Bu sözlə qohum olan aşağıdakı kəlmələr mövcud olub: tırna(maq) (чесать), duş darağı (pipik; rusca: “гребень”), əl darağı (кисть руки), ayaq darağı (передок ноги), taramaq (çıxıntı, yabanın dişləri, quşun caynağı), tarmaq (ağac budağı) və s. Bu qohum sözlərin məna və forma yaxınlığına əsasən deyə bilərik ki, onların hamısı çıxıntı əlamətinə malikdir. Dırmıq (buna “torpaq darağı” deyilib) sözü də yuxarıdakılarla kökdaşdır. Deməli, daraq, dırnaq, dırmıq, caynaq... “çıxıntısı olan” anlamlarında başa düşülməlidir. Dırna feili olub, mənası “qaşımaq” kimi açıqlanıb. Dırna feilinə -q şəkilçisi artırmaqla (dara-q modeli üzrə) dırnaq ismi əmələ gəlib. Durğu işarələrindən olan dırnaq sözü əldəki dırnaqlarla bağlıdır. Formaca dırnağa oxşadığından bu cür adlanıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)