DAN

Mənbələrdə dan sözü “səhər şəfəqi”, inrik sözü isə “axşam şəfəqi” kimi açıq­lanıb. Aydın sözündəki dın hissəsi də həmin dan sözünün şəkilçiləşmiş for­ma­sıdır. Axşam yerinə, inrik, “gecə”nin sinonimi kimi isə zinrik sözü işlədilən vaxtlar olub (dialektlərdə indi qalır). Əsli sağır nun ilə yazılıb. Öz sözümüzdür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

DAMOKL QILINCI
DANAÇULU
OBASTAN VİKİ
Dan
Dan — ad. Dan (kral) — danlar və Danimarkanın birinci əfsanəvi kralı. Dan Vilson (musiqiçi) — amerikalı musiqi ifaçısı, produseri, söz yazarı. Dan-Aksel Zaqadu — Fransa futbolçusu. Dan Anderson — İsveç yazıçısı və şairi. Dan Stav — İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku — Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Soyad Sun Dan — Çini təmsil edən bədii gimnast. Digər Dan dili — Danimarkanın dövlət dili.
Dan (kral)
Dan və ya Halfdan (dan. Halvdan) — danlar və Danimarkanın birinci əfsanəvi kralı. Onun adı orta əsrlərdə yazılmış Skandinaviya ədəbiyyat nümunələrində verilir. Dan adının mənası naməlum olsa da, Halfdan adının mənası Azərbaycan dilində "yarı dan" deməkdir və qədim skandinav dilindən törəyib. Buna baxmayaraq, filoloqlar Dan adının Danimarkanın coğrafi adından daha qədim olduğunu düşünürlər. Kral Danın adı barədə VI əsrdə məşhurlaşmış bir xalq mahnısı mövcuddur. VII əsrdə Danimarka əhalisinə danlar olaraq müraciət edilməyə başlanmışdır.
Dan Anderson
Daniel (Dan) Anderson (Dan Andersson, 6 aprel 1888[…] – 16 sentyabr 1920[…], Stokholm) — İsveç yazıçısı və şairi. Dan Anderson Dalarnada, Skattlösberqdə müəllim ailəsində doğulub.Valideynləri: Adolf Anderson və Auqust Şerp. Skattlösberq fin torpaqları (finnmarker) adlanan cənubi Dalarnada yerləşirdi.Erkən gənclikdə o,meşədə və xalq məktəbində müəllim işləmişdir.Ailə çətin yaşayırdı, ona görə də onu 1902-ci ildə ailəsi onu Amerikaya göndərmək qərarına gəldi.Lakin ailəsinə yazdığı məktubda Amerikada şəraitin İsveçdən yaxşı olmadığını xəbər verdikdən sonra atası onu geri çağırır.Ailə 1905-ci ildə Skattlösberqdən gedir, lakin 1911-15 ci illərdə yenə hal-hazırda şairin muzeyi yerləşən Skattlösberqdə,Luossada yaşayır.Burada Dan Andersson hekayə və şeirlər yazırdı, hansı ki, böyük hissəsi «Kolarhistirier» və «Kolvaktarens visor»dan ibarətdir.1914-15-ci illərdə Andersson Brunsvik adlı xalq məktəbində oxuyur.Həmin vaxtlarda o, tanınmış şair olur , şeir və mahnılar yazır.Bunların bəzisi müasir dövrdə də daha məşhurdurlar: «Till min syster» (Mənim bacıma),«Jungman Jansson» (Yunqman Yanson).Anderson özü akordeonda və skripkada çalırdı. 1917-18-ci illərdə Anderson "Nü tid" (Göteborq) qəzetində çalışmağa başlayır, Redyard Kiplinq və Bodlerin şeirlərini isveç dilinə tərcümə edir.1918-ci ildə aktyor və trubadur Qunnar Turessonun bacısı Olqa Turessonla evlənir. Dan Andersonun şeirlərində Frödinq, Karlferd, Kiplinq, Suinberq, Şarl Bodlerin təsiri hiss olunur.Anderssonun yaradıcılıq mirasına çoxlu şeir və mahnılar, «Kolvaktarens visor», «Svarta ballader» (Qara balladalar) daxildir,hansı ki,aralarında «En spelmans jordfärd» (Musiqiçinin dəfni), «Jungman Jansson», «Till min syster» (Mənim bacıma),«Omkring tiggarn från Luossa» (Luossadan yoxsul səyahətçi), «Spelmanen» (Musiqiçi), «En tröstesam visa till idealisten och läraren Angelman» (İdealist və müəllim Anqelmana təsəlliedici mahnı) xüsusi ilə məşhurdur.O, prozalar da yazırdı. «Kolarhistirier» (Kömür hekayələri) və «Det kallas vidskepelse», 1916 (Bu,mövhumat adlanır) hekayələri tarixçi Öran Heqqin fikrinə görə yalnız Dan Anderson tərəfindən yazıldığına görə maraqlıdır. «De tre hemlösa»,1918 (Üç evsiz) və «David Rammas arv»,1919 (Devid Rammın mirası) romanları da uğursuz hesab olundu. Dan Anderson 1920-ci il 16 sentyabr tarixində Stokholmda "Helman" otelinin 11-ci nömrəsində zəhərlənmədən vəfat edir.O, paytaxta sosial-demokrat qəzetin jurnalisti kimi gəlmişdi.Dan Anderson Lüdvikdə (Dalarna) Lüviken kilsəsinin həyətində dəfn edilmişdir. 1979-ci illərin əvvəlində «Omkring tiggarn från Luossa» mahnısı milli top-siyahıda (Svensktoppen) çox uzun müddət qalmışdır.Dan Andersonun mahnılarının ifaçları kimi ilk növbədə özünəməxsus ifası olan Sofiya Karlssonu, həmçinin Qunde Yuhansson, Torsteyn Berqman, Staffan Hellstrand, Rolf Vikström, Per Sörman, Dan Viktoru göstərmək olar.İoakim Toström "Blek Cim" adlı melodiyanı Dan Andersona həsr etmişdir (Blek Cim-Dan Anderssonun jurnalist ləqəbidir).
Dan Feuerriegel
Deniel Qreqori Fyurriqal (ing. Daniel Gregory Feuerriegel; 29 oktyabr 1981, Sidney) — avstraliyalı film və serial oyunçusu. Daniel Feurriegel 1981-ci il, 29 oktyabrda Sidneydə doğulmuş avstraliyalıdır. Brisbanedə aktyorluğa başlayan və kiçik rollarda çəkilən aktyor, Avstraliya istehsalı olan filimlərdə də rol almışdır. Geniş kütlələr tərəfindən tanınmasına isə Spartacus: Blood and Sand,Spartacus: Vengeance,Spartacus: War of the Damned seriallarında canlandırdığı alman qladiator Aqron rolu olmuşdur.
Dan Meridor
Dan Meridor (ivr. ‏דן מרידור‏‎; 23 aprel 1947, Qüds) — İsrail siyasətçisi və hüquqşünası, knessetin üzvü (11, 12, 13, 14, 15, 16, 17, 18 çağırışlar), İsrailin ədliyyə naziri (1988–1992), İsrailin maliyyə naziri (1997–1998), keçmiş kəşfiyyat naziri və atom enerjisi komissiyasının rəhbəri. Dan Meridor 23 aprel 1947-ci ildə Mandat Fələstini ərazisində Menaxem Beginin ortağı Eliyahu Meridor və doktor Raanana Meridorun ailəsində anadan olub. İsrail Müdafiə Qüvvələrinə çağırılmış, zirehli qüvvələrdə xidmət etmiş və zabit rütbəsinə qədər yüksəlmişdir. Altı günlük müharibədə iştirak etmişdir. Meridor Yerusəlim Yəhudi Universitetinin bakalavr məzunu olmuşdur. 1982–1984-cü illərdə Meridor hökumət katibi vəzifəsini icra etdi. 1984-cü ildə Likud partiyasının üzvü kimi 11-ci knessetin tərkibinə daxil oldu, bu çağırışda parlamentin iki alt komitəsinin sədri vəzifəsini icra edirdi. 1988-ci ildə, 12-ci knessetə yenidən seçildi, bu dövrdə ölkədə Yitzhak Şamirin başçılıq etdiyi iki hökumət mövcud idi ki, hər ikisində Meridor İsrailin ədliyyə naziri vəzifəsini icra edirdi. Mərkəzin Partiyasının təmsilçisi kimi 15-ci Knessetə seçildi.
Dan Stav
Dan Stav (d. 8 may 1956, Hayfa, İsrail) — İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2015-2019) Gili Stavdır.
Dan dili
Dan dili (dan. dansk) — Danimarkanın dövlət dili, skandinav dillərindən biri. Danimarkada və Almaniyanın şimalında istifadə olunur. Dilin daşıyıcılarının ümumi sayı 5,7 milyon nəfərdir. XV-XIX əsrlərdə Norveçin, XIX əsrin ortalarınadək Şlezviq-Qolşteynin rəsmi dili olmuşdur. Dan dili aşağıdakı ölkələrdə yayılmışdır; Danimarkada - Əhalinin sayı 5 425 420 nəfər, onlardan 461 614 nəfəri mühacirdir və bir hissəsi dan dilini bilmir (2005) Qrenlandiyada - adada yaşayan və etnik mənşəyi dan olan 6,8 min nəfər (2005) arasında yayılmışdır və bir çox qrenlandiyalılar üçün ikinci dildir. Farer adalarında - Rəsmi dairələrdə farer dili ilə yanaşı istifadə olunur (Farer adaları sakinlərinin, demək olar ki, hamısı dan dilini xarici dil kimi yaxşı mənimsəmişlər), lakin burada etnik mənşəyinə görə dan olanların sayı azdır. Almaniyada - Şlezviq-Qolşteyn torpaqlarında yaşayan 50 min nəfər danın ana dilidir, bundan əlavə, yaxın keçmişdə təxminən 50 min dan da Almaniyada məskunlaşmışdır.
Dan ulduzu
Dan ulduzu (yaxud Çoban ulduzu) - Venera planetinin başqa bir adı. Dan ulduzu (instrumental ansambl) - Gülarə Əliyevanın bədii rəhbərliyində fəaliyyət göstərmiş instrumental ansambl.
Sun Dan
Sun Dan (d. 4 sentyabr 1986) — Çini təmsil edən bədii gimnast. Sun Dan, 2008-ci ildə Çini XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və gümüş medal qazanıb. Sun Dan, 2008-ci ildə Çin bayrağı altında elə Çinin paytaxtı Peкin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Çai Tonqtonq, Çou Tao, Lü Yuanyanq, Sui Jianşuanq və Janq Şuo ilə birgə finalda 35.225 xal toplayaq 2-ci yeri tutdu və Olimpiya Oyunlarının gümüş medalını qazandı.
Dan Balan
Dan Mihai Bălan (6 fevral 1979, Kişinyov) — Moldovalı sənətçi, bəstəkar və prodüserdir. O, Moldovanın O-Zone qrupunun və qrupun 32 ölkədə hit-paradlarda birinci olub və bütün dünyada 12 milyon nüsxə satılan beynəlxalq hit sinqlı " Dragostea Din Tei "-nin yaradıcısıdır. Sənətçi Disney Channel Rumıniya tərəfindən Brandy & Mr. Whiskers seriyalının saundtrekini oxumaq üçün seçilib.
Dan yeli
Dan yeli – Kamal Yaşarın rejissorluğu ilə 2019-cu ildə çəkilmiş qısametrajlı Azərbaycan filmi. Müharibədən əziyyət çəkən insanlardan bəhs edir. Film "Azərbaycanfilm" kinostudiyası tərəfindən çəkilmişdir. Film Ermənistanla cəbhəyanı ərazidə yaşayan bir ailənin və onun timsalında müharibədən əziyyət çəkən insanlardan bəhs edir. Hekayənin əsas qəhrəmanı 6 yaşlı "Qaqaş" adlı oğlandır. Onun əsas məşğuliyyəti və sevgisi futboldur. Digər uşaqlardan balaca olduğu üçün o, elə də yaxşı oynaya bilmir və bir dəfə kəndin uşaqları onu futbol meydançasından qovurlar. İndi onun futbol oynaya biləcəyi yeganə adam atasıdır. Atası İbrahim isə keçmiş zabitdir və müharibədə bir ayağını itirib. Filmin hekayəsi ata və oğulun bir-birlərinə sevgi və fədakarlıq xətti üzərində davam edir.
Dan-Blanş
Dan-Blanş (fr. Dent Blanche) — İsveçrənin Vale kantonunda Pennine Alp dağlarında zirvə. 4.357 m (14.295 fut) hündürlüyündədir və Alp dağlarının ən yüksək zirvələrindən biridir. Zirvəyə ilk yüksəliş 18 iyul 1862-ci ildə Tomas Stüart Kennedi, Uilyam Viqram, Yohan Kroniq və Jan-Batist Kroz tərəfindən edilmişdi. Fransız dilindən hərfi tərcümədə Dent Blanche — Ağ Diş deməkdir. Bununla belə, Dan-Blanş zirvəsində qar və buzlaqlar demək olar ki, olmur. 1842-ci ildə Voerl atlasında hətta Dan-Blanş Dan Noire (Qara Diş) kimi adlandırıldı. Guman edilir ki, yaxınlıqda yerləşən indi Val-d'Herans kimi tanınan başqa bir zirvə ilə adlarda qarışıqlıq olub. Bu zirvənin şimal üzü qar və buzlaqlarla örtülüdür. Vale kantonunun yerli sakinləri görünən qarsız zirvəni Val-d'Hérans, arxasındakı gizli zirvəni isə Dan-Blanş adlandırırdılar.
Dan-Aksel Zaqadu
Dan-Aksel Zaqadu (3 iyun 1999, Kretey) — Bundesliqa təmsilçilərindən olan Borussiya Dortmund klubunda müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. Zaqadu öz futbolçu karyerasına yerli klublardan olan Kreteil klubunun akademiyasında başlamışdır. 2011-ci ildə 12 yaşı olarkən Pari Sen-Jermen klubu ilə müqavilə imzalamışdır. O, növbəti beş mövsümü PSJ akademiyasında keçirtdikdən sonra 2016-cı ildə əvəzedici komandaya dəvət almışdır. Zaqadu CFA liqasında 9 oyunda iştirak etmişdir. 5 iyun 2017-ci ildə Zaqadu Bundesliqa təmsilçilərindən olan Borussiya Dortmund klubuna pulsuz transfer olmuş və beş illik müqavilə imzalamışdır. O, Dortmund klubunda ilk qolunu 28 oktyabr 2017-ci ildə Hannover 96 klubuna qarşı oyunda vurmuş və 59-cu dəqiqədə qırmızı vərəqə alaraq meydanı tərk etmişdir. Həmin görüşdə Dortmund rəqibinə 2-4 hesabı ilə məğlub olmuşdur. Zaqadu Fransanın U-16, U-17 və U-18 yığmalarında çıxış etmişdir. Hal-hazırda U-19 millisinin kapitanıdır.
Dan (antik şəhər)
Dan (ivr. ‏דן‏‎) — İbranicə İncildə adı çəkilən, İsrail Krallığının ən şimal şəhəri kimi təsvir edilən və Dan qəbiləsinə mənsub qədim şəhər. Şəhər müasir Qolan təpələrində yerləşən və ibrani dilində Tel Dan kimi tanınan şəhərlə eyniləşdirilir. İbranicə İncildə qeyd edilir ki, Dan qəbiləsi tərəfindən fəth edilməzdən əvvəl bu yer Yeşua, Hakimlər və Yeşaya kitablarında fərqli yazılarla Laiş kimi tanınırdı. Yeşua 19:47-də bura Leşem adlanır, bu da "cəvahirat" deməkdir. Yeşaya 10:30-da bir sıra tərcümələrdə Laişa alternativ adı da var. Ravvin əsərləri və Filostorgiy, Feodorit, tudelalı Binyamin və Samuel bin Samson kimi yazıçıların hamısı Dan və ya Laişi yanlış olaraq Paneada ilə eyniləşdirdi. Qeysəriyyəli Yevsevi Dan/Laişi daha dəqiq şəkildə Paneada yaxınlığında, Sura gedən yolun dördüncü milində yerləşdirir. 19-cu əsrdə yaşamış isveçrəli səyyah İohan Lüdviq Burkxardt 1822-ci ildə ölümündən sonra nəşr olunmuş səyahətnaməsində İordan çayının mənbəyini "Dan" adlandırdı. Amerikalı dəniz zabiti Uilyam F. Linç Təll Əl-Qadinin 1849-cu ildə qədim Dan şəhərinin yeri olduğunu ilk dəfə müəyyənləşdirdi.
Dan (qədim şəhər)
Dan (ivr. ‏דן‏‎) — İbranicə İncildə adı çəkilən, İsrail Krallığının ən şimal şəhəri kimi təsvir edilən və Dan qəbiləsinə mənsub qədim şəhər. Şəhər müasir Qolan təpələrində yerləşən və ibrani dilində Tel Dan kimi tanınan şəhərlə eyniləşdirilir. İbranicə İncildə qeyd edilir ki, Dan qəbiləsi tərəfindən fəth edilməzdən əvvəl bu yer Yeşua, Hakimlər və Yeşaya kitablarında fərqli yazılarla Laiş kimi tanınırdı. Yeşua 19:47-də bura Leşem adlanır, bu da "cəvahirat" deməkdir. Yeşaya 10:30-da bir sıra tərcümələrdə Laişa alternativ adı da var. Ravvin əsərləri və Filostorgiy, Feodorit, tudelalı Binyamin və Samuel bin Samson kimi yazıçıların hamısı Dan və ya Laişi yanlış olaraq Paneada ilə eyniləşdirdi. Qeysəriyyəli Yevsevi Dan/Laişi daha dəqiq şəkildə Paneada yaxınlığında, Sura gedən yolun dördüncü milində yerləşdirir. 19-cu əsrdə yaşamış isveçrəli səyyah İohan Lüdviq Burkxardt 1822-ci ildə ölümündən sonra nəşr olunmuş səyahətnaməsində İordan çayının mənbəyini "Dan" adlandırdı. Amerikalı dəniz zabiti Uilyam F. Linç Təll Əl-Qadinin 1849-cu ildə qədim Dan şəhərinin yeri olduğunu ilk dəfə müəyyənləşdirdi.
Dan Vilson (musiqiçi)
Dan Vilson (ing. Dan Wilson; 20 may 1961, Minneapolis, Minnesota) — amerikalı musiqi ifaçısı, produseri, söz yazarı. 2007-ci ildə "Not Ready to Make Nice" mahnısıyla ilin mahnısı, 2012-ci ildə "Someone Like You" albomuyla ilin albomu nominasiyası üzrə "Qremmi" mükafatının qalibi olmuşdur. Vilson müxtəlif insanlarla əməkdaşlıq etdi.Pink, Celine Dion, Leon Bridges, Mitski, Claud, Halsey, Weezer, Panic daxil olmaqla bir sıra məşhur sənətçilər Diskotekada, Səhər Gödəkçəm, Dierks Bentley, John Legend, Joy Oladokun, Laufey və bir çox başqaları. 2012-ci ildə Wilson Swift-in dördüncü studiya albomu Red üçün Taylor Swift ilə birlikdə yazdığı "Treacherous" mahnısının prodüseri oldu və nəticədə əlavə olaraq İlin Albomu Grammy nominasiyası qazandı. 2021-ci ildə Wilson "Treacherous"un yenidən yazılmış versiyasını prodüser etdi Swift-in ikinci yenidən yazılmış albomu, Red (Taylor's Version). 10 noyabr 2023-cü ildə Vilson "Kəpənək" üçün İlin Mahnısı üçün Grammy nominasiyaları aldı,Jon Batiste ilə yazdığı mahnı və "White Horse" üçün ən yaxşı ölkə mahnısıChris Stapleton ilə birlikdə yazdığı. 2024-cü ilin yanvarında Vilson American Symphony sənədli filmi üçün Jon Batiste ilə birlikdə yazdığı "It Never Went Away" mahnısı Ən Yaxşı Orijinal Mahnı nominasiyasında Akademiya Mükafatına namizəd oldu. Semisonic-in lideri olmaqla yanaşı, Vilson 2017-ci ildə Re-Covered buraxılışı da daxil olmaqla bir neçə solo səs yazısı buraxdı. O, eyni zamanda Minneapolis psixikalı rok qrupu Trip Shakespeare-in üzvü idi.
Dan dilində Vikipediya
Dan dilində Vikipediya və ya Danca Vikipediya — Vikipediyanın Dan dilində olan bölməsidir. Bu günə gədər 300.430 məqalə yaradılıb.
Dan ulduzu (dəqiqləşdirmə)
Dan ulduzu (yaxud Çoban ulduzu) - Venera planetinin başqa bir adı. Dan ulduzu (instrumental ansambl) - Gülarə Əliyevanın bədii rəhbərliyində fəaliyyət göstərmiş instrumental ansambl.
Dan ulduzu (instrumental ansambl)
"Dan ulduzu" instrumental ansamblı — Azərbaycanın musiqi tarixində populyar ansambllardan biri. "Dan Ulduzu" kamera-İnstrumental ansamblı 1966-ci ildə Azərbaycan musiqiçisi, pianoçu, əməkdar incəsənət xadimi Gülarə Əliyeva tərəfindən yaradılmışdır. Gülarə хanım həm "Dan ulduzu"nun bədii rəhbəri, yaradıcısı, həm də fortepiano partiyalarının ifaçısı idi.Ansamblın repertuarına ancaq peşəkar bəstəkarların mahnıları daхil ola bilərdi. Bu bədii rəhbərin ifaçılar qarşısına qoyduğu şərt idi. "Dan ulduzu"nun adını хalq şairi Nəbi Xəzri təklif edib.İlk çıхışından "Dan ulduzu" insanlar tərəfindən sevilir. Gülarə хanım müntəzəm məşqlərin və ansambl üzvlərinin əzmkarlığı və sənətə sevgisi sayəsində arzuladığı ansamblı yaradıb çoх musiqi kollektivlərini, qrup və ansamblları arхada qoydu. "Dan ulduzu" tezliklə dövlət tədbirləri, konsertləri, хarici qastrol səfərlərinin bəzəyinə və aparıcı musiqi ansamblına çevrildi. Suriya, Livan, Əlcəzair, İsveçrə, Almaniya, Qvineya, Bissuada "Dan ulduzu"nun qastrol səfərinə çıхdığı dövlətlər, şəhərlər oldu. Хaricilər Azərbaycan musiqisinin Qərb musiqi alətlərində səslənməsini görüb təəccüblərini gizlədə bilmirdilər. Flora Kərimova, Akif İslamzadə, Yalçın Rzazadə, Hüseynağa Hadiyev və s.
Dan ulduzu (neft-qaz yatağı)
Dan ulduzu — neft-qaz yatağı 1970-ci illərdə kəşf olunmuşdur. 1982—1985-ci illərdə bu yataqdan istifadə etmək üçün müəyyən addımlar atılmış, ancaq bu məsələ o vaxt başa çatdırıla bilməmişdir. Yatağın istifadə olunması üçün 1992-ci ildə Amerika Birləşmiş Ştatlarının "AMOKO" və "Yunokal" şirkətləri ilə danışıqlar başlanmışdır. Xəzərin Azərbaycan sektorunda olan "Dan ulduzu" və "Əşrəfi" neft yataqlarının birgə ehtiyatı 150 milyon tondur.
Ağaran danaqıran
Bizdən danışaq (mahnı)
Blood on the Dance Floor
Blood on the Dance Floor – Maykl Ceksonun remikslər albomu olan Blood on the Dance Floor: HIStory in the Mix albomundan olan ilk sinql. Mahnı həmçinin Mayklın 1991-ci ildə çıxardığı Dangerous albomuna da daxil edilmişdi. Mahnı Ceksonu bıçaqla cızmağa təhrik edən Susie adlı yırtıcı bir qadın haqqındadır. Kompozisiya funk – rock elementləi ilə zəngin bir şəkildə tərtib edilmişdir. Bəzi tədqiqatçılar "Blood on the Dance Floor"u Dangerous albomunda olan versiya ilə də müqyisə edirlər. Digərləri isə mahnıda aqressiv səsi və vokal tərzi, həmçinin lirik yorumu xüsusi vurğulayırlar. Mahnı klipinin Top of the Popsda premyerasından sonra daha böyük nüfuz qazanmış və sevilmişdir. "Blood on the Dance Floor" Blood on the Dance Floor: HIStory in the Mix albomundan HIStory World Tourda ifa edilən yeganə mahnıdır. Mahnı xüsusilə Şimali Avropa ölkələrində çox sevilmiş və hit paradlarda birinci yerə qədər yüksəlmişdir. "Blood on the Dance Floor" mahnısının klipinin rejissoru Vinsent Patersondur.
Blood on the Dance Floor:Crash MIX
Blood on the Dance Floor: HIStory in the Mix — Maykl Ceksonun albomu. George, Nelson (2004). Michael Jackson: The Ultimate Collection booklet. Sony BMG. Guinness World Records. Guinness World Records 2004. Guinness. 2003. ISBN 1-892051-20-6. Jones, Jel. Michael Jackson, the King of Pop: The Big Picture : the Music!
Blood on the Dance Floor: HIStory in the Mix
Blood on the Dance Floor: HIStory in the Mix — Maykl Ceksonun albomu. George, Nelson (2004). Michael Jackson: The Ultimate Collection booklet. Sony BMG. Guinness World Records. Guinness World Records 2004. Guinness. 2003. ISBN 1-892051-20-6. Jones, Jel. Michael Jackson, the King of Pop: The Big Picture : the Music!
Blood on the Dance Floor (albom)
Blood on the Dance Floor: HIStory in the Mix — Maykl Ceksonun albomu. George, Nelson (2004). Michael Jackson: The Ultimate Collection booklet. Sony BMG. Guinness World Records. Guinness World Records 2004. Guinness. 2003. ISBN 1-892051-20-6. Jones, Jel. Michael Jackson, the King of Pop: The Big Picture : the Music!
Breyk-dans: Film (film, 1984)
Breyk-dans: Film (ing. Breakdance: The Movie; qısa forması: Breakin') — 1984-cü ildə ildə istehsal olunmuş ABŞ filmidir. Jan-Klod Van Damm epizodik rolda çəkilmişdir. Kelli, Orlando və Toni adlı üç rəqqas birləşirlər ki, müsabiqədə qalib gəlsinlər... Breyk-dans — Internet Movie Database saytında.
Böyük Danimarka ensiklopediyası
Böyük Danimarka Ensiklopediyası (dan. Den Store Danske Encyklopædi) Danimarka dilində çoxcildlik universal ensiklopediyadır. Gyldendal tərəfindən 1994–2001-ci illər arasında 20 cilddə, ardınca 2002-ci ildə əlavə bir cilddə və 2003-cü ildə iki indeks cilddə nəşr edilmişdir. Ensiklopediya Danmarks Nationalleksikon A/S (Gyldendalın törəmə şirkəti idi) tərəfindən hazırlanmışdır. 20 cilddə 115 minə yaxın məqalə var idi, bunun üçün müxtəlif bilik sahələri üzrə 4000-ə yaxın müəllif-mütəxəssis cəlb edilmişdir. Məqalələrin əksəriyyəti bir neçə onlarla sətirdən uzundur ("Danimarka" məqaləsi 130 səhifədir), hər biri imzalıdır. Hər bir cilddə çoxlu sayda illüstrasiyalar var. 2004-cü ildə ensiklopediya Microsoft Windows platforması üçün, 2005-ci ildə Mac OS üçün CD-ROM- da buraxılmışdır. 2006-cı ildə nəşriyyatda ensiklopediyanın abunə yolu ilə pullu onlayn versiyasını yaratmaq planları var idi, lakin 2008-ci ildə həyata keçirilməsi üçün vəsait çatışmazlığı səbəbindən bu layihədən imtina etmək qərarına gəldi. Buna baxmayaraq, 26 fevral 2009-cu il tarixində ensiklopediyanın məzmunu vikimühərrikində həyata keçirilən xüsusi yaradılmış saytda sərbəst şəkildə internetdə yerləşdirilmişdir ; bu qərar ensiklopediyanın çap variantının bəzi alıcılarının etirazına səbəb olub.
Böyük danquşu
Böyük danquşu (lat. Botaurus stellaris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinin danquşu cinsinə aid heyvan növü.
Bəhlul Danəndə
Bəhlul Danəndə — Yaxın Şərqdə folklor surəti. Bəhlul adı ilə məşhur olan Bəhlul Danəndə 9-cu əsrdə Bağdadda yaşamışdır. Rəvayətə görə, o, tarixi şəxsiyyət Harun ər-Rəşidin qardaşı olub, siyasət və səltənət taxtından üz döndərmiş, özünü dəliliyə vurub, incə sözləri ilə xalq arasında şöhrət qazanmışdır. Rəvayətlərdə həmçinin Bəhlulun İmam Cəfəri-Sadiqin səhabəsi olduğu, onlara qarşı təqiblərin olması üzündən özünü dəli kimi göstərməsi də qeyd olunur. Əsasən, ərəb folkloru surəti olan Bəhlul Danəndə, dünya folklorundakı "ağıllı axmaqlar"ın Şərq prototipidir. Bəhlul danəndə bir çox lətifə, didaktik şeir və hekayənin hökmdar, ruhani və varlılara qarşı çıxan hazırcavab, tədbirli və müdrik qəhrəmanıdır. Azərbaycan şifahi xalq ədəbiyyatında da Bəhlul Danəndənin adı ilə bağlı lətifələr var. Xalq arasında Divanə Bəhlul kimi də tanınmışdır. "Ön söz". Məmmədhüseyn Təhmasib.
Callophrys danchenkoi
Naxçıvan yaşılcası (lat. Callophrys danchenkoi) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin göycələr fəsiləsinin yaşılca cinsinə aid heyvan növü. Bu növün ilk təsviri Qazaxıstan entomoloqu Aleksandr Borisoviç Jdanko tərəfindən verilmişdir. Onun 1998-ci ildə Qazaxıstan Dövlət Universitetinin xəbərlər jurnalının biologiya seriyasının 5 nömrəli sayında çıxan məqaləsində növün ilk toplanılma yeri Naxçıvan MR-in Buzqov kəndinin ərazisi göstərilmişdir. 26 iyun 1986-cı ildə Rusiya lepidopteroloqu A.V.Dançenko həmin ərazidən bu növə aid nümunələri ilk dəfə topladığı üçün Jdanko növü onun şərəfinə Callophrys danchenkoi adlandırmışdır. Callophrys danchenkoi növünə daşlı yamaclarda çaşır (lat. Ferula) bitkisinin çiçəkləri üzərində rast gəlinmişdir. May ayında inkişafda olan sarı rəngli tırtılları iyun ayında yetkin fərdə çevrilib uçurlar. Azərbaycanda Naxçıvandan başqa Lerik rayonunun Talış və Peştəşər silsilələri arasında yerləşən Zuvand (Diabar) çökəkliyində də bu növə rast gəlinir. Naxçıvan yaşılcasının yarımnövü Türkiyədə kəpənəklərin "Qırmızı kitab"ına daxil edilmişdir.
Confessions on a Dance Floor (Madonna albom)
Confessions on a Dance Floor Madonnanın onuncu studiya albomu. 11 noyabr 2005 ildə Warner Bros. Records tərəfindən buraxıldı.Bu albom onun ötən studiya albomu American Life(2003) dan tam bir gediş idi.
Daniel Rolland
Daniel Rolland (11 noyabr 1944, Noyer, Fransa) — Hücumçu mövqeyində oynamış olan keçmiş Fransa futbolçusu, baş məşqçisi.
Daniel Smith
Daniel Smith — incəsənət materiallarının istehsalı ilə məşğul olan Amerika şirkəti. 1976-cı ildə oyma sənətçisi Deniel Smit tərəfindən qurulmuşdur. Əvvəlcə, şirkət oyma üçün boyalar istehsalı ilə məşğul olurdu, sonra çeşidini genişləndirərək akvarel, yağ və akril boyalarını da istehsal etməyə başladı. Əsas istehsal yeri ABŞ-nin Vaşinqton ştatının Sietl şəhərində yerləşir. Şirkət məhsullarını peşəkarlar üçün sənət materialları kimi qiymətləndirir. Şirkətin əsas fərqlərindən cəhətlərdən biri təbii minerallardan, yarı qiymətli daşlardan və digər geoloji yataqlardan hazırlanan piqmentlərin geniş istifadə edilməsidir. PrimaTek® markalı kolleksiyaya firuzə, lazurit, rodonit, kianit və serpentindən hazırlanan boyalar daxildir. Gragg, Randy "Daniel Smith Takes A Detour" The Oregonian 13 Sep 1998: F06. Massa, Leslie. "Daniel Smith, 1995/1996" Catalog Age 13.
Daniel Tompkins
Daniel Tompkins (ing. Daniel D. Tompkins, 21 iyun 1774[…] – 11 iyun 1825[…]) — Amerika Birləşmiş Ştatlarının 6-cı vitse-prezidenti.
Daniel Tsiokas
Daniel Tsiokas (19 iyun 1971, Kluj-Napoka) — Yunanıstanı təmsil edən stolüstü tennisçi. Daniel Tsiokas Yunanıstanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub. Daha sonra Daniel Tsiokas Yunanıstanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daniel Tsiokas Yunanıstanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində 9-cu pillənin sahibi olub.
Daniel Uray
Daniel Uray — Fici Həmkarlar İttifaqları Konqresinin rəhbəri.
Daniel Villiam Tajar
Daniel Vişer
Daniel Vişer (16 yanvar 1950, Bazel – 17 yanvar 2017, Sürix) — İsveçrəli siyasətçi. O, Yaşıllar Partiyasını təmsil edib. Vişer 2003-cü ildə Milli Şuraya üzv seçilib. 2007 və 2011-ci illərdə daha iki dəfə seçilib. Onun fəaliyyət müddəti 2015-ci ildə başa çatmışdır. Vişel Bazeldə anadan olmuşdur. Vişer hüquqşünas Frank Vişerin (1923–2015) oğlu idi. Vişer evli idi və iki övladı vardı. Vişer 17 yanvar 2017-ci ildə 67-ci yaşını qeyd etdikdən bir gün sonra Sürixdə xərçəng xəstəliyindən vəfat etmişdir.
Daniel Zvisl
Daniel Zvisl (30 avqust 1984) — Macarıstanı təmsil edən stolüstü tennisçi. Daniel Zvisl Macarıstanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub.
Daniel de Bryun
Daniel de Bryun (13 fevral 1978) — Niderlandı təmsil edən su poloçusu. Daniel de Bryun, Niderland yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 4:5 hesabı ilə məğlub olan Niderland yığması, Sidney Olimpiadasını dördüncü pillədə başa vurdu. Daha sonra Daniel de Bryun, Niderland yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasını 11:10 hesabı ilə məğlub edən Niderland yığması, XXIX Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.
Daniel həqiqi deyil (film, 2019)
Daniel həqiqi deyil (ing. Daniel isn"t real) - rejissoru Adam İgit Mortaymır olan, 2019-ci il istehsalı amerikan psixoloji-qorxu filmi. Filmin əsas çəkilişləri 2018-ci ildə Nyu-Yorkda başlamışdır. 6 dekabr 2019-cu ildə yayımlanmışdır.
Daniel Şmidt
Daniel Schmidt (3 fevral 1992, Sprinqfild) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
Daniela Karlan
Daniela Karlan (18 sentyabr 1980, Sibiu, Rumıniya) — Rumıniyanı təmsil edən marafonçu. Daniela Karlan Rumıniyanı 2004 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. Daniela Karlan birinci dəfə Olimpiya Oyunlarına 2004-cü ildə qatıldı. Həmin il Afinada baş tutan yarışlarda Daniela Karlan 20 km. məsafəyə qaçış yarışlarında 1 saat 37 dəqiqə 14 saniyəlik nəticə ilə 57 atlet sırasında 37-ci yeri tutdu. Daniela Karlan növbəti Olimpiadasına 12 il sonra, 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınasada, məsafəni sona gədər qət edə bilmədi.
Daniela Masseroni
Daniela Masseroni (28 fevral 1985) — İtaliyanı təmsil edən bədii gimnast. Daniela Masseroni İtaliyanı 2004 Afina və 2008 Pekin Olimpiadalarında təmsil etdi. Daniela Masseroni 2004-cü ildə İtaliyanın bayrağı altında Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Elisa Blançi, Fabriza D'Ottavio, Marinella Falca, Elisa Santoni və Laura Vernizzi ilə birgə finalda 49.450 xal topladı və 3-cü yeri tutdu. Daniela Masseroni növbəti Olimpiya Oyunlarında 2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Elisa Blançi, Fabriza D'Ottavio, Marinella Falca, Elisa Santoni və Anjelika Savrayuk ilə birgə finalda 34.425 xal topladı və fəxri 4-cü yeri tutdu.

Значение слова в других словарях