BƏRPA
BƏSİRƏT
OBASTAN VİKİ
Bəs-Normandi
Aşağı Normandiya (fr. Basse-Normandie) - Fransanın şimal-qərbində bir bölgədir. Ərazisinin sahəsi 17 589 km² təşkil edir, sahilin uzunluğu 470 kilometrdir. Meşələrin sahəsi 192 000 hektar təşkil edir.
Bəs Yaradan ölmüşdü? (kitab)
Bəs Yaradan ölmüşdü? (ing. The Case for a Creator) — Li Strobelin kitabı. Kitab 2004-cü ildə Amerikada nəşr olunub və nəşr olunduğu tarixdən indiyədək gündəmdən düşməyib. Əsər dünyanın bir çox dillərinə tərcümə olunub. New York Times jurnalının bestsellerlər siyahısında yer almış bu kitabın müəllifi Li Strobel ixtisasca hüquqşünas, jurnalistdir və bir çox mükafatların laureatıdır. == Məzmun == "Elm kainatın şüurlu bir yaradanı olması barədə illüziyaların hamısını darmadağın edib" – ən azından, Li Strobel belə düşünürdü. Lakin son illər ərzində kainatın Üstün Zəka tərəfindən yaradıldığını təsdiq edən çoxlu sayda maraqlı elmi nailiyyətlər ortaya qoyulub. Deməli, alimlər Yaradanı kəşf ediblər? Li Strobel nə vaxtsa onu Tanrıdan uzaqlaşdırmış elmi nəzəriyyələri araşdırmağa başlayır və bu məqsədlə müxtəlif sahələrin tanınmış alimləri ilə müsahibələr aparır.
Bəs sonra (film, 2011)
Bəs sonra — 2011-ci ildə Özcan Dəniz tərəfindən ekranlaşdırılmış romantik komediyadır. Filmin mövzusu evlilik həyatında özünü xoşbəxt hiss etməyən qadının durğunluq keçirən karyerasını yenidən canlandırmaq istəyidir. 2011-ci ilin fevralın 25-də ekrana çıxmışdır. == Süjet xətti == Yeddi illik evli olan Adem və Didem cütlüyünün münasibətləri bitmək mərhələsinə çatıb. Səbəb isə Ademin vaxt keçdikcə həyat yoldaşına daha az sevgi nümayiş etdirməsi və Didemin özünü bədbəxt hiss etməsidir. Didemin xoşbəxt olması üçün edə biləcəyi yeganə iş illər öncə evliliyi üçün qurban verdiyi karyerasını bərpa etməkdir. Ademin də onun karyerasına qayıtması üçün həvəs göstərəcəyini və ona dəstək olacağını gözləyən Didemin bütün həyatı qapının döyülməsi ilə dəyişir. Belə ki, Adem həmin gün dostlarını qonaq çağırır və hər şey bundan sonra dəyişir. == Çəkiliş məkanı == Film İstanbul və Antalyada çəkilib. == Təqdimat == Film 25 fevral 2011-ci ildə geniş tamaşaçı kütləsinə təqdim edildi.
Aleksandr Aleksandrov (bəstəkar)
Aleksandr Vasilyeviç Aleksandrov (1 (13) aprel 1883, Plaxino[d], Ryazan quberniyası[d], Rusiya imperiyası – 8 iyul 1946[…], Berlin, Sovet işğalı zonası[d]) — Rusiya–sovet bəstəkarı və xor dirijoru. O, SSRİ xalq artisti (1937), SSRİ Dövlət mükafatı laureatı (1942, 1946) olmuşdur. Aleksandrov SSRİ və Rusiya himnlərinin musiqisinin müəllifidir. == Həyatı == Aleksandr Vasilyeviç Aleksandrov 13 aprel 1883-cü ildə Rusiya imperiyasının Ryazan quberniyasında anadan olmuşdur. Aleksandrov 1939-cu ildən Sov.İKP üzvüdür. O, sənətşünaslıq doktoru (1940), general-mayor (1943) olmuşdur. Aleksandrov "Müqəddəs hərbə" (1941) mahnısı ümumxalq şöhrəti qazanmışdır. Onun yaradıcılığı üçün axıcılıq, epik vüsət və s. xarakterikdir. Mahnılarında rus klassik musiqi ənənələrini davam etdirmişdir.
Azərbaycan bəstəkarları
Azərbaycan bəstəkarlarının siyahısı
Azərbaycan bəstəkarlarının siyahısı
Azərbaycan bəstəkarlarının siyahısı
Bu, həqiqətin səsidir. Bəstəkar Qara Qarayev (film, 1968)
Bu, həqiqətin səsidir. Bəstəkar Qara Qarayev qısametrajlı sənədli filmi rejissor Oqtay Mirqasımov tərəfindən 1968-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin həyat və yaradıcılıq yollarına həsr olunmuşdur. 1969-cu ildə Kiyevdə III Zaqafqaziya və Ukrayna respublikaları filmlərinin "Prometey-69" zona kinofestivalında sənədli filmə birinci mükafat verilmişdir. == Məzmun == Sənədli film dövrümüzün ən böyük sənətkarı, SSRİ xalq artisti, Lenin Mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin həyat və yaradıcılıq yollarına həsr olunmuşdur. Filmdə onun əsərləri səslənir, bəstəkar haqqında müasirləri danışırlar. Burada bəstəkarın daxili aləmi, onun yaradıcılıq laboratoriyası, özünəməxsus iş üsulu, pedaqoji fəaliyyəti əks olunmuşdur. Onun özünün söhbətləri, anası Sona xanımın çıxışı da filmə daxil edilmişdir. Film-essedə Qara Qarayevin ən həyəcanlı anları-onun iş zamanı musiqi aləminə uyuduğu vaxtlar "gizli kamera" ilə çəkilmişdir.
Bəskərut (Sərdəşt)
Bəskərut (fars. اسكه روت‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 31 nəfər yaşayır (9 ailə).
Bəsləsən atlas olar tut yarpağından (film, 1957)
Bəsləsən atlas olar tut yarpağından qısametrajlı sənədli filmi rejissor İsmayıl Əfəndiyev tərəfindən 1957-ci ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Elmi-kütləvi filmdə respublikamızda baramaçılığın inkişafında elmin nailiyyətlərinin tətbiqindən bəhs olunur. == Məzmun == Elmi-kütləvi filmdir. Filmdə respublikamızda baramaçılığın inkişafında elmin nailiyyətlərinin tətbiqindən bəhs olunur.
Bəsləyən ana
Alma mater (lat. alma mater, hərfi mənada "südverən, mərhəmətli ana") — teoloji və fəlsəfi təhsil verən təhsil müəssisələrinə, universitetlərə tələbələr tərəfindən verilən qədim qeyri-formal adlandırma. Mənəvi qida verən müəssisə olmaları anlamında işlənirdi. Orta əsrlər Avropasında "alma mater" həm də "bakirə Məryəm" kimi başa düşülürdü. Müasir leksikada alma mater, haqqında söhbət gedən şəxsin oxuduğu və ya oxumuş olduğu təhsil müəssisəsi mənasında işlənir. Alma Mater Studiorum (tərc. "tədqiqatları qidalandıran ana") əsası 1088-ci ildə qoyulmuş, Qərbi Avropanın və dünyanın fəaliyyətdə olan ilk və ən qədim ali təhsil müəssisəsi sayılan Bolonya Universitetinin şüarı və orijinal adıdır.
Bəsri (Soyuqbulaq)
Bəsri (fars. صري‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 59 nəfər yaşayır (24 ailə).
Bəsrik (Urmiya)
Bəsrik (fars. بصريك‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 142 nəfər yaşayır (25 ailə).
Bəsrə
Bəsrə (Ərəb dili:البصرة) — Cənubi İraqda şəhər. Bəsrə mühafazasının inzibati mərkəzi. Əhalisi 2,02 mln. nəfər (2005). İran körfəzinin 55 km-liyində, Şətt-ül-ərəb çayında port (1980-ci illərədək qabarma zamanı okean gəmiləri daxil ola bilirdi; sonralar çay yatağını lil basdığından yalnız kiçik tonnajlı gəmilər daxil olur). Nəqliyyat qovşağı. Beynəlxalq hava limanı var. == Tarixi == Bəsrənin əsasını 637/638 ildə xəlifə Ömər ibn əl-Xəttab qoymuşdur. Bəsrə VIII– IX əsrlərdə ərəb-müsəlman mədəniyyətinin formalaşmasının (Bəsrə əhalisi mürəkkəb etnik-irqi müxtəlifliyi ilə seçilirdi; burada ərəblər, farslar, Hindistan və Afrika xalqları yaşayırdı), İraqın siyasi və iqtisadi həyatının, həmçinin tunc, saxsı və şüşə məmulatı istehsalının mühüm mərkəzlərindən idi. 762-ci ildə Abbasilər paytaxtı Bağdada köçürdükdən sonra Bəsrə iqtisadi mövqeyini tədricən itirməyə başladı.
Bəsrə (Sərdəşt)
Bəsrə (fars. بصره‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 230 nəfər yaşayır (40 ailə).
Bəsrə (el)
Bəsrə mühafəzəsi — İraqın 18 mühafəzəsindən biri. Bəsrə mühafəzəsinin ərzisi 19.070 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 1.556.445 nəfər, inzibati mərkəzi Bəsrə şəhəridir.
Bəsrə körfəzi
İran körfəzi həmçinin Ərəb körfəzi ve ya Bəsrə körfəzi (türk.Basra Körfezi; fars. خلیج فارس - Xəlic-e Fars; ərəb. الخليج العربی‎ - əl-Xəlicül-ərəbı, əl-Xəlic əl-ərəbı) — İran və Ərəbistan yarımadası arasında körfəz. Hörmüz boğazı vasitəsilə Oman körfəzi, Ərəbistan dənizi və Hind okeanı ilə birləşir. Bu körfəzin adı ilə bağlı İranla ərəb ölkələri arasında gərginlik var.İranlılar bu körfəzin adının Fars körfəzi olduğunu təkid edirlər, lakin ərəb ölkələri bu körfəzin adını Ərəb körfəzi hesab edirlər.Bu körfəz türkcə Bəsrə körfəzi də adlanır.Bu ad tarixi köklərə malikdir və Osmanlı İmperiyası dövründə bu adla tanınıb.Azərbaycanda bu körfəz İran körfəzi adlanır ki, bu yanlış addır və heç bir tarixi əsası yoxdur. Körfəzin sahilində yerləşən ölkələr Oman, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Küveyt, İraq və İrandır. Dəclə və Fərat çaylarının qovuşması nəticəsində yaranan Şəttül-Ərəb çayı Ərəb körfəzinə tökülür. Hidroloji, hidrokimyəvi və digər xüsusiyyətlərinə görə Ərəb körfəzi dənizlərlə oxşardır. Körfəzin sahəsi 239 000 km², uzunluğu 926 km, eni 180–320 km, orta dərinliyi 50 metrdən az, maksimal dərinliyi 102 metrdir. == Mübahisəli adlandırma == Mənbələrdə körfəz müxtəlif cür adlandırılır.
Bəsrə mühafazası
Bəsrə mühafəzəsi — İraqın 18 mühafəzəsindən biri. Bəsrə mühafəzəsinin ərzisi 19.070 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 1.556.445 nəfər, inzibati mərkəzi Bəsrə şəhəridir.
Bəsrə mühafəzası
Bəsrə mühafəzəsi — İraqın 18 mühafəzəsindən biri. Bəsrə mühafəzəsinin ərzisi 19.070 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 1.556.445 nəfər, inzibati mərkəzi Bəsrə şəhəridir.
Bəsrə mühafəzəsi
Bəsrə mühafəzəsi — İraqın 18 mühafəzəsindən biri. Bəsrə mühafəzəsinin ərzisi 19.070 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 1.556.445 nəfər, inzibati mərkəzi Bəsrə şəhəridir.
Bəsrə vilayəti
Bəsrə vilayəti — Osmanlı İmperiyası tərkibində, 1875–1880–ci və 1884–1918–ci illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Bəsrə şəhəri idi.
Bəsrənin fəthi (1546)
Bəsrənin Fəth — 1546-cı ildə Bəsrənin Portuqaliya imperatorluğunun əlinə keçmə təhlükəsinə qarşı Osmanlı imperiyası tərəfindən ələ keçirilərək birbaşa Türk idarəsinə alınmışdı. == Arxa plan == Qanuni Sultan Süleymanın 1534-cü ildə Bağdadı alması ilə Bəsrə rəsmən Osmanlı hakimiyyətinə keçdi. O zaman Bəsrə hakimi olan Megamisoğlu Raşid oğlu Mani padşahın hüzuruna göndərərək tabeliyini qəbul edib. Rəşidin 1543-cü ildə ölümünün ardından taxta keçən oğlu Manı də vəziri Mir Mehmed və kazaskerini Qanuni Sultan Süleymana itaətini bildirmək üçün göndərmişdi. Heyət Boğdan yürüşündə olan Qanuninin hüzuruna 25 iyul 1538-ci ildə çıxmış, Mannın ubudiyetnamesini, Bəsrənin rəmzi açarlarını və bəzi hədiyyələri təqdim etmişdi. Qanuni də Rəşidə bəylərbəyi adı vermiş və bəraət göndermişti. Bəsrə bu dövrdə əhali baxımından orta böyüklükdə bir şəhər olsa da, (1552 yazına görə şəhərdə, 11-i qalada olmaq üzrə cəmi 20 məhəllə mövcud idi və şəhər əhalisi 15 minə yaxın olub, bunun 5 mini qala içində yaşayırdı) İraqın Bəsrə Körfəzinə açılan limanı olması səbəbindən strateji əhəmiyyətə malik idi. 1534–1546 illərdə Bəsrə körfəzinin girişindəki Hürmüzü tutan Portuqaliyalılar buranın iqtisadi olaraq müəyyən qədər təmin olunması məqsədilə Bəsrə ilə təmaslarını artırmışdılar. Bu dövrdə Megamisoğlu Rəşid ölmüş, yerinə bir müddət oğlu Manı keçmiş, ancaq bir müddət sonra o da idarəetməni əmisioğlu Beni Aman şeyxi Şeyx Yəhyaya tərk etmək məcburiyyətində qalmışdı. Şeyx Yəhya Hürmüzdəki Portuqaliya komandanlığına müraciət edərək onu Türk təhlükəsinə qarşı xəbərdar etmiş, həmçinin Bəsrə üçün də yardım istəmişdi.
Bəsrənin yağmalanması (923)
Bəsrənin yağmalanması — Abbasilərin Bəsrə şəhərinin Bəhreyn qərmətiləri tərəfindən 923-cü ilin avqustunda tutulması və talan edilməsi. Bu, qərməti basqınlarından birincisi idi ki, kulminasiya nöqtəsi 927–928-ci illərdə qərmətilərin İraqa yürüşü idi. == Zəmin == 890-cı illərdə ismaili missioneri Əbu Səid Cənnəbi Bəhreyndə müstəqil qərməti dövləti qurmuşdur. Əbu Səidin hakimiyyəti altında Bəhreyn qərmətiləri 900-cü illərdə Suriya və İraqda Abbasilər xilafətinə qarşı qərmətilərin qaldıqları üsyanlarda, eləcə də İfriqiyədə Fatimilər xilafətinin qurulmasında iştirak etməmişdilər. Onlar 912-ci ildə Bəsrə şəhərinə etdikləri basqın istisna olmaqla, Abbasilərlə sülhü qorumuş və Abbasi vəziri Əli ibn İsa ibn Cərrahdan pul və silah ianələri almışlar. 923-cü ilin yanvarında Əbu Səidin 16 yaşına çatmış kiçik oğlu Əbu Tahir Cənnəbi qərmətilərin başçılığına keçmişdir. Eyni zamanda Əli ibn İsa öz mövqeyini itirmiş və onun yerinə hərbi əməliyyatlara üstünlük verən daha döyüşkən rəqibi İbn Fərat gəlmişdir. Müasir tarixçilərə görə, iddialı olan Əbu Tahir, çox güman ki, bundan Abbasilərə hücum etmək üçün bəhanə kimi istifadə etmişdir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Ахундова Н. Ч. Тюрки в системе государственного управления Арабского Халифата: VIII--сер. Х вв.
Bəst
Bəst — Orta Şərqdə tətil və sığınacaq anlayışı. Adətən bəst yeri kimi müqəddəs məqbərələr, pir yeri, məscid və yaxud camaat tərəfindən hörmətlə yanaşılan bir yer seçilirdi. Bəst məhkəməyə qədər insanların özbaşına olaraq cəzalandırılmasının qarşısını alırdı. Burada hətta quldurlar da sığınacaq tapırdı. Bəst həm də etiraz əlaməti kimi bazarların, emalatxanaların və karxanaların bağlanmasına da deyilirdi. == Bəst 19 əsrdə == Bəst 19 əsrdə. 19 əsrdə Orta Şərqdə bəst kimi xarici ölkələrin səfirliklərini, teleqraf və poçt stansiyalarını da istifadə edirdilər. 19 əsr görkəmli Orta Şərq siyasi xadimi Mirzə Tağı xan Əmir Kəbir bəsti ləğv etmək üçün müəyyən tədbirlərə əl atmışdı. Belə ki, onun 1848–1851 illərdə keçirdiyi islahat tədbirləri ruhanilərin narazılığına səbəb olmuşdu və onun ruhanilərlə ilk qarşıdurması, Təbrizdə, şeyx-ül-islam Əli xan Əfşarın bu şəhəri "on ikinci imamın şəhəri" elan etməsindən sonra baş vermişdi. Bu o demək idi ki Təbriz bütün vergilərdən azad olunur.
Bəstam
Bəstam — İranın Simnan ostanının Şahrud şəhristanının Bəstam bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,382 nəfər və 1,997 ailədən ibarət idi.
Bəstam (Çaypara)
Bəstam (fars. بسطام‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafiya == Bəstam (Başdam) kəndi Qaraziyaəddindən 6 km, Xoydan isə 60 km arada yerləşərk, şimal-qərbdən Gözdəyən kəndi və Bəstam qalasıilə,cənubdan ağçayilə,qərbdən şorik kəndiilə və şərqdən çobraq ərazisilə həmsərhəddir. Kəndin yüksəliyi dəniz səviyyəsindən 1150m olaraq,yayları mötədil qışları isə soyuq keçir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 681 nəfər yaşayır (155 ailə). Əhalisi şiə inanclı Azərbaycan türklərindən ibarətdir və daha çox burada əkinçilik, maldarlıq və əl işləri istehsalına önəm verilir.
Bəstambəy (Piranşəhr)
Bəstambəy (fars. بسطام بگ‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 299 nəfər yaşayır (44 ailə).
Bəsti
Bəsti — Azərbaycan qadın adı. Aşıq Bəsti — XIX əsrin tanınmış qadın aşığı. Bəsti Cəfərova — aktrisa. Azərbaycanın xalq artisti (1998) Bəsti Bağırova – Bəsti Sevdiyeva – xanəndə, əməkdar artist. Bəsti Qasımova — Azərbaycanlı müğənni, AzTV-nin solisti.
Bəsti Bağırova
Bəsti Məsim qızı Bağırova (10 aprel 1906, Abdullabəykürd, Yelizavetpol qəzası – 27 fevral 1962, Bağçakürd, Qasım İsmayılov rayonu) – Azərbaycanda məşhur pambıq ustası. Azərbaycanda iki əl ilə pambıq yığımı hərəkatının təşəbbüsçüsü. İki dəfə Sosialist Əməyi Qəhrəmanı (1947, 1950). == Həyatı == 1905-ci ildə Goranboy rayonun Bağçakürd kəndində anadan olmuşdur. 1930–1933-cü illərdə Azərbaycan SSR Qasım İsmayılov rayonu "Bağçakürd"(sonralar B. Bağırova adına) kolxozunun kolxozçusu, 1933–1950-ci illərdə həmin kolxozda manqa başçısı və 1953–1962-ci illərdə sədri olmuşdur. Bakı Ali Partiya Məktəbini bitirmişdir (1952). AKP-nin XXIII–XXV qurultaylarında Mərkəzi Komitə üzvü seçilmişdir. SSRİ Ali Sovetinin (I–III çağırış), Azərbaycan SSR Ai Sovetinin (IV–V çağırış) deputatı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü olmuşdur. 3 dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni və medallarla, ÜİKTS-in böyük qızıl medalı ilə təltif edilmişdir. Bağçakürd kəndinə Bəsti Bağırovanın tunc büstü qoyulmuşdur.

Digər lüğətlərdə