Azərbaycan dilinin dialektoloji lüğəti.

  • ƏLƏ

    (İsmayıllı) hin. – Ələnin qapısını bağla

    Tam oxu »
  • ƏLƏF

    (Qubadlı) quru ot, saman. – Heyvanın ələfi qutarıb Ələf savını (Ağdam) – əl-üz sabunu. – Paltarı paltar savınıynan yu:llar, ələf savınıynan əl yu:lla

    Tam oxu »
  • ƏLƏFSIN-BILAFSIN

    (Cəbrayıl) qarışıq, hər nə gəldi. – Ələfsın-bılafsın o qədər yeyif ki səhərdən

    Tam oxu »
  • ƏLƏHSALAH

    ələhsalah qalmağ: (Salyan) narahat olmaq. – İşığ yanmıyanda adam lap ələhsalah qalır

    Tam oxu »
  • ƏLƏX’LƏMAX

    (Şəki) diqqətlə axtarmaq. – Bazarın hər yerini ələx’lədim, yaxşı buğda gözümə dəymədi

    Tam oxu »
  • ƏLƏLİX’

    ələlix’ eləməx’: (Meğri) çaşmaq, çaşıb qalmaq. – İrəşit, ələlix’ eləmə

    Tam oxu »
  • ƏLƏM

    I (Salyan) kəşkül. – Ələm dəbrişdə olardı II (Göyçay) üst dodağın ortasındakı çökək yer

    Tam oxu »
  • ƏLƏMXOR

    (İmişli) acgöz, çoxyeyən (heyvan)

    Tam oxu »
  • ƏLƏMXORTDADİ

    (Cəlilabad) gəlincik. – Uşəğçün ələmxortdadi düzəldiyəm

    Tam oxu »
  • ƏLƏNGƏ

    I (Ağdam, Gəncə, Şəki, Şuşa, Zəngilan) ətsiz iri sümük. – Bı nətə:r ətdi, teyxa ələngədi (Zəngilan); – Bu ətin nəyini pişirim, başdan-əyağa hamısı ələ

    Tam oxu »
  • ƏLƏ:RDƏN

    (Ağcabədi) bax əlardan. – Ələ:rdənnən isdi şeyləri ojaxdan götürürüx’

    Tam oxu »
  • ƏLƏSİDOLAĞ

    (Ordubad) göy qurşağı

    Tam oxu »
  • ƏLƏSSÖVİYƏ

    (Cəbrayıl) veyil, avara. – Vəli ələssöviyə adamdı

    Tam oxu »
  • ƏLƏŞƏN-KÜLƏŞƏN

    (İmişli) birtəhər, güc-bəla ilə. – Düşdüx’ qarannığa, ələşənküləşən özümüzü öyə çatdırmışıx

    Tam oxu »
  • ƏLƏVƏNGİ

    (Biləsuvar) yalan. – Sən ələvəngi danışırsan

    Tam oxu »
  • ƏLƏYƏSİ

    (Ordubad) bax ələyəz

    Tam oxu »
  • ƏLƏYƏZ

    (Qarakilsə, Şərur) kəvərəoxşar yeməli yabanı bitki adı. – Ələyəzi yazda yığırıx (Qarakilsə)

    Tam oxu »
  • ƏLƏ:Z

    (Çənbərək, Qarakilsə, Şahbuz) bax ələyəz. – Bü:n ələ:z isdisi bişirmişəm (Çənbərək); – Ələ:zimiz çoxdu, aparmışdım satmağa (Qarakilsə); – Ələ:zi aşa s

    Tam oxu »
  • ƏLƏZİ

    (Cənubi Azərbaycan) bax ələyəz

    Tam oxu »
  • ƏLGİ

    (Başkeçid) əl iyi (ip və ya sap əyirmək üçün alət)

    Tam oxu »
  • Ə:LĞA

    (Qazax) bax ayalğa. – Ə:lğası odu elə onun

    Tam oxu »
  • ƏLHƏM

    əlhəm qalmağ: (Salyan) karıxmaq, özünü itirmək. – Hərif lap əlhəm qalıb, danışdığın bilmir

    Tam oxu »
  • ƏLHO:UD

    (Ağcabədi) xörək adı

    Tam oxu »
  • ƏLİƏLCƏYLİ

    (Salyan) əzrayıl. – Sizi görüm içü:zə əliəlcəyli girsün, bircəcigüz zə sağ qalmasun

    Tam oxu »
  • ƏLİFLİ

    (Salyan) qız toyu. – Keçmişdə qız toyuna əlifli də:rdilər

    Tam oxu »
  • ƏLİĞINA

    (Salyan) səliqəsiz. – Mırad, nöşün əliğına gəzirsən?

    Tam oxu »
  • ƏLİQICIĞI

    (Culfa) qol gücü ◊ Əlqıcığı göstərməx’ – güc göstərmək. – Mənə əlqıcığı göstərməy olar?

    Tam oxu »
  • ƏLİYUXA

    (Ağdam, Oğuz, Şuşa) kasıb, yoxsul. – Birki <bir-iki> aydı əliyuxadı onun (Ağdam); – Əliyuxa adamın nəyi olajax ki, sən də onnan nə alasa

    Tam oxu »
  • ƏLQAF

    (Çənbərək) əlavə gəlir. – Hərdən bir əlqafı da olur

    Tam oxu »
  • ƏLQAR

    (Cəlilabad, Yardımlı, Göyçay, Mingəçevir, Ucar) tez, tələsik, əlüstü ◊ Əlqar eləməy (Cəlilabad, Mingəçevir, Ucar) – müəyyən bir işi tələsik yerinə yet

    Tam oxu »
  • ƏLLƏM-ƏLLƏM

    (Zəngibasar) diqqətlə. – Hər yanı əlləm-əlləm axdardım, əmə tapammadım

    Tam oxu »
  • ƏLLƏM-QƏLLƏM

    (Şərur) qatmaqarışıq. – Əlləm-qəlləm işdərnən mə:m aram yoxdu

    Tam oxu »
  • ƏLLƏMA:X

    (Goranboy) nadinc, şuluq. – Nə əlləma:x şeydi Mirzənin gədəsi, işi yoxdu dişdiynən

    Tam oxu »
  • ƏLLƏMƏ

    I (Çənbərək, Əzizbəyov, Goranboy, Yardımlı, Göyçay, Kəlbəcər, Qarakilsə, Qazax, Laçın, Mingəçevir, Ordubad, Şuşa, Tovuz) iri daş parçası

    Tam oxu »
  • ƏLLƏMƏYAX

    (Borçalı, Gədəbəy, Qazax, Yevlax) bax əlləma:x. – Alpaşanın oğlu yaman əlləməyaxdı (Borçalı)

    Tam oxu »
  • ƏLLƏNİX’

    (Qarakilsə) külü çıxardıb atmaq üçün alət

    Tam oxu »
  • ƏLLƏZUAR

    (Kürdəmir) avar, kürək. – Əlləzuarsız gəmini Kürün o tayına keçirmək olmaz

    Tam oxu »
  • ƏLLİ

    (Ağcabədi, Tərtər) misdən hazırlanmış qulplu suqabı. – Ay qız, mq: bir əlli su ver (Ağcabədi)

    Tam oxu »
  • ƏLLİBELƏ

    (Salyan) çoxdan. – Vaxdında inistuta girseydim, əllibelə qutarmışdım

    Tam oxu »
  • ƏLLİCƏ

    (Əli Bayramlı, Göyçay) su içmək üçün qab. – Su: əllicəynən içillər (Əli Bayramlı)

    Tam oxu »
  • ƏLLİG

    I (İmişli, Salyan) 1. ocaqdan isti qabı götürmək üçün parça, əsgi (İmişli). – Əlligi mə:, qazanı götürüm 2

    Tam oxu »
  • ƏLLİX’

    (Bərdə, Borçalı, Qazax, Gədəbəy, Laçın) təkbarmaqlı əlcək. – Əlliyin dörd barmağı bir olur, baş barmağ ayrı olur (Bərdə); – Əllix’ yunnan toxunar (Bor

    Tam oxu »
  • ƏLMƏNDƏ

    (Şuşa) uşaq oyunu adı

    Tam oxu »
  • ƏLMƏNQUL

    (Bakı) acgöz

    Tam oxu »
  • ƏLO:GÜLİ

    əlo:güli basmağ: (Bakı) tonqal qalamaq. – Qayanun altında əlo:güli basdığ

    Tam oxu »
  • ƏLO:L

    (Lənkəran) ətirli dağ otu adı

    Tam oxu »
  • ƏLÖPBƏ

    (Şuşa) toydan üç gün sonra oğlan evində düzəldilən qonaqlıq. – Əlöpbədə qızın da adamnarı olur, oğlanın da

    Tam oxu »
  • ƏLSÜPÜRƏN

    (Dərbənd) əl-üz dəsmalı. – Əlsüpürəni gəti

    Tam oxu »
  • ƏLVALLAH

    (Barana) hay-küy, qalmaqal. – Əlvallahı eşidən kimi hamı ora ü:rdü ◊ Əlvallah qopartmax – hay-küy salmaq, qalmaqal salmaq

    Tam oxu »
  • ƏLVƏHƏL

    (Gədəbəy, Xanlar) bax əlbəhə. – Əlvəhəl sədri çağırdı ıdarıya (Gədəbəy); – Kağızı əlvəhəl aparıf dayına verərsən (Xanlar)

    Tam oxu »