Azərbaycan dilinin izahlı lüğəti

  • NƏMİ

    is. məh. Alaçığın içəri-sində qarğıdan hörülmüş bağlı yer; anbar. [Güldəstə:] Atam karıxdığından nəminin qapısını açıq qoyub gedibdir

    Tam oxu »
  • NƏMİŞ

    sif. Rütubətli, yaş, nəm. Nəmiş külək. – [Odunçuoğlu] arxası üstə nəmiş torpaq döşəmə üstündə uzanmışdı

    Tam oxu »
  • NƏMİŞLƏNMƏ

    “Nəmişlənmək”dən f.is

    Tam oxu »
  • NƏMİŞLƏNMƏK

    bax nəmlənmək

    Tam oxu »
  • NƏMİŞLİK

    is. 1. Yağmurluluq, yağışlılıq, yağıntı. Yaz nəmişlik (z.) keçdi. – [Babakişi:] Bu il, qızım, türkün sözü, nəmişlik olmadı, havalar quru keçdi, mən də

    Tam oxu »
  • NƏMLƏNDİRMƏ

    “Nəmləndirmək”dən f.is

    Tam oxu »
  • NƏMLƏNDİRMƏK

    f. Nəm etmək, rütubətləndirmək

    Tam oxu »
  • NƏMLƏNMƏ

    “Nəmlənmək”dən f.is

    Tam oxu »
  • NƏMLƏNMƏK

    f. Nəm olmaq, canına su çəkmək; rütubətlənmək. Torpaq yağışdan sonra nəmlənib

    Tam oxu »
  • NƏMLƏŞMƏ

    “Nəmləşmək”dən f.is

    Tam oxu »
  • NƏMLƏŞMƏK

    f. Nəm olmaq, rütubətlənmək, yaş olmaq

    Tam oxu »
  • NƏMLİ

    sif. 1. bax nəm 1-ci mənada. Nəmli torpaq. Nəmli divar. – [Vaqif:] Gözümün işığı, canım, ciyərim; Bu nəmli torpaqlar olsa da yerim

    Tam oxu »
  • NƏMLİK

    is. Yaşlıq, rütubətlik, rütubət. Havanın nəmliyi. Küləyin nəmliyi. – Qar az yağdığından torpağın nəmliyi kifayət deyil

    Tam oxu »
  • NƏMLİLİK

    is. Nəm şeyin halı. Torpağın nəmliliyi. Havanın nəmliliyi

    Tam oxu »
  • NƏNƏ

    is. 1. Atanın, yaxud ananın anası; nəvəsi olan qadın. …İkramın fikri dəyişir, bütün günahları nənəsində görürdü

    Tam oxu »
  • NƏNƏCAN

    is. Nənəyə, yaxud qoca qadına mehribanlıqla müraciət. Nənəcan, bir az oturub dincinizi alın. – [Qumru:] Köməyə gəl, nənəcan, mən tapa bilmirəm, o [boy

    Tam oxu »
  • NƏNƏCİK

    bax nənəcan

    Tam oxu »
  • NƏNƏLİK

    is. 1. Ögey nənə. Məsmə Səlimin nənəliyi hesab olunurdu. Mir Cəlal. 2. məc. Analıq. [Hacı Murad:] Durub təzədən ona nənəlik edə bilmərəm ki

    Tam oxu »
  • NƏNNİ

    is. 1. Körpə uşaqları yatırtmaq üçün asılan kiçik yatacaq. [Qumru] uşağı nənniyə salıb küncə qısıldı

    Tam oxu »
  • NƏR

    sif. [fars] 1. Erkək (dəvə). Sarbanın yerə yatırdığı nər dəvə onu belinə aldı, sonra nərildəyərək ayağa qalxdı

    Tam oxu »
  • NƏRD

    is. [ər.] 24 xanası olan iki çərçivəli taxtadan, 30 daşdan və iki zərdən ibarət oyun aləti. // Həmin alətlə oynanılan oyun

    Tam oxu »
  • NƏRDİVAN

    is. [fars.] Bir yerə qalxmaq və ya enmək üçün ağacdan, dəmirdən, ipdən və s.-dən düzəldilmiş pilləli vəsait

    Tam oxu »
  • NƏRDTAXTA

    bax nərd. [Budaq:] Mirzə Alış məni Osman bəygildən nərdtaxta gətirməyə göndərdi. Ə.Vəliyev

    Tam oxu »
  • NƏRƏ₁

    is. zool. Qiymətli əti, kürüsü olan, çaylarda, dənizlərdə yaşayan qığırdaqlı balıq

    Tam oxu »
  • NƏRƏ₃

    is. [ər.] Hücum, həmlə, vuruş əsnasında bərk bağırma; bağırtı. □ Nərə çəkmək, nərə vurmaq – bərk bağırmaq

    Tam oxu »
  • NƏRƏ₂

    is. məh. Evlərin üstünə qoyulan tir. Su gəldi, pərə dəydi; Ox keçdi, nərə dəydi; Sənin kimi cavanlar; Tezliklə yerə dəydi

    Tam oxu »
  • NƏRGİZ

    is. [fars. əsli yun.] Ətirli ağ və ya sarı çiçəkləri olan soğanaqlı gül. Nərgizi, bənövşəni; Qəddinə heyran elədin! Aşıq Ələsgər

    Tam oxu »
  • NƏRİLDƏMƏ

    “Nərildəmək”dən f.is

    Tam oxu »
  • NƏRİLDƏMƏK

    f. 1. Nərilti səsi çıxarmaq; bağırmaq, qışqırmaq, nərə vurmaq. [Pələng] iki-üç addım məndən aralı bir qaratikan kolu yanında yıxılıb nərildəyirdi

    Tam oxu »
  • NƏRİLTİ

    is. 1. Bağırtı, böyürtü, qışqırıq, çığırtı, nərə səsi. …[Ovçular] mağaranın içindən ayının nəriltisini eşidib, tüfənglərini hazırladılar və itləri içə

    Tam oxu »
  • NƏRİLTİLİ

    sif. Gurultulu, uğultulu, son dərəcə səsli-küylü. Belə bir şaqqıltılı, nəriltili, gurultulu hala adət edib alışmış Fərhadoğlu dərin fikirdən ayrıldı…

    Tam oxu »
  • NƏRMƏ-NAZİK

    sif. 1. İncə, zərif, nazik. Ağ biləklərində qızıl bilərzik; Zərif, lətif, sevimli, nərmə-nazik. A.Səhhət

    Tam oxu »
  • NƏRMƏ-NAZİKLİK

    is. İncəlik, zəriflik, naziklik

    Tam oxu »
  • NƏRTAXTA

    bax nərdtaxta. [Koroğlu:] Qurun nərtaxtanı, gəlin oynayaq; Atın ağ zərləri, şeşi beş olsun. “Koroğlu”

    Tam oxu »
  • NƏSB

    is. [ər.] : nəsb etmək – rəbt etmək, bağlamaq, bənd etmək

    Tam oxu »
  • NƏSƏ

    dan. “Nə isə” sözünün ixtisar forması. Yol gəlir Kəsəməndən; Yar küsüb nəsə məndən; Qorxuram gec qayıdam; Meylini kəsə məndən

    Tam oxu »
  • NƏSƏB

    is. [ər.] Mənşə, nəsil, soy, əcdad silsiləsi (çox vaxt “əsil-nəsəb, əslü-nəsəb” şəklində işlənir). Əslü-nəsəbim sənə əyandır; Hökmüm neçə min evə rəva

    Tam oxu »
  • NƏSX

    is. [ər.] Əsasən kitab çapında işlədilən ərəb yazı xətlərindən birinin adı

    Tam oxu »
  • NƏSİB

    is. [ər.] Qismət, hissə, pay, bəxtə çıxan şey, bəxt. □ Nəsib etmək (eyləmək) – qismət etmək, uğruna çıxartmaq

    Tam oxu »
  • NƏSİHƏT

    is. [ər.] Öyüd, yol göstərici sözlər. Ata nəsihəti. Nəsihətə qulaq asmaq. □ Nəsihət vermək (etmək) – öyüd vermək, ağıl vermək

    Tam oxu »
  • NƏSİHƏTAMİZ

    sif. [ər. nəsihət və fars. …amiz] Nəsihətverici, öyüd verən, ağıl öyrədən; nəsihətyana, nəsihətlə dolu; dərin, ağıllı

    Tam oxu »
  • NƏSİHƏTAMİZLİK

    is. Nəsihət xasiyyəti daşıma, nəsihət mahiyyətində olma

    Tam oxu »
  • NƏSİHƏTÇİ

    is. Nəsihət verən, öyüd verən, yol göstərən. [Hacı Mehdi Sənəmə:] Başımdan açıl, ovqatımı təlx eləmə

    Tam oxu »
  • NƏSİHƏTÇİLİK

    is. Nəsihət, öyüdvermə xasiyyəti (meyli). Ədəbi əsərlərdə nəsihətçilik üsulundan uzaqlaşmaq

    Tam oxu »
  • NƏSİHƏTYANA

    zərf Nəsihət tərzində, nəsihət yolu ilə, öyüd məqsədi ilə, doğru yol göstərmək məqsədi ilə. Nəsihətyana danışmaq

    Tam oxu »
  • NƏSİL

    is. [ər.] 1. Əcdadı bir olan qohumlar silsiləsi; soy. İkinci otaqda səfəviyyə nəslindən vəfat edən padşahların və namdar şahzadələrin təsviri çəkilmiş

    Tam oxu »
  • NƏSİLBƏNƏSİL

    sif. Nəsildən-nəslə, nəsillər boyunca, ata-babadan tutmuş. [Zeyni baba:] Elədir, nəyimiz varsa nəsilbənəsil talanıb

    Tam oxu »
  • NƏSİLDƏN-NƏSLƏ

    zərf Bir nəsildən digərinə. Yazı icad olunana qədər dərmanlar haqqında olan bilik və məlumat nəsildənnəslə şifahi surətdə keçirdi

    Tam oxu »
  • NƏSİLDƏNGƏLMƏ

    sif. Nəslə aid olan, nəsillə bağlı olan; irsi. Nəsildəngəlmə xəstəlik

    Tam oxu »
  • NƏSİLLİK

    sif. Nəslə məxsus, nəslə aid. Nəsillik xəstəlik. Nəsillik torpaq

    Tam oxu »