YIĞNAQ – DAĞINIQ Gündə bir qapıya salırlar yığnaq (Q.Zakir); Qədir atın üstündə dağınıq saçlı Qumrunu qucaqladı (Mir Cəlal)
YIXMAQ – QALDIRMAQ Uşağı vurub yerə yıxdılar (“Ulduz”); Gərək siz qolundan tutub qaldırasınız (Mir Cəlal)
YIRTICI – MƏDƏNİ Rəzil düşmən yaralanmış; Yırtıcı bir canavardır (S.Vurğun); Onlar istəyir ki, biz də qabağa gedək, mədəni xalqlar cərgəsinə çıxaq (M
YIRTIQ – TƏZƏ Aslanın köhnə, yırtıq çəkməsi təzə paltarına yaraşmırdı (S.Vəliyev); Təzə ayaqqabısını geyinib getdi (“Ulduz”)
YOĞUN – ARIQ Arabaçı yoğun bir kişi idi (Ə.Əbülhəsən); Onun o mehriban kənd qızının arıq, düz, millər kimi cəlb edən barmaqlarını aşkar görürdü (Mir C
YOĞUNLAŞMAQ – NAZİKLƏŞMƏK Səsi bir az yoğunlaşmışdı (S.Vəliyev); Səsi nəsə nazikləşib
YOX – BƏLİ Almaz mənim deyilsə, səninmi olmalıdır? Yox (C.Cabbarlı); Qüdrət İsmayılzadəni tanıyırsanmı? – Bəli (M
YOXSUL – KALAN Çox yoxsulu qoparmış; Zalımın pəncəsindən (A.Şaiq); – Həri, özü də kalandır (C.Əmirov)
YOXSULLAŞMAQ – VARLANMAQ Şamaxı bazarı zəngin bazardır; Əfsus, yoxsullaşır get-gedə bir az (M.Rahim); Baloğlan müvəqqəti olaraq varlanmaq fikrindən əl
YOXSULLUQ – VARLILIQ Varlılığa tələsən, yoxsulluğa tez düşər (Ata. sözü)
YOXUŞ – ENİŞ Enişi, yoxuşu, düzü bir olub; Məramı, məqsədi, üzü bir olub (H.Hüseynzadə)
YOXUŞLU – ENİŞLİ Enişli, yoxuşlu bu yollarda bax! Varmı topuq salıb büdrəməyən kəs (H.Hüseynzadə)
YOXUŞLUQ – ENİŞLİK Yolun enişliyi və ya yoxuşluğu yox, sənin hərəkətin məni cana gətirdi (“Ulduz”)
YOXUŞSUZ – ENİŞSİZ Yeri uşaqlarla gəz, dolan bir az; Bu dünya enişsiz, yoxuşsuz olmaz (Z.Xəlil)
YORULMAQ – DİNCƏLMƏK Zəhmət çəkibsən, yorulubsan, get rahat ol (Ə.Haqverdiyev); Bir az yatıb dincəlmək istəyirəm (C
YÖN – ARXA Gah yönümü çevirirəm Şirvana; Gah üz tutub Gürcüstana ağlaram (Molla Cümə); Arxa cərgədən başıaçıq bir adam qışqırırdı (Mir Cəlal)
YÖNDƏMSİZ – BİÇİMLİ Kobud sifəti, yöndəmsiz bədəni vardı (S.Rəhman); Gözəl biçimli paltarlar vardı. YÖNDƏMSİZ – MÜTƏNASİB Nə yöndəmsiz adamdır (A
YUBANMAQ – TƏLƏSMƏK – Oğlum niyə belə yubanmısan? (S.Vəliyev); ...Məclisimizin bitməsinə tələsirdim (Mir Cəlal)
YUXA – QALIN Hava da bərk dolub, yağacaq. Əynin də yuxadır (S.Rəhimov); Əynim qalındır, üşümürəm (“Ulduz”)
YUXULAMAQ – AYILMAQ Uşaqları araba beşik kimi silkələyib yorduğundan tez yuxuladılar (İ.Şıxlı); Ayılın, dostunuzu, düşməninizi tanıyın! (M
YUXULU – AYIQ Bir gün hər ikisi yuxulu gözlərini açdı (A.Şaiq); Lakin hər ayıq və zirək adamı ağıllı hesab etmək olmaz (M
YUXULULUQ – AYIQLIQ Axırda özünü yuxuluğa vurdu (T.Kazımov); Yarı huş və yarı ayıqlıq aləmində ona [Azadiyə] elə gəlirdi ki, qurtarmaq bilməyən bir ça
YUMRU – YASTI Balaca, yumru və sürüşkən daşlar ayağı qıdıqlayırdı (İ.Şıxlı); Çayın yastı daşlarını seçib bir tərəfə yığdı (“Ulduz”)
YUMŞAQ – BƏRK Arabanın içi geniş və yumşaq idi (İ.Şıxlı); İnsan daşdan bərk, güldən nazikdir (Ata. sözü)
YUMŞAQLIQ – BƏRKLİK Mən Toğanbəyin bu kişiliyindən və qəlbi yumşaqlığından nəhayət dərəcədə şadlandım (M
YUMUQ – AÇIQ Yumuq gözlərini aç da, bir oyan; İndi zaman başqa zamandır, ana! (S.Vurğun); Yoxsa üzü açıq görmüsən? (Mir Cəlal)
YÜKLÜ – BOŞ Kişi əlində çomaq; Sürür yüklü öküzü (A.Səhhət); Starşina boş patron yeşiyinin üstündə oturub (Y
YÜKSƏK – ALÇAQ Yolun üst tərəfində, yüksək qayaların döşündə... şam ağacları görünürdü (S.Şamilov); Qədirin vay xəbəri çoxdan alçaq daxmanı titrətmişd
YÜKSƏLİŞ – ENİŞ İndi bizimlə söhbət zamanı o, yüksəlişlər və gözlənilməz enişlərdən ibarət olan az qala bir əsrlik həyat tarixçəsinin bu səhifəsinə də
YÜKSƏLMƏK – ENMƏK Günəş bu yerlərdə qalxıb atına; Yüksəlir göylərin yeddi qatına (S.Vurğun); Təpənin dibindən bulağın üstünə endim, əl və üzümü yuyub
YÜNGÜL – AĞIR Yükün yüngülü mənzilə tez yetişər (Ata. sözü); Yük ağır – qüvvət az (Ata. sözü). YÜNGÜL – CİDDİ Onu söyləməyə gəlmişəm sizə; Yüngül görü
YÜYÜRMƏK – DAYANMAQ Küçədən bir çocuq yüyürdü evə (M.Ə.Sabir); Qapının ağzında dayandı, marş verib yerlərinə qayıtdı (Mir Cəlal)
ZABİTƏLİ – YUMŞAQ Qız da nə isə başqa milis işçilərindən bir az seçilən bu zabitəli oğlana baxıb gülümsündü (H
ZAHİD – RİND İstəyir cənnəti zahid bu qədər hiylə ilə; Əbləhin fikrini gör, dildə təmənnasına bax (S
ZAHİDLİK – RİNDLİK Heç birimiz müqəddəslik və zahidlik iddiası etmirik (M.F.Axundzadə); Gəl sən rindlikdən əl çək
ZALIM – ADİL Bu, Cahan xanım kimi zalım və qorxulu deyildi (M.İbrahimov); Mötəbər hədisə görə, üç nəfər adil şahid şəhadət versə,
ZARAFATCIL – QARADİNMƏZ Biz onları kəndimizin Şahmar kimi zarafatcıl gəncləri ilə qarşılayaq (İ.Əfəndiyev); Xəlil əslində qaradinməz adam idi
ZAVAL – SEVİNC Hünərdir keçirən bizi hər oddan; Olarmı hünərə zaval, ay Maral (B.Vahabzadə); Yollarda yubanmış əsgər məktubları yenidən evimizə ümid,
ZAVALLI – XOŞBƏXT Mən səndən nə istəyə bilərəm zavallı qadın (C.Məmmədov); Sən nə qədər xoşbəxtsən, Reyhan
ZAY – YAXŞI Öküzün taydı, işin zaydı (Ata. sözü); Şəhərin ən yaxşı saraylarını o yaratmışdı (M.Hüseyn)
ZEHİNLİ – KÜT Səlim çox zehinli uşaqdır (İ.Şıxlı); – Ay küt, niyə başa düşmürsən, “liçni delası” odur ey, göz qabağında (Mir Cəlal)
ZƏDƏLİ – SAĞLAM Qayçılayanlar isə şüşə kimi ağ, qara salxımları zədəli gilədən təmizləyirdilər (Mir Cəlal); Gənc sağlam salxımları bir tərəfə qoydu (“
ZƏFƏR – MƏĞLUBİYYƏT Yazır tarixlərə uğurlu zəfər; Bizim qəhrəmanlar, bizim igidlər (S.Rüstəm); Bütün başqa yollar məğlubiyyətə, ölümə aparır (M
ZƏHƏR – ŞİRİN Daima zəhərlər şirinlərin dalında gizlənir (M.S.Ordubadi)
ZƏHƏRLƏNMƏK – SAĞALMAQ Havada mığmığa sancır insanı; Dönüb zəhərlənir insanın qanı (S.Vurğun); – Çarpayı
ZƏHƏRLİ – ŞİRİN Həftələr, aylar keçir axşamlı-səhərli; Bəzən şirin, bəzən zəhərli (R.Rza)
ZƏHMƏTKEŞ – TƏNBƏL Ancaq indi ona aydın oldu ki, buradakı zəhmətkeş adamlar çox sadədirlər (S.Vəliyev); Yoxsa, bu tənbəldən sənə nə arvad olacaqdır (S
ZƏHMƏTSEVƏR – MÜFTƏXOR Ata-anası kimi zəhmətsevərdi (M.İbrahimov); Özgənin zəhməti ilə çörək yeyənlərə müftəxor deyərlər (Ə
ZƏHMLİ – MÜLAYİM Aslan müəllim zəhmli bir adam idi (İ.Əfəndiyev); Sizi inandırıram ki, bütün Bakıda mənim kimi mülayim xasiyyətli, dostluqda sədaqətli
ZƏİF – GUR Qızcığazın zəif səsini eşitdim (M.Talıbov); Xeyli keçdikdən sonra içəridən bir qadının gur səsi eşidildi (C