GÜNAHLANDIRMAQ [Mədinə] ..darılmağa başlayanda ancaq özünü günahlandırırdı (M.İbrahimov); İTTİHAM ETMƏK Şamxal istəmirdi ki, Çərkəz onu qorxaqlıqda ittiham etsin.. (İ.Şıxlı); MÜQƏSSİR ELƏMƏK Cavad bəy: Amma onu qanmır ki, Mikayılda taxsır yoxdur, zəmanə belə gətirib... Bu barədə o məni müqəssir eləyir... (N.Vəzirov); TƏQSİRLƏNDİRMƏK Adilov: O vaxt üstümə yaman düşdülər, məni çox şeydə təqsirləndirdilər (Y.Şirvan); SUÇLANDIRMAQ.