İman Əsgərzadə
Əsgərzadə İman Novruz oğlu (12 mart 1962, Kəbirli, Ağcabədi rayonu) — fizika-riyaziyyat elmləri doktoru, professor.
== Həyatı və təhsili ==
İman Əsgərzadə 1962-ci ildə Ağcabədi rayonu Kəbirli kəndində müəllim ailəsində anadan olmuşdur. Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA Fizika İnstitutunun aparıcı elmi işçisi, Ankara Universitetinin kompüter mühəndisliyi kafedrasının müdiridir. İ.N.Əsgərzadə ifratkeçiricilik nəzəriyyəsi və tətbiqi sahəsini tədqiqatları ilə zənginləşdirən tanınmış fizikdir. 1979-cu ildə Respublika 1 saylı fizika-riyaziyyat təmayüllü məktəbini və 1985-ci ildə Moskva Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir. AMEA Fizika İnstitutunda, 1995-ci ildə namizədlik, 2004 ildə isə doktorluq dissertasiyalarinı müdafiə etmişdir.
2000-ci ildən etibarən araşdırma qrantları müsabiqələrində galib gələrək dünyanın müxtəlif universitetlərində və elmi mərkəzlərində uzunmüddətli ezamiyyətlərdə olmuşdur [CRDF, (ABŞ), DAAD (Dresden Helmholtz İnstitutu,Almaniya), NATO postdoc (Bilkənd Universiteti, Türkiyə), NATO reintegration (ABŞ), CNRS-ANAS (Fransa), TUBİTAK (Ankara Universiteti, Türkiyə). 2002–2011-ci illərdə Abdus Salam Beynəlxalg Nəzəri Fizika Mərkəzinin (İtaliya) assosiativ üzvü seçilmişdir.
16 mart 2022-ci ildə fizika elmləri doktoru, professor İman Əsgərzadənin 60 illik yubileyi təntənəli qeyd edilib. Rusiya Elmlər Akademiyasının (REA) nüfuzlu beynəlxalq nəşri olan "Успехи Физических Наук (УФН)" jurnalında tanınmış azərbaycanlı alim, AMEA-nın Fizika İnstitutunun aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, professor İman Əsgərzadənin 60 illik yubileyi münasibətilə məqalə dərc olunub.