Bal

Arının istehsal etdiyi yeyinti məhsulunun adıdır. Sadə quruluşa malik bu qida məhsulunun adı oğuz, qıpçaq qrupu türk dillərində, monqol dilinin dialektlərində fonetik dəyişikliyə uğramadan işlədilir. Azərbaycan folklor örnəklərinin dilində də “bal” sözü işlənmişdir: Bal tutan barmaq yalar; Bala dadı bal dadır, Bala adam aldadır, Şirini şirin olur, Acısı da bal dadır; Doşab almışam bal çıxıb; Bala baldan şirindir; Bal yeyib balasınnan gərəh çəksin və s. Bal sözü Türkiyə, Azərbaycan, başqırd, qazax, qırğız, özbək, tatar, türkmən, uyğur türkcələrində heç bir fonetik dəyişikliyə məruz qalmadan işlədilir. Lakin bu sözün qırğız, özbək və uyğur dillərinin dialektlərində asel, əsəl, həsəl formaları da mövcuddur. (33, 42-43)
Baqqama
Balba
OBASTAN VİKİ
Bal
Bal, bir neçə arı növü tərəfindən hazırlanan şirin və qatı bir maddədir. Bu arı növlərindən ən məşhuru bal arılarıdır. Arı ailələri balı qidalanmaq üçün hazırlayır və saxlayırlar. Arılar bitkilərin şəkərli ifrazatlarını (əsasən çiçək nektarını) toplayıb təmizləyərək bal istehsal edirlər. Bu təmizləmə, həm arı orqanizminin daxilində requrqitasiya və fermentativ proseslərlə, həm də pətəkdə saxlama zamanı suyun buxarlanması nəticəsində baldakı şəkərlərin qatı və özlü olana qədər konsentrasiyasının artması ilə baş verir. Bal arıları balı şanda toplayırlar. Şanın içərisində bal pətəyi adlanan mumdan hazırlanmış bir quruluş var. Pətək yüzlərlə və ya minlərlə altıbucaqlı hüceyrələrdən ibarətdir və arılar onları balı saxlamaq üçün istifadə edirlər. Bal istehsal edən digər arı növləri isə maddəni müxtəlif quruluşlarda, məsələn, iynəsiz arıların istifadə etdiyi kimi mum və qatrandan hazırlanan qablarda saxlayırlar. İnsan istehlakı üçün nəzərdə tutulan bal çeşidləri vəhşi arı koloniyalarından və ya əhliləşdirilmiş arıların pətəklərindən toplanır.
Bal (dəqiqləşdirmə)
Bal — arılar tərəfindən bitkilərdən toplanan, çox güclü şəfaverici təsiri olan təbii qida. Bal (rəqs) — təntənəli rəqs növü.
Bal (rəqs)
Bal (fr. bal, it. ballo alm. ball‎) — hər iki cinsdən insanların cüt şəkildə rəqs etdiyi çox sayda iştirakçıların toplandığı mərasim. Ballar adı rəqs məclislərindən və diskotekalardan toplantının təntənəsi, ciddi etiketi və əvvəldən seçilmiş klassik rəqs ifası ilə seçilir. == Ədəbiyyat == Е. Дуков. Общественные балы и концертная культура XVIII в. // Дуков Е.В. Концерт в истории западноевропейской культуры. М., 2003, с.
Bal arısı
Bal arısı (lat. Apis mellifera) – Pərdəqanadlılar dəstəsinin əsl arılar fəsiləsinə aid həşərat növü. Vətəni Cənubi Asiyadır. Hər arı ailəsi bir ana arıdan, 60–80 min işçi arıdan və yay vaxtı bir neçə yüz erkək arıdan ibarət olur. Yuvalarını ağac koğuşlarında, qaya yarıqlarında və s. dalda yerlərdə düzəldir. Ayrı-ayrı arı fərdləri təklikdə yaşayıb çoxalma qabiliyyətinə malik deyildir, buna görə də bal arıları üçün "ailə" məfhumu bioloji təsərrüfat vahidi kimi qəbul edilmişdir. Bal arısı beçə verməklə çoxalır; partenogenez səciyyəvidir. Yayda əmələ gələn erkək arılar payızda tələf olur. Qışlamaya yalnız ana və işçi arılar qalır.
Bal ayı
Bal ayı — evliliyin ilk ayı ki gəzməkdə keçirilir, evliliklərini səmimiyyət və inzivada qeyd etmək üçün yeni evlilər tərəfindən keçirilən ənənəvi tətil.
Bal porsuğu
Bal porsuğu (lat. Mellivora capensis) — Afrika və Asiyada yaşayan dələlər fəsiləsinə aid olan bir növ. Mellivorinae alt fəsiləsində yeganə olan bal porsuğu monotipik cins (Mellivora) kimi təsnif edilir. Çox kiçik ölçüsünə baxmayaraq vəhşiliyi və qorxmazlığı ilə tanınır. Ginnesin Rekordlar Kitabı 1998-2003-cü illər üçün nəşrlərində bal porsuğunu "dünyanın ən qorxmaz məməlisi" elan etmişdir. == Təsvir == Bal porsuğu orta boylu bir heyvandır (Avropa porsuğundan bir qədər kiçikdir), bədən uzunluğu təxminən 70-75 sm, quyruğu orta hesabla 18-20 sm[-ə (25 sm-ə qədər) çatır. Çəkisi 7 ilə 13 kq arasında dəyişir. Erkəklər dişilərdən bir qədər ağırdır. Bal porsuqunun bədən quruluşu köklü və çömbəlmiş, ayaqları və quyruğu nisbətən qısa, ön pəncələri qazmağa uyğunlaşmış iti pəncələrlə təchiz olunmuşdur. Başı uzunsov və genişdir, qısa iti buruna, kiçik göz və qulaqlara (qulaqların hündürlüyü təxminən 2 sm-ə çatır).
Bal pətəyi
Bal pətəyi və ya Bal şanı — bal və yumurtalarını saxlamaq üçün arıların mumdan hazırladığı yuvacıqlar. Bal pətəyinin qəribə memarlığı tarix boyunca insanların marağına səbəb olmuşdur. Yan-yana altıbucaqlılardan təşkil olunan bu quruluş, son dərəcə dəqiq olub ortalama divar qalınlıqları 0.1 mm-dir. Bu orta rəqəmdən fərqlənmə isə, ən çox 0.002 mm-ə qədərdir. Pətəklərin inşasında həndəsə qaydalarına ideal şəkildə riayət olunur. Dairə, müəyyən bir sabit sahəni əhatə edən ən qısa kənar uzunluğuna malik həndəsi formadır. Məsələn, sahəsi 10 sm² olan kvadrat və dairənin çevrə uzunluqları müqayisə edildikdə dairənin çevrəsinin daha qısa olduğunu görərik. Ancaq bal pətəyinin inşasında vəziyyət heç də belə deyil. Burada bal pətəyinin geniş çərçivəsi, bərabər və daha kiçik sahələrə bölünəcəkdir və bölmə əməliyyatında ən az çevrə uzunluğuna malik quruluş istifadə ediləcəkdir. Çərçivəni, bərabər sahələrə malik kiçik dairələr şəklindəki pətəklərə bölmək istəsək, yuxarıda ifadə edildiyi kimi ən qısa kənar xüsusiyyəti təmin edəcək, fəqət dairələrin kənarları arasında qalan boşluqlar üçün daha çox mum sərf edilmiş olacaqdır.
Bal tortu
Bal şəlalələri
Ballı şəlalələr (qaraç.-balk. Бал чучхурла) — Qaraçay-Çərkəz Respublikasında şəlalələr qrupu. Şəlalələr Alikonovka və Eçki-Baş çayları üzərində yerləşib Maloqaraçayevsk rayonuna daxildirlər. Bu adla həm də yaxınlıqda yerləşən təbii-rekeresiya mərkəzi və turizm bazası adlanır. Şəlalələrə ən yaxın yaşayış məntəqəsi Kommunstroydur. Rayon mərkəzi Uçkekendən şəlalələrə qədər məsafə 10 km, Kislovodsk şəhərinə olan məsafə isə 20 km-dir. Ballı şəlalələr qrupuna 5 şəlalə daxildir. Onlardan üçü: Jemçujnıy, Skrıtıy və Şumnıy (Şeytan dəyirmanı) Alikonovka çaynda yerləşir. Digər iki şəlalə isə, Böyük və Kiçik Ballı şəlalə Eçki-Baş çayındadır. Çay 18 metr hündürlükdən Alikonovka çayına tökülərək Böyük Ballı şəlaləsini yaradır.
Bal (film, 2010)
Bal — 2010-cu ildə çəkilmiş türk filmidir. Film 60-cı Berlin Beynəlxalq Film Festivalının ən prestijli mükafatı olan "Qızıl Ayı" mükafatını almışdır. == Yayım == Film 16 Fevral 2010-cu ildə 60-cı Berlin Beynəlxalq Film Festivalında tənqidçilərin bəyənməsinə təqdim olunmuşdur. == Məzmun == Filmdə Yusifin iç dünyası Qara dənizin möcüzəvi ortamı içərisində göstərilmişdir. Film Yusifin evdə ana-atasıyla, məktəbdə müəllim və dostları ilə olan münasibətlərindən bəhs edir. Yusifin atası arıçıdır, anası isə çay tarlasında çalışır.
Bal Qandahar Tilak
Lokamanya Bal Qanqadhar Tilak (ing. Lokmanya Bal Gangadhar Tilak, marathi बाळ गंगाधर टिळक; 23 iyul 1856 – 1 sentyabr 1920, Bombey, Britaniya Hindistanı) — hind siyasi xadim, sosial reformator. Milliyyətcə maratxdır. Hindistanın azadlıq uğrunda hərəkatının liderlərindən biridir.
Bal arısının zərərvericiləri
Bal arısının zərərvericiləri - Varroa destructor (Parasitiformes), Acarapis woodi (Trombidiformes) kimi növlər bal arısının əsas zərərverici gənələridir. == Varroa destructor == Varroa destructor Anderson & Trueman, 2000 zərərverici gənəsi həm Apis mellifera, həm də Apis cerena arılarında parazitlik edir. Dişi gənənin uzunluğu 1,1-1,2 mm, eni isə 1,6-1,7 mm olub, bədəni qırmızımtıl qəhvəyi rəngdə və yastı olur. Əsasən arıların qarıncıq hissəsinin halqaları arasına yapışır və buradan arının hemolimfası ilə qidalanaraq yaşayır. Dişi gənələr içərisində erkək və işçi arıların sürfələri olan yuvalara girərək sürfə qidası ilə qidalanırlar. Yuvanın ağzı bağlandıqdan 60-70 saat sonra yumurta qoymağa başlayırlar. Bir dişi gənə 4-6 yumurta qoyur ki, bunlardan da 4 ədədi həyatda qala bilir. Yumurtaların birindən erkək, digər üçündən isə dişi varroalar çıxır. Varrotoz olan arı ailələrinin məhsuldarlıq qabiliyyəti aşağı düşür, bir sıra viruslu və nozematoz kimi xəstəliklərin yaranmasına şərait yaradır. === Mübarizə üsulları === Arıçılar varroa gənəsi ilə mübarizədə planlı şəkildə həyata keçirilən kimyəvi və bioloji mübarizə üsullarından istifadə edirlər.
Bal və yonca
Honey and clover (ハチミツとクローバー, Haçimitsu to kuro:ba, Bal və yonca) — Çika Umino tərəfindən yaranmış manqa və onun əsasında J.C.Staff tərəfindən istehsal olunmuş anime serial. Anime 14 aprel 2006-cı ildə Fuji TV-də noitaminA blokunun ilk animesi kimi yayımlandı. == Məzmun == Kollecdən 10 dəqiqəlik məsafədə hamamsız altıotaqlı ev. 25 il bundan əvvəl tikilib, aylıq ödəmə haqqı - 38 000 yen. Heç bir səs izolyasiyası olmayan uçuq ev. Yaşayanların hamısı tələbədir. Pəncərələr şərqə baxdığından səhərlər işıqlı olur. Bədii kollecin tələbəsi Yuta Takemoto özbaşına tələbə həyatına qədəm qoyur. O, sempayları Şinobu Morita və Takumi Mayama ilə bir evdə otaq tutub və özünə həyatda yer tapmaq ümidləri ilə doludur. Günlərin bir günü kollecin cavan professorlarından biri Şüci Hanamoto onları qardaşıqızı Haqumi ilə tanış edir.
Əsl bal arıları
Əsl bal arıları (lat. Apis) — Əsl arılar fəsiləsinə mənsub cins. Yarımcins Micrapis Apis andreniformis F. Smith, 1858 Apis florea Fabricius, 1787 Yarımcins Megapis Apis dorsata Fabricius, 1793 — nəhəng arı Yarımcins Apis Apis cerana Fabricius, 1793 Apis koschevnikovi Enderlein, 1906 Apis mellifera Linnaeus, 1758 — bal arısı Осычнюк А. З., Панфилов Д. В., Пономарева А. А. Надсемейство Apoidea. // Определитель насекомых европейской части СССР. Л., 1978. Т. 3, ч. 1: Перепончатокрылые. С. 279—518.
Bal Qandadhar Tilak
Lokamanya Bal Qanqadhar Tilak (ing. Lokmanya Bal Gangadhar Tilak, marathi बाळ गंगाधर टिळक; 23 iyul 1856 – 1 sentyabr 1920, Bombey, Britaniya Hindistanı) — hind siyasi xadim, sosial reformator. Milliyyətcə maratxdır. Hindistanın azadlıq uğrunda hərəkatının liderlərindən biridir.
Bal arısının bakterial xəstəlikləri
Bal arısının bakterial xəstəliklərinə — Amerikan çürüməsi, Avropa çürüməsi və septisemiya xəstəlikləri daxildir. == Amerikan çürüməsi == Bu xəstəlik olduqca təhlükəli olub, həm bal arılarında (Apis mellifera), həm də digər arı növlərində rast gəlinir. Xəstəliyi yaradan Paenibacillus larvae adlı bakteriyadır. Xəstəlik sürfələrə işçi arılar tərəfindən sporlar vasitəsilə keçir. Paenibacillus larvae bakteriyası qram müsbət, düz çubuq ya da əyri çubuq şəkilli, 0,5-0,8 μm eninə və 1,5-6 μm uzunluğuna malik bakteriyadır. Bu bakteriyanın sporları ancaq sürfələrdə xəstəlik törədib, yetkin arılarda xəstəlik əmələ gətirmir. Paenibacillus larvae subsp. larvae sporları ellips formasındadır, temperatur və kimyəvi maddələrə qarşı olduqca davamlıdır. Sporlar 35-60 il canlı qalıb xəstəlik törətmə qabiliyyətinə malikdir. Bu xəstəlik zamanı sürfələr yuvalarda qeyri-düzgün şəkildə düzülür.
Bal arısının virus xəstəlikləri
Bal arısının virus xəstəliklərinə — deformasiya qanad virusu, talamus sürfə çürüməsi virusu, qara ana arı virusu, kəşmir arı virusu, xroniki arı iflici virusu, arı X virusu, arı Y virusu, bulanıq qanad virusu, misir arı virusu, filamentoz arı virusu, torba çürüməsi virusu və s. göstərmək olar. == Deformasiya qanad virusu == Bu virus Apis mellifera və Apis cerena-da xəstəlik törədir. Virusla yoluxma zamanı qanadlarda büzüşüklük, gövdədə kiçilmə və rəngsizləşmə meydana çıxır. Xəstə arılar sürfə və pup mərhələsində ölürlər. Xəstəlik əsasən varroa ilə yayılır. == Qara ana arı virusu == Bu xəstəlik ilk dəfə olaraq üzəri örtülmüş ana arı yuvalarında sürfə və ya pup mərhələsində rast gəlinmişdir. Ölü arıların sürfə və pupları tünd qəhvəyidən qara rəngə çevrilir. Xəstə sürfələrin rəngi isə açıq sarı rəngdə olur. Bu virus işçi arılara öz sürfələrini qidalandırdığı zamanı keçir.
Cənnət balığı
Macropodus opercularis(Cənnət balığı) – Xanıkimilər dəstəsindən balıq növü. Böcəklər, onurğasız heyvanlar və bala balıqları yeyirlər. Həbidə idi və ana vətəni: Şərqi Asiyada Çin, Koreya, Tayvan bölgələri Bəslənmə forması: Heyvanlar ilə bəslənən və bitkilər ilə bəslənən Davranış forması: Təcavüzkar olmayan . Yetkin kişiləri təcavüzkar rəftarlar göstərər. Öz Növlərinə Davranışı: Təcavüzkar olmayan. Yetkin kişiləri təcavüzkar rəftarlar göstərər. Üzmə Səviyyəsi: Orta – Səth Cinsiyyət Ayrı-seçkiliyi: Kişilər daha rənglidir və quyruqları daha uzundur. Artım: Su səthində köpük yuva edərlər. Çıxarılması asandır. Hazır bir cüt ayrı bir akvariuma alınar, su səviyyəsi aşağı tutular, istilik 28 dərəcə edilər.
Cənub Balığı
Cənub Balığı (lat. Piscis Austrinus) — göyün cənub yarımkürəsində bürc.
Cənub Balığı (bürc)
Cənub Balığı (lat. Piscis Austrinus) — göyün cənub yarımkürəsində bürc.
Cənub balinası
Cənub balinası (Cənub hamar balinası) (lat. Eubalaena australis) — Əsl balinalar (Balaenidae). O digər iki növ olan Eubalaena — Yapon balinası və Şimal hamar balina ilə eyni olması fikri dolaşırdı. Balinalar açıq-qəhvəyi və göyütül-qara rəngdə olurlar. Ağ ləkələrə rast gəlinir. Bəzən ağ erkək balalar doğulur (albinos sayılmır). Cənub balinaları 18 metr uzunluğa, 80 ton çəkiyə malik olur. Bir qayda olaraq dişilər erkəklərə nisbətən iri olur. Bütün cənub hamar balinalarında olduğu kimi Cənub balinaları iri kəlləyə mlikdirlər (ümumi uzunluğun ⅓ təşkil edir). Cənub balinaları əsasən subarktik və mülayim enliklərdə (Cənub okeanı), bir qayda olaraq 30° və 50°Cənub enliklərində yaşayır.
D.K.Sivçev adına Saxa Opera və Balet teatrı
D.K.Sivçev (Suorun Omollon) adına Saxa Respublikası (Yakutiya) Dövlət Opera və Balet Teatrı — (saxa Д.К. Сивцев - Суорун Омоллоон аатынан Саха Өрөспүүбүлүкэтин Ил Опера уонна Балет театра) — Saxa Respublikasının Dövlət Opera və Balet Teatrı (Yakutiya). Yakutskda yerləşir. D.K.Sivçev adına Saxa Respublikası (Yakutiya) Dövlət Opera və Balet Teatrı - Suorun Omollon SSRİ-də xüsusi olaraq tikilmiş binalardandır. Teatr binası 1982-ci ildə tikilib, son yenidənqurma 2000-ci ildə aparılıb. Teatrın tamaşa salonu 643 yer üçün nəzərdə tutulub. 1940-cı ildə balet truppası, musiqi və vokal qrupu Yakutiya dövlət xorunun bazasında fəaliyyət göstərməyə başladı. Truppa Yakutiya musiqi mədəniyyətinin banisi M.N.Jirkov tərəfindən təşkil edilmişdir. Yeni yaradılan trupanın üzvləri - xormeyster V.P.Popov, ümumi rəhbər T.P.Mestnikov, xoreoqraflar S.V. Vladimirov-Klimov və İ.A.Karenin, müşayiətçilər P.K.Rozinskaya və vokal müəllimi A. Kostin, həmçinin S. Djanqvaladze, G. Krivoşapko idi. Bu qrupun məşhur müğənniləri arasında A. Novqorodova, T. P. Mestnikov, M. N. Jirkov, A. Eqorova, E. Zaxarova, N. Karitonov, Q. M. Kokşarski olmuşdur. 1944-1948-ci illərdə ilk müstəqil Yakutiya musiqili teatr-studiyası fəaliyyət göstərmişdir.
Daban balıq
Daban balıqları (lat. Carassius) — Volqa, Ural və Terek çaylarının deltasında yaşayan şirinsu balıqlarıdır. Daban balıqları Azərbaycanın su hövzələrində ilk dəfə 1980-cı ildən görünməyə başlamışdır. Buraya onlar Orta Asiyanın əmtəə balıqçılıq təsərrüfatlarından bitki ilə qidalanan balıq körpələrini gətirərkən təsadüfən onların arasında gətirilmiş və qısa müddətdə yerli şəraitə uyğynlaşaraq bütün Kürətrafı su hövzələrində geniş yayılmışdır.Hal-hazırda Azərbaycan sularında daban balıqlarının 2 növü yaşayır: qızılı daban balığı və gümüşü daban balığı.
Dalbergia balansae
Dalbergia assamica (lat. Dalbergia assamica) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin dalbergiya cinsinə aid bitki növü.
Damcı balıq
Damcı balıq (Psychrolutes marcidus) - Avstraliyaya yaxın dərin sularda yaşayır və bədənində əzələ sistemi yox deyiləcək qədər azdır. Dibdə yaşayan bu balıqları həddindən artıq ovlanma səbəbiylə nəsilinin yox olma təhlükəsi var.
Don Balón
Don Balón İspaniya və beynəlxalq futbol sahəsində ixtisaslaşmış həftəlik idman qəzeti idi. Jurnal 1975 və 2011-ci illər aralığında Barselona şəhərində çap edilirdi. Həmçinin qəzetin 5 qitədə satışı həyata keçirilirdi. Jurnal 1975-ci ildə tanınmış ispan idman jurnalisti olmuş Xose Maria Kasanovas tərəfindən təsis edilmişdir. Həmin ildə o, həmçinin Barselona haqda gündəlik idman qəzetini təsis etmişdir. Don Balón nəşrinin qərargahı İspaniyanın Barselona şəhərində yerləşirdi. Jurnal digər tanınmış idman nəşrləri olan World Soccer, Kicker, A Bola kimi Avropa İdman Jurnalları birliyinin üzvüdür və həftəlik olaraq dərc edilirdi. 1976-cı ildən etibarən jurnal ilin ən yaxşı ispan və əcnəbi futbolçusuna, məşqçisinə, baş hakiminə Don Balón qəzetinin özəl mükafatını təqdim edirdi. Jurnal həmçinin illik olaraq dünyada 100 ən yaxşı gənc futbolçunun siyahısını hazırlayırdı. 2011-ci ilin sentyabr ayında jurnal iqtisadi böhran səbəbiylə və baş redaktor olan Rocelio Rengelin sonda həbsi ilə yekunlaşmış dava ilə əlaqədar fəaliyyətini dəyandırmışdır.
Don Kixot (balet, Q. Qarayev)
Don Kixot — Qara Qarayevin 1960-cı ildə yazdığı eyniadlı simfonik qravürlər əsasında bəstəkarın ölümündən sonra 2000-ci ildə ukraynalı baletmeyster Georgi Kovtun tərəfindən səhnəyə qoyulmuş birpərdəli balet-fantaziya. Quruluşçu rəssamları Tahir Tahirov və Ağarəhim Əliyev olmuşdur. Balet tarixində avstriyalı musiqiçi Lüdviq Minkusun yazdığı "Don Kixot" baleti də məlumdur. 1957-ci ildə Qara Qarayev rejissor Qriqori Kozintsevin "Don Kixot" filminə musiqi yazır. Daha sonra, 1960-cı ildə, həmin kino musiqisi əsasında o, çoxhissəli Simfonik qravürlər silsiləsi yaradır.
Doğuş Balbay
Doğuş Balbay (türk. Doğuş Balbay; doğ. 21 yanvar 1989-cu il, İstanbul, Türkiyə) — Türkiyəli peşəkar basketbolçu. Anadolu Efes basketbol klubunda oyun qurucu mövqedə oynayır. Balbay iki mövsüm Fənərbaxça klubunda oynamışdır. 2006-cı ildə ABŞ-yə getmiş və orda Bryuster akademiyasında təhsil almışdır. Dörd il sonra Ostin Texas Universitetinə daxil olmuşdur. Üç mövsüm Texas Lonqhorns klubunda oynadıqdan sonra NBA Draft (2011) qatılmaq üçün müraciət etmiş ancaq qəbul olunmamışdır. 2013-cü ildə keçirilən Avropa çempionatında Türkiyə millisinin heyətində çıxış etmişdir. Doğuş Balbay Mithat və Şukran Balbayların ailəsində anadan olub.
Dragon Ball
Dragon Ball (yap. ドラゴンボール) — Akira Toriyamanın manqası və onun əsasında yaradılmış eyni adlı anime. Dragon Ball — Internet Movie Database saytında.
Durna balığı
Durnabalığıkimilər (lat. Esociformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi. Uzunluğu 1,5 m, kütləsi 35 kq-a çatan sümüklü balıqlardır. Dəstədə 3 fəsilə var: durnabalıqlar, umbrokimilər və ya evduşkokimilər və dalliekimilər. Xəzər hövzəsində, o sıradan Azərbaycanın su hövzələrində durnabalığlar fəsiləsinin nümayəndələri yaşayır.
Duz balansı
Duz balansı — müəyyən vaxt ərzində duz ehtiyatının torpaq-qruntda daxili və çıxarı nəticəsində qalınlığının dəyişmə kəmiyyətidir. Duz balansı aşağıdakı elementlerdən ibarətdir: 1. Duzun teyin olunmuş vaxtın əvvəlində və sonunda olan ehtiyatı 2. Bu vaxt ərzində duzun daxil olması 3. Bu vaxt ərzində duzun sərf olunması 1 m² torpaqda müəyyən dərinliyə və yaxud qrunt sularına qədər kq- la ölçülür. Suvarılan torpaqlarda t/ha-a hesablanır. Duz balansı 3 tipi var Stabil Şorlaşma Duzlaşma Torpaqda müxtəlif formada ayrılan duzlar. Bunlar bozartılar, xırda çillər, ağ tüklər, qırov duz və s. Torpaq qatında müəyyən qalınlıqda duz miqdarı. 1 kv.m-də kq-la yaxud t/ha ilə göstərilir.
Dyagilevin rus baleti
Dyagilevinin rus baleti (fr. Ballets russes, balɛʀys) — rus teatr və incəsənət xadimi Serqey Dyagilev tərəfindən yaradılmış balet . 1908-ci ildən 1929-cu ilədək (Sergey Dyagilevin ölümünə qədər) 20 mövsüm boyunca davam etmiş «Rus sezonları”ndan yaranmışdır. Xaricdə, xüsüsən edir.Fransa и Böyük Britaniyada böyük uğur əldə «Rus sezonları” təkcə xoreoqrafiya deyil, bütövlükdə dünya incəsənətinin inkişafında mühüm təsir rolunu oynamışdır. Monako knyazı Pyer Polinyakın himayədarlığı altında onlar Opera Monte-Karlo teatrının binasında yerləşmişdilər. İstedadlı təşkilatçı olan Dyagilev istedadları seçmək duyğusuna malik idi. O təşkil etdiyi sezonlara bütöv istedadlı rəqqas və xoreoqrafları dəvət etmişdir. Onlar arasında Vatslav Nijinski, Leonid Myasin, Mixail Fokin, Serj Lifar, Corc Balançin kimi istedadlar vardı. Dyagilevin tamaşalarının dekorasiya və geyimləri üzərində «İncəsənət dünyasının əməkdaşları » Leon Bakst və Aleksandr Benua çalışırdı. Sonradan hər zaman yeniliklərə meylli olan Dyagilev dekorator qismində Avropanın tanınmış rəssamları - Pablo Pikasso, Andre Deren, Koko Şanel, Anri Matissi və bir çox rus avanqardistləri — Natalya Qonçarova, Mixail Lariyonov, Naum Qabo, Antuan Pevzneri cəlb etmişdir.
Elşad Baloğlanlı
Eləzəkul (Baltas)
Eləzəkul (rus. Зилязекулево, başq. Еләҙекүл) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Aşağı Qarış kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Starobaltas): 30 km., ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 98 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə Tatarlar (99 %) üstünlük təşkil edir.
Emil Balayev
Emil Nazim oğlu Balayev (17 aprel 1994[…], Volqoqrad) — Azərbaycan Premyer Liqasında çıxış edən "Neftçi" və Azərbaycan milli futbol komandasında çıxış edən peşəkar qapıçı. Gənc oyunçu kimi Balayev Neftçinin gənclər klubunun üzvü olub, 2011-ci ildən Neftçidə çıxış edib . Balayev 2012-ci ilin sentyabrında Sumqayıt FK-ya qarşı Azərbaycan Premyer Liqası qarşılaşmasında Neftçi klubunda debüt etdi. 2013-cü ildə Balayev mövsümü icarə əsasında Araz-Naxçıvanda keçirib. Balayev 2014-cü ilin yanvar ayında Neftçi FK -dan Bundesliqanın Ayntraxt Frankfurt FK-a klubuna tranfer olundu , ancaq o, Ayntraxt Frankfurtda heç bir oyun keçirmədi. 2019-cu ilin yanvarında Balayev Səbaildən Qazaxıstanın "Tobol" klubuna keçdi. 9 il mart 2019-da Qazaxıstan Premyer Liqasında Tobol üçün peşəkar debütünü, 3:0 hesabı ilə başa vuran "İrtış Pavlodar" klubuna qarşı ev matçında başlamışdır. 2020-2022-ci illərdə Emil Balayevin klubu "Qarabağ" olub. 2022-ci ilin fevral ayında tərəflər müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam veriblər və Emil Balayevin "Turan"a (Qazaxıstan) keçidi rəsmiləşib. Lakin imzalanan müqavilənin detalları açıqlanmayıb.
Emilia baldwinii
Emilia baldwinii (lat. Emilia baldwinii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid bitki növü.
Erkən Pliosen (Balaxanı əsri) epoxası
Erkən pliosen (Balaxanı və ya Məhsuldar qat əsri) epoxası Azərbaycan Respublikası relyefinin inkişafında mühüm mərhələ olmuşdur. Belə ki, bu dövrdə dənizin reqressiyası zamanı onun səviyyəsi indikindən xeyli aşağı düşmüş və transqressiv fazasında isə Qusar-Dəvəçi, Ceyrankeçməz və Aşağı Kür çökəkliklərini örtmüşdür. B.Ə. Budaqova görə (1969, 1976) Şahdağ və Bazardüzü-Tufan massivlərinin hündürlüyü yüksək dağlığın səviyyəssinə çatmış və buzlaşmaya məruz qalmışdır. Kür çökəkliyinin relyefi balaxanı əsrində dənizin transqressiya (əsrin əvvəli və ortasının sonu) və reqressiyaları (əsrin ortasının əvvəli və əsrin sonu) ilə əlaqədar olaraq dəyişikliklərə məruz qalmışdır. Transqressiyalar zamanı çökəkliyin quru sahələri azalmış və hövzə akkumulyasiya sahəsini təcəssüm etdirmişdir. Reqressiyalar zamanı isə dəniz Aşağı Kür çökəkliyində saxlanılmış və akkumulyativ düzənliklərin sahəsi genişlənmişdir. Kiçik Qafqazın relyefinin inkişafında Balaxanı əsri mühüm rol oynamışdır. Bu zaman kontinental şəraitdə inkişaf edən Qazax çökəkliyində diskonform inversion və ya çevrilmiş morfostrukturların formalaşması və onların ekzogen parçalanması davam edir. Balaxanı əsrində Respublika ərazisi relyefinin inkişafının ümumi təmayülünə uyğun olaraq Lənkəran bölgəsində də Talış və Burovar horst-antiklinor, Peştəsər monoklinal və Qızılqaya diaklinal silsilələri qalxmaqda davam edir və mövcud düzəlmə səthləri, deformasiyaya məruz qalır. Yardımlı və Lerik depressiyaları relyefdə nisbətən dayaz çökəkliklər şəklində əks olunurlar.
Ermənistan Dövlət Akamedik Opera və Balet Teatrı
Aleksandr Spendiaryan adına Ermənistan Dövlət Akademik opera və balet teatrı (erm. Ալեքսանդր Սպենդիարյանի անվան օպերայի և բալետի ազգային ակադեմիական թատրոն) 1933-ci ildən İrəvanda fəalliyət göstərir. Teatrın binasını inşa edən memar Aleksandr Tamanyan olubdur. Opera teatrından savayı kompleks Aram Xaçaturyan adına Konsert zalını da özündə yerləşdirir. Teatrın binasının təntənəli açılışı 1930-cu ildə baş tutsa də, teatr rəsmi olaraq yalnız 1933-cü ildə açılıbdır. Buna baxmayaraq binanın indiki görünüşü bir sıra təmir işləri nəticəsində yalnız 1953-ci ildə formalaşıbdır. 1935-ci ildə burada balet truppası yaradılmışdır və ilk ifa onunan balet Pyotr Çaykovskinin "Qu gölü" baleti olmuşdur. 1938-ci ildən teatr Aleksandr Spendiaryanın adını daşıyır, 1956-cı ildə işə dövlət akamedik teatrı statusunu əldə edibdir. Teatrın quruluşu Ermənistanda opera və balet sənətinin inkişafına güclü təkan vermişdir. Məhz burada 1939-cu ildə Aram Xaçaturyanın "Sevinc" adlı ilk erməni baleti ifa olunmuşdur.
Ernest Ballion
Ernest Ballion (rus. Эрнест Эрнестович Баллион;18 (30) noyabr 1816, Sankt-Peterburq – 9 sentyabr 1901, Novorossiysk) Rusiya İmperiyası entomoloqu. «Краткая ботаника» Ч. I (Казань, 1857); «Опыт исследования о русских названиях простонародных и книжных млекопитающих животных, водящихся в пределах Российской Империи» (Казань, 1858) Публикации исследований по энтомологии России, помещенных в «Bulletin de la soc. Imp. des naturalistes de Moscou» (1805—1888). Лапин Е. Собрал все книги и пожертвовал // Новороссийский рабочий.
Eşq və ölüm (balet)
Eşq və ölüm — bəstəkar Polad Bülbüloğlunun Dədə Qorqud dastanının motivləri əsasında yaratdığı balet. İlk dəfə 2005-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Vyana Balet Akademiyasının professoru, baletmeyster Vakil Usmanov tərəfindən səhnəyə qoyulub. Elə 2005-ci ildə Akademik Opera və Balet Teatrının balet truppası həmin tamaşanı Mariinski adına Sankt-Peterburq Akademik Opera və Balet Teatrında, daha sonra Moskvada Böyük Teatrın səhnəsində nümayiş etdirilib. 2010-cu ildə isə xoreoqraf Nadejda Malıqinanın təşəbbüsü ilə “Eşq və ölüm” baleti Yekaterinburq Dövlət Opera və Balet Teatrında səhnəyə qoyulub. 2011-ci ildə Yekaterinburq teatrı bu tamaşanı Dövlət Akademik Böyük Teatrının səhnəsində, sonra isə Türkiyənin Ankara şəhərində göstərib. Ümumiyyətlə, bu baletdən ayrı-ayrı musiqi parçaları hər il keçirilən Münhen opera sənəti festivalında musiqi rəhbəri Korneliya Kerssenbrofkun idarəsi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri tərəfindən ifa olunur. Hər bir sənətkarın elə bir əsəri vardır ki, onun yaradıcılığının ən yüksək notuna çevirlir və həmin sənətkarın dünyagörüşü, istəkləri, fikirləri və işlərini özündə toplayır. Mənim bəstəkarlıq bioqrafiyamda belə mənalı və əhəmiyyətli addım yeni baletin yaranması oldu. Burada mən musiqi, plastika və rəqsin dili ilə azərbaycanlıların mənəvi dünyasını nümayiş etdirməyə çalışmışam. Şərq melizmlərinin ətri, qədim Azərbaycan musiqi alətlərinin tembr boyaları və ritmləri, milli rəqs janrına aid şəkil və hərəkətləri ilə zəngin olan musiqi bir tərəfdən Qərb simfonizmi, digər tərəfdən isə müasir dövrün səhnə yenilikləri ilə ahəngdar vəhdət təşkil edir.
Faiq Balabəyli
Balabəyli Faiq Ağaş oğlu (23 fevral 1964, Sabirabad, Astraxanbazar rayonu) — azərbaycanlı şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1996). Faiq Balabəyli 1964-cü il fevral ayının 23-də Cəlilabad rayonun Sabirabad kəndində anadan olub. 1971–1981-ci illərdə Sabirabad kənd orta məktəbində təhsil alıb. 1981–1984-cü illərdə 95 saylı Bakı Dənizçilik Məktəbində oxuyub. 1982–1984-cü illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra təhsilini qiyabi olaraq Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbinə daxil olaraq davam etdirib. 1984-cü ildən Xəzər Dəniz Neft Donanmasında matorçu vəzifəsində işə düzəlib. Elektrik mexanniki, gəmi kapitanın baş köməkçisi və gəmi kapitanı vəzifələrində işləyib. 1992–1994-cü illərdə iki illik Jurnalist Sənətkarliğı kursunu bitirib. 1996–2006-cı illərdə "Ədəbiyyat qəzeti"ndə işləyib.
Farer adalarında balina ovu
Farer adalarında balina ovu ən azı X əsrdən bəri mövcuddur. Bu məsələ kiçik balinakimilər üzərində Komissiyanın hansı səlahiyyətə sahib olması ilə bağlı yaranan mübahisələrə görə Beynəlxalq Balina Ovlama Komissiyası (ing. International Whaling Commission — IWC) tərəfindən deyil, Farer səlahiyyətliləri tərəfindən tənzimlənir. Hər il təxminən 950 qrind (qara delfinlər, Globicephala melaena) ovlanır, xüsusən isə yayda. Qrind ovu (far. grindadráp [ˈgɹɪndaˌdrɔap]) — icmalar tərəfindən təşkil edilən qeyri-kommersiya tədbiridir və tədbirdə hər kəs iştirak edə bilər. Balıq ovu zamanı balıqçılar qrindləri qayıqlarla əhatə edir, onları geniş yarımdairəyə salırlar və sonra qayıqlar balinaları yavaş-yavaş körfəzə və ya fyordun dibinə qovurlar. Farerlərin çoxu balina ovunu öz mədəniyyətinin və tarixinin mühüm hissəsi hesab edir. Heyvanların hüquqlarını müdafiə edən qruplar balıqçılığı qəddar və lazımsız olaraq tənqid edir, balinaçılar isə əksər jurnalistlərin balıq ovu üsulları və balıqçılığın iqtisadi əhəmiyyəti haqqında məlumatsızlıq nümayiş etdirdiyini iddia edirlər. Şimali Atlantikada balina ovlamaq uzun zaman adi hal olmuşdur.
Qan və Bal diyarında (film, 2011)
Qan və Bal diyarında — 2011-ci ildə ABŞ tərəfindən istehsal edilən romantik-dram filmi. Filmin rejissoru Ancelina Colidir. Filmin büdcəsi 13 milyon dollardır. Filmdə Bosniya müharibəsi fonunda müəyyən bir sevgi hekayəsi təsvir edilir.

Digər lüğətlərdə