1. BƏZƏKLİ (bəzək vurulmuş) ...Bayram mərasimini andıran bəzəkli qatar gəldi (Mir Cəlal); MÜZƏYYƏN [Sitarə:] Mən istədiyim səadəti bu sarayın əlvan bağçalarının ən müzəyyən guşəsində də dözə bilmərəm (C.Cabbarlı); SÜSLÜ Sönməz: Solmaz atəşgahın süslü bir gəlinidir (C.Cabbarlı); ZƏRLİ-ZİBALI Zərli-zibalı bir otaq qayırmışdılar (S.Rəhman); ZİBA Əsrimizdə nazənin, ziba gözəllər az deyil; Gəlməmiş bənzər sənə aləmdə dilbər, Rahilə (Ə.Vahid); ZİNƏTLİ Həmzə zinətli, amma tör-töküntülü otağın yuxarı başında dayandı (Ə.Əbülhəsən).
2. bəzəkli bax naxışlı