Azərbaycan qadın adlarının izahlı lüğəti.

  • ŞƏHRƏBAN

    şəhər valisinin (hökmdarının) arvadı; şəhərin ən böyük, tanınmış xanımı

    Tam oxu »
  • ŞƏHRƏBANU

    şəhər valisinin (hökmdarının) arvadı; şəhərin ən böyük, tanınmış xanımı

    Tam oxu »
  • ŞƏHRİ

    (ə.) aylıq; (f.) şəhərli

    Tam oxu »
  • ŞƏHRİGÜL

    zərif gül, incə çiçək

    Tam oxu »
  • ŞƏHRİZAD

    şəhər uşağı, şəhərli övladı, şəhərdə doğulmuş qız

    Tam oxu »
  • ŞƏHRİZƏ

    hər gün şəhərdə gəzən kasıb; acgöz qız

    Tam oxu »
  • ŞƏHRUZƏ

    hər gün şəhərdə gəzən kasıb; acgöz qız

    Tam oxu »
  • ŞƏXSİYYƏ

    şəxsiyyəti, əxlaqı, mənliyi olan

    Tam oxu »
  • ŞƏKƏR

    qənd, qənd tozu; şirin(qız)

    Tam oxu »
  • ŞƏKƏRNAZ

    nazı, qəmzəsi şirin olan, işvəsi ləzzət verən

    Tam oxu »
  • ŞƏLALƏ

    çayın qayadan tökülən hissəsi

    Tam oxu »
  • ŞƏMAİL

    təbiətlər, xasiyyətlər; əks, surət; görünüş

    Tam oxu »
  • ŞƏMAYIL

    təbiətlər, xasiyyətlər; əks, surət; görünüş

    Tam oxu »
  • ŞƏMİMƏ

    yaxşı iyi, qoxusu olan, gözəl qoxulu

    Tam oxu »
  • ŞƏMİRƏ

    çox qədim zamanlardan Assuriya, Babil, Urartu və Azərbaycanda dillərdə gəzən məşhur əfsanə qəhrəmanı "Şammuramata" adının sadələşdirilmiş forması

    Tam oxu »
  • ŞƏMS

    Günəş

    Tam oxu »
  • ŞƏMSİCAHAN

    cahanın Günəşi, dünyanın Günəşi

    Tam oxu »
  • ŞƏMSİQƏMƏR

    Günəş və Ay sözlərindən yaranmışdır

    Tam oxu »
  • ŞƏMSİNUR

    Günəşin nuru, Günəşin işığı

    Tam oxu »
  • ŞƏNALƏM

    aləmin sevinci, sevimli, şad dünya

    Tam oxu »
  • ŞƏNAY

    şən Ay; parlaq Ay; məmnunedici gözəl qız

    Tam oxu »
  • ŞƏNBAHAR

    bahar sevinci; sevinc gətirən bahar

    Tam oxu »
  • ŞƏNDƏ

    sevincli, məmnun, həyatından, yaşayışından razı olan, gülər üzlü, xoşbəxt

    Tam oxu »
  • ŞƏNEL

    eli şən olan, şən el

    Tam oxu »
  • ŞƏNGÜL

    «şən» və «gül» sözlərindən düzəlmiş, «gül sevincli, şad olan çiçək, sevinən çiçək» deməkdir

    Tam oxu »
  • ŞƏNGÜL

    şən gül, məmnun gül; şad gözəl

    Tam oxu »
  • ŞƏNGÜLƏ

    «şən» və «gül» sözlərindən düzəlmiş, «gül sevincli, şad olan çiçək, sevinən çiçək» deməkdir

    Tam oxu »
  • ŞƏNGÜLƏ

    şən gül, məmnun gül; şad gözəl

    Tam oxu »
  • ŞƏNLİK

    şadlıq, sevinc, fərəh; təntənə, şadyanalıq

    Tam oxu »
  • ŞƏNNAZ

    şadlıqla nazlanan, şənlənərək naz edən

    Tam oxu »
  • ŞƏNOL

    şən olmaq; sevimli ol, məmnun ol

    Tam oxu »
  • ŞƏNSOY

    şən nəsilli, şad nəsilli

    Tam oxu »
  • ŞƏNTÜRK

    şən olan türk, şənlənən türk

    Tam oxu »
  • ŞƏNYAZ

    bahar sevinci; sevinc gətirən bahar

    Tam oxu »
  • ŞƏRABANU

    şəhər valisinin (hökmdarının) arvadı; şəhərin ən böyük, tanınmış xanımı

    Tam oxu »
  • ŞƏRAFƏT

    etibar, heysiyyət; şərəf, şöhrət

    Tam oxu »
  • ŞƏRƏBANI

    şəhər valisinin (hökmdarının) arvadı; şəhərin ən böyük, tanınmış xanımı

    Tam oxu »
  • ŞƏRƏBANU

    şəhər valisinin (hökmdarının) arvadı; şəhərin ən böyük, tanınmış xanımı

    Tam oxu »
  • ŞƏRƏF

    namus, qeyrət, heysiyyət, iftixar

    Tam oxu »
  • ŞƏRƏFBƏYİM

    bax: Şərəf və Bəyim

    Tam oxu »
  • ŞƏRƏFƏ

    minarənin azan verilən yeri

    Tam oxu »
  • ŞƏRƏFGÜL

    bax: Şərəf və Gül

    Tam oxu »
  • ŞƏRƏFXANIM

    bax: Şərəf və Xanım

    Tam oxu »
  • ŞƏRƏFQƏDƏM

    qədəmləri uğurlu olan, gəlişi şərəfli olan

    Tam oxu »
  • ŞƏRƏFNAZ

    yaxşı naz eləməyi bacaran, gəlişi şərəfli olan

    Tam oxu »
  • ŞƏRƏFNİSƏ

    qız(lar)ın şərəfi, qadın(lar)ın iftixarı

    Tam oxu »
  • ŞƏRQİ

    Şərqə aid olan, Şərqə məxsus olan; nəğmə, mahnı

    Tam oxu »
  • ŞƏRQİNAZ

    Şərqə məxsus naz; nəğməli naz

    Tam oxu »
  • ŞƏRQİYYƏ

    şərqli qız; Şərqə məxsus qız; nəğmələr, türkülər

    Tam oxu »
  • ŞƏRMİN

    utanan, utancaq; çəkingən, çəkinən

    Tam oxu »