CAYNAQ

1. CAYNAQ (quşlarda) Basqın etdi birdən-birə; Soxuldu el torpağına; Qırğın saldı o ellərə; Aldı quzğun caynağına (A.Şaiq); QAYNAQ (məh.) O necə quş idi qayada səkər; Qaynağı neştərdir, qanımı tökər... (Xəstə Qasım).

2. CAYNAQ (heyvanlarda) [Tülkü] qabaq caynaqları ilə torpağı eşib tökdü (İ.Hümmətov); CIRNAQ Tülkü yenə bir möhkəm gərnəşdi, cırnaqları ilə torpağı eşələdi (İ.Hümmətov).

CAYDAQLANMAQ
CAZİBƏDİR
OBASTAN VİKİ
Caynaqdaşıyıcılar
Onixoforlar (lat. Onychophora; yun.. onychos — caynaq, phoros — daşıyıcı) — quruda yaşayan rütubətsevən onurğasız heyvan tipi. Onixoforlar bir çox əlamətlərinə görə qurdlarla buğumayaqlılar arasında aralıq mövqe tuturlar. Onixoforlar cənub yarımkürəsinin tropik və subtropik meşələrində yayılmışlar. Əvvəllər onlar buğumayaqlılar (lat. Artropoda) tipinin traxeyalılar (lat. Tracheata) yarımtipinə aid edilirdi. Daha sonralar müəyyən olunmuşdur ki, onixoforları traxeyalılarla yaxınlaşdıran ancaq onları quru mühitdə yaşamağa uyğunlaşdıran konvergent oxşarlıqdır. Onixoforların selomik heyvanların sərbəst tipini təşkil etməsini sübut edən bir sıra əlamətlər vardır.
Caynaqquyruq kenquru
Caynaqquyruq kenquru (lat. Onychogalea) — kenqurular fəsiləsinə aid heyvan cinsi.

Digər lüğətlərdə