Əlvida, Gülsarı (povest)
Əlvida, Gülsarı — 1966-cı ildə yazıçı Çingiz Aytmatov tərəfindən yazılan povest.
Ötən payız Tanabay kolxoza gəlir, briqadir isə ona deyir: “Sizin üçün at seçmişik. Bir az yaşlıdı, amma sizin iş üçün yarayar.” Tanabay atı gördü, onun ürəyi bərk sıxıldı. “Belə çıxır ki, yenidən görüşdük.”- ata müraciət elədi.
İlk dəfə o Gülsarı ilə müharibədən sonra görüşmüşdü.
Müharibədən azad olan Tanabay əvvəlcə dəmirçixanada işləyridi, sonra dostu Çoronun təkidi ilə dağlara ilxıçı işləməyə yollandı. Məhz orada o gözəl Gülsarını gördü. Keçmiş ilxıçı ona “əvvəllər belə ata görə baş kəsərlər” demişdi.
Payız da keçdi qış da. Gülsarı böyüyərək möhkəm ata çevrildi.