Azərbaycan dilinin dialektoloji lüğəti.

  • DÜMÜX’

    (Ağdam) hər işlə maraqlanan, hər işə qarışan Dümüy eləməx’ (Naxçıvan) – baş qarışdırmaq, məşğul etmək

    Tam oxu »
  • DÜNBƏX’

    (Gəncə, Şəki) bax dümbül III. – Ho dünbül at hamıdan bərk qaçır (Şəki); – Bizim dünbül camışın südü çox yağlıdı (Oğuz)

    Tam oxu »
  • DÜNƏY

    (Daşkəsən, Gədəbəy) günün isti vaxtında malın toplaşdığı sərin yer. – Orda mal dünəyə yığıleydi (Daşkəsən); – Malı dünəydən yellə çaya sarı (Gədəbəy)

    Tam oxu »
  • DÜNG

    (Zaqatala) kötük. – Ayağım düngə ilişdi, yıxıldım

    Tam oxu »
  • DÜNGƏ

    (Şamaxı) qaramalın bel sütununda olan tük zolağı. – Bu inəyin düngəsi balacadi

    Tam oxu »
  • DÜNGƏLƏMƏK

    (Zaqatala) bax döngələmək. – Əli sözünü düngələdi

    Tam oxu »
  • DÜNGÜR

    (Bolnisi) quda

    Tam oxu »
  • DÜNGÜZ

    (Zəngibasar) ağıldankəm

    Tam oxu »
  • DÜNYA

    (Şəki) kiçik ipək bağlaması. – Dünya saf, təmiz ipəx’dən olur

    Tam oxu »
  • DÜPBƏL

    (Şəki) qoz ağacının zoğundan düzəldilən oyuncaq (zoğun içinin özəyi çıxarılır və içinə kağız qoyulub atılır)

    Tam oxu »
  • DÜPƏNDÜZ

    (Qazax) dümdüz

    Tam oxu »
  • DÜRCƏX’

    (Qazax) xəncər qınının üstündə olan xırda çıxıntılar. – Dürcəyi çox olan xəncər xoşə:ləndi

    Tam oxu »
  • DÜRDÜGÜN

    (Şamaxı) 1. xırda parça qırıntıları 2. pal-paltar. – Dürdügünü bura gəti

    Tam oxu »
  • DÜRƏ

    I (Şuşa) təbil çubuğu. – Bu çox yaxşı dürədi II (Şuşa) 1. qırmanc, qamçı. – Ata bir dürə çəkdim, sıçradı 2

    Tam oxu »
  • DÜRƏDÖYMƏ

    (Borçalı) bax dərədöymə

    Tam oxu »
  • DÜRƏDÜRMƏ

    (Oğuz) bax dərədöymə. – Dürədürmə oynıyıv, bu günə salıv özünü

    Tam oxu »
  • DÜRƏX’

    (Qazax) tənbəl

    Tam oxu »
  • DÜRGƏ

    (Şamaxı) kəlağayı topu, topası. – Dədəm bir dürgə mal satdı

    Tam oxu »
  • DÜRGƏLƏMƏK

    (İmişli, Lerik, Şamaxı, Ucar) toplamaq, dəstələmək, bükmək. – Kəlağayını dürgələməy çox hasatdı (Şamaxı); – Yuxaları dürgələdim, bükdüm dəsmala (Ucar)

    Tam oxu »
  • DÜRGƏLƏMMİŞ

    (Şamaxı) bükülmüş, dəstələnmiş, toplanmış. – Adə, ged öydən o dürgələmmiş kəlağayını gəti, gəl

    Tam oxu »
  • DÜRİYƏ

    (Ağdam, Naxçıvan) kişi üçün ikiüzlü, naxışlı gecə papağı. – Ay qız, düriyəni gəti

    Tam oxu »
  • DÜRMEX’

    (Şəki) bağlama, boğca. – Qoltuğunda bi dürmex’ şeynən getdi

    Tam oxu »
  • DÜRMƏX’

    (Cəbrayıl, Çənbərək, Gəncə, Qazax, Mingəçevir, Naxçıvan, Oğuz, Şəmkir, Şərur) arasına yağ və ya pendir qoyulmuş çörək, yuxa

    Tam oxu »
  • DÜRMƏX’LƏMƏX’

    (Gəncə, Naxçıvan) dürmək düzəltmək. – Əcəb təzə pənirdi, biriki tikə dürməx’lə (Naxçıvan)

    Tam oxu »
  • DÜRMƏK

    (İmişli) bağlamaq, düyünləmək. – Mı:y bırdan dür, açılmasun

    Tam oxu »
  • DÜRMƏLƏMƏX’

    (İmişli, Oğuz, Şəki) bükmək, qatlamaq. – Otu dürmələ doldur buxariyə, küləx’ girməsin; – Kağızı dürmələ götü; – Arvad gərəx’ tezzən balağın dürməliyə,

    Tam oxu »
  • DÜRRƏX’

    I (Qarakilsə, Naxçıvan) bax dürəx’. – İtı͂:z də:sən dürrəx’di (Qarakilsə); – Dürrəx’ Alqulu də:llər ona (Naxçıvan) II (Naxçıvan) arıq

    Tam oxu »
  • DÜRRÜ

    (Tovuz) məhsuldar, bol məhsullu. – Hələlix’də bizim bağdan dürrü bağ yoxdu

    Tam oxu »
  • DÜRYƏ

    (Ordubad) baş örtüyü. – Bizdə başa örtülən şeyə düryə deyillər

    Tam oxu »
  • DÜSƏR

    (Ağdam, Ağdaş, Qarakilsə, Laçın) külüng. – Qulu, o düsəri burə:ti (Ağdam)

    Tam oxu »
  • DÜSƏRİ

    (Bakı) hər iki tərəfi iti mismar, mıx. – Çöregçilərçün iki dana teknə qayrəcegdüg, düşəriçün uşağ göndərdim, tapbadı

    Tam oxu »
  • DÜŞ

    (Zaqatala) yuxu, röya. – Axşam bir yaxşı düş gördüm

    Tam oxu »
  • DÜŞBALAN

    (Gəncə, Oğuz) bax duşbalan. – Aşı kəpgirnən qazannan alıb düşbalana tökürüx’ (Oğuz)

    Tam oxu »
  • DÜŞBƏRƏXUR

    (Bakı) qulplu uzun dərin qab (sulu xörək üçün). – Düşbərəxuri tez ol gəti, qonağlar acınnan qırıldı

    Tam oxu »
  • DÜŞDÜK

    (Göyçay) yüngülxasiyyət

    Tam oxu »
  • DÜŞƏLGƏ

    (Şəki) hədiyyə

    Tam oxu »
  • DÜŞƏR

    (Qazax) əməkgününə düşən pay. – Bıldır mənim düşərim çoxuydu

    Tam oxu »
  • DÜŞGÜNNƏMƏX’

    (Naxçıvan) 1. zəifləmək, əldən düşmək, qocalıb əldən düşmək. – Yatalax yazığı yaman düşgünnədi 2. yoxsullaşmaq, kasıblamaq

    Tam oxu »
  • DÜŞİX’

    (Şəki) pinti, səliqəsiz. – Düşiy adam hər yerdə bilinər

    Tam oxu »
  • DÜŞMƏ

    (Ağdaş) azmış, sahibsiz (heyvan). – Bizdə bir düşmə kəl var

    Tam oxu »
  • DÜŞMƏL

    (Göyçay) aşpaz

    Tam oxu »
  • DÜŞÜH

    (Naxçıvan) vaxtı tamam olmamış, yarımcaq salınan uşaq. – Leylanın uşağı da düşühdü

    Tam oxu »
  • DÜŞÜK

    (Cəbrayıl, Kürdəmir, Mingəçevir, Ucar) yersiz söz danışan, yüngülxasiyyət. – Adam gərək düşük olmasın (Kürdəmir); – Əkbər düşüy uşaxdı (Ucar); – Onnan

    Tam oxu »
  • DÜŞÜNÜŞMAX

    (Şəki) uyğun gəlmək, yaramaq. – Məsəl, diyirəm, habı haçar ho qufula düşünüşür

    Tam oxu »
  • DÜTDÜLÜM

    (Zaqatala) bax dəpbülüm. – O adam nə dütdülümdü?

    Tam oxu »
  • DÜTDÜLÜMLÜK

    (Zaqatala) yüngülxasiyyətlilik. – Mən o adamın dütdülümlüyün görürəm

    Tam oxu »
  • DÜVƏLƏX’

    (Naxçıvan) əyri xiyar

    Tam oxu »
  • DÜY

    (Oğuz) bax duy. – Düysən, heş bir şey başa düşmürsən

    Tam oxu »
  • DÜYDÜ

    I (Ağcabədi, Bolnisi) 1. baltanın küpü (Ağcabədi). – Odun yaranda pazı balta: n düydüsüynən vururux 2

    Tam oxu »
  • DÜYMƏ

    I (İrəvan) cəftə keçirilən halqa. – Ay usta, bizim sandığa bir düymə çal II (Bərdə) başı yumru mıx. – Bazara gedirsən, bir az düymə al

    Tam oxu »