ELLA

«İlahi! Ey Allah; güclü; palıd, bərk ağac.
ELİZAVETA
ELLADA
OBASTAN VİKİ
Ella
Ella — rus qadın adı. Bu adı olan tanınmışlar Ella Leya — Azərbaycan-ABŞ bəstəkarı, musiqiçisi və yazıçısı. Ella Yaqubova — Azərbaycanın teatr və kino aktrisası, Ella Fitscerald — amerika cazmeni Digər Tilsimlənmiş Ella (film, 2004) — Amerika, İngiltərə və İrlandiya istehsalı olan fentezi, ailə və komediya janrlı film.
Ella Fitscerald
Ella Ceyn Fitscerald(ing. Ella Jane Fitzgerald; 25 aprel 1917, Nyuport-Nyus, Virciniya, ABŞ — 15 iyun 1996, Beverli-Hils, Kaliforniya, ABŞ) — amerika caz müğənnisi. "Mahnıların Birinci Ledisi" - Ella Fitsceraldı belə adlandırırdılar. Onun vokalı, haqlı olaraq caz tarixində ən incə vokal hesab edilirdi, hərçənd çoxları bu baxımdan Sarah Vaughanı, yaxud Billie Holidayı də ən uca pillədə hesab edə bilər. Təbiətin geniş diapazonlu gözəl səs bəxş etdiyi Ella oxumaqda kimi desəniz üstülüyə bilərdi. O, bənzərsiz skat-müğənni idi və praktiki olaraq ideal elokvensiyaya malik idi. İnsanlar həmişə onun məhz nə oxuduğunu, onun hər bir kəlməsini başa düşürdü. Ellaya xas olan yeganə daimi və yeri gəlmişkən bir qədər kurzey xarakterli nöqsan ondan ibarət idi ki, o, hədsiz dərəcədə həyatsevər idi və mahnının mətninin tələb etdiyi kimi, hədsiz lirik tərzdə oxuya bilmirdi. Hətta "Love For Sale" kompozisiyasında da onun ifası şən və şaqraq səslənirdi. Hər halda onun karyerasını bütövlükdə qiymətləndirmək istəsək, sadəcə olaraq bu səviyyəli başqa bir müğənni yox idi.
Ella Leya
Ella Leya (tam adı: Ella Leya; XX əsr, Bakı) — Azərbaycan-ABŞ bəstəkarı, musiqiçisi və yazıçısı. Ella Leya Bakı şəhərində anadan olmuşdur. Əvvəl Moskvaya köçmüş, daha sonra 1990-ci ildə ABŞ-yə mühacirət etmişdir. "Qadınların sirli həyatı", "Gecə kraliçası" və "Rus romansları" adlı albomları yüksək dəyərləndirilib. "Qadınların sirli həyatı" adlı albom rus romanslarından ibarət olaraq qadınların iç dünyasından, onların mənəvi yaşantılarından bəhs edir. Ella Leya özünün SELAH caz orkestri ilə Avropa və ABŞ-yə dünya turuna çıxmışdır. 2015-ci ildə ilk romanı - "Yetim səma" dərc olunmuşdur. Romanın qəhrəmanı olan istedadlı gənc pianoçu, musiqi və xalq nağılları vasitəsilə keçmiş sovet ölkəsinin həqiqətlərini təsvir edir. Əsərdə Qız qalası da təsvir olunur. Elə müəllif əsəri əvvəlcə "Qız qalası" adlandırmış, sonradan naşirin fikri ilə dəyişdirmişdir.
Ella Purnell
Ella Purnell (17 sentyabr 1996, Uaytçepel[d], Böyük London) — İngiltərə teatr və film aktrisası.
Ella Yaqubova
Ella İsmayıl qızı Yaqubova (30 dekabr 1946, Kirovabad) — Azərbaycanın teatr və kino aktrisası, Azərbaycanın xalq artisti (2018), Mingəçevir Dövlət Dram Teatrının aparıcı aktrisası, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü (1989). Yaqubova Ella İsmayıl qızı 1946-cı il Dekabrın 30-da Gəncə şəhərində anadan olub. İbtidai təhsilini Gəncə şəhərində, orta məktəbi isə Bakı şəhərində 44 saylı orta məktəbi bitirib. 1963-cü ildə Bakı Mədəni Maarif Texnikumuna daxil olub, 1966-cı ildə oranı bitirdikdən sonra Gəncə Dövlət Dram Teatrına göndərilib həmin teatrda müxtəlif dram əsərlərində iştirak etib. 1968-ci ildə təyinatla Mingəçevir Dövlət Dram Teatrına göndərilib. 300-dən artıq obrazlar ifa edib. Mingəçevir Dövlət Dram Teatrında ifa etdiyi rollar: Almaz "Almaz" (Cəfər Cabbarlı) Sara "Solğun çiçəklər"(Cəfər Cabbarlı) Gültəkin "Aydın" (Cəfər Cabbarlı) Tanya "Yaşar" (Cəfər Cabbarlı) Sona "Hacı Qara"(Mirzə Fətəli Axundov) Həcər xanım "Eşq və İntiqam"(Süleyman Sani Axundov) Fəxrundə "Bayramın birinci günü"(Nazim Hikmət) Sara bəyim "Vətən dərdi"(Nazim Hikmət) Ana "Ana" (Hüseyn Cavid) Nənə "Nənəmin kələyi" (Əli Əmirli) Ana "İki yetimin taleyi"(Əli Əmirli) Nurcahan "Nənənin Kələyi"(Əhməd Orucoğlu) və.s əsərlərdə baş rolların və birinci dərəcəli obrazların ifaçısı olub. 40-ildən artıq Mingəçevir Dövlət Dram Teatrında fəaliyyət göstərən aktrisa hal-hazırda Mingəcevir Dövlət Dram Teatrında yaranmış "Ümid" gənc aktyorlar studiyasında müəllim kimi fəaliyyət göstərərək Azərbaycan teatrı haqqında anlayış, səhnə danışığı, səhnə texnikası, səhnə hərəkəti və Azərbaycan teatrı haqqında tədris, maarif və mədəniyyət dərslərini keçir. Region televiziya kanalı olan "El" kanalında fəaliyyət göstərir. Azərbaycan istehsalı olan "Xoca" filmində "Sultan" xanım obrazında və "Həyat varsa" teleserialında çəkilib.
Ella adası
Ella adası (dan. Ella Ø) — Qrenlandiyanın şərqində, Kral Oskar fiordunun şimalında, Kempe fiordunu girəcəyində yerləşən ada. Ada Şimal-Şərqi Qrenlandiya Milli Parkı ərazisinə daxildir. Alfred Qabriel Nathorstın 1899-cu il ekspedisiyası zamanı həyat yoldaşı Emi Rafaella Vindalın (qısaca Ella) (1858–1936). Laqe Kox adanın şimalında daxmaya sahib isi. Botanik Torvald Sorensen 1931–1934-cü illər ərzində burada yaşamışdır. O, öz müşahidələrini doktorluq işinin 1941-ci ildə müdafiyəsində istifadə etmişdir. İkinci dünya müharibəsi zamanı ABŞ ordusunun bölüyü yerləşdirilmişdi. 1971-ci ildə adada L-6 xondrit adı verilən meteorit tapılmışdır.
Ella Orr Kempell
Ella Orr Kempell (ing. Ella Orr Campbell; 28 oktyabr 1910, Danidin – 24 iyul 2003) — Yeni Zelandiya botaniki. Ella Orr Kempell yosunlar və mamırlar üzrə ixtisaslaşmışdır. 1936 — The embryo and stelar development of Histiopteris incisa (первая опубликованная работа Кэмпбелл) 1954 — Agricultural Botany (в соавторстве с Дж. С. Йейтсом; книга переиздавалась в 1960, 1968 и 1997 годах) Mycorrhizal associations of New Zealand's achlorophyllous mycotrophic terrestrial orchids, Gastrodia cunninghamii, G. aff. sesamoides, G. minor, Molloybas cryptanthus and Danhatchia australis (работа получила широкое международное признание) Элла Орр Кэмпбелл (ing.) plants.jstor.org syatında.
Tilsimlənmiş Ella (film)
Tilsimlənmiş Ella (ing. Ella Enchanted} Amerika, İngiltərə və İrlandiya istehsalı olan fentezi, ailə və komediya janrlı filmdir. 2004-cü ildə istehsal olunan film Qeil Karson Levinin eyni adlı əsərinin motivləri əsasındadır. == Məzmun == Ella doğulandan sonra Lusinda adlı pəri ona itaətetmə vergisini verir. Bu vergi isə ona deyilən hər bir şeyi etməyə məcbur etdirən bir qüvvədi.Ellanın həyatı isə anasının ölümündən sonra daha da pisləşir. Atasının yenidən evlənməsi nəticəsində ögey anası və həmin qadının Heti və Oliv adında qızları onunla amansız rəftar edirlər. Qızlar ona pis əmrlər verərək hamının yanında onu utandırmağa çalışırlar. Bütün bunlardan bezən Ella üstündəki bu tilsimi qırmaq üçün evi tərk edərək Lusindanı tapmaq və ona bu vergini geri götüzdürmək məqsədilə yola düşür. Krallığın ən təhlükəli meşəsində bir Elf ilə tanış olur və kralın qəsrinə gəlib çıxır. Burada gənc şahzadə Çar ilə tanış olan Ella ona vurulur.
Tilsimlənmiş Ella (film, 2004)
Tilsimlənmiş Ella (ing. Ella Enchanted} Amerika, İngiltərə və İrlandiya istehsalı olan fentezi, ailə və komediya janrlı filmdir. 2004-cü ildə istehsal olunan film Qeil Karson Levinin eyni adlı əsərinin motivləri əsasındadır. Ella doğulandan sonra Lusinda adlı pəri ona itaətetmə vergisini verir. Bu vergi isə ona deyilən hər bir şeyi etməyə məcbur etdirən bir qüvvədi.Ellanın həyatı isə anasının ölümündən sonra daha da pisləşir. Atasının yenidən evlənməsi nəticəsində ögey anası və həmin qadının Heti və Oliv adında qızları onunla amansız rəftar edirlər. Qızlar ona pis əmrlər verərək hamının yanında onu utandırmağa çalışırlar. Bütün bunlardan bezən Ella üstündəki bu tilsimi qırmaq üçün evi tərk edərək Lusindanı tapmaq və ona bu vergini geri götüzdürmək məqsədilə yola düşür. Krallığın ən təhlükəli meşəsində bir Elf ilə tanış olur və kralın qəsrinə gəlib çıxır. Burada gənc şahzadə Çar ilə tanış olan Ella ona vurulur.
Ellada
Yunanıstan, rəsmi adı ilə Ellin Respublikası — Cənub-Şərqi Avropada yerləşən ölkə. Balkan yarımadasının cənubunda yerləşən Yunanıstan şimal-qərbdə Albaniya, şimalda Şimali Makedoniya və Bolqarıstan, şərqdə isə Türkiyə ilə qurudan həmsərhəddir. Ölkənin şərqində Egey dənizi, qərbində İon dənizi, cənubunda isə Krit dənizi və Aralıq dənizi yerləşir. Yunanıstan Aralıq dənizi hövzəsindəki ən uzun quru sərhədə və minlərlə adaya sahibdir. Ölkə 9 ənənəvi coğrafi bölgədən ibarətdir və təxmini 10,4 milyon əhaliyə malikdir. Afina ölkənin paytaxtı və ən böyük şəhəridir. Ardınca Saloniki və Patras şəhərləri gəlir. Yunanıstan demokratiyanın, Qərb fəlsəfəsinin, Qərb ədəbiyyatının, tarixşünaslığın, politologiyanın, əsas elmi və riyazi prinsiplərin, teatrın və Olimpiya oyunlarının yarandığı yer olduğuna görə Qərb mədəniyyətinin beşiyi hesab edilir. E.ə. VIII əsrdən başlayaraq yunanlar Aralıq dənizi və Qara dənizə yayılan polis adlandırılan müxtəlif müstəqil şəhər-dövlətləri qurmuşdular.