DİNSİZ (dinə inanmayan, həm isim, həm də sifət kimi) Satırsan xaçpərəstə; Satırsan müsəlmana; Dinsizə də satırsan; Girsə əgər dükana (M.Rahim); BABI (məc.) Dinü imanı danıb, yoldan azıbdır, babıdır (M.Ə.Sabir); BƏDETİQAD ..Seyyid, o da sənin kimi bədetiqaddır (S.Ə.Şirvani); BİDİN [Ağa Bəşir:] Pərvərdigara, dünyada necə bidin adamlar yaradıbsan! (M.F.Axundzadə); MOLTANI (dan.) Axund: Qızı lap moltanıya da nikah etməyə hazıram (C.Cabbarlı); MÜLHİD (köhn.) ..ona kafir və mülhid namı verərkən ondan qaçmağa, onu təhqir etməyə başlamışlar (A.Şaiq); MÜRTƏD, LAMƏZHƏB (söyüş kimi də işlədilir) Kərbəlayı Həsən: Bu da, bu mürtəd qızı, laməzhəb qızı! (Çəmənzəminli); FASİQ, KAFİR (bax).