GÜLXAR

tikanlı gül, tikanı olan gül; gül naxışlı parça.
GÜLXANIM
GÜLXARA
OBASTAN VİKİ
Gülxar Həsənova
Gülxar İbrahim qızı Həsənova (10 dekabr 1918, Bayramlı, Gəncə quberniyası – 30 mart 2005, Bakı) — Azərbaycan opera müğənnisi (soprano), Azərbaycan SSR xalq artisti (1982). == Həyatı == Gülxar Həsənova 10 dekabr 1918-ci ildə hazırkı Gəncə quberniyasının Bayramlı kəndində (hazırkı Şəmkir rayonu) anadan olmuşdur. Bakı Teatr Texnikumunda oxumuş (1935–1937), Azərbaycan Dövlət Universitetini bitirmişdir (1959). G.Həsənova səhnə fəaliyyətinə Azərbaycan Gənc Tamaşaçılar Teatrında başlamışdır (1936–1942). O, Üzeyir Hacıbəyovun məsləhəti və köməkliyi ilə 1942-ci ildə Azərbaycan Dövlət Opera və Balet teatrına işə qəbul olunmuşdur. Melodik səsə malik istedadlı aktrisanın sonrakı taleyi Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsi ilə bağlı olmuşdur. O, burada parlaq, koloritli qadın obrazları yaratmışdır. 1980-ci ildən teatrın məşqçi pedaqoqu olmuşdur. Onun ifasında Əsli, Xanəndə qız ("Əsli və Kərəm", "Koroğlu", Ü.Hacıbəyov), Şahsənəm ("Aşıq Qərib" Z.Hacıbəyov), Təravət xanım ("Bahadır və Sona", S.Ələsgərov), Anna ("Gəlin qayası", Ş.Axundova) və digər partiyalar böyük professionallığı, özünəməxsusluğu ilə seçilir. Onun yaradıcılığının zirvəsi Müslüm Maqomayevin "Şah İsmayıl" operasında yaratdığı güclü, cəsarətli Ərəbzəngi və Ü.Hacıbəyovun "Leyli və Məcnun" operasında Leyli, Leylinin anası partiyalarıdır.

Digər lüğətlərdə