BASDIRMAQ

1. BASDIRMAQ Mehralı bəyi imarətin həyətində, atası Pənah xanın yanında basdırdılar (Çəmənzəminli); DƏFN ETMƏK (ELƏMƏK) [Fəxrəddin bəy:] Ağlama, mərdanə ol, qəza işidir, təzə bağda dəfn eyləyin, qan tökmək kifayətdir (N.Vəzirov); GÖMMƏK Mən çocuqdum yerə gömdülər səni (S.Vurğun); QUYLAMAQ Dayı: Son mənə gündə belə anasının əmcəyini kəsənlərdən yüzünü ver, gör mən necə quylayıram! (S.Rəhimov); TORPAĞA TAPŞIRMAQ (GÖMMƏK) Bir ana gətirdik dəfn eləməyə; Getirdik torpağa tapşırmaq üçün... (N.Kəsəmənli); TORPAĞA TƏSLİM ETMƏK (tənt.) Pərini torpağa təslim edəndən sonra bütün oba... ovçunu da laləli dərənin kənarına qədər ötürdü (Ə.Məmmədxanlı).

2. basdırmaq bax əkmək I, 1

BASDALAMAQ
BASƏFA

Digər lüğətlərdə

возмни́ть выта́птывание драмати́ст кекс круговраща́тельный отлича́ть пораспрода́ть прику́ривать биокорре́ктор ко́вкий коте́льник над... напля́сывать неконструкти́вный психопа́тия самобичева́ние мыло barley-bird Book of Books hart's-tongue fern marmoreal second sight stand up unmeasured обездоленный