FREN

əyləc, tormoz
əyləc, əylənc, tormoz
FOTOKOPİ
FRENGİ
OBASTAN VİKİ
Fren Dreşer
Frensin Coy Dreşer (ing. Francine Joy Drescher; 30 sentyabr 1957, Flaşinq[d], Nyu-York ştatı) — ABŞ aktrisası və yazıçısı. 1993-cü ildə "The Nanny" serialında rol aldı. Fren Fayn rolu ilə 2 dəfə Emmi mükafatına və bir dəfə Qızıl qlobusa namizəd göstərildi.
Xristian Fren
Xristian Daniloviç Fren (almanca:Christian Martin Joachim Frähn), 4 iyun 1782, Rostok – 16 avqust 1851[…], Sankt-Peterburq) — Rusiya şərqşünası. == Həyatı == Xristian Fren 1782-ci ildə Almaniyada Rostok şəhərində anadan olmuşdu. 1807-1815-ci illərdə Kazan universitetində çalışmışdı. X.M.Frenin elmi yaradıcılığında numizmatika əsas yer tuturdu. Yaşadığı illərdə onu «Şərq numizmatikasının knyazı» kimi qəbul edirdilər. Belə ki, o, həqiqətən Rusiyada Şərq numizmatikası elminin əsasını qoymuşdu. X.M.Fren isə müsəlman numizmatikasının «fundament»ini yaradan görkəmli şəxsiyyətlər hesab edilirlər. X.M.Frenin Şərq numizmatikasında əsas rolu Cucilər dövrünün sikkəşünaslığının banisi olmasıdır. İlk dəfə X.M.Fren numizmatik materiallara əsaslanaraq Qızıl Orda xanlarının adlarını, hakimiyyət illərini öyrənmiş və Şərq numizmatikasının bir hissəsi kimi təsnifat işlərini dəqiqləşdirmişdir. Onun oxuyub, təyin etdiyi bəzi hökmdarlar haqqında, ümumiyyətlə, yazılı məlumatlar belə yox səviyyəsindədir.
Sen-Marten-dyu-Fren
Sen-Marten-dyu-Fren (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Cöğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Baccharis frenguellii
Baccharis frenguellii (lat. Baccharis frenguellii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Ceyms Frensis Makbrayd
Ceyms Frensis Makbrayd (ing. James Francis Macbride, 19 may 1892 – 16 iyun 1976, Riversayd[d], Kaliforniya) — Amerika botaniki. == Elmi işi == Flora of Peru, 1936.
Chelaseius freni
Chelaseius freni (lat. Chelaseius freni) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin chelaseius cinsinə aid heyvan növü.
Con Frenk Hiki
Con Frenk Hiki (ing. J. Frank Hickey; 29 oktyabr 1865, Louell[d], Massaçusets – 8 may 1922, Obern həbsxanası[d], Nyu-York ştatı) — cinsi istismarçı və seriyalı qatil olan bir amerikalı. Polisə və mediaya göndərdiyi açıqcalar səbəbindən ona "Açıqca qatil" ləqəbi verilmişdi. == Uşaqlıq və gənclik illəri == Con Frenk Hikki Massaçusets, Louelldə, irlandiyalı mühacirlər Maykl C. Hikki və Meri Enn Marqatların ailəsində anadan olub. O, valideynlərinin mənzilindən sadəcə iki blok kənarda olan Roma Katolik kilsəsində vəftiz edilib. 1912-ci ildə cinayətə görə həbs edildikdən sonra Hikki atası tərəfindən təcavüzə uğradığını iddia etdi. Gənc yaşlarında Hikki Kirk küçəsindəki Louelin İlk Camaat kilsəsinə qoşuldu. O, həmçinin Gənc Xristian Kişilər Birliyinə (ing. Young Mens Christian Association) və Gənclərin Xristian Təşşəbbüs Cəmiyyətinə üzv oldu. == İlk qətli == 1 sentyabr 1883-cü ildə 18 yaşlı Hikki polislə əlaqə saxladı və 34 yaşındakı əczaçı Edvin Morinin hər ikisinin işlədiyi MakGibbon aptekinin döşəməsində ölü tapdığını dedi.
Frenc-Pass boğazı
Frenc-Pasd boğazı (ing. French Pass Fransız keçidi, Maori dili Te Aumiti). Dar və təhlükli boğaz. Yeni Zelandiya adalarına daxil olan Dyarvil və Cənub adalarını ayırır. Boğazdan şərqdə Kuk boğazı, qərbdə isə Tasman körfəzi yerləşir. == Açılışı == Boğazı üzüb keçən fransız səyyahı İyol Sebasten Sezar Dyumon Dyorvil olur. O 1827-ci ildə Yeni Zellandiyaya ikinci səfəri zamanı kəşf edilir. Boğazı keçən Dyumon ən dar yerdə "Astrolyabiya" Korveti iki dəfə sıldırımlı daşlara dəyir və rifə çıxır. Dyuman bu sözləri deyirdi: əgər gərək yoxdursa onda boğazı keçmək lazım deyil. == Xüsusiyyətləri == Burada axın sürəti 8 dəniz milinə (4 km/s) çatır.
Frends Arena
Friends Arena Stokholmda yerləşən arena. Stadion 27 oktyabr 2012-ci ildə İsveçin Stokholm şəhərində açılıb . Arena İsveçdəki ən böyük arenalardan biridir. Böyük bir şousu ilə açılan arenanın ilk qonaqları Tommy Körberg, Danny Saucedo, Loreen və Agnes idi.
Frenk Abiqneyl
Frenk Vilyam Ebiqneyl Cunior (27 aprel 1948) — əvvəllər amerikalı fırıldaqçı və dələduz olmuşdur, saxta çeklər düzəltməkdə və saxta kimliklər altında müxtəlif yerlərdə çalışmışdır. Hal-hazırda isə o təhlükəsizlik üzrə məsləhətçi mütəxəsisdir. Frenk dünyanın ən fırıldaqçılarından biri hesab olunur, belə ki, o saxta kimliklə həkim, pilot, hüquqsünas kimi sahələr daxil olmaqla səkkiz müxtəlif sahədə heç bir anlayışı olmadan çalışmışdır. Bunların hamısını o 21 yaşına çatmamış etmişdir və həmçinin bu zaman ərzində o iki dəfə polisdən də qaçmağa nail olmuşdur. Həbs ediləndən sonra isə heç beş il tamam olmamış polisə işləməyə başlamışdır. Onu həyatı haqqında "Bacarırsansa məni tut" filmi çəkilmişdir. Filmdə Leonardo DiKaprio onu canlandırıb. == Həyatı == Frenk Vilyam Ebiqneyl Cunior 27 aprel 1948-ci ildə dünyaya gəlib. Ailənin dörd uşağından biri idi və həyatının ilk 16 ilini Nyu Yorkda, Bronksvildə keçirib. 12 yaşı olarkən atası ilə anası ayrılıblar.
Frenk Bainimarama
Xosaia Voreqe Bainimarama (ing. Josaia Voreqe Bainimarama; fici Josaia Voreqe Bainimarama; Şablon:Dil-hif; 27 aprel 1954) — 2007-ci ildən etibarən Fici Baş naziri. Bainimarama Marist Qardaşları Liseyində, Asiya Texnologiya İnstitutunda və Delhauzi Universitetində təhsil alıb. 1975-ci ildə Fici Dəniz Qüvvələrinə qoşuldu və 1976-cı ildə baş matros və miçman, 1977-ci ildə praporşik və həmin ilin sonunda sub-leytenant rütbəsinə yüksəldi. 1986-cı ildə leytenant-komandir vəzifəsinə yüksəldi və 1988-ci ildə Fici donanmasının komandiri oldu, daha sonra 1991-ci ildə kapitan oldu. 1997-ci ildə Bainimarama Fiji Hərbi Qüvvələri Respublikasının Baş Qərargah rəisi təyin edildi. 1998-ci ildə komandir rütbəsinə yüksəldi və daha sonra 1999-cu ildə Silahlı Qüvvələrin komandanı oldu. 2014-cü ildə komandanlıqdan istefa verdi və kontr-admiral rütbəsinə yüksəldi. Bainimarama 2006-cı il dövlət çevrilişinə başçılıq edərək Baş nazir Qaraseni hakimiyyətdən uzaqlaşdırdı. Daha sonra 2007-ci ildə Ratu Xosefa İloilonu Prezident və özünü Baş nazir vəzifəsini müvəqqəti olaraq təyin etdi.
Frenk Ebiqneyl
Frenk Vilyam Ebiqneyl Cunior (27 aprel 1948) — əvvəllər amerikalı fırıldaqçı və dələduz olmuşdur, saxta çeklər düzəltməkdə və saxta kimliklər altında müxtəlif yerlərdə çalışmışdır. Hal-hazırda isə o təhlükəsizlik üzrə məsləhətçi mütəxəsisdir. Frenk dünyanın ən fırıldaqçılarından biri hesab olunur, belə ki, o saxta kimliklə həkim, pilot, hüquqsünas kimi sahələr daxil olmaqla səkkiz müxtəlif sahədə heç bir anlayışı olmadan çalışmışdır. Bunların hamısını o 21 yaşına çatmamış etmişdir və həmçinin bu zaman ərzində o iki dəfə polisdən də qaçmağa nail olmuşdur. Həbs ediləndən sonra isə heç beş il tamam olmamış polisə işləməyə başlamışdır. Onu həyatı haqqında "Bacarırsansa məni tut" filmi çəkilmişdir. Filmdə Leonardo DiKaprio onu canlandırıb. == Həyatı == Frenk Vilyam Ebiqneyl Cunior 27 aprel 1948-ci ildə dünyaya gəlib. Ailənin dörd uşağından biri idi və həyatının ilk 16 ilini Nyu Yorkda, Bronksvildə keçirib. 12 yaşı olarkən atası ilə anası ayrılıblar.
Frenk Kelloq
Frenk Billinqs Kelloq — (22 dekabr 1856 - 21 dekabr 1937) ABŞ Senatında və ABŞ dövlət katibi vəzifəsində çalışmış xidmət etmiş Amerikalı vəkil, siyasətçi və dövlət xadimi idi. 1929-cu ildə Brian-Kelloq paktına görə Nobel sülh mükafatına layiq görülmüşdür. == Erkən həyatı və karyerası == Kelloq, 1856-ci il dekabrın 22-də Nyu-Yorkun Potsdam şəhərində Abeqeyl (Billinqs) və Asa Farnsvors Kelloqun ailəsində dünyaya gəlib. Ailəsi 1865-ci ildə Minnesota ştatına köçür. Kelloq 1877-ci ildə Minnesota ştatının Roçester şəhərində hüquq təhsili aldı və vəkillik fəaliyyətinə başladı. 1878–1881-ci illərdə Roçester şəhər vəkili və 1882 - 1887 arasında, Minnesota, Olmstid Kauntri qraflığı vəkili vəzifəsində çalışıb. 1886-cı ildə Minnesota ştatındakı Sent-Pol şəhərinə köçür. 1905-ci ildə, Teodor Ruzvelt Kelloqdan federal antiinhisar davasını mühakimə etməsini istəyəndə Kelloq federal hökumətə qoşuldu. 1906-cı ildə Kelloq, Eduard Henri Harriman haqqında araşdırma aparmaq üçün Dövlətlərarası Ticarət Komissiyasına xüsusi vəkil təyin edildi. 1908-ci ildə Şerman Antiinhisar qanununa əsasən Union Pacific Railroada qarşı federal prokurorluğa rəhbər təyin edildi.
Frenk Lancella
Frenk Lancella (ing. Frank Langella; d. 1 yanvar 1938, Beyonne, Nyu-Cersi, ABŞ) — ABŞ aktyoru. == Həyatı == Frank A. Lancella, italyan əsilli ABŞ aktyorudur. 1938-ci ildə Bayonne, Nyu Cersidə Angelina və Frank A. Langella Sr. (1991-ci ildə v.e.) ailəsində dünyaya gəlib. İş adamı olan atası Bayonne Barrel and Drum Company şirkətinin prezidenti idi. İbtidai təhsilini Beyonn şəhərində alıb. 1955-ci ildə bütün ailə Cənubi Orange, Nyu Cersi (South Orange, New Jersey) köçür və burada o, Kolumbiya Universitetinin orta məktəbini bitirir. Daha sonra 1959-cu ildə Sirakuzda gələcək aktyor müvəffəqiyyətlə Sirakuz universitetinin dram sahəsində incəsənət bakalavrı pilləsini bitirir.
Frenk Lempard
Frenk Ceyms Lempard (20 iyun 1978[…], Romford[d], Böyük London) — keçmiş peşəkar futbolçu. Futbolçu kimi, "Çelsi" klubunun bütün zamanlar üzrə ən yaxşı oyunçularından biri sayılmaqla yanaşı, o həm də öz dövrünün ən yaxşı yarımmüdafiəçilərindən hesab olunur.
Frenk Lempardın İngiltərə milli komandasında çıxışı
Frenk Lempardın İngiltərə milli komandasında debütü 1997-ci ildə U-21 yaşlı İngiltərə milli komandasında Yunanıstan millisinə qarşı olmuşdur. O, U-21-in tərkibində 1997-ci ilin noyabr ayından 2001-ci ilin iyun ayınadək 19 matçda meydana çıxdı və 9 qola imza atdı. Daha sonra isə 1998-ci ilin fevral ayında 1 matçda İngiltərə B komandasının tərkibində Çili yığmasına qarşı oyun keçirdi və matç ev sahiblərinin 2-1 hesablı qələbəsi ilə başa çatdı. Lempard İngiltərə milli futbol komandasının tərkibində ilk matçına 1999-cu ildə yoldaşlıq oyunu çərçivəsində Belçika yığmasına qarşı keçirilən matçda çıxdı və millinin tərkibində ilk qolunu 2003-cü ildə Xorvatiya millisinə qarşı vurdu. Bu matçın yekununda İngiltərə yığması 3-1 hesablı qələbəyə sevinmişdir. Lempard İngiltərə milli futbol komandasının tərkibində 2013-cü ildə Ukrayna millisinə qarşı oynadığı görüşdə millinin heyətində 100 oyunluq səddi keçmiş səkkizinci futbolçu adını qazandı. === Avro 2004 === O, UEFA Avro 2000 və 2002 FİFA Dünya Kuboku turnirlərində milli komandanın tərkibinə salınmamışdır və UEFA Avro 2004-də iştirak edə bilmək üçün imkan gözləyirdi. Lempardın çıxış etdiyi İngiltərə yığması turnirin 1/4 final mərhələsinə kimi gəldi və o, bura qədər artıq 3 dəfə fərqlənə bilmişdir. O, qrup oyunlarında Fransa və Xorvatiya milli komandalarının qapısından topu keçirmiş və 1/4 final mərhələsinin görüşü çərçivəsində Portuqaliya yığmasına qarşı oynanılan matçın 112-ci dəqiqəsində turnirdə özünün üçüncü qoluna imza atmaqla matçda hesabı 2-2 etmiş lakin penaltilər seriyasında İngiltərə millisi məğlub olmuşdur. Turnirin sonunda isə o UEFA-nın tərtib etdiyi ilk onbirlikdə yer almışdır.
Frenk Lloyd Rayt
Frank Lloyd Rayt (ing. Frank Lloyd Wrigt, 8 iyun 1867[…] – 9 aprel 1959[…], Finiks)—XX əsrdə yaşamış amerikalı memar, yazıçı, müəllim. Onun hazırladığı 1141 layihədən 532-si inşa edilmişdir. == Həyatı == Reallaşdırdığı 300ü aşan quruluşla 20. əsrin başında memarlığın yeni bir görünüşə qovuşmasında təsirli olan Frenk Lloyd Rayt, "Orqanik Memarlıq" adı verilən, təbii formalardan yola çıxaraq iç və xarici məkanın inteqrasiya olunmasını təməl alan bir memarlığın qanunlarını ortaya qoymuş, dəmir-betonun istifadə sahələrini inkişaf etdirərək Müasir Memarlıq tarixininin ən əhəmiyyətli şəxsiyyətlərindən biri olaraq tarixə keçmişdir. Nyu Yorkda hazırladığı "Guggenheim Müasir Sənət Muzeyi" arxitektura gücünü bütün dünyaya sübut etmişdir. 20. əsrin ən əhəmiyyətli memarlarından olan Frank Lloyd Rayt, 8 İyun 1867də Visconsində dünyaya gəldi. Mühəndislik təhsili görən Rayt, gənclik illərində Conover və Silsbee kimi dizaynçıların yanında peşəkar təcrübə qazanmağa başladı. 1888-ci ildə, Luis Sullivan və Dankmar Adların yanında işə başlayaraq əhəmiyyətli proyektlərə daxil edilməyə başlandı.
Frenk Makfarleyn Börnet
Frenk Makfarleyn Börnet (Sir Frank Macfarlane Burnet; 3 sentyabr 1899[…] – 31 avqust 1985[…], Melburn) — immunologiya sahəsindəki xidmətlərinə görə tanınmış avstraliyalı virus sahəsi məşğul olan mütəxəssis, viroloq. İmmunoloji tolerantlığın öyrənilməsi sahəsindəki nailiyyətlərinə və klonal seleksiya nəzəriyyəsinin inkişafında göstərdiyi xidmətlərinə görə 1960-cı ildə Nobel mükafatına layiq görülüb. 1924-cü ildə Avstraliyanın Melbourn Universitetində Tibb elmlər doktoru,1928-ci ildə London Universitetində tibb üzrə fəlsəfə elmlər doktoru dərəcəsi alıb. Avstraliyada tibb elminin inkişafında böyük xidmətləri olub, 1944–1965-ci illərdə Melbourn Universitetində direktor vəzifəsində, Avstraliya Milli Elmlər Akademiyasının üzvü seçilib və 1965–1969-cu illərdə akademiyanın direktoru vəzifəsində çalışıb. Burnetin immunologiyanın inkişafında böyük xidmətləri olub. O, spesifik immunitetin limfositlərlə bağlı olmasını göstərmiş və o bu hüceyrələrə immunositlər adını vermişdir. İmmunoloji reaksiyalarda timus vəzinin xüsusi rol oynamasını Burnet göstərmişdir. Onu müasir immunologiyanın banisi də hesab edirlər.
Frenk Miller
Frenk Miller (27 yanvar 1957[…], Olney[d], Merilend) — amerikalı komiks rəssamı və yazıçısı. Onun müəllifi olduğu komikslərə "Daredevil: Born Again", "The Dark Knight Returns", "Batman: Year One", "Sin City" və "300" daxildir. Miller noir və manqa üslublu komiksləri ilə tanınır. == Həyatı == Miller 27 yanvar 1957-ci ildə ABŞ-nin Merilend ştatında anadan olub. Uşaqkən həyatını komikslərin içində keçirib. Vaxtının çoxunu qorxu romanları və komikslər oxumağa sərf edirdi. Komiks yazmağa başlayanda vəziyyəti o qədər də ürəkaçan deyildi. == Karyerası == İlk hekayəsi 1977-ci ildə "Alatoran bölgəsi" (The Twilight Zone) adlı komiks jurnalında yayımlandı. 1979-cu ildə "Darevil"i yazmağa başlayanda diqqətləri öz üzərinə çəkdi. "Darevil"ə münasibət müxtəlif cür oldu.
Frensis Fukuyama
Frensis Fukuyama (/ˌfuːkuːˈjɑːmə, -kəˈ-/, 27 oktyabr 1952[…]) — yapon əsilli ABŞ yazıçısı, filosof və siyasi iqtisadçı. Stenfordda demokratiya, inkişaf və qanunun aliliyi mərkəzinin böyük elmi işçisi. Bundan əvvəl o, Con Hopkins Universitetinin Qabaqcıl Beynəlxalq Araşdırmalar Məktəbində professor və Beynəlxalq İnkişaf Proqramının direktoru olub. 2012-ci ilin fevral ayından Stanford Universitetində Freeman Spogli Beynəlxalq Araşdırmalar İnstitutunun aparıcı elmi işçisidir. 1992-ci ildə yazdığı "Tarixin sonu və sonuncu insan" əsəri ilə məşhurluq qazanıb. Burada o, liberal demokratiyanın bütün dünyada yayılmasının bəşəriyyətin sosial-mədəni təkamülünün son nöqtəsinə olacağını və insan hakimiyyətinin son formasına çevrilə biləcəyini elan etdi. Onun əsəri 20-dən çox dilə tərcümə olunaraq elmi ictimaiyyətdə və mediada ən geniş əks-sədaya səbəb olmuşdur. Kitabın nəşrindən bəri çoxsaylı hadisələr onun irəli sürdüyü ideyanın doğruluğunu şübhə altına almasına baxmayaraq, Fukuyama hələ də "tarixin sonu" konsepsiyasına sadiq qalır. Bununla belə, onun bəzi siyasi baxışları əhəmiyyətli dəyişikliklərə məruz qalmışdır: beləliklə, o, yeni minilliyin əvvəlində karyerasının başlanğıcında tərəfdarı olduğu Amerika siyasətindəki neokonservativ hərəkatdan ayrılmışdır. == Həyatı == Frensis Fukuyama Çikaqo şəhətinin Hayd park rayonuda anadan olub.
Frensis Geri Pauers
Francis Gary Powers 17 avqust 1929 – 1 avqust 1977, Ensino[d], Kaliforniya 1960-cı ilin mayında Sovet torpaqları üzərində vurulan Lockheed U-2 casus təyyarəsinin pilotu olmuşdur. == Həyatı == Pauers Cenkins Kentukki ştatında anadan olub, lakin Virciniya-Kentukki sərhədində yerləşən Virciniya ştatının Pound şəhərində böyüyüb. Koreya müharibəsində də iştirak edən Pauers daha sonra MKİ-də işə başlayıb. == U-2 hadisəsi == Tarixlər 1 may 1960-cı ili göstərdiyi zaman , cəmi 27 missiya uçuşu etmiş mülki MKİ pilotu Frensis Qari Pauers Sverdlovsk və Plesetsk ballistik raket sınaq mərkəzlərinin casus fotoşəkillərini çəkmək üçün Pişəvərdən havaya qalxır. Pauers Sverdlovsk ətrafında uçarkən ətrafında bəzi partlayışlar eşidir. Pauers yerdən atılan raketlərin təyyarəyə çata bilməyəcəyini düşünürdü, lakin Pilot Pauers tezliklə səhv etdiyini başa düşür. Sovetlərin yeni hazırladığı SA-2 yüksək hündürlüklü raketlərindən ikisi U-2-nin qanadını vura bilir. Pauers katapult oturacağından istifadə edərək təyyarəsini tərk etməli olur. Rus kəndlərindən birində yerə enən pilotu kənd sakinləri sovet hakimiyyətinə təhvil verirlər. Təyyarə qəzaya uğradıqdan sonra ABŞ rəsmiləri Sovet İttifaqı üzərində uçan Amerika meteoroloji təyyarəsinin itdiyini açıqlayır.
Frensis Klivlend
Frensis Klivlend (ing. Frances Clara Folsom Cleveland Preston; 21 iyul 1864[…], Buffalo, Nyu-York ştatı – 29 oktyabr 1947[…], Baltimor, Merilend) — ABŞ siyasətçisi, 23-cü Prezidenti Qrover Klivlendin (1886–1908) həyat yoldaşı. Ən cavan ABŞ ledisidir. 2 dəfə olaraq ABŞ ledisi seçilmişdir. Qrover Klivlendin vəfatından sonra Tomas Preston (1913–1947) ilə ailə həyatı qurmuşdur. Ondan uşağı yoxdur. 1939–1945-ci illərdə müharibə vaxtında kasıblar üçün geyim toxuyurdu. Vəfat edən zaman 1-ci həyat yoldaşının yanında dəfn edilmişdir.
Frensis Noel-Beyker
Frensis Eduard Noel-Beyker (Tam adı: ing. Francis Edward Noel-Baker; 7 yanvar 1920, London – 25 sentyabr 2009[…]) — Böyük Britaniya siyasətçisi, Leyboristlər Partiyasının üzvü. Atası Filip Noel-Beyker Leyboristlər Partiyasından olan deputat və həmçinin Nobel sülh mükafatı laureatıdır. == Həyatı == Londonda anadan olan Noel-Beyker Vestminster Məktəbi və Kembric Kral Kollecində təhsil almış və İkinci Dünya müharibəsində Böyük Britaniya Kəşfiyyat Korpusunda xidmət etmişdir. İlk olaraq 1945-ci il parlament seçkiləri zamanı Brentford və Çizik dairəsindən leyboristlərin nümayəndəsi kimi İcmalar palatasına seçilmişdir. O, parlamentə seçilən, Leyboristlər Partiyasının ən gənc üzvü idi. 1950-ci il parlament seçkilərində postunu itirən Frensis 1955-ci ildə Svindon dairəsindən seçilərək yenidən parlamentə qayıdır. 1969-cu ilin martında deputatlıqdan istefa verir. Britaniyanın Avropa İqtisadi Birliyinə üzvlüyünü dəstəkləməməsinə cavab olaraq 1971-ci ildə Leyboristlər Partiyasını tərk edir. Sonralar Sosial Demokrat Partiyası, daha sonra isə Mühafizəkarlar Partiyasının üzvü olur.
Frensis Skott Fitscerald
Frensis Skott Fitscerald ( ing. Francis Scott Key Fitzgerald, 24 sentyabr 1896 – 21 dekabr 1940-cı il ) — ABŞ yazıçısı. == Həyatı == Frensis Skott Fitscerald 24 sentyabr 1896-cı ildə Minnesota ştatının Sent-Pol şəhərində, imkanlı katolik irland ailəsində dünyaya gəlmişdir. Ailədə ona qədər iki uşaq dünyaya gəlib tələf olduğuna görə Skott arzuolunan uşaq olmuşdur. Onu ABŞ himninin sözlərinin -"Ulduzlarla bəzənmiş bayrağın" müəllifinin, onun ulu babası Frensis Skott Kinin (1779—1843) şərəfinə belə adlandırmışdılar. Ana babası Filip Makkuilan ABŞ-yə İrlandiyadan mühacirət etmişdir. Onun ailəsi tezliklə varlanmış, artıq "böyük" Makkullan boyük bir firmaya sahib olmuşdur. Onun atası adlı-sanlı irland əsilzadəsi olsa da arvadı Molli Makkuillanın ailəsi kimi zəngin deyildi və böhran zamanı tamam müflisləşmişdi. Molli Makkuillanın ailəsi onun Edvard Fitscerald ilə evlililiyinə razı olmasalar da, gənc ailəni tam şəkildə himayə etməyə məcbur idilər. Buna görə də Frensis Skott Fitscerald çox yaxşı təhsil ala bilmişdir; 1908—1910 — Sent-Pol Akademiyası, 1911—1913 — ing.
Frensis Volley
Frensis Volley evi Amerika Birləşmiş Ştatları, Oak Park, İllinoys ştatının, Çikaqo şəhərciyində yerləşir. Ev 1893-cü ildə Amerikalı memar Frank Lloyd Rayt tərəfindən tərtib edilmişdir. Kraliça Anne stilindəki ev Raytın daha ucuz, daha əlverişli mənzil üçün ilk dizaynlarını əks etdirirdi. Evin dizaynı ncəsənət və sənətkarlıq hərəkatından çox təsirlənmişdi. Ev yerli və federal tarixi bölgəyə töhfə verən əmlak kimi siyahıya alınmışdır. == Tarixi == Memar Frank Lloyd Raytın tərtib etdiyi Frensis Volley evi ilk olaraq vəkil Fransis J. Volleyin adını almışdı. == Arxitekturası == Binanın dizaynı "Kraliça Anne əzəməti" adlandırılmışdır. Raytın digər əsərlərində olduğu kimi Volley evinin də dizaynı Prairie məktəbinin sonrakı nümunələri ilə müqayisədə daha ənənəvidir. Ev haqqında "The New York Times" qəzetinin 1996-cı ildəki məqaləsində "zamanın xalq memarlığı üçün dəbli damı olan iki mərtəbəli çərçivə ev" kimi fikir qeyd edilmişdir. Evin dizaynı Raytın müəllimi Jozef Silsbeni xatırladır və bu dizayn Raytın erkən, ucuz qiymətli yaşayış dizaynlarına xasdır.
Frensis Volley evi
Frensis Volley evi Amerika Birləşmiş Ştatları, Oak Park, İllinoys ştatının, Çikaqo şəhərciyində yerləşir. Ev 1893-cü ildə Amerikalı memar Frank Lloyd Rayt tərəfindən tərtib edilmişdir. Kraliça Anne stilindəki ev Raytın daha ucuz, daha əlverişli mənzil üçün ilk dizaynlarını əks etdirirdi. Evin dizaynı ncəsənət və sənətkarlıq hərəkatından çox təsirlənmişdi. Ev yerli və federal tarixi bölgəyə töhfə verən əmlak kimi siyahıya alınmışdır. == Tarixi == Memar Frank Lloyd Raytın tərtib etdiyi Frensis Volley evi ilk olaraq vəkil Fransis J. Volleyin adını almışdı. == Arxitekturası == Binanın dizaynı "Kraliça Anne əzəməti" adlandırılmışdır. Raytın digər əsərlərində olduğu kimi Volley evinin də dizaynı Prairie məktəbinin sonrakı nümunələri ilə müqayisədə daha ənənəvidir. Ev haqqında "The New York Times" qəzetinin 1996-cı ildəki məqaləsində "zamanın xalq memarlığı üçün dəbli damı olan iki mərtəbəli çərçivə ev" kimi fikir qeyd edilmişdir. Evin dizaynı Raytın müəllimi Jozef Silsbeni xatırladır və bu dizayn Raytın erkən, ucuz qiymətli yaşayış dizaynlarına xasdır.
Frensis Yanqhazband
Frensis Yanqhazband (ing. Sir Francis Edward Younghusband; 31 may 1863[…] – 31 iyul 1942[…]) — İngilis zabiti, polkovnik-leytenant, səyyah, dini yazıçı, Hindistan Ulduzu ordeninin cəngavər komandiri, Hindistan imperiyası ordeninin cəngavər komandiri. Böyük Oyunun aktiv iştirakçısı. Uzaq Şərqə və Mərkəzi Asiyaya səyahət etmiş, 1903-cü ildə ingilislərin Tibetə ekspedisiyasına rəhbəri olub, bu zaman tibetlilərlə silahlı qarşıdurma baş verib. Mərkəzi Asiya, xarici siyasət və dini mistisizmə dair bir sıra əsərlərin müəllifidir. Yanqhazband Britaniyanın Tibet üzrə komissarı və Kral Coğrafiya Cəmiyyətinin prezidenti də daxil olmaqla bir neçə vəzifədə çalışıb. == Həyatı == Frensis Yanqhazband 31 may 1863-cü ildə Britaniya Hindistanının Şimal-Qərb Sərhəd Əyalətinin Murray şəhərində hərbçi ailəsində anadan olub. Onun atası general-mayor Con V. Yanqhazband, anası isə Klara Ceyn Şou idi. Ailədə Frensis ikinci oğul olub. Klaranın qardaşı Robert Şou Mərkəzi Asiya üzrə tanınmış tədqiqatçı idi.