mədəni bir şəxs idi (Ə
TƏKƏBBÜRLÜK – TƏVAZÖKARLIQ Bu təğyirdən Nurəddin bir o qədər qəm çəkmirdi. Çünki təbiətində təkəbbürlük, təşəxxüslük yox idi (S
TƏKLƏMƏK – BİRLƏŞDİRMƏK Mirzə Məlik elə düşünürdü ki, Yədulla hiylə işlədib onu təkləmək istəyir (C.Əmirov); Sonra birləşdirməyə can atdılar (“Azərbay
TƏKLİK – CÜTLÜK Təklik də mənə əl verməz (Ə.Haqverdiyev); Məsələni cütlükdə həll etmək olar
TƏQSİR – BƏRAƏT Ancaq inanın ki, mənim heç bir təqsirim yoxdur (C.Əmirov); Artıq bəraət qazanacağına əmin olan Rantik sevindi (C
TƏLAŞ – SEVİNC Belə bir təlaş içərisində sahibimin qızını xatırladım (M.Talıbov); Hər natiqin parlaq sözü bir sevincin dəryasıdır (S
TƏLAŞLA – SAKİTCƏ Həlimə təlaşla soruşdu (C.Əmirov); Sakitcə sualların danışığına qulaq asar (İ.Şıxlı)
TƏLAŞLI – RAHAT Aciz, təlaşlı; Qızcığaz titrədi, gözləri yaşlı (M.Rahim); Ona görə ki, mən səndən arığam, darısqal keçiddən rahat aşaram (S
TƏLƏB – XAHİŞ – Şübhəsiz haqlısan tələbində sən; Söylə nə etmək ki, dağılır Vətən (S.Vurğun); Xahiş edirəm, dərmansəpənlər səhər gəlsinlər, özünlə işl
TƏLƏBKAR – SƏHLƏNKAR Professorlar hər bir tələbəyə çox tələbkar yanaşırlar (M.Hüseyn); Səhlənkar adamdır, onu nəzarətsiz qoymaq olmaz (“Ulduz”)
TƏLƏBKARLIQ – SƏHLƏNKARLIQ Tələbkarlığını ürəkdən sevdim (G.Hüseynoğlu); Elə onun səhlənkarlığı nəticəsində işimizi istənilən şəkildə qura bilmirik
TƏMİZ – ÇİRKİN Sərtib təmiz adamdır, Sərhəng çirkin (M.İbrahimov). TƏMİZ – ƏLİƏYRİ Bu heyvanları Qaraçaya ram edən onun sadə və təmiz qəlbidir (A
TƏMİZLİK – ÇİRKLİLİK Ağla gəlməyən bir təmizlik gözə çarpırdı (Çəmənzəminli); Çirkliliyi üst-başından bəllidir (“Azərbaycan”)
TƏMKİNLİ – KƏMHÖVSƏLƏ Vera çox təmkinli qadın idi (İ.Şıxlı); Nə kəmhövsələ qızsan (C.Əmirov)
TƏNBƏL – QEYRƏTLİ Tez gəl, tənbəl oğlu tənbəl (S.S.Axundov); Qeyrətli kişi arvada əl qaldırmaz (İ.Şıxlı)
TƏNBƏLLƏŞMƏK – İŞLƏMƏK ...Elə tənbəlləşib ki, siçan görəndə də gözünü açmır (M.İbrahimov); İşləmək vərdişdən asılıdır (Ə
TƏNBƏLLİK – QOÇAQLIQ O gülərək: “Tənbəlliyi atsan, yaxşı olar, öyrənsən, gələrəm” – dedi (A.Şaiq); Sifətindən baxanda qoçaqlıq yağır (Ə
TƏNƏZZÜL – TƏRƏQQİ Hacı Nəsirin ticarət işləri tənəzzül etməyə, yavaş-yavaş var-yoxu əlindən çıxmağa başladı (S
TƏNHA – QOŞA Sənsizləyib yamacda tənha dayanmış qovaq (R.Rza); Onlar qoşa dayanıb kəndə tamaşa edərdilər (“Ulduz”)
TƏNHALIQ – BİRLİK Tənhalıq və ümidsizlik qorxusundan xilas elədi (İ.İbrahimov); Birlik yaxşı şeydir (M
TƏNQİD – TƏRİF – Dünən oynanılan operettanın tənqididir (Ə.Haqverdiyev); Tərif həm də içkilərin ən tündüdür (F
TƏNTİK – SAKİT Müdirin meşəyə təntik gəlməyinin səbəbi Bağıra indi çatdı (İ.Məlikzadə); Yuxarı sakit qalxdı (S
TƏPƏ – DÜZ Düzlər naxırlı, təpələr, yamaclar sürülüydü (M.Süleymanlı). TƏPƏ – DÜZƏNLİK Xülasə, səhərin açılması ilə təpələr və düzənliklər, otlaqlar v
TƏPƏRLİ – TƏNBƏL Rüstəm kişi təpərli adam idi (M.İbrahimov); Tənbəl qızdır, işləməklə, oxumaqla arası yoxdur (“Azərbaycan”)