Əvvəllər dir müstəqil kök olub, ondan dir-ə-mək və dir-sə-mək feilləri yaranıb (indi sonuncu müstəqil işlədilmir). Deməli, sözün etimonu “dir”dir, “balka” (tir) mənasında işlədilir, -sə isə meyil bildirir, adlardan feil əmələ gətirir (məsələn, su-sa-maq). Dirə feilindən dirə-n-mək, dir-ə-k kimi yeni sözlər əmələ gəlib. Dirsəmək feili əsasında isə dir-sə-k ismi yaranıb. Quba rayonunda dəvənin hürgücünə də dirsək deyirlər. Bu bir daha sübut edir ki, dirsək kəlməsi həm də çıxıntı mənası ilə bağlıdır. Başqa türk dillərində dirsək sözünün bir mənası rus dilinə “изгиб” kimi tərcümə olunub (əyri deməkdir), çay dirsəyi birləşməsini yada salın. Deməli, dir kökündən, həm dirsək, həm də dirək əmələ gəlib. Dirsəklən sözü “dirsək vasitəsilə dirənmək” deməkdir. Dir sözündən r-z əvəzlənməsi nəticəsində diz kəlməsi yaranıb. Diz sözü də dir şəklində olub, sonra gör və göz qəlibi üzrə dəyişmələrə məruz qalıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Həm də 0,65 metrlik uzunluq ölçü vahidi olub. Sinonimi yığınaq kəlməsi olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)