Donuz kəlməsi ilə heç bir əlaqəsi yoxdur. M.Kaşğaridə qonuz sözü “peyin” mənasında işlədilib. Qurdun növləri çox olduğundan “жук”u onlardan fərqləndirmək üçün “qonuz qurdu” adlandırıblar, qonuzqurdu isə təhriflə bağlı dozanqurdu şəklinə düşüb. Ruslardakı навоз kəlməsi bəzi türk dillərinəmayız kimi (mənası: “inək ifrazatı” deməkdir) tərcümə edilib. Türkmən dilində donuzlanmaq sözü “natəmiz olmaq” mənasında işlədilir. Ehtimal ki, elə navoz sözü də mayız sözü ilə bağlıdır (навоз sözünü возить, yəni tullamaq sözü ilə bağlayırlar, “mayız”la bağlı olmasını daha doğru hesab etmək olar). (Bəşir Əhmədov. Etimologiya lüğəti)