DƏBİLQƏ

DƏBİLQƏ (müharibə vaxtı başa qoyulan dəmir baş geyimi) Qılınc və nizələrin əsər etmədiyi dəmir geyimlər və polad dəbilqələr ağır əmud zərbələrinin altında əzilərək bədənlərə yeriyirdi (M.S.Ordubadi); KASKA Zabitin kaskası on addım kənara dığırlandı (Mir Cəlal); ŞLEM İçəridə qızınan şlemli əsgər nədənsə çox ərinə-ərinə cavab verdi (M.Hüseyn); TASKÜLAH Yolnan yeddi yaşında bir oğlan, ağ taskülah başında, göy qədək arxalıq əynində və ağ tuman, ayaq yalın, qabağına bir dəstə quzu qatıb və əlində şökə ilə bu quzuları vura-vura gəlir kəndə (C.Məmmədquluzadə).

DƏBƏ
DƏBİSTAN

Digər lüğətlərdə