Azərbaycan dilinin dialektoloji lüğəti.

  • QULAMPARA

    (Çənbərək) fırıldaqçı. – Balajanın arvadı Mənzər qulampara adamdı

    Tam oxu »
  • QULANÇAR

    (Bolnisi, Borçalı, Gəncə, Qazax, Mingəçevir, Ordubad, Şəmkir) yeməli yabanı bitki adı. – Qulançarı gederix’ dərerix’, soηra gətirerix’, tuada pişireri

    Tam oxu »
  • QULANGƏRİŞ

    (Cəlilabad, Əli Bayramlı, Salyan) eyvan. – Qulangəriş öyin qabağındo: lar (Salyan); – Qulangərişdə otırıb çay içeydüg (Cəlilabad)

    Tam oxu »
  • QULANGÜL

    (Quba) gül adı. – Bacım bizə çux qulangül gətirmişdi

    Tam oxu »
  • QULAPAN

    (İmişli) bax qulaban. – Axşam bizim evin qulapanına bax, orda olacağam

    Tam oxu »
  • QULAPARAN

    (Lənkəran) bax qorapalan I

    Tam oxu »
  • QULAŞDAMAX

    (Qazax) qaçmaq. – Çinarın divində iki canavar varıydı, elə qulaşdadım kı görəndə

    Tam oxu »
  • QULAVLƏMAX

    (Meğri) taqətdən düşmək, yorulmaq. – Urdıbatdan piyada galdım, yulda qışlərim qulavlədi

    Tam oxu »
  • QULAZDAMAX

    (Cəbrayıl) tullamaq

    Tam oxu »
  • QULBAQQA

    (Dərbənd) qurbağa

    Tam oxu »
  • QULEYŞA

    (Karvansaray) bax qılovşa

    Tam oxu »
  • QULEYŞALIX

    (Karvansaray) bax qıloyşalıx. – İsrahayın Narıngül xala Qulu kişiyə sənnən quleyşalığ elermiş

    Tam oxu »
  • QULƏNÇƏR

    (Oğuz) bax qulançar. – Qulənçər çox yiməli şeydi

    Tam oxu »
  • QULĞUNA

    I (Qazax) bax qılğına I II (Borçalı, İmişli, Qazax) bax qılğına II. – Qulğuna çox vaxdı qulağın divinnən çıxer, yırtıler, soηra adamı öldürer (Borçalı

    Tam oxu »
  • QULİX’

    (Şəki) qulun

    Tam oxu »
  • QULİX’Lİ

    (Şəki) balası olan (at). – Dalı qulix’li atı satıf, təzə at almışıx

    Tam oxu »
  • QULİYC

    (Zaqatala) çiban

    Tam oxu »
  • QULLA

    I (Əli Bayramlı) dərin. – Mən çayın lap qulla yerində çimirdim II (Ağsu, Göyçay, Xaçmaz, İsmayıllı, Kürdəmir, Qax, Quba, Şamaxı) su saxlamaq üçün qazı

    Tam oxu »
  • QULLABA

    I (Kürdəmir) mehtərə, suqabı. – Qullabanı suynan doldurub yola tüşdük II (Şahbuz) palanduz. – Qullaba palanı sırıyır, tikir III (Bakı) qapının dalına

    Tam oxu »
  • QULLƏ

    (Quba) bax qulla II. – Qullədə su çuxdu

    Tam oxu »
  • QULLUQÇU

    (İsmayıllı) qaraçıraq. – Ağız, qulluqçuni gəti, pəyədə inəgə baxım

    Tam oxu »
  • QULOYŞA

    (Hamamlı) bax qılovşa. – O çox qıloyşa adamdı

    Tam oxu »
  • QULOYŞALAMMAX

    (Borçalı) xəbərçilik etmək. – Ə:, qalxos sədrinə nə quloyşalanersan?

    Tam oxu »
  • QULOYŞALIX

    (Başkeçid, Borçalı, Daşkəsən, Hamamlı) bax qıloyşalıx. – O, quloyşalığınnan əl çəkməz (Hamamlı)

    Tam oxu »
  • QULPLICA

    (İmişli, Lerik) dəstəli tava. – Qulplıcada pişer qayğanağ, çığırtma (İmişli)

    Tam oxu »
  • QULPLU

    (Ucar) su içilən qab. – Qulplunu gəti mənə

    Tam oxu »
  • QULPU

    qulpu çıxartmax: (Balakən) yas mərasimi təşkil etmək. – Hasan bovasına çox layıxlı qulpu çıxartdı

    Tam oxu »
  • QULTAŞA

    (Tovuz) bax qoltaşa. – O, çox qultaşa:damdı <qultaşa adamdır>

    Tam oxu »
  • QULUC

    (İsmayıllı, Qarakilsə) uc, qıraq. – Palazın qulucunnan tutdum, atdım bayıra (Qarakilsə)

    Tam oxu »
  • QULUNC

    (Borçalı) hörgüc. – Qulunc iki dənə olor dəvədə

    Tam oxu »
  • QULUNƏ:ĞI

    (Gədəbəy) yabanı bitki adı. – Bizdə qulunə:ğı da de:ilir, yolotu da de:ilir

    Tam oxu »
  • QULUNKİŞNİŞİ

    (Xanlar) yabanı bitki adı. – Min dəfə demişəm, qulunkışnişi yimiyin

    Tam oxu »
  • QULUNOTU

    (Kəlbəcər) yabanı bitki adı. – Qulunotu bö:ün yarar şeydi heyvan yemə:

    Tam oxu »
  • QUM

    (Bakı) mehtərə, suqabı

    Tam oxu »
  • QUMACEX’

    (Şəki) meyvənin (alma, armud və s.) yeyiləndən sonra qalan tullantı hissəsi, cecəsi. – Almanı yiyif qumaceyni bu yənə atma

    Tam oxu »
  • QUMALAT

    (Dərbənd) qohum-əqrəba. – Qızçi <qız üçün> nişan aparanda çağıradug qumalatımızı

    Tam oxu »
  • QUMANNI

    (Balakən, Qax, Zaqatala) hamilə

    Tam oxu »
  • QUMBARA

    (Bakı, Şəki) isladılmış kömür xəkəsindən yumru şəkildə düzəldilmiş yanacaq növü. – Bu gün iki yüz dənə qumbara qayırmışam (Şəki)

    Tam oxu »
  • QUMBUC

    (Cəbrayıl, Kürdəmir) omba. – İnəgin qumbucu batıp, doğmağa az qalır (Kürdəmir)

    Tam oxu »
  • QUMQUMA

    I (Dərbənd, Şamaxı) ziyanverici həşərat adı. – Bağımızın almalarına qumquma daraşıb puç elədi (Şamaxı); – Qumquma alma teregin xarab eliyədü (Dərbənd)

    Tam oxu »
  • QUMQUMALAMAX

    (Ordubad) tumurcuqlamaq. – Ağaşdar qumqumalıyıb

    Tam oxu »
  • QUMLƏLƏ

    (Bakı) qamışdan toxunmuş iynə-sap qutusu. – Qumlələdən qara çərxi götür bura

    Tam oxu »
  • QUMPARA

    (Xaçmaz) bax qopara. – Ut çalmağçün qumpara quymişəm

    Tam oxu »
  • QUMPİL

    (Tabasaran) kətmən. – Qumpilin sapıyçin ağac kəsdüm

    Tam oxu »
  • QUNAQUNA

    (Gədəbəy) uşaq oyunu adı

    Tam oxu »
  • QUNC

    (İsmayıllı) dəvədabanı. – Diyəsən, qunc yarpağ açıb

    Tam oxu »
  • QUNCA

    qunca göbələk: (Kürdəmir) göbələk növü adı. – Qunca göbəbələk yeməlidü

    Tam oxu »
  • QUNCAR

    (Tabasaran) ət qutabı. – Etdən bişənə quncar diyədig

    Tam oxu »
  • QUNCEK

    (Zaqatala) bax qumacex’

    Tam oxu »
  • QUNÇABACI

    (Salyan) qardaş arvadının baldızına verdiyi ad

    Tam oxu »