GÜNYƏ
GÜRCÜCƏ
OBASTAN VİKİ
Gürcü
Gürcülər və ya Kartvellər (gürc. ქართველები) — Gürcüstan, Türkiyə, Rusiya, Azərbaycan, İran və bir sıra Avropa ölkələrində yaşayan və özlərini "kartveli" adlandıran millət. == Formalaşması == Kartvelilərin mənşəyilə bağlı elmi araşdırmalar XIX əsrdə başlamışdır. İlk olaraq Kartvelilerin əcdadlarının qədim dövrlərdə indiki Gürcüstanın daha cənubunda yaşadıqları və Qafqaza nisbətən gec köçdükləri düşüncəsi irəli sürüldü. XX əsrdə edilən elmi araşdırmaların nəticəsində, Kartvelilerin Qafqaza miqrasiya etməsi düşüncəsinin səhv olduğu ortaya çıxdı. İndiki vaxtda ümumi qəbul edilən fikrə görə Kartvelilerin əcdadları ən köhnə çağlardan bəri Qafqazda yaşamaqdadırlar. Kartveli tayfaları indiki Gürcüstandan daha geniş bir ərazidə yaşayırdılar. Bütün Kartveluri tayfalarının təxminən dörd min il əvvəl tək bir dildə danışdıqlarına dair fikirlər var. Daha sonra müxtəlif səbəblərlə bu dil bir neçə dialektə (ləhcəyə) ayrıldı. Bu dialektlərin təməlləri üzərində Gürcü (Kartuli), Svan (Svanuri) və Meqrel (Megruli) dilləri inkişaf etdi.
Gürcü Arzusu
Gürcü arzusu — Demokratik Gürcüstan (gürc. ქართული ოცნება–დემოკრატიული საქართველო, gürcücə "Kartuli osneba-demakratiuli Sakartvelo" kimi oxunur) — Gürcüstanın hakim partiyası, 19 aprel 2012-ci ildə biznesmen Bidzina İvanişvili tərəfindən yaradılıb. Partiya Gürcüstanda 2012-ci ildə parlament seçkilərdə hakim Vahid Milli Birlik Partyasının rəqibi olub.
Gürcü armudu
Gürcü armudu (lat. Pyrus georgica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. == Təbii yayılması == Gürcüstanda və Ermənistanda (Dərələyəz) arealı vardır. == Botaniki təsviri == Boyu 9 m-ə çatan ağac və ya koldur. Çətiri kürəvari, qabığı boz, uzununa çatlıdır. Cavan zoğları bozumtul-qonur rəngdədir. Gövdəsi seyrək tikanlıdır. Yarpaqları enli ellipsvari, neştərvari, ucu sivriləşmişdir. Yarpaq ayasının hər iki tərəfi bozumtul sıx tükcüklüdür. Aprel ayında çiçəkləyir, çiçəkləri bir neçə ədəd olmaqla qalxan çiçək qrupunda yerləşir.
Gürcü asteri
Gürcü ağcaqayını
Gürcü ağcaqayını (lat. Acer monspessulanum subsp. ibericum) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinin monpeliya ağcaqayını növünə aid bitki yarımnövü. == Ümumi yayılması == Rusiya (Dağıstan) və İranda (Elbrus dağı) təbii halda yayıldığı qeyd edilir. == Azərbaycanda yayılması == Böyük və Kiçik Qafqazda, Bozqır yaylasında, Naxçıvan MR-ın dağlarında və Lerikdə (Zuvand) kolluqların tərkibində yayılmışdır. == Statusu == Azərbaycanın nadir bitkisidir. DD. == Bitdiyi yer == Aşağı dağ qurşağından yuxarı dağ qurşağına qədər daşlı quru yamaclarda, qayalıq yerlərdə seyrək meşəliklərdə dağınıq və ya qrup halında bitir. == Təbii ehtiyatı == Təbiətdə arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Hündürlüyü 7 m-ə qədər olan ağac və ya koldur. Cavan budaqları açıqqəhvəyi rəngdə olub, çoxlu miqdarda ağımtıl mərcilərlə örtülmüşdür.
Gürcü boyaqotu
Adi boyaqotu (lat. Rubia tinctorum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin boyaqotu cinsinə aid bitki növü. == Arealı == Vyetnam, eləcə də Avropanın cənub-şərqindən Himalaya qədər yayılmışdır. Azərbaycanda Böyük Qafqaz (Quba), Abşeron, Kür-Araz ovalığı, Naxçıvanın düzənlik və dağlıq ərazilərində, Lənkəran ovalığında, ümumiyyətlə, ovalıq və dağlarda orta dağ qurşağına qədər yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 80-100 sm-ə qədər olan çoxillik ot bitkisidir. Kökümsovları oduncağabənzər olub, uzundur, qalınlığı 1,5 sm-ə qədərdir, zoğ vermir; kökləri çoxbudaqlanan, oduncağabənzərdir və qırmızımtıl-qonur rəngli soyulan qabığı vardır. Gövdəsi qismən düzduran və ya yuxarı hissəsi dırmaşan, qonşu bitkilərə sarmaşandır, çox qısa qabarıq tüklərlə örtülmüş, bəzən çılpaq, yalnız buğumlarda tükcüklüdür, dördtillidir, qalınlaşmış tillərlə üzüaşağı qatlanmış tikanlar yerləşmişdir. Çoxillk ot bitkisi olub, az və ya çox dərəcədə tüklü, güclü kök sisteminə malik, torpağın dərinliyinə qədər üfqi xətt boyunca gedə bilən kökümsovlardan ibarətdir. Gövdəsi budaqlanan, zəncir halqasına bənzər, dördtilli, kənar hüdudu boyunca tikanlı nahamar olub, uzunluğu 2 m-ə qədərdir. Buğumarası qısa yarpaqlar arasında yerləşir.
Gürcü böyürtkəni
Gürcü böyürtkəni (lat. Rubus georgicus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Ümumi yayılması == Qafqazda (Gürcüstan) təbii halda yayılmışdır. == Azərbaycanda yayılması == Altıağac ətrafında şərq tərəfdə meşə kənarında, kolluqlarda təbii halda rast gəlinir. == Statusu == Azərbaycanın nadir bitki növüdür. VU D2. == Bitdiyi yer == Aşağı və orta dağ qurşağında meşə və yol kənarında, nəmli yerlərdə yayılmışdır. == Təbii ehtiyatı == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == İllik budaqları tilli, keçətüklü, üzərində qeyri-bərabər, qaidədən basıq və oraqvaı əyilmiş tikanlıdır. Yarpqları barmaqvarı 5 yarpaqcıqlıdır.
Gürcü dili
Gürcü dili (ქართული ენა kartuli ena) — Kartvel dilləri ailəsində dil. Meqrel, laz və svan dilləri ilə bir kökdən olub, onlardan çox əski zamanlarda ayrılmışdır. Buna görə onlar arasında qarşılıqlı anlaşılma yoxdur. Gürcü dilinin Kaxetiyada, Kartlidə, Quriyada, İmeretiyada, Acarıstanda, Türkiyədə, Azərbaycanda və Iranda fərqli ləhcələri danışılır. Tərkibində çoxlu yunan, türk, ərəb və fars sözləri vardır. Gürcü dili Gürcüstanın rəsmi dövlət dili olmaqla yanaşı Gürcüstanda yaşayan bütün Kartvel (İber) xalqlarının ortaq dilidir. Çox zəngin dildir. Gürcü dili 1919-cu ildə yaradılmış Bakıdakı Azərbaycan Universitetində tədris edilirdi. 1950-ci illərdə İsveçrədə gürcü dilinin təfsilatlı dərsliyi işıq üzü gördü. 1970-ci illərdən bəri Almaniyanın Yena Universitetində professor Feynrix "Georgica" jurnalını təsis etmişdir.
Gürcü doqquzdonu
Gürcü doqquzdonu (lat. Lonicera iberica) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda, Şimali İranda yayılmışdır. İlk dəfə Gürcüstanda təsvir edilmişdir. == Botaniki təsviri == Hündürlüyü 1,5-3 m-ə çatan, alçaqboylu, dağınıq çətirli koldur. Yarpaqları 2-4 sm uzunluğunda qısa saplaqlı, xırda, yumurtavarı-ovalşəkillidir, hər iki tərəfi, xüsusilə alt hissəsi sıx tükcüklüdür. Çiçəkləri ağ və ya sarımtıl rəngli olub, xaricdən zəif tüklüdür, orta hissəsi qabarıqdır, 5-6 yaşından çiçəkləyir, nektarlıdır. Kasacığı sarımtıldır, yatıq tükcüklüdür. Vegetasiyası aprelin ikinci yarısından başlayaraq oktyabrın axırı, noyabrın əvvəlinə qədər davam edir. Tezböyüyən bitkidir.
Gürcü dоqquzdоnu
Gürcü fındığı
Kolxida fındığı (lat. Corylus colchica) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin fındıq cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1 m-dən çox olmayan çoxillik koldur. Cavan zoğları boz, sıx, ipəkvari tükcüklərlə örtülmüşdür, ancaq axırıncı ilin zoğları çılpaqdır. Yarpaq tumurcuqları uzunsov-yumurtavari formalı, iri, qırmızı-qonur, tükcüklüdür. Yaraqları təxminən 1 sm uzunluğunda olub, sıx tükcüklü saplaqlarda yerləşir, oval, bünövrəsində yumru, bəzən ürəkşəkilli, ucu qısa, biz, kənarları ikili dişli, 11-12 damarcıqlı, üstü batıqdır. Yarpaq ayasının uzunluğu 5-7 sm, eni 3,5-4,5 sm, üstü yayılmış tükcüklərlə örtülmüşdür, alt tərəfi damarcıqlardan ibarətdir. Yalançı zoğları lansetvari formalı, ucu bizdir.Tozluq sırğaları qırmızı-qonur, yarpaqların qoltuqlarında yumurtavari, ucu biz xırda yarpaqlıdır. Meyvənin qını biryarpaqlı, fındığa yapışıq, tükcüklü, qısa yumurtavari formalı, diametri 11 mm-dir.
Gürcü güləvəri
Gürcü güləvəri (lat. Centaurea iberica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik, bozumtul-yaşıl qısa tüklüdür. Gövdəsi düz, dağınıq budaqlı, (25) 50- 70 (100) sm hündürlükdədir. Kökətrafı yarpaqları saplaqlı, lirəşəkilli lələkvari yarılmışdır. Seqmentləri lansetvari və ya xəttidir, sivri uclu, sivri uclu-dişli və ya eləcədə lələkvari bölünmüşdür, orta yarpaqları oturaqdır, dərin lələkvari bölünmüş və ya lələkvari yarılmışdır, az sayda xətti və ya lansetvari, xırda sivri ucludişli və ya tam kənarlı seqmentlərlə yuxarı yarpaqları tam (bütöv) kənarlıdır. Səbətləri çoxsaylı, tək yumurtavari, 8-12 mm enindədir. Sarğı yarpaqları solğun, dərivari, çılpaq, kənarları ensiz, ağ kirəmidvari xarici və orta enli oval və ya yumurtavari-oval təpə hissədə möhkəm əyilmiş tikanlı 5-25 sm uzunluqdadır, qaidədə genişlənmiş 1-3 sayda qısa nazik tikanlı, daxili yarpaqcıqlar uzunsov-xətti, dairəvi, qəhvəyi zarlı əlavə ilə. Çiçəkləri çəhrayı, yan çiçəkləri böyüməmiş olur. Toxumcaları 3-4 mm uzunluqda, uzunsov, açıq rəngli; kəkili ağ, toxumcadan 2 dəfə qısadır.
Gürcü gülәvәr
Gürcü itburnusu
Gürcü itburnusu (lat. Rosa iberica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 70-100 (150) sm-ə qədər olan koldur. Yarpaqları 3,5-1,5 sm uzunluqda, 7-9 ədəd, ellipsvarı və ya tərs yumurtavarı formada, qaidə hissəsi pazvarı, kənarı iti mişardişli çılpaq və ya vəziciklərlə örtülü yarpaqcıqlardan ibarətdir. May-iyunda çiçək açır. Çiçək saplağı 15-20 mm uzunluqda olmaqla, üzəri hamar və ya qısa vəzilidir. Meyvəsi yumurtavarı və kürəşəkilli, hamar və ya çox qalın tüklü vəziciklidir. == Ekologiyası == Rütubətə, istiyə, soyuğa davamlıdır. Münbit torpaqlarad yaxşı bitir.
Gürcü kalliqrafiyası
Gürcü kalliqrafiyası (gürc. ქართული კალიგრაფია) — üç Gürcü yazısını istifadə edən, Gürcü dilinin kalliqrafik və ya bədii yazı şəkli. == Tarix == Gürcüstan əsrlik bir xəttatlıq məktəbi ənənəsinə sahibdir. Erkən əsrlərdən başlayaraq əl ilə yazılmış kitablar Gürcüstanda mədəni və milli bir hadisə oldu. Xristianlıq Gürcüstan ədəbiyyatının həyatında mühüm rol oynayıb, belə ki Gürcü pravoslav kilsəsi və onun keşişləri yazılı əsərləri və Gürcü xalqının tarixinin yazılı bilgilərini yaradaraq, Gürcüstanın yazılı həyatına yardım göstərdilər. Hər il, aprelin 14-də Gürcüstanda "Gürcüstan dilinin günü" qeyd olunur. Bu gün xəttatlıq müsabiqələri keçirilir, qaliblər bəlirlənir və Gürcüstan Milli Əlyazmalar Mərkəzi ən yaxşı xəttatlara mükafatlar verir.
Gürcü krallığı
Gürcüstan çarlığı (gürc. საქართველოს სამეფო) və ya Gürcü imperiyası — eramızdan əvvəl 1008- ci ildə meydana gələn orta əsr Avrasiya monarxiyası idi. 11-ci əsrdən 13-cü əsrlərə qədər çar IV David və çariça Tamaranın hakimiyyəti dövründə siyasi və iqtisadi gücünün Qızıl çağına çatdı. Gürcüstan Qüdsdəki xaç monastırı və Yunanıstandakı Iviron Monastırı kimi, Şərqi xristianlıqdan və Şimali Qafqazdan İran və Anadolunun şərqinə qədər uzanan və eyni zamanda xarici dini mülkləri qorumaqla, ən böyük ölçüdə Şərqi Avropadan ve Şimali Qafqazdan uzanan Pan-Qafqaz imperatorluğunun aparıcı millətlərindən biri oldu.Bu, indiki Gürcüstanın əsas tarixi müqəddiməsi idi. Bir neçə əsr davam edən səltənət 13-cü əsrdə monqol istilalarının altına düşdü, lakin 1340-cı illərə qədər yenidən suverenliyini təmin etdi. Sonrakı onilliklərdə Qara Ölümlə yanaşı ölkənin iqtisadiyyatını, əhalisini və şəhər mərkəzlərini viran edən Timurun rəhbərliyi ilə çoxsaylı istilalarla yadda qaldı. Bizansın, sonra Trebizond imperiyasının süqutundan sonra çarlığın geosiyasi vəziyyəti daha da pisləşdi. Bu proseslər nəticəsində XV əsrin sonlarında Gürcüstan sınıq bir varlığa çevrildi. 1386-cı ildən etibarən Timur tərəfindən edilən hücumlarla yanaşı, Qara Qoyunlular və Ağ Qoyunluların sonrakı istilaları 1466-cı ilədək çarlığın son anarxiyaya uğramasına və Kartli, Kaxeti və İmereti'nin quruluşlu səltənətlərinin 1490 ilə 1950 arasında müstəqil çarlıq olaraq tanınmasına gətirib çıxardı. 1493-cü ildə hər biri Baqrationi sülaləsinin rəqib bir qolu olmaqla Odishi, Guria, Abxaziya, Svaneti və Samtsxe adlanan beş feodal klanlar quruldu.
Gürcü larisi
Lari (gürc. ლარი) — Gürcüstan Respublikasının pul vahidi. ISO 4217 – ya görə valyutanın kodu – GEL. 1995-ci il oktyabrın 2-də prezident Eduard Şevardnadzenin imzaladığı fərmana əsasən dövriyyəyə buraxılıb. Yeni pul vahidi köhnə kupona 1:1.000.000 nisbətində müəyyənləşdirildi. 1 lari 100 tetri xırda pul vahidinə bərabərdir. 06.11.2018-cı ilə olan məlumata görə 1 Azərbaycan manatı üçün 1,61 lari, 1 ABŞ dolları üçün 2,73 lari məzənnə təşkil etmişdir.Lari sözü Gürcü dilində xəzinə,vardövlət mənasındada işlənir. Hal- hazırda dövriyyədə 1, 2, 5, 10, 20, 50 tetri və 1 lari, 2 lari, 10 metal pullar və 1, 2, 5, 10, 20, 50, 100Ş 200 lari banknotlar istifadə edilir. Həmçinin Gürcüstan Milli Bankı tarixi hadisələrə həst edilmiş müxtəlif nominalda yubiley və investisiya metal lariləri buraxır. === Lari işarəsi === 2014-cü il iyulun 8-də Gürcüstanın Milli Bankının (NBG) qubernatoru Giorgi Kadagidze milli valyutanın əlaməti və onun müəllifi üçün qalib gələn təklifi təqdim etdi. Gürcüstan lari öz əlamətinə malik idi.
Gürcü legionu
Gürcüstan legionu (gürc. ქართული ლეგიონი, kartuli legioni; alm. Georgische Legion‎) - İkinci dünya müharibəsi zamanı SSRİ qüvvələri tərəfindən döyüşən və əsir alınan gürcülərdən təşkil olunmuş legion. Gürcüstan legionu digər etnik toplumların legionları kimi mənsub olduqları xalqın SSRİ-dən müstəqil olması üçün mübarizə aparırdı. Gürcüstan legionu ilə yanaşı Azərbaycan və Ermənistan legionları da Vermaxt tərəfindən aparılan hərbi əməliyyatlarda fəal iştirak etmişdir. Gürcü legionu daha çox 1945-ci ilin aprel ayında Hollandiyanın şimalında yerləşən Teksel adasında başlatmış olduğu üsyan ilə məşhurdur. Vermaxt qüvvələrinə qarşı başladılan üsyan hərəkatına gürcü komandir Şalva Loladze rəhbərlik etmişdir. 45 gün davam edən üsyan nəticəsində gürcü legionuna daxil olan 565 gürcü əsilli şəxs öldürülmüş və legion məğlub olmuşdur. Baş verən hadisə İkinci dünya müharibəsinin son geniş həcmli döyüşlərindən biri sayılır. Gürcüstan legionu ilə döyüşdə 812 alman əsgəri öldürülmüşdür.
Gürcü mətbəxi
Gürcüstan mətbəxi — dünyanın zəngin və dadlı mətbəxlərindən biri. == Gürcü süfrəsi == Ənənəvi gürcü süfrəsi “Borjomi” ilə başlayır, “Suliko” ilə bitir. Arada isə yeməklər verilir. Dostluq və qonaqpərvərlik gürcülərin əsas xüsusiyyətləridir. “Qonaq Allah qonağıdır!” – qapısını qonaq açan istənilən gürcü evində belə deyirlər. Evin sahibi uzun stol açır, dostları çağırır, tamada dəvət edir, masanın üzərinə “Borjomi” suyu və ən yaxşı şərabını qoyur. Məsələn, tünd yaqut rəngli, zərif ətirli turş “Mukuzani” şərabı. Bütün dünyada məşhur olan daha bir gürcü şərabı – qırmızı kəmşirin “Kindzmarauli”dir. Təcrübəli şərabçılar onu “möhtəşəm, yetişmiş və tez təsirləndirən, nəfis giləmeyvə ətri və heyranedici dad verən şərab” kimi qiymətləndirirlər. Supra – gürcü süfrəsi həmişə sağlıqlarla və rəqslərlə müşayiət olunur.
Gürcü palıdı
Quercus iberica (lat. Quercus iberica) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü. == Təbii yayılması: == Аvrоpаdа və Qаfqаzdа yаyılmışdır. == Botaniki təsviri: == Hündürlüyü 32 m оlаn аğаcdır. Zоğlаrı qırmızımtıl-qəhvəyi rəngdə, çılpаqdır. Yаrpаqlаrının uzunluğu 5-18 sm, еni 3-7 sm, tərs və yа uzunsоv, оvаl fоrmаlı, dərivаri, üst tərəfdən yаşıl, pаrıldаyаn, аlt tərəfdən аçıq yаşıl tüklərlə örtülüdür. Оturаcаqdаn аzcа pаzvаri, nаdir hаllаrdа uc tərəfdən sıxılmış dilimlərə mаlikdir. Yаrıqlаrı kiçik оlduqdа, yаrpаq аyаsının yuxаrı və аşаğı hissələrinə dаhа yаxın оlur. Yаrpаqlаrın sаplаqlаrı 1-3 sm uzunluqdаdır. Mеyvələri оturаq və qısа sаplаqlıdır.
Gürcü qaramurdarçası
Talib Gürcü
Abdulla xan Talıb Gürcü Şirazi — İranın Qacarlar dövründə yaşayan gürcü əsilli şairi Gürcüstanda dünyaya gəlib və sonra Şirazda sakin olub və fars dilində şeirlər yazıb.
Gürcü milliyətçiliyi
Gürcü milliyətçiliyi (gürc. ქართული ნაციონალიზმი) — gürcü xalqının millətçiliyi. == Yaranması == Gürcülərin müstəsna olması anlayışı Orta əsrlərə (Con Zosimusun yazılarında göstərildiyi kimi) gedib çıxsa da, müasir gürcü millətçiliyi 19-cu əsrin ortalarında parçalanmış gürcü çarlıqlarının Rusiya tərəfindən ilhaqına reaksiya olaraq ortaya çıxdı. Bu ilhaq gürcülərin müstəqilliyinə son qoysa da, gürcülərə vahid hakimiyyət altında birlik, nisbi sülh və sabitlik gətirdi. Milli dirçəlişi ilk ilhamlandıranlar romantik yazıları vətənpərvərlik mərsiyələri ilə hopmuş aristokrat şairlər idi. Bir sıra uğursuz üsyan cəhdlərindən sonra, xüsusən də 1832-ci il uğursuz çevriliş planından sonra gürcü elitaları Rusiya hakimiyyəti ilə barışdı, milli oyanış çağırışları isə mədəni səylərlə yenidən dəyişdirildi. 1860-cı illərdə Rusiya universitetlərində təhsil almış və Avropa ideyalarına məruz qalmış yeni nəsil gürcü ziyalıları imperiya mərkəzi tərəfindən assimilyasiyaya qarşı milli mədəniyyəti təbliğ edirdilər. İlya Çavçavadze kimi ziyalı şəxslərin rəhbərlik etdiyi proqramlar, zadəganların tənəzzülü və kapitalizmin inkişafı ilə daha çox millətçi rənglər aldı. Bu tendensiyalar Rusiya bürokratiyasının hakimiyyəti və erməni orta sinfinin paytaxt Tbilisidə iqtisadi və demoqrafik üstünlüyünü daha da stimullaşdırdı. Çavçavadze və onun tərəfdarları bütün gürcüləri birliyə çağırır, milli maraqları sinfi və əyalət bölgüsündən üstün tuturdular.
Gürcü millətçiliyi
Gürcü milliyətçiliyi (gürc. ქართული ნაციონალიზმი) — gürcü xalqının millətçiliyi. == Yaranması == Gürcülərin müstəsna olması anlayışı Orta əsrlərə (Con Zosimusun yazılarında göstərildiyi kimi) gedib çıxsa da, müasir gürcü millətçiliyi 19-cu əsrin ortalarında parçalanmış gürcü çarlıqlarının Rusiya tərəfindən ilhaqına reaksiya olaraq ortaya çıxdı. Bu ilhaq gürcülərin müstəqilliyinə son qoysa da, gürcülərə vahid hakimiyyət altında birlik, nisbi sülh və sabitlik gətirdi. Milli dirçəlişi ilk ilhamlandıranlar romantik yazıları vətənpərvərlik mərsiyələri ilə hopmuş aristokrat şairlər idi. Bir sıra uğursuz üsyan cəhdlərindən sonra, xüsusən də 1832-ci il uğursuz çevriliş planından sonra gürcü elitaları Rusiya hakimiyyəti ilə barışdı, milli oyanış çağırışları isə mədəni səylərlə yenidən dəyişdirildi. 1860-cı illərdə Rusiya universitetlərində təhsil almış və Avropa ideyalarına məruz qalmış yeni nəsil gürcü ziyalıları imperiya mərkəzi tərəfindən assimilyasiyaya qarşı milli mədəniyyəti təbliğ edirdilər. İlya Çavçavadze kimi ziyalı şəxslərin rəhbərlik etdiyi proqramlar, zadəganların tənəzzülü və kapitalizmin inkişafı ilə daha çox millətçi rənglər aldı. Bu tendensiyalar Rusiya bürokratiyasının hakimiyyəti və erməni orta sinfinin paytaxt Tbilisidə iqtisadi və demoqrafik üstünlüyünü daha da stimullaşdırdı. Çavçavadze və onun tərəfdarları bütün gürcüləri birliyə çağırır, milli maraqları sinfi və əyalət bölgüsündən üstün tuturdular.
Gürcü qrafikası
Gürcü yazısı – müstəqil fonetik yazı sistemi. Gürcü dilində yazmaq üçün Asomtavruli, Nusxuri və Mxedruli yazılarından istifadə olunur və hər üç yazının hərfləri bir-birinin ekvivalenti olub, eyni ad və əlifba sırasına malikdirlər, üçü də tək kameralıdır (böyük və kiçik hərflər arasında fərq yoxdur). Baxmayaraq ki, onların hər üçü istifadə olunur, Mxedruli yazısı (aşağı bax) gürcü dili və onunla əlaqəli olan digər kartvel dilləri üçün standart yazı hesab olunur. Gürcü yazıları orijinalda 38 hərfdən ibarətdir. Lakin hazırda gürcü dilində 33 hərfdən istifadə olunur, çünki beş hərf köhnəldiyi üçün istifadədən çıxarılmışdır. Meqrel əlifbasında 36 hərfdən istifadə olunur: gürcü dili üçün istifadə olunan 33 hərf, həmin dil üçün köhnəlmiş olan bir hərf və əlavə olaraq Meqrel və Svan dilləri üçün spesifik olan iki hərf. Həmin hərflər, üstəlik Yunan əlifbasından bir hərf də əlavə olmaqla 35 hərf Laz əlifbasında istifadə olunur. Dörd kartvel dilindən yalnız Svan dili yazı sisteminə malik deyil, lakin, bu dildə yazmaq istəyərkən Meqrel əlifbasının hərflərindən istifadə olunur, bəzən də çoxsəsliliyi təmin etmək üçün diakritik işərələr tətbiq olunur. Gürcü yazıları Gürcüstan mədəni irsində milli statusu daşıyır və hazırda UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına salınmağa namizəddir. == İlk baxış == == Tarixi və mənşəyi == Gürcü yazılarının mənşəyi haqqında çox az məlumat var, gürcü və xarici alimlər arasında gürcü yazılarının tarixi, həmin yazıların kim tərəfindən yaradılması və bu prosesə əsas təsir edən amillər haqqında ortaq rəy yoxdur.
Gürcüstan Milli Bankı
Gürcüstanın Milli Bankı (gürc. საქართველოს ეროვნული ბანკი) — Gürcüstanın mərkəzi bankı. Gürcüstanın Milli Bankı 1991-ci ildə SSRİ Dövlət Bankının Gürcüstan Respublika Bankı təməlində yaradılmışdır. == Tarixi == Gürcüstanın Milli Bankı 1919-cu ildə təsis edilib və 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra müstəqil bir qurum kimi fəaliyyətə başlamışdır. Daha sonra Gürcüstanın Ali Şurasının qərarı ilə Gürcüstan Milli Bankı sovet maliyyə və kredit strukturuna əsasən yaradılmışdır. Rəsmi olaraq müstəqil Gürcüstan Mərkəzi Bankı 1991-ci ilin avqustunda qəbul edilmiş "Gürcüstan Respublikası Milli Bankı haqqında" qanuna əsasən yaradılmışdır. Bununla yanaşı, Mərkəzi Bankın pul siyasəti sahəsində fəaliyyətinin əsas aspektlərini müəyyən edən "Gürcüstan Respublikasında Pul Tənzimləmə haqqında" Qanun qəbul edilmişdir. Milli Bankın mövcud vəziyyəti Gürcüstan Konstitusiyası ilə müəyyən edilir. Konstitusiyanın 95-ci maddəsinə əsasən, Milli Bank öz fəaliyyətində müstəqildir. Milli Bankın hüquq və vəzifələri, fəaliyyətinin qaydası və müstəqilliyin təminatı, 23 iyun 1995-ci ildə Gürcüstan Parlamenti tərəfindən qəbul edilmiş "Milli Bank haqqında" Qanunla müəyyən edilir.
Gürcüstan Milli Elmi Kitabxanası
Gürcüstan Milli Elmi Kitabxanası (gürc. ეროვნული სამეცნიერო ბიბლიოთეკა) — Tbilisi şəhərində yerləşən elmi kütləvi kitabxana. Kitabxana 1941-ci ildə Gürcüstan SSR Elmlər Akademiyasının açılışı ilə eyni vaxtda yaradılmışdır. İlkin dövrlərdə yalnız Akademiyanın elmi heyətinə xidmət edirdi. İlk adı da Gürcüstan Elmlər Akademiyası Kitabxanası olmuşdur. Yaradılanda kitab fondu cəmisi iki min nüsxə idi. Bundan əlavə, Akademiyanın tərkibinə daxil olan elmi tədqiqat institutlarının öz elmi kitabxanaları var idi. Akademiyanın yaradılması ilə birlikdə, 1945-ci ildə uğurla həll olunan fundamental kitabxana yaratmaq məsələsi ortaya çıxdı. Yalnız bir neçə il sonra, demək olar ki, bütün elm sahələrinin ədəbiyyatı ilə zənginləşdirilmiş kitabxana fondu artıq 400 minə yaxın çap vahidinə malik idi. Kitabxana üçün xaricdə nəşr olunan gürcü dilli kitabların vətənə qaytarılması əsas məsələ olmuşdur.
Gürcüstan Milli Elmlər Akademiyası
Gürcüstan Milli Elmlər Akademiyası (GMEA) (gürc. საქართველოს მეცნიერებათა ეროვნული აკადემია) Gürcüstanın elmini öyrənən bir cəmiyyətidir. 1990-cı ilin noyabr ayına qədər Gürcüstan SSR Elmlər Akademiyası adlandırıldı. Akademiya Gürcüstanda elmi tədqiqat işlərini əlaqələndirir və xarici ölkələrin akademiyaları və elmi mərkəzləri ilə əlaqələri inkişaf etdirir. == Tarixi == GMEA 1941-ci ilin fevral ayında Tiflisdə yaradıldı. Akademiyanın qurucusu akademikləri Giorgi Akhvlediani (dilçilik), İvane Beritaşvili (fiziologiya), Arnold Çikobava (İbero-Qafqaz dilləri), Giorgi Chubinashvili (incəsənət), Simon Janashia (tarix), Alexander Janelidze (geologiya), Korneli Kekelidze (filologiya), Niko Ketsxoveli (botanika), Tarasi Kvaratsxeliya (subtropik mədəniyyətlər), Niko Muskhelishvili (riyaziyyat, mexanika; Akademiyanın ilk prezidenti), İlia Vekua (riyaziyyat; Akademiyanın ikinci prezidenti), Akaki Shanidze (dilçilik), Alexander Tvalchrelidze (mineralogiya), Dimitri Uznadze (psixologiya), Kiriak Zavriev (konstruktiv mexanika) və Philip Zaitsev (zoologiya) idi. Akademiyanın digər görkəmli üzvləri arasında Ekvtime Takaişvili (tarix), Şalva Nutsubidze (fəlsəfə), Giorgi Sereteli (şərqşünaslıq), Simon Kauxchishvili (klassik filologiya), Konstantine Gamsaxurdia (ədəbiyyat), Giorgi Melikishvili (tarix), Nikoloz Berdzenishvili (tarix)., Revaz Dogonadze (fizika), Malxaz Abdushelishvili (antropologiya), Guram Mchedlidze (paleobiologiya) və Levan Chilashvili (arxeologiya) var idi. == Mövcud üzvlər == Bu gün Akademiyanın üzvləri arasında tanınmış elm adamları Tamaz Qamkrelidze (dilçilik), David Muskhelishvili (tarix), Revaz Qamkrelidze (riyaziyyat), Simon Xeçinaşvili (med.), George Nakhutsrishvili (botanika), Vladimer Papava (iqtisadiyyat), David Lordkipanidze (paleeoantropologiya) və s. var. Gürcüstan Milli Elmlər Akademiyasının prezidentləri: Niko Muskhelishvili (1941–1972), İlia Vekua (1972–1977), Yevgeni Xaradze (1977–1986), Albert Tavxelidze (1986–2005) və Tamaz V. Gamkrelidze (2005–2013).
Gürcüstan Milli Futbol Çempionatı
Gürcüstan Milli Legionu
Gürcüstan Milli Legionu (ukr. Грузинський національний легіон; gürc. ქართული ლეგიონი) - Donbass müharibəsinin gedişatında yaradılmış və əsasən etnik gürcülərdən təşkil olunmuş yarımhərbi birləşmə. Gürcüstan Milli Legionu rəsmi olaraq Ukrayna Silahlı Qüvvələrinin, Ukrayna QQ-na daxildir və 2014-cü ilin may ayında Rusiya təcavüzünə qarşı durmaq məqsədi ilə təşkil edilib. Legiona veteran gürcü zabiti Mamuka Mamulaşvili komandanlıq edir. Gürcüstan Milli Legionunun bir çox döyüşçüsü Birinci Çeçenistan müharibəsinin iştirakçısı olmuş etnik çeçenlərdir.
Gürcüstan Milli Muzeyi
Gürcüstan Milli Muzeyi ( gürc. საქართველოს ეროვნული მუზეუმი ) Gürcüstanda bir neçə aparıcı muzeyi özündə birləşdirir. Bu şəbəkə daxilində birləşən qurumların idarəetməsinin modernləşdirilməsinə və tədqiqat və tədris fəaliyyətlərinin əlaqələndirilməsinə yönəldilmiş struktur, institusional və hüquqi islahatlar çərçivəsində qurulmuşdur. Muzey 30 dekabr 2004-cü ildə qurulandan bəri professor David Lordkipanidze tərəfindən idarə olunur. Gürcüstan Milli Muzeyi aşağıdakı muzeylərin rəhbərliyini birləşdirir: Gürcüstanın Simon Canaşia Muzeyi, Tbilisi Samtsxe-Cavaxeti Tarix Muzeyi, Axaltsixe Açıq Hava Etnoqrafiya Muzeyi, Tbilisi Gürcüstan Dövlət İncəsənət Muzeyi, Tbilisi və onun filialları Sovet işğalı muzeyi, Tbilisi Dmanisi Muzey-Tarix və Arxeologiya Qoruğu, Dmanisi Vani Muzey-Arxeologiya Qoruğu, Vani Tbilisi tarixi muzeyi, Tbilisi Svaneti Tarix və Etnoqrafiya Muzeyi, Mestia Paleobiologiya İnstitutu, Tbilisi Siqnaxi Muzeyi, Siqnaxi == Həmçinin bax == Gürcüstanın Simon Canaşia Muzeyi Gürcüstan Dövlət İncəsənət Muzeyi == İstinadlar == == Xarici keçidlər == Gürcüstanda muzeylər . Mədəniyyət, Abidələrin Mühafizəsi və İdman Nazirliyi. 16 Dekabr 2007 tarixində tapıldı.
Gürcüstan Milli Parlament Kitabxanası
İlya Çavçavadze adına Gürcüstan Milli Parlament Kitabxanası (gürc. საქართველოს პარლამენტის ეროვნული ბიბლიოთეკა ) — Tbilisi şəhərində yerləşən Gürcüstanın aparıcı dövlət mədəniyyət, təhsil və elmi informasiya qurumu. Kitabxana 2000-ci ildən gürcü şairi İlya Çavçavadzenin adını daşıyır. Şəhərin mərkəzində Lado Qudiaşvili küçəsindəki üç binada - keçmiş Gürcüstan İrsi Torpaq Bankının binasında, keçmiş Volqa-Kama Bankının Tiflis filialının binasında və keçmiş Dövlət Bankının binasında; dördüncü bina S.Tsintsadze küçəsindəki Saburtaloda yerləşir. 2012-ci ildə Avlabar mətbəəsinin muzeyi binası (Kaspi küçəsi, 7) kitabxanaya verilmişdir. == Tarixi == Əhalinin bütün təbəqələri üçün əlçatan olan kitabxana, 1846-cı ildə, General-Qubernatorluğun binasında Tiflis Xalq Kitabxanası yaradıldıqdan sonra mümkün oldu. 1848-ci ildə görkəmli ictimai xadim Dmitri Kipianinin təşəbbüsü ilə yaradılan "Şəxsi əlaqəli kitabxana" kolleksiyası yeni yaradılan kitabxananın fonduna daxil oldu. 1852-ci ildə kitabxanaya Qafqazda çap olunan bütün nəşrlərin iki pulsuz nüsxəsini almaq hüququ verildi. 1859-cu ilə qədər Tiflis Xalq Kitabxanasının fondu 19 dildə 13.260 nüsxə nəşrdən ibarət idi. Kitab kolleksiyası böyüdükcə, General-Qubernatorluğun binası artıq tələblərə cavab verə bilmədi və 1851-ci ildə kitabxana üçün yeni bir bina inşa edildi.
Gürcüstan Milli Qvardiyası
Gürcüstan Milli Qvardiyası (GMQ) (gürcü: საქართველოს ეროვნული გვარდია, sak'art'velos erovnuli gvardia) Gürcüstanın Müdafiə Qüvvələrinin bir hissəsidir. Xarici təhdidlərə, vətəndaş iğtişaşlarına və təbii fəlakətlərə cavab vermək vəzifəsi daşıyır. Həmçinin ehtiyatda olanların səfərbərliyindən də məsuldur. == Tarix == === Müəssisə === GMQ 1990 -cı il dekabrın 20 -də Prezident Zviad Qamsaxurdianın indiki Gürcüstan Müdafiə Qüvvələrinin yaradılması əmrindən sonra quruldu. 1991 -ci ilin yanvarında Sovet Prezidenti Mixail Qorbaçov Ali Sovetin sədri Anatoli Lukyanov vasitəsi ilə Qamsaxurdiyaya Mühafizəçilərin yaradılmasını qadağan etməyi tapşırdı. Sovet Ordusunun rəsmi qəzeti Krasnaya Zvezda, Milli Qvardiyanı lağa qoyan "Cənab Prefektorlar və Cənab Qvardiyaçılar" başlıqlı yazı yayımladı. Birinci və İkinci Qvardiya Briqadalarının iştirakı ilə qarovulun ilk hərbi paradı 30 aprel 1991 -ci ildə Boris Paiçadze Stadionunda keçirildi, burada 70 ildən sonra ilk dəfə gürcülər vətənlərinə sədaqət andı içdilər. Parada polkovnik Avtandil Tskitişvili rəhbərlik edirdi və kiçik bir süvari dəstəsinin keçməsi nümayiş olundu. Daha sonra parad komandiri tərəfindən polkovnik Qoqi Papavadzeyə (Milli Qvardiya Baş Bölməsinin rəisi) qarovulun yeni bayrağı təqdim edildi. Həmin gün Silahlı Qüvvələr Günü kimi qeyd olunur.
Gürcüstan Milli Əlyazmalar Mərkəzi
Gürcüstan Milli Əlyazmalar Mərkəzi (gürc. საქართველოს ხელნაწერთა ეროვნული ცენტრი; əvvəllər Əlyazmalar İnstitutu)- Gürcüstanın paytaxtı Tiflisdə yerləşən, qədim əlyazmaların, tarixi sənədlərin və görkəmli ictimai xadimlərin şəxsi arxivlərinin saxlanıldığı yer. Mərkəz 30 iyun 1958-ci ildə Gürcüstan Milli Muzeyinin Əlyazmalar şöbəsindəki kolleksiya əsasında yaradılıb. Mərkəzin təsisçisi və ilk direktoru Gürcüstan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor İlya Abuladze idi. Milli Əlyazmalar Mərkəzinin kolleksiyasına əlyazmalar, tarixi sənədlər, qədim çap olunmuş kitablar, nadir nəşrlər və müxtəlif ailə mirasları daxildir. Mərkəz elmi tədqiqatlar, sərgilər və bərpa işləri ilə bağlı müxtəlif layihələr həyata keçirir. Mərkəzdə və onunla birlikdə işləyən mütəxəssislər Mərkəzdəki materialların təsviri, sistemləşdirilməsi, tədqiqi və nəşri, habelə bu materialla əlaqəli məlumat bazasının yaradılması ilə məşğul olurlar. Mərkəz, həmçinin, zəngin akademik kitabxanaya malikdir və Korneli Kekelidze, İvane Cavaxişvili, İlya Abuladze, Niko Berdzenişvili, Elene Metreveli və Şalva Amiranaşvilinin xatirəsinə həsr olunmuş otaqları var. == Tarixi == Milli Əlyazmalar Mərkəzi 1958-ci ildə Gürcüstan Milli Muzeyinin Əlyazmalar şöbəsindəki kolleksiyaya əsaslanan "Gürcüstan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu" institutun ilk direktoru olmuş İlya Abuladzenin təşəbbüsü nəticəsində yaradılıb. 1962-ci ildə gürcü filoloqu və ədəbiyyat tarixçisi Korneli Kekelidzenin şərəfinə institutun adına "Kekelidze" sözü əlavə edildi.
Gürcüstan Müsəlmanlarının Milli Şurası
Gürcüstan Müsəlmanlarının Milli Şurası (GMMŞ; az.-əski. کرجستان مسلمانلارنیك ملی شوراسی‎, gürc. საქართველოს მუსულმანთა ეროვნული საბჭო) — 1919-cu ilin fevralında Gürcüstan Müəssislər Məclisinə keçirilən seçkilərdə 6-cı nömrə altında iştirak etmiş seçki bloku. == Haqqında == Gürcüstan Müsəlmanlarının Milli Şurası (GMMŞ) tərəfindən ilkin olaraq tərtib olunmuş və GMMŞ-nin sədr müavini Alay bəy Bayramov (instruktor-aqronom) tərəfindən imzalanıb Parlament Mərkəzi Seçki Komissiyasına göndərilmiş 6 nəfərlik siyahıda 1-ci sırada Alay bəyin özü, 2-ci sırada GMMŞ-nin sədri Əbdürrəhim bəy Haqverdiyevin (Gürcüstan Parlamentinin üzvü), 3-cü sırada Ömər Faiq Nemanzadənin (jurnalist), 4-cü sırada Əlimirzə Nərimanovun (müəllim), 5-ci sırada İbrahim bəy Mursaqulovun, 6-cı sırada isə Mirzə Rza Əlizadənin (müəllim) adları əks olunurdu. Bu siyahının ardınca Seçki Komissiyasına GMMŞ sədri Ə.Haqverdiyevin imzasıyla əlavə namizədlərdən ibarət 5 nəfərlik başqa bir siyahı göndərilir. Bu əlavə siyahıda ardıcıllıqla Abbasqulu Xanəhmədovun (tacir), Fətəli bəy Rəşid bəy oğlu Axundovun (tələbə), Qasım Abbas oğlu Bayramovun (tramvay konduktoru), Məşədi Əli Bayram oğlu Quliyevin (tacir) və İsmayıl Xəlilovun (kiçik usta) adları qərarlaşırdı. Seçkilərin təşkili üçün Parlament Mərkəzi Seçki Komissiyası gürcü və rus dillərində 5 namizəddən ibarət siyahını təsdiq etmişdi. Gürcüstan Müsəlmanlarının Milli Şurasının təsdiq edilmiş namizədlərinin bunlar idi: Alay bəy Aslan ağa oğlu Bayramov; Abbasqulu Cabbar oğlu Xanəhmədov; Qasım Abbas oğlu Bayramov; Əlimirzə Molla Məhəmməd oğlu Nərimanov; İsmayıl İsa oğlu Xəlilov. Gürcüstan Müsəlmanları Milli Şurası 1919-cu ilin fevral ayında keçirilmiş əsas seçkidə — 6 səs (Tiflis qəzası – 1, Sığnaq qəzası – 1, Kutaisi qəzası – 2 səs), ilk əlavə seçkidə — 96 səs (Posxov bölgəsindən – 40, Axalsıx qəzasından – 49, Borçalı qəzasından – 6 səs, Axalkələk qəzasından – 1 səs), ikinci əlavə seçkilərdə — 3 səs (maraqlıdır ki, ondan biri erməni Dağet-Xaçın kəndindən) olmaqla cəmi 105 səs toplaya bilmişdi. Gürcüstan Müsəlmanlarının Milli Şurası müəyyən edilmiş həddi aşa bilmədi və buna görə də onun üzvləri Müəssislər Məclisinə daxil ola bilməmişdirlər.
Gürcüstan Müəssislər Məclisi
Gürcüstan Müəssislər Məclisi (gürc. საქართველოს დამფუძნებელი კრება, sak’art’velos damp’udznebeli kreba) — Gürcüstan Demokratik Respublikasının milli qanunverici orqanı. 1919-cu ilin fevralında Gürcüstanın İstiqlal əqdnaməsini, 1921-ci il Konstitusiyasının qəbul edilməsini təsdiq etmək üçün çağırılmışdır. Məclis 1921-ci ildə Gürcüstanın sovetləşməsindən sonra ləğv olunana qədər fəaliyyət göstərmişdir. == Seçkilər == 1917-ci il Oktyabr inqilabından sonra, 9 aprel 1918-ci ildə Zaqafqaziya Demokratik Federativ Respublikasına qoşulan Gürcüstan Rusiya imperiyasından ayrıldı. Lakin artıq 26 may 1918-ci ildə Gürcüstan suveren respublika elan edildi, həmin gün Gürcüstan Milli Şurası anonim olaraq Gürcüstanın Müstəqillik Aktını qəbul etdi. 1918-ci ilin oktyabrında Şura özünü müvəqqəti parlament elan etdi və Sovet İttifaqından əvvəlki Gürcüstanda yeganə ümumi seçki olan milli qanunverici seçkilərə hazırlaşmağa başladı. Müəssislər Məclisi, İstiqlal Bəyannaməsi və Cümhuriyyət Konstitusiyasının qəbul edilməsini təsdiq etmək üçün 1919-cu il fevralın 14-dən 16-dək keçirilən azad və birbaşa seçkilərdə seçildi. Seçkilərdə 15 siyasi partiya mübarizə apardı və onların nəticələri Sosial Demokrat Partiyası (Menşeviklər) və onun liderləri üçün böyük zəfər oldu. Müəssislər Məclisində 130 yerdən 109 mandat qazandılar.
Gürcüstan Mərasim Sarayı
Gürcüstan Mərasim Sarayı (gürc. სახელმწიფო ცერემონიების სასახლე) , Gürcüstan Prezident Administrasiyası sarayı (gürc. საქართველოს პრეზიდენტის ადმინისტრაცია) və ya Avlabari Prezident Rezidensiyası – Gürcüstan Prezidenti administrasiyasının icraçı hissəsinin yerləşdiyi saray binasıdır. Saray, Tbilisi şəhərində, Kür çayının sol sahilindəki tarixi Avlabari rayonu ərazisində, keçmiş İmperiya jandarmeriyası binasının yenidən qurulması əsasında yaradılmışdır. Salome Zurabişvilinin Gürcüstan Prezidenti seçilməsindən sonra Prezident iqamətgahı Georgi Atoneli küçəsi 25 ünvanında yerləşən Orbeliani sarayına köçürülmüşdür. == Tarixi == Yenidənqurma işlərinə 2004-cü ildə, əvvəllər İmperiya jandarmeriyası olmuş neoklassik stilli binadan başlanılmışdır; inşaat və yenidən qurma işləri altı il davam etmiş və 2009-cu ildə tamamlanmışdır. Binanın yekun layihəsi, daha əvvəllər Tbilisidə Daxili İşlər Nazirliyinin binası, Sülh körpüsü və Batumidə Medeya otelinin layihəsini işləmiş memar Mişel de Luççi tərəfindən işlənmişdir. Sarayın fasadı Gürcüstan dizayneri Nataliya Airejibi de Pitanın müəllifi olduğu nəhəng mozaika ilə bəzədilmişdir. Mozaikada Şota Rustavelinin “Pələng dərisi geyinmiş pəhləvan” poemasının mövzularından istifadə edilmiş və “Xeyir həmişə şərə qalib gəlir; mahiyyət qalıcıdır” sitatı yazılmışdır. Kompleksin ən böyük elementi bina qarşısında yerləşən və güzgü rolunu oynayan iki böyük hovuzdur.
Gürcüstan Ordusu
Gürcüstan Silahlı Qüvvələri (gürc. საქართველოს შეიარაღებული ძალები) — Gürcüstan ordusunun rəsmi adıdır. Gürcüstan Silahlı Qüvvələri quru qoşunları, hərbi hava qüvvələri və yarımhərbi Gürcüstan Milli Qvardiyasından ibarətdir. == Tarixi == Gürcüstan Silahlı Qüvvələri 1990-cı illərdə Sovet ordusunun qalıqları əsasında qurulub. Lakin keçmiş Sovet İttifaqının digər regionlarından fərqli olaraq Gürcüstanda ordu quruculuğu bir qədər fərqli aparıldı. Gürcüstan müstəqilliyə müharibə ilə başladı. Cənubi Osetiya və Abxaziya Gürcüstanın başağrısına çevrildi. Məhz buna görə, Gürcüstanın ordu quruculuğunda problemlər yaşandı. Məhz 94-95-ci illərdən sonra Gürcüstanda ordu quruculuğuna start verildi. 23 mart 1994-cü ildə Gürcüstan Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulan ilk Sovet respublikalarından biri olub.
Gürcüstan Parlamenti binası
Gürcüstan Parlamenti binası (gürc. საქართველოს პარლამენტის შენობა) — Tbilisi şəhərində yerləşən və Gürcüstan Parlamentinin toplaşdığı binadır. Bina, Rustaveli prospekti 8 ünvanında, Mtatsminda dağının ətəyinə yaxın yerləşir. == Tarixi == Bina kompleksi Gürcüstan SSR-in Hökumət Evi kimi, dağıdılmış Aleksandr Nevski kafedralının və 1921-ci ildə Bolşeviklərin Tbilisiyə hücumu zamanıı həlak olmuş gürcü kadetlərinin dəfn edildiyi kilsə həyətinin yerində inşa edilmişdir. 1991–1992-ci illərin hərbi kompaniyası zamanı bina qismən zədələnmişdir. Həmin hadisələr çərçivəsində mühasirəyə alınmış prezident Zviad Qamsaxurdiya yeraltı dövlət bunkerinə sığınmışdı. Bu hadisələrdən sonra binada yenidənqurma və bərpa işləri aparılmış və 1997–2012-ci illərdə bina Gürcüstan Parlamenti binası kimi istifadə edilmişdir. 2012-ci ildə parlament, Gürcüstanın ikinci mühüm şəhəri olan Kutaisidə yerləşən yeni parlament binasına köçürülmüşdür. 2014-cü ildən parlament komitələrinin toplantıları Tbilisidəki binada, parlament sessiyaları isə Kutaisidəki binada keçirilir. 2014-cü ildə qəbul edilmiş və 2018-ci ilin dekabrından qüvvəyə minmiş Konstitusiya düzəlişində Gürcüstan Parlamentinin toplanış yeri kimi Kutaisi göstərilməmiş və 2018-ci ilin yanvarından Gürcüstan Parlamenti tamamilə paytaxta köçmüşdür.
Gürcüstan Prezidenti
Gürcüstan prezidenti — Gürcüstan xalqı tərəfindən seçilmiş dövlət başçısı.
Gürcüstan Prokurorluğu
Gürcüstan Konstitusiyasında müəyyənləşdirildiyi kimi, 2017 və 2018-ci illərdə düzəliş edilmiş, Prokurorluğa Gürcüstan Parlamenti tərəfindən 6 il müddətinə seçilən Baş prokuror (გენერალური პროკურორი) rəhbərlik edir. Baş prokurorun namizədliyi, Parlamentə birbaşa hesabat verən və ədliyyə nazirindən, vəkillərdən, hakimlərdən və qanunla müəyyən edilmiş Parlament üzvlərindən ibarət olan Prokurorlar Şurası (.აპროკურორო საბჭო) tərəfindən irəli sürülür. Şura Prokurorluğun müstəqilliyini, şəffaflığını və səmərəliliyini təmin etməkdir.
Gürcüstan Respublikası
Gürcüstan (gürc. საქართველო – Sakartvelo) — Cənubi Qafqazda dövlət. Gürcüstan Şərqi Avropa ilə Qərbi Asiyanın kəsişməsində yerləşir. Şimalda Rusiya, şərqdə Azərbaycan, cənubda Ermənistan və Türkiyə ilə həmsərhəddir. Ölkənin qərbində isə Qara dəniz yerləşir. Paytaxtı və ən böyük şəhəri Tbilisi şəhəri, ümumi sahəsi 69,700 kvadrat kilometrdir. Gürcüstan 1991-ci ildə SSRİ-dən müstəqilliyini əldə etmişdir. Gürcüstan qədim tarixə malik bir ölkədir. Gürcüstanın tarixi qədim Kolxida və İberiya krallıqlarına gedib çıxır. Dünyada xristanlığı qəbul edən 2-ci dövlət olan Gürcüstan XI və XII əsrlərdə ən qüdrətli çağını yaşamışdır.
Gürcüstan kəndlərinin siyahısı
1981-ci ilin məlumatına görə Gürcüstanda 4500 kənd var idi. İşğal olunmuş kəndləri nəzərə almasaq, Gürcüstanda 3668 kənd var.
Gürcüstan kərtənkələsi
Gürcüstan kərtənkələsi (lat. Darevskia rudis) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. == Xariçi görünüş == Daş kərtənkələlərinə daxil nisbətən iri növ sayılır. Uzunluğu 84 mm təşkil etdiyi halda quyruğu iki dəfə böyükdür. Başı aşkarca sıxılmış formaya malikdir. Orta hesabla boğaz nahiyəsində 20-34 pulcuq vardır. Bədəni boyunca isə 38-58 pulcuqla örtülü olur. Bədənin yuxarı hissəsi erkəklərdə parlaq-yaşıl, zeytunu-yaşıl və ya çoşqun, dişilərdə isə boz rəngdə olur. Bədən boyunca qara rəngli noqtələr vardır. Erkəklərin qarın nahiyəsi yaşıl-sarı, mavi və ya maviyə çalar rəngdə olur.
Gürcüstan larisi
Lari (gürc. ლარი) — Gürcüstan Respublikasının pul vahidi. ISO 4217 – ya görə valyutanın kodu – GEL. 1995-ci il oktyabrın 2-də prezident Eduard Şevardnadzenin imzaladığı fərmana əsasən dövriyyəyə buraxılıb. Yeni pul vahidi köhnə kupona 1:1.000.000 nisbətində müəyyənləşdirildi. 1 lari 100 tetri xırda pul vahidinə bərabərdir. 06.11.2018-cı ilə olan məlumata görə 1 Azərbaycan manatı üçün 1,61 lari, 1 ABŞ dolları üçün 2,73 lari məzənnə təşkil etmişdir.Lari sözü Gürcü dilində xəzinə,vardövlət mənasındada işlənir. Hal- hazırda dövriyyədə 1, 2, 5, 10, 20, 50 tetri və 1 lari, 2 lari, 10 metal pullar və 1, 2, 5, 10, 20, 50, 100Ş 200 lari banknotlar istifadə edilir. Həmçinin Gürcüstan Milli Bankı tarixi hadisələrə həst edilmiş müxtəlif nominalda yubiley və investisiya metal lariləri buraxır. === Lari işarəsi === 2014-cü il iyulun 8-də Gürcüstanın Milli Bankının (NBG) qubernatoru Giorgi Kadagidze milli valyutanın əlaməti və onun müəllifi üçün qalib gələn təklifi təqdim etdi. Gürcüstan lari öz əlamətinə malik idi.
Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universiteti
Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universiteti — Gürcüstanın Elm və Təhsil Nazirliyində və Təhsilin Keyfiyyətli İnkişafının Qiymətləndirilməsinin Milli Mərkəzində qeydiyyatdan keçmiş rəsmi tədris universiteti. == Məzmun == Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universiteti 2008-ci ildən fəaliyyət göstərir. Universitet Gürcüstanda fəaliyyət göstərən orta məktəblər üçün müəllim kadrları, eyni zamanda müxtəlif ixtisaslar üzrə mütəxəssislər hazırlayır. Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universiteti təhsil sahəsində gürcü və dünya mədəniyyəti dəyərlərinə, demokratiya və humanizm ideyalarına və ümumi ictimai önəm daşıyan dövlət tədris və təhsil siyasətinə xidmət edir. Universitetin əsas vəzifələrindən biri vətəndaş cəmiyyətində regional inteqrasiya və demokratik dövlət quruculuğunda gedən proseslərə kömək etmək, gürcü və Azərbaycan xalqlarının mehriban qonşuluğunun tarixi təcrübəsini dirçəltməkdir. == Professor-müəllim heyəti == Universitetin rektoru, professor Novruz Bayramovdur. Təhsil ocağında müsabiqədən keçmiş 60-dan çox professor və müəllim çalışır. === Universitetin professorları === Novruz Bayramov Konstantin Ramişvili Həsən Həsənli == Fəxri doktorları == Zəlimxan Yaqub — 2010.
I Aleksandr (Gürcüstan çarı)
I Aleksandr (gürc. ალექსანდრე I დიდი; 1390 – 26 avqust 1445) — Baqrationilər sülaləsindən olan Gürcüstan çarı (1412 - 1442). Çar I Konstantinin və Natia Amirejibinin oğlu. Hakimiyyətinin ilk illərində türkmənlərin yürüşlərinə qarşı mübarizə aparmaq məcburiyyətində qaldı. Yalnız 1415-ci ildən etibarən Gürcüstanda sülh hökm sürməyə başladı. I Aleksandr bu dövrdən başlayaraq Əmir Teymur və türkmənlər tərəfindən dağıdılmış ölkəni bərpa etmək üçün fəaliyyətə başladı. Xəzinə boşaldıldığı üçün məskunlaşma vergisinin tətbiq edilməsinə başlanıldı (vergi 1440-cı ildə ləğv edildi). Vergidən əldə edilən vəsaitlə Svetitsxoveli və Ruisi məbədləri, eləcə də bir çox monastır və qala təmir edildi. Gürcüstanda isə taxta I Aleksandr (1412-1443) çıxdı. O, Qara Yusiflə əlaqələri qaydaya saldı.
Lado Mesxişvili adına Kutaisi Gürcü Teatrı
Lado Mesxişvili adına Kutaisi Gürcü Teatrı — Gürcüstanın Kutaisi şəhərində yerləşən gürcü dram teatrıdır. Teatr Rioni çayının sol sahilində, Qurucu David Meydanında, Gelati Manastırına aparan Gelati küçəsinin başında yerləşir. Yaxınlıqda Kolxida əfsanələrindən ibarət heykəllər olan gözəl Kolxida fəvarəsi var. == Teatrın tarixi == Kutaisi şəhərində ilk teatr 1861-ci ildə qurulub. Teatr qurulmasından bir il əvvəl isə teatr binası tikilmışdır. Teatr binası Renessans üslubunda boz daşdan inşa edilmişdir. Bina 700 oturacaqlı oval zala malik idi. Fasadın qarşısında sütunların, heykəltəraşlıq nümunələrinin və tağlı pəncərələrin olması binanı memarlıq abidəsi halına gətirdi. Teatr binası nəinki o, dövrdə, hətta indi də Cənubi Qafqazın ən gözəl teatr binalarından sayılır. 1880-ci ildə A. Lordkipanidzenin rəhbərlik etdiyi Kutaisi teatrında ilk peşəkar truppa yarandı.
Liberty Bank (Gürcüstan)
Azadlıq Bankı (gürc. ლიბერთი ბანკი, libert'i banki), əvvəllər Gürcüstan Xalq Bankı (gürc. საქართველოს სახალხო ბანკი , sak'art'velos sakhalkho banki), Gürcüstanda özəl bir bankdır, 2017-ci ilin iyun ayına olan vəziyyətə görə 5,6% bazar payı ilə ölkənin aktivləri arasında üçüncü yerdədir. Gürcüstanda ən böyük filial şəbəkəsinə malikdir. == Tarix == Liberty Bank, 1994-cü ildə özəlləşdirilən və 2002-ci ildə "Gürcüstan Xalq Bankı" olaraq adlandırılan dövlətə məxsus "AgroMretsvBank"-ın varisidir. Gürcüstan Xalq Bankı, Gürcüstanda ən böyük müştəri xidməti şəbəkəsinə sahib idi. Georq Qoquadzenin rəhbərliyi altında bank ölkə daxilində 210 filial açdı. Qoquadzenin strategiyası ölkə daxilində geniş əhatə dairəsi yaratmaq olduğundan, bank pensiya və digər sosial müavinətlərin verilməsi hüquqları üzrə dövlət tenderini qazana bildi. Qoquadzenin Xalq Bankında icra əməliyyatının son ili olan 2008-ci ilin sonunda bankın bütün Gürcüstan əhalisinin təxminən 30%-ni təmsil edən 1,5 milyon müştərisi vardı. 2009-cu ilin sentyabr ayında Gürcüstanın keçmiş Baş naziri Lado Qurqenidze və Rumıniya maqnatı Dinu Patriciunun yeni qurulan Liberty Investments Holding BV şirkəti tərəfindən səhmlərinin 91,2%-i satın alındı və bankın adı Liberty Bank olaraq dəyişdirildi.
Monqolların Gürcüstanı ələ keçirməsi
Monqolların Gürcüstanı ələ keçirməsi – orta əsrlərdə Gürcüstan krallığının XIII əsrdə Monqol imperiyası orduları tərəfindən ələ keçirilməsi nəzərdə tutulur. İlk döyüşlər 1220-ci ildə monqol kəşfiyyatçı dəstələri ilə baş verdi. 1236-cı ildə isə monqollar bütün qüvvələri ilə bölgəni ələ keçirdilər və 1243-cü ildə Gürcüstan monqol hakimiyyətini qəbul etdi. Dövlət hər il çox ağır vergi vermək məcburiyyətində qaldı və bitib tükənməyən monqol səfərləri üçün döyüşçü təmin etməyi öhdələrinə götürdülər. İlk dövrlərdə zəif olan gürcü mqaviməti getdikcə yüksəldi. Gürcüstanda monqol tərəfdarı vı monqol əleyhdarı qrupların çəkişmələri ölkəni bölmüşdü. 1320-ci illərdə taxta çıxan kral V Georgi diplomatik və hərbi sahədəki uğurları ilə krallq torpaqlarında yenidən monqolları məğlub edərək müstəqil oldu. == İlk döyüşlər == Monqollar gürcü torpaqlarında ilk dəfə görüldüyü zaman gürcü krallığı hələ də güclü idi və Qafqazın çoxuna hakim idi. İki ölkə arasında ilk təmas 1220-ci ildə yaşandı. Sabutay və Cebe komandanlığındakı 20 min monqol Xarəzmşahlar dövləti hökmdarı Şah II Əlaəddin Məhəmmədi Xəzər dənizi sahilərinə qədər qovmuşdu.

Digər lüğətlərdə