Dəli sözünün bir mənası “igid, cavan” deməkdir. Dəliqanlı da bu məna ilə bağlıdır: cavan, cəsur adamlara belə deyilir. Dəliqanlı sözündəki qanlı hissəsinin qədim mənalarından biri “od”deməkdir. “Gözümüzdən qanlı yaş axır” cümləsindəki qanlı sözü ilə dəliqanlı kəlməsindəki qanlı elementi eyni sözdür və yanmaq sözü ilə vahid kökə malikdir. Dəliqanlı adam yanıqlı, odlu, alovlu adamdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)