DÜVƏLƏX’
DÜYDÜ
OBASTAN VİKİ
Düylün
Düylün — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Düylün kəndi Aza kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Düylün kənd inzibati ərazi dairəsi yaradılmışdır. Rayonun mərkəzindən 17 km şimal-qərbdə, Ordubad-Naxçıvan avtomobil yolunun kənarındadır. Əhalisi meyvəçilik, əkinçilik və taxılçılıqla məşğuldur. Orta məktəbi, kitabxanası, mədəniyyət evi, məscidi, piri var. == Tarixi == Duylun Ordubad rayonunun Aza inzibati ərazi vahidində kənd. Duylun çayının (Arazın qolu) sahilində, dağətəyi ərazidədir. XIX əsrin ortalarında burada Duylun və Düylündizə adlı iki kənd vardı. Düylündizə kəndi hazırda Dizə adı ilə mövcuddur. Tədqiqatçıların fikrincə, oykonim du (fars.
Düylün hamamı
Düylün hamamı — Ordubad rayonunun Düylün kəndində memarlıq abidəsi. Abidə yarım dağılmış vəziyyətdədir. Planlaşdırma quruluşuna görə orta əsr hamamlarının təkrarıdır. Hamam girişdə böyük vestübüldən ibarətdir. Dar keçidlə hamamın soyunma zalına girilir. Hamamın mərkəzi soyunma zalı kəsik küncləri olan kvadrat formaya (4,5x4,5m) malikdir. Mərkəzi salon səkkizbucaqlı formadadır. Zalın divarları boyunca 3 ədəd dərin (1,5x2m, 1,5x1,5m) taxçalar yerləşdirilib. Taxçaların üstü çatmatağ formasında, zalın tavanı isə dairəvi günbəzlə örtülüb. Soyunma zalı ilə yuyunma zalını düzbucaqlı formalı vestübül birləşdirir.
Düylün piri
Düylün piri — Ordubad rayonunun Düylün kəndində ziyarətgah. Naxçıvan bölgəsində əhalinin hörmət və ehtiramla ziyarət etdiyi ziyarətgahlardan biri də Düylün piridir. Bu pir Ordubad şəhərindən təxminən 20 km qərb tərəfdə yerləşən Düylün cənubunda yerləşir. Ətrafı geniş qəbiristanlıq olan pi¬si binası çiy kərpicdən inşa edilmişdir. Binanın içərisində ziyarət obyekti olan qəbir vardır. Qəbirin üstü təxminən 20 sm hündürlükdə hörülmüş və palçıqla suvanmışdır. Üstündə heç bir yazılı abidə yoxdur. Qəbirin üzərində kitabə olmadığı üçün onun mənsubiyyətini aydınlaşdırmaq mümkün olmamışdır. Ancaq el arasında olan fikirlərə görə bu pirdə şiələrin VII imamı Museyi Kazımın övladlarından Seyyid Şəffan (Səfi) dəfiı olun¬muşdur. Ehtimal etmək olar ki, ataları Museyi Kazımın zəhərlənib öldürülməsindən sonra canlarını qurtarmaq üçün müxtəlif yerlərə qaçan övladlarından biri olan Seyyid Şəffan (Səfi) bu qaziyə gəlmiş və orada yaşamışdır.
Düylün qalası
Düylün qalası - Naxçıvanın Düylün kəndindən cənub qərbdə, hündür dağın üzərində arxeoloji abidə. Qalanın yerləşdiyi ərazi cənub və qərb tərəfdən sıldırım qayalıqlarla əhatə olunmuşdur. Ərazinin digır hissələri təbii müdafiəyə malik olmadığı üçün daşdan inşa edilmiş divarlarla möhkəmləndirilmişdir. Qalanın şərq tərəfinə çəkilən divar iri daşlardan hörülmüş və rizalitlərlə möhkəmləndirilmişdir. Qalanın şimal hissəsi paralel çəkilmiş divarlarla möhkəmləndirilmişdir. Divarların arası kəsilərək mənzil kimi istifadə edilmişdir. Ümumi sahəsi 2100 kvadrat metr olan qala kiçik həcmlidir. Ehtimal ki, mühafizə məntəqəsi kimi istifadə edilmişdir. Qala divarları bəzi qismlərdə 4m hündürlükdə qalmaqdadır. Qalanın mərkəzi hissəsində nekropol vardır.
Düylün çayı
Düylünçay — Ordubad rayonu ərazisində çay, Arazın sol qolu. == Haqqında == Uzunluğu 30 km, hövzəsinin sahəsi 124 kv.km-dir. Zəngəzur silsiləsindən (2400 m hündürlükdə) başlanır. Parağaçay və Mesxet çaylarının birləşməsindən əmələ gəlir və 660 m. yüksəklikdə, Dəstə kəndi yaxınlığında Araza tökülür. Qar, yağış suları və yeraltı sularla qidalanır. Martın axırından iyuna qədər gur sulu olur. Güclü yaz-yay daşqınları müşahidə edilir. Aşağı axınında suvarmada istifadə olunur. == Adın etimalogiyası == Tədqiqatçıların fikrincə, oykonim dü (fars.
Düylündizə
Düylündizə — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd.
Düylünçay
Düylünçay — Ordubad rayonu ərazisində çay, Arazın sol qolu. == Haqqında == Uzunluğu 30 km, hövzəsinin sahəsi 124 kv.km-dir. Zəngəzur silsiləsindən (2400 m hündürlükdə) başlanır. Parağaçay və Mesxet çaylarının birləşməsindən əmələ gəlir və 660 m. yüksəklikdə, Dəstə kəndi yaxınlığında Araza tökülür. Qar, yağış suları və yeraltı sularla qidalanır. Martın axırından iyuna qədər gur sulu olur. Güclü yaz-yay daşqınları müşahidə edilir. Aşağı axınında suvarmada istifadə olunur. == Adın etimalogiyası == Tədqiqatçıların fikrincə, oykonim dü (fars.
Düym
Düymə — ölçü vahidi. Niderland dilində mənası baş barmaq deməkdir. == Ümumi məlumat == Düymə ("düym" sözündəndir, niderland dilində "duim" — baş barmaq) xalq arasında bu gün də işlənən ölçü vahididir. Əsasən bəzi Avropa ölkələrində qeyri-metrik ölçü sistemində uzunluq vahididir. Tarixən kişi baş barmağının eni kimi götürülmüşdür. Müasir dövrdə "düymə" dedikdə adətən ingilis düyməsi başa düşülür: 1 düymə 25,4 mm-ə və ya 2,54 sm-ə bərabər götürülmüşdür. Düymədən daha çox boruların iç diametrini ölçmək üçün istifadə olunur. Bir düymə borunun daxili diametri 25,4 mm-ə, yarım düymə borunun iç diametri isə 25 mm-in yarısına yox, 15 mm-ə bərabərdir. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə.
Düymə
Düymə (geyim)— geyim aksesuarı. Düymə (tumurcuq) — qönçə, puçur, tumurcuq. Düymə (ölçü vahidi) — ölçü vaidi.
Düymə (geyim)
Düymə — geyim aksesuarı. == Tarixi == İlk düymələr çox-çox əvvələrdən insanlara məlum olmuşdur. Hələ qədim yunanlar və etrusklar köynəklərini çiyindən düymə və ilgəhlərlə bağlayırdılar. Avropalılar isə köynəklərini sancaqlar və xüsusi iynələrlə birləşdirirdilər. Bu, o vaxtacan davam etmişdir ki, XIII əsrdə düymələr üçün deşik icad edildi. XIV əsrdə düymələrdən bəzək əşyası kimi istifadə edilirdi. Paltarlara qoldan çiyinə qədər, boğazdan belə qədər düymələr düzürdülər. Bu düymələr qızıldan, gümüşdən və fil sümüyündən hazırlanırdı. Bu da paltarın sahibinin sosial statusundan xəbər verirdi. Yəni – paltar hansı düymələrlə bəzədilirdisə, bu paltar sahibinin maddi durumunu göstərirdi.
Düymə (ölçü vahidi)
Düymə — ölçü vahidi. Niderland dilində mənası baş barmaq deməkdir. == Ümumi məlumat == Düymə ("düym" sözündəndir, niderland dilində "duim" — baş barmaq) xalq arasında bu gün də işlənən ölçü vahididir. Əsasən bəzi Avropa ölkələrində qeyri-metrik ölçü sistemində uzunluq vahididir. Tarixən kişi baş barmağının eni kimi götürülmüşdür. Müasir dövrdə "düymə" dedikdə adətən ingilis düyməsi başa düşülür: 1 düymə 25,4 mm-ə və ya 2,54 sm-ə bərabər götürülmüşdür. Düymədən daha çox boruların iç diametrini ölçmək üçün istifadə olunur. Bir düymə borunun daxili diametri 25,4 mm-ə, yarım düymə borunun iç diametri isə 25 mm-in yarısına yox, 15 mm-ə bərabərdir. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə.
Düymə hüceyrəsi
Bir düymə hüceyrəsi, saat batareyası və ya sikkə batareyası, ümumiyyətlə 5 ilə 25 mm arasında əyilmiş silindr şəklində olan kiçik bir tək hüceyrəli bir batareyadır. == Hüceyrə kimyasının xüsusiyyətləri == == Növ təyinatı == == Sağlamlıq problemləri == == Həmçinin bax == Batareya ölçülərinin siyahısı Batareya növlərinin siyahısı Batareyanın geri çevrilməsi Süni kardiostimulyator İmplantasiya edilə bilən kardioverter-defibrilator == İstinadlar == == Mənbələr == == Xarici linklər == Coin cell reference table Watch battery cross reference table "IEC 60086-2 Primary batteries – Part 2: Physical and electrical specifications" (PDF). 2013-11-02 tarixində orijinalından (PDF) arxivləşdirilib.(boşaltma xüsusiyyətləri daxildir) "DIRECTIVE 2006/66/EC OF THE EUROPEAN PARLIAMENT AND OF THE COUNCIL".
Düymədimdik
Çovdarçı (lat. Charadrius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin çovdarçılar fəsiləsinə aid heyvan cinsi. == Təsnifatı == Azərbaycanda Bozca cinsinə 5 növ daxildir: Yaxalıqlı çovdarçı (Charadrius hiaticula Linn., 1758) Halqalı kiçik çovdarçı (Charadrius dubius Scop., 1786) Böyükdimdik çovdarçı (Charadrius leschenaultii Les., 1826) Xəzər çovdarçısı (Charadrius asiaticus Pall., 1773) Dəniz çovdarçısı (Charadrius alexandrinus Linn., 1758) == İstinadlar == == Ədəbiyyat == Azərbaycanın heyvanlar aləmi. III cild, Onurğalılar. Bakı: "Elm", 2004.-620 səh.
Düyməli döyüşkən
Düyü (cins)
Düyü (qida)
Düyü taxıl və yemək növüdür. Mənşəcə bataqlıq otudur. Asiyanın bir çox yerində əsas yemək kimi yeyilir. Dünyanın isti yerlərində, əsasən Asiya, Afrika, İtaliyanın şimalında və Şimali Amerikanın qərb sahillərində yetişdirilir.
Düyü Qazmağı
Düyü Qazmağı — Plov süfrəyə düzülərkən üzərinə qazmaq düzülür. == Hazırlanma texnologiyası == Azərbaycanda düyü plovunun bir növü süzülüb sonradan dəmə qoymaqla hazırlanır. Bu üsülla hazırlanan plov süzmə plov adlanır. Yuyulub suyu süzülmüş düyü əvvəlcə islağa qoyulur, sonra isə duzlu suda bir az qaynadılır, süzülür və təpə şəklində qalaq-qalaq qazmağın üzərinə yığılır, zəfəran vurulur və yağ əlavə olunur. Düyü dəmə qoyulur. Düyünün altına qoyulan qazmaq bişərkən qızılı rəngə çalır və xırçıldayır. Əgər qazmaq əvəzinə düyünün altına ət qoyularsa buna "döşəmə plov" deyilir. Plov süfrəyə verilərkən üzərinə qazmaq düzülür. Qazmağı düyünün özündən, yağlı xəmirdən, nazik yuxadan, hətta dairəvi kartof dilimlərindən də hazırlamaq olar. Düyüdən hazırlanan qazmağı zənnimcə çox bəyənəcəksiz.
Düyü afelenxi
Düyü afelenxi (lat. Aphelenchoides besseyi) Dəyirmi qurdlar tipinin Nematodlar sinfinə aid olan növ. == Xarici quruluşu == Düyü afelenxi ikicinslidir. Erkək nematodun uzunluğu 0,44-0,72 mm, dişininki isə 0,62-0,88 mm-dir. Baş hissə hamardır, çox genişlənmişdir. Ağız boşluğunda xiti stilet yerləşir, stiletin uzunluğu 9-10 mk-dur. Sinir həlqəsi bulbusun arxasında, nematodun bədəninin diametrinə bərabər məsafədə yerləşir. Yumurtalıq qısadır, oositlər bir neçə cərgədədir. Quyruq konusşəkilli olub, iç tərəfdən sivrilənmişdir. Hər iki cinsdə ulduz şəklində düzülmüş 4 çıxıntılı mikro vardır..
Düyü kababı
Düyü kababı (fars. چلوکباب‎) — İran mətbəxinin ən məşhur ənənəvi yeməklərindən biri. Kababın hazırlanması üçün yağdan, düyüdən və pomidordan istifadə olunur. Bu yemək ilk dəfə Naser od Din tərəfindən yeyilib. Bişmiş düyüdən ibarət olan İran yeməyidir. İranın "milli yeməyi" hesab olunur. Ehtimal ki, Qacar ​​sülaləsi dövründə yaradılmışdır. Kababın inqridentləri kərə yağı, soğan, pomidor və yumurtadır. Kabab ilə müşayiət olunan ənənəvi içki, karbonatlı sulardan hazırlanmışdır. Kabab əvvəlcə bişirilir sonra lavaşın içərisinə qoyulur.
Düyü kağızı
Düyü kağızı,adətən düyü hasırı və ya düyü unu kimi,düyü bitkisinin hissələrindən hazırlanmış kağıza işarə edir ki düyülər nazik vərəqələr şəklində düzəldilir və sonra qurudulur.Düyü kağızı əsrlər boyu Vyetnam, Koreya, Çin və Yaponiyada yazmaq ve sənət üçün istifadə olunub.Düyü kağızı Tayland və Vyetnam mətbəxlərində tərəvəzləri bükmək üçün istifadə olunur. Bu vərəqələr əgər suya qoyulsalar yumşaq nişastaya çevrilib və yeməyə uyğun olarlar.
Düyü pudinqi
Düyü pudinqi və ya südlü pudinq müxtəlif kulinariya mədəniyyətlərində tapıla bilən bir desert növüdür.. Düyü pudinqi, Türk mətbəxindəki bir çox südlü desert arasında ən çox yayılmış və ən məşhur olanlarından biridir. Əsas maddələr düyü, süd və şəkərdir. Ölçüləri insanların zövqünə görə dəyişsə də, ümumiyyətlə qəbul edilmiş və qiymətləndirilən ölçüləri, düyü dənələrinin çox sərt olmamaları şərtilə bir-bir ağıza gətirilə bilən vəziyyətdə olmasıdır. Qərbi və Şimali Avropa ölkələrinin mətbəxlərində rast gəlinən düyü pudinqi, xüsusilə Skandinaviya ölkələrində darçın sousu və ya qovrulmuş badam qənnadı məmulatları ilə bəzədilib, yalnız Yeni il ərəfəsində süfrəyə verilir.
Düyü unu
Düyü unu — Çin səddinin tikintisi zamanı istifadə olunmuş vasitə Çin səddinin tikintisi zamanı düyü unu və yandırılmış kirəcin tozundan istifadə olunub. Çinin Zhejiand Universitetinin kimyaçı professoru Zhang Binjianın bununla bağlı məqaləsi Amerika Kimya Cəmiyyətinin jurnalında dərc olunub. Yapışqan xüsusiyyətə malik düyü unu daş parçalarını son dərəcədə möhkəm şəkildə saxlayır və düyü ununun tərkibindəki amilopektin maddəsi divarın çox yerində hələ də çöl bitkilərinin böyüməsinin belə qarşısını alır. Bu səbəbdən də bu günə qədər uçmamış divarlar əzəmətlə durmaqda davam edir. O da məlum olub ki, Çində Ming sülaləsinin hökmdarlığı dönəmində, 1368–1644-cü illərdə inşa edilən türbə və qüllələrin tikintisində də düyü unundan istifadə olunub. Bunun sayəsində həmin tikintilər zəlzələyə davamlılıqları ilə seçilib. Zhang Binjian seysmik zonalardakı tiklilərdə gələcəkdə düyü unundan istifadənin tətbiqini də təklif edib. == Mənbə == Dünyanın 7 möcüzəsindən birinin sirri açıldı!
Düyü yarması
Düyü yarması — çəltiкdən alırlar, çəltiyin müхtəlif botaniкi sortları biri digərindən forma, ölçü və кonsistensiyasına, həmçinin кimyəvi tərкibinə görə fərqlənir. Düyüdən 2 növ – pardaqlanmış və cilalanmış yarma istehsal edilir. Əlavə məhsul кimi az miqdarda düyü хırdası əldə edilir. Pardaqlanmış düyünü qabığı çıхarılmış düyüdən pardaqlayıcı maşınlarda rüşeym, meyvə və toхum qılafını, aleyron təbəqəsinin bir hissəsini кənar etməкlə əldə edirlər. Rəngi ağ, səthi isə nahamardır. Cilalanmış düyünü şüşəvari pardaqlanmış düyüdən cilalayıcı maşınlarda emal etməкlə əldə edirlər. Cilalanmış düyü təmiz endospermdən ibarət olub, səthi hamar və parlaqdır. Düyü yarması tez bişməsi və bişdiкdə həcminin çoх artması ilə fərqlənir. Düyüdən hazırlanan məmulat yüкsəк mənimsənilmə qabiliyyətinə və dada maliкdir. Düyü хırdasından duru sıyıqların, dovğa və yarpaq dolması və s.
Düyü üsyanları (1918)
Düyü üsyanları (米騒動, kome sodo) – Yaponiyada düyünün bahalaşması səbəbilə 1918-ci ilin iyul-sentyabr aylarında baş vermiş iğtişaşlar. İğtişaşlar o qədər genişmiqyaslı idi ki, Terauçi Masatake kabinetinin istefasına səbəb olmuşdur. Düyü üsyanlarında 1–2 milyon nəfər iştirak etmiş və bir neçə prefektura istisna olmaqla, bütün prefekturaları əhatə etmişdir. == Gedişat == === Arxaplan === Düyü üsyanları Yaponiyada bir çox məhsulun, xüsusilə düyünün qiymətində baş verən artım səbəbilə baş vermişdir. 1917-ci ilin əvvəlindən 1918-ci ilin iyununa qədər Osaka bazarında düyünün qiyməti 2 dəfə artmışdı. 1918-ci ilin avqust ayının ilk 10 günündə düyünün 50% bahalaşacağı proqnozlaşdırılmışdı. Düyünün qiymətində bu gözlənilməz artım iqtisadi çətinliklərə səbəb olmuş, əhalidə düyü tacirlərinə və hökumətə qarşı nifrət yaratmışdır. Çünki düyü tacirləri yerli ehtiyacları nəzərə almaq əvəzinə bazar imkanları güdürdülər, hökumət isə bu vəziyyətə müdaxilə etmirdi. === Üsyanlar === Şikayətçilərin ilk qruplaşması Toyama prefekturasında yerləşən balıqçı qəsəbəsi Uozuda baş tutmuşdur. 23 iyul 1918-ci ildə balıqçıların həyat yoldaşları Osakaya düyü ehtiyatının göndərilməsinə etiraz etmək üçün toplanmışdırlar.
Düyüm
Düyüm — maşınqayırmada iki və daha artıq, aşağı səviyyəli maşın hissəsindən ibarət olan, hər hansı bir funksiyanı yerinə yetirən mexanizmdir. Düyüm bir neçə kiçik düyümlərdən və hissələrdən ibarət olub, yığma prosesi nəticəsində hazırlana bilər. Yığma zamanı istifadə olunan hissələr müəyyən cədvəl şəklində verilir. Bu istər texnoloji, istərsə də alqı-satqı məqsədilə işlədilir. Maşınqayırmada düyüm bütöv qurğunun bir hissəsini təşkil edir. Buraya misal kimi ayrıca silindr və ya kompleks mexaniki və elektrik hissələri aid etmək olar. Hissələrin düyüm şəklində hazırlanması konstruksiya və planlama ərəfəsində işlərin qruplaşdırılmasına imkan yaradır. Təmir zamanı sıradan çıxmış hissə aid olduğu düyümlə birlikdə dəyişməklə maşının dayanma vaxtını azaltmaq olur. Bütöv qurğuya nisbətən kiçik düyümlərdə onların funksionallığını təmin etmək daha asandır.