Malkolm X (Rəcəb Şəntürk)
Malkolm X — Rəcəb Şəntürkün müəllifi olduğu Malkolm Xdan bəhs edən avtobioqrafik əsər.
== Məzmun ==
Kitab XX əsrin ən yadda qalan simalarından olan Malkolm X-in həyatı və onun insan haqları uğrunda mübarizəsi haqqındadır. Qətiyyətli çıxışları ilə, modern cəmiyyət tərəfindən əzilən, sındırılan, ən adi insani münasibətlərə həsrət qalan qaradərililərin ümid işığına çevrilən və "Başıma ən azı bir qrup insanın yaşayıb təcrübə edə biləcəyi qədər hadisə gəlib" – deyən Malkolm X-in keçdiyi həyat yolunu təsirlənmədən və təəccüb etmədən oxumaq mümkün deyil.
Kitabı oxuduqca bir insanın necə ən çirkin əməllərdən, tüfeyli həyatdan qurtularaq doğru prinsiplərə yiyələnib və bu prinsiplər uğrunda canından belə keçəcək səviyyədə mübarizə aparıb dünyada iz qoyan bir şəxsə çevrildiyinin şahidi olacaqsınız.