HƏRBÇİ

1. HƏRBÇİ [Nina:] Lakin o, bir hərbçi kimi davrandı, özünü öldürdü, təslim olmadı (M.S.Ordubadi); HƏRBCU (köhn.) Hərbcu olsam da mən sülhə tərəfdaram hənuz (M.S.Ordubadi); MİLİTARİST.

2. hərbçi bax əsgər

HƏRBCU
HƏRBƏNDİR
OBASTAN VİKİ
Hərbçi
Hərbi qulluqçu — hərbi xidmətin yerinə yetirilməsi ilə əlaqədər xüsusi hüquqi statusa malik şəxs. Hərbi qulluqçuya bir qayda olaraq hərbi rütbə verilir. Hərbi rütbə hərbi and qəbul edildikdən və xüsusi təhsil aldıqdan sonra verilir.
Azər Qasımov (hərbçi)
Azər Əlövsət oğlu Qasımov — Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi veteranı. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı olan Azər Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Şuşanın azadlığı uğrunda gedən döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvələrinin məhv edilməsində fərqlənib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Qasımov "Zəfər" ordeni ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun və Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Qasımov "Cəbrayılın azad olunmasına görə" medalı ilə, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən isə "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Babək Qurbanov (hərbçi)
Babək Vahid oğlu Qurbanov (19 iyul 1982, Şahbuz rayonu) — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin general-mayoru, Dövlət Sərhəd Xidmətinin Mərkəzi Aparatının Rəhbəri, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. 1982-ci ildə Şahbuz rayonunda doğulub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Babək Qurbanova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.
Bəhruz Zeynalov (hərbçi)
Bəxtiyar Quliyev (hərbçi)
Camal Əhmədov (hərbçi)
Camal Xuduş oğlu Əhmədov — 1991-1994-cü illərdə Azərbaycan silahlı qüvvələrində batalyon komandiri, qarnizon hərbi komendantı, hərbi polis şöbəsinin rəisi vəzifəsində çalışıb. "Qanun-Hüquq" firmasının prezidentidir. "Qızıl qələm" mükafatı laureatıdı (2010). Camal Xuduş oğlu Əhmədov 1952-ci il noyabr ayının 22-də Ağdam rayonunun Baş Qərvənd kəndində anadan olub. İxtisasca hərbi mühəndis və hüquqşünasdır. Keçmiş sovet ordusunda Zaqafqaziya hərbi dairəsi tikinti-quraşdırma sahələrindən birinə uzun müddət rəhbərlik edib. Əfqanıstan və Vyetnam respublikalarında hərbi mühəndis-mütəxəssis kimi bir çox sahələrdə xidmət edib. Azərbaycan, Gürcüstan və Ermənistan ərazilərində, o cümlədən bir çox uzaq xarici ölkələrdə keçmiş Sovet İttifaqına məxsus ən vacib hərbi bazalarının tikintilərinin rəhbəri olub. 1991-1994-cü illərdə Azərbaycan silahlı qüvvələrində batalyon komandiri, qarnizon hərbi komendantı, hərbi polis şöbəsinin rəisi vəzifəsində çalışıb. Qarabağ müharibəsi veteranıdır.
Cavid Tağıyev (hərbçi)
Cavid Aydın oğlu Tağıyev (7 noyabr 1985, Əlibəyli, Tovuz rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Kapitanı, "Gürzə" Xüsusi Təyinatlı Dəstəsinin Komandiri, İkinci Qarabağ müharibəsi qazisi. Cavid Tağıyev 7 noyabr 1985-ci ildə Tovuz rayonunun Əlibəyli kəndində anadan olub. Hacıalılı kəndində Qasım Rzayev adına orta məktəbində oxumuşdur. 2004-cü ildə orta məktəbi bitirmişdir. Ailəlidir, 2 övladı var. Cavid Tağıyev 2004-2006-cı illərdə Daxili Qoşunlarda müddətli həqiqi hərbi xidmət etmişdir. 2008-2010-cu illərdə Azərbaycan Daxili Qoşunlarının Ali Hərbi Məktəbində təhsil almışdır. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "Gürzə" Xüsusi Təyinatlı Dəstəsinin Komandiridir. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının mayoru olan Cavid Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvələrinin məhv edilməsində fərqlənib. Cavid Tağıyev döyüşlər zamanı Şuşa istiqamətində yaralanıb.
Eduard Ayanyan (hərbçi)
Eduard Melikoviç Ayanyan (erm. Էդուարդ Մելիքի Այանյան; rus. Эдуа́рд Ме́ликович Аяня́н; 25 mart 1919, Çaykənd, Gəncə quberniyası – 26 fevral 1994, Moskva) — SSRİ hərbçisi, Sovet İttifaqı Qəhrəmanı, fizika-riyaziyyat elmləri namizədi. Eduard Melikoviç Ayanyan 24 mart 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti ərazisində, indiki Göygöl rayonunun Çaykənd kəndində anadan olmuşdur. Erməni əsillidir. 1941-ci ildən Sovet Ordusunda xidmət etməyə başlamışdır. İkinci Dünya müharibəsində əvvəlcə zenit artilleriyası vzvoduna, sorra isə batareyasına komandirlik etmişdir. Baş leytenant Ayanyan Stalinqrad, Kursk, Xarkov, Kiyev və Budapeşt uğrunda döyüşlərində iştirak etmişdir. 1943-cü ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür. 1953-cü ildən SSRİ Elmlər Akademiyası Mexanika Problemləri İnstitutunda elmi işçi olmuşdur.
Elvin Səfərov (hərbçi)
Elxan Hüseynov (hərbçi)
Hüseynov Elxan Hüseyn oğlu (21 avqust 1963, Bakı – 2 oktyabr 2011, Danimarka) — polkovnik, Ordu Korpusunun əməliyyat və döyüş şöbəsinin rəisi. ”Danimarka-Azərbaycan dostluq cəmiyyəti”nin sədri (2001). Elxan Hüseynov 1963-cü il avqust ayının 21-də Bakı şəhərində anadan olmuşdur. Əslən Ağdaş rayonunun Qolqəti kəndindəndir. O, 1976-cı ildə Bakı şəhəri Nizami rayonundakı N saylı məktəbi bitirdikdən sonar general Cəmşid Naxçıvanski adına Hərbi Məktəbdə təhsil almışdır. O, 1980-ci ildə həmin məktəbi bitirmiş və ali hərbi təhsilini Azərbaycan SSR Rəyasət Heyəti adına Ali Ümumqoşun Zabitlər məktəbində davam etdirmiş və 1984-cü ildə oranı fərqlənmə diploma ilə tamamlamışdır. 1998-ci ildə isə NATO Hərbi Akademiyasını Fərqlənmə ilə bitirmişdir. Elxan Hüseynov 1984-1986-cı illərdə Əfqanıstanda baş leytenant kimi kəşfiyyat tağımının komandiri vəzifəsində çalışmışdır. O burada döyüşlərin birində qəlpə yarası almışdır. 1986-cı ildə kapitan rütbəsinə layiq görülən Elxan Hüseynov 1988-ci ilə kimi Türküstan Hərbi Dairəsində bölük komandiri, 1988-1990-cı illərdə Macarıstanda Qərb Hərbi Dairəsində bölük komandiri, 1990-1991-ci illərdə isə Ukrayna Hərbi Dairəsində tabor komandirinin müavini vəzifəsində işləmişdir.
Elçin Məmmədov (hərbçi)
Elçin Qarayev (hərbçi)
Elçin Vəli oğlu Qarayev — "Beynəmiləlçi döyüşçü", Əfqanıstan müharibəsi veteranı (1987–1989), Qarabağ müharibəsi veteranı (1991–1994). Elçin Qarayev 1969-cu il yanvar ayının 1-də Mingəçevir şəhərində dünyaya gəlmişdir. Əslən Ağdamın Novruzlu kəndindəndir. Orta təhsilini Mingəçevir şəhər 12 saylı orta məktəbdə almış, 1986-cı ildə buradan məzun olmuşdur. 1987-ci ildə hərbi xidmətə çağırılmış, Türkmənistana səfərbər edilmiş, 2 ay sonra oradan da SSRİ-Əfqanıstan müharibəsinə yollanmışdır. 1-ci müharibədən döndükdən sonra daxili işlər orqanlarında yol polis əməkdaşı kimi xidmətə başlamış, 1991-ci ildə Birinci Qarabağ müharibəsinə yollanmışdır. Ağdam, Kəlbəcər, Füzuli, Zəngilan, Ağdərə, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak etmiş, döyüş yoldaşlarını, yaralıları döyüş meydanından çıxararaq həyatlarını xilas etmişdir. 1994-cü ildə Qarabağ müharibəsindən geri dönmüşdür. Hal-hazırda Azərbaycanda həyatda olan az saylı 2 müharibə veteranlarındandır. Ailəlidir, 2 oğlu var.
Elçin Quliyev (hərbçi)
Elçin İsağa oğlu Quliyev (22 sentyabr 1967, Sumqayıt) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Silahlı Qüvvələrinin general-polkovniki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi rəisi (2002-ci ildən), Azərbaycan Sərhəd Qoşunlarının komandanı (2001–2017), Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini (2001–2002). Elçin Quliyev 1967-ci il sentyabrın 22-də Sumqayıt şəhərində anadan olmuşdur. Elçin Quliyev 1974–1978-ci illərdə Sumqayıt şəhərində 20 nömrəli tam orta məktəbdə, 1978–1982-ci illərdə isə buradakı 23 nömrəli tam orta məktəbdə təhsil almışdır. Daha sonra o, 1982–1984-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsilini davam etdirmiş, 1984-cü ildə isə Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə (BABKM) qəbul olmuşdur. 1988-ci ildə oradan məzun olmuşdur. Elçin Quliyev 1988–1992-ci illərdə Sovet Ordusunun Polşada yerləşən Şimal Qrupunda bir sıra vəzifələrdə xidmət etmişdir. 1992-ci ildə Azərbaycan Ordusunun sıralarında xidmət etməyə başlamışdır. 1992–1996-cı illərdə Xudat şəhərində əlahiddə nəzarət buraxılış məntəqəsinin rəisi, 1996–2001-ci illərdə isə Xudat şəhərində sərhəd dəstəsinin rəisi vəzifələrində xidmət eləmişdir. Azərbaycan Respublikası Prezidentinin 27 mart 2001-ci il tarixli Fərmanına əsasən Elçin Quliyev Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini — Sərhəd Qoşunlarının Komandanı təyin edilmişdir. 2001-ci il avqustun 15-də isə Elçin Quliyevə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən general-mayor hərbi rütbəsi vermilmişdir.
Elşad Quliyev (hərbçi)
Elşad Vəli oğlu Quliyev (19 dekabr 1972; Zəngilan şəhəri, Azərbaycan SSR — 6 aprel 2012; Gəncə şəhəri, Azərbaycan) — Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin şəhid polkovnik-leytenantı, "Qartal" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçusu, I Qarabağ müharibəsi iştirakçısı. Elşad Quliyev 1972-ci il dekabrın 19-da Zəngilan şəhərində həkim ailəsində anadan olub. Atası Vəli Quliyev həkim-cərrah, anası Kəsirə Quliyeva isə həkim-ginekoloqdur. 1979—1989-cu illərdə Zəngilan şəhər 1 saylı orta məktəbdə orta təhsil alan Elşad Quliyev, 1990—1995-ci illərdə Azərbaycan Texniki Universitetində ali təhsil alıb. Təhsilini başa vurduqdan sonra, yəni 1995-ci ildən etibarən Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmətə qəbul edilir. 1998—2010-cu illərdə baş zabit, bölmə rəisi və şöbə rəisi kimi vəzifələrdə xidmət edib. 2012-ci il aprelin 6-da Gəncə şəhərində "Mahrasa bağı" adlanan ərazidə yerləşən mənzildə terrorçularla baş verən atışma zamanı şəhid olmuşdur. Sevinc adlı xanımla ailəli idi. Əmmar və Nəim adlı 2 oğlu yadigar qaldı. (16.03.2005) — "İgidliyə görə" medalı (26.06.2005) — "Qüsursuz xidmətə görə" III dərəcəli medalı (28.03.2009) — "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919–2009)" yubiley medalı (28.03.2009) — "Vətən uğrunda" medalı (09.04.2012) — "Azərbaycan Bayrağı" ordeni (ölümündən sonra) Təranə Şükürova.
Fuad Məmmədov (hərbçi)
Fuad Məmmədov (31 yanvar 1968, Bakı – 2020, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, 2018–2020-ci illərdə Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini — Maddi-Texniki Təminat Baş İdarəsinin sabiq rəisi.221 nömrəli məktəbdə təhsil alıb. Fuad Məmmədov 31 yanvar 1968-ci ildə Bakı şəhərində anadan olub. 1985-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirib. 1990-cı ildə Riqa Ali Hərbi Aviasiya Mühəndislər məktəbini bitirmiş və həmin ildən 1992-ci ilədək Zaqafqaziya Hərbi Dairəsində xidmətini davam etdirmişdir. 1992-ci il aprel ayında Müstəqil Dövlətlər Birliyinə məxsus Sitalçay hərbi aeroduromundan Su-25 markalı hərbi təyyarənin Azərbaycan tərəfinə qaçırılmasının təşəbbüskarı və iştirakçısı olub. Düşmənə qarşı aparılan hərbi əməliyyatlarda həmin təyyarədən istifadə edilmişdir. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib və dəfələrlə döyüş uçuşları keçirib. 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrində qrup rəhbəri, eskadrilya komandirinin müavini, baş mühəndis, Hərbi Hava Qüvvələri Komandanının MTT üzrə müavini vəzifələrində xidmət edib. Müdafiə Nazirinin 25.06.2018-ci il tarixli sərəncamı ilə vəzifəsinə təyin olunub. 9 iyul 2020-ci ildə prezident İlham Əliyevin müvafiq sərəncamı ilə general-leytenant Fuad Məmmədov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.
Fərid Əliyev (hərbçi)
Fərid Əliyev (tam adı: Fərid Vaqif oğlu Əliyev) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Fərid Əliyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.
Kamil Məmmədov (hərbçi)
Kamil Məmmədov (azərb. Məmmədov Kamil İsmayıl oğlu‎; 4 fevral 1942, Quba) — general Kamil Məmmədov 4 fevral 1942-ci ildə Quba şəhərinin Müxtədir küçəsindəki 45 nömrəli evdə doğulmuşdur. 1 nömrəli şəhər orta məktəbini bitirmişdir. 1959-cu ildə Qubadakı kənd təsərrüfatı texnikumuna daxil olmuş, tərəvəzçi ixtisası üzrə texnikumu bitirmişdir. 12 noyabr 1963-cü ildə hərbi xidmətə çağırılmış, üç il Brest şəhərindəki artilleriya alayında xidmət etmişdir. Üçillik Tambov şəhərindəki hərbi artilleriya məktəbini 1967-ci ildə leytenant rütbəsi ilə bitirmişdir. Hərbi məktəbi əla qiymətlərə bitirdiyinə görə Almaniya Demokratik Respublikasına göndərilmişdir. 1973-cü ilə kimi orada xidmət etmişdir. 1973-cü ildə baş leytenant rütbəsində baş qərargahın arxa cəbhə və Nəqliyyat Akademiyasına imtahan verib qəbul olunmuşdur. 1976-cı ildə akademiyanı mayor rütbəsində bitirmiş, Ukraynaya diviziya komandirinin müavini vəzifəsinə göndərilmişdir.
Məhərrəm Seyidov (hərbçi)
Namiq Əhmədov (hərbçi)
Namiq Hajan oğlu Əhmədov (8 noyabr 1984, Yuxarı Salahlı, Qazax rayonu – 14 iyul 2020, Tovuz rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Tovuz döyüşləri şəhidi. Namiq Əhmədov 8 noyabr 1984-cü ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub. 1991-ci ildə şəhid Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 2002-ci ildə həmin məktəbi bitirmişdir. 2002-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuşdur. 2006-cı ildə ali hərbi məktəbi artilleriya ixtisası ilə bitirmişdir. 2007-ci ildə Təlim Tədris Mərkəzində zabit kursunda təhsilini davam etdirmişdir. Əhmədov Məhəmməd ailənin ən böyük övladıdır. 2 iyul 2010-cu ildə Qazaxda anadan olub. Əhmədova Nigar ailənin ikinci övladıdır. 9 fevral 2014-cü ildə Qazaxda anadan olub.
Nazim Abdullayev (hərbçi)
Nizami Ələkbərov (hərbçi)
Novruz Aslanov (hərbçi)
Aslanov Novruz Məmmədqulu oğlu (1913, Saray, Bakı qəzası – oktyabr 1942, Taman yarımadası) — hərbçi, II Dünya müharibəsində alay komandiri. Aslanov Novruz Məmmədqulu oğlu 1913-cü ildə Abşeron rayonunun Saray kəndində doğulmuşdur. O, 1942-ci il aprelin 1-də Azərbaycan Bakı DTK-sı tərəfindən orduya göndərilmişdir. 396-cı Taman atıcı diviziyasının alay komandiri olmuşdur. 1942-ci il oktyabr ayında Kerç uğrunda gedən ağır döyüşlərdə həlak olmuşdur. 1942-ci ilin başlanğıcında Taman yarımadası sahilində Sovet qüvvələrinin Azərbaycanda formalaşan 396-cı atıcı diviziyası müdafiə olunurdular. Bu diviziyanın mühasirədə olan bir qrup döyüşçüsü komissar Novruz Aslanovun komandanlığı altında məharətlə mühasirədən çıxaraq Azov dənizi sahilinə çıxmaq istəyən və içi desant qüvvələri ilə dolu olan 7 faşist motorlu qayığını batırmışdır. Bu istiqamətdə sovet ordusunun vəziyyəti çox ağır idi. Son anda alınan qərar əsasında ön xəttdən sovet artilleriya qurğularını geri çəkmək zərurəti yarandıqda bu plan həyata keçirilənədək Novruz Aslanovun başçılıq etdiyi bir sıra qüvvələr faşistlərin sayca qat-qat çox olan ordu birləşmələrinin hücumunun qarşısında durdu. <Правда> qəzetinin 1942-ci il nəşrində qeyd olunan məlumata görə, Aslanov ölümə doğru getdiyini bilirdi.
Qriqori Petrov (hərbçi)
Qriqori Petrov (rus. Петров Григорий Константинович; 1892, Ryazan – 20 sentyabr 1918, Türkmənistan) — dövlət xadimi, eser, 26 Bakı komissarından biri. Qriqori Petrov 1917-ci ildə yaranan Bakı kommunasında Bakı şəhərinin mərkəzi hərbi hakimiyyətinin sədri, qırmızı dəstənin komandiri olmuşdur. Qriqori Petrov 1918-ci ildə ingilislər tərəfindən güllələnib.
Türenn (hərbçi)
Anri de La Tur d'Overn, vikont de Türenn (fr. Henri de La Tour d'Auvergne, vicomte de Turenne; 11 sentyabr 1611[…], Sedan – 27 iyul 1675[…]) və ya sadəcə Türenn — Fransa hərbi lideri, Fransa marşalı (1643), Fransanın baş marşalı (1660-cı ildən). Latur d'Overn soyunun nümayəndəsi. O, Otuzillik müharibənin görkəmli hərbi taktiki və strateqlərindən və ən məşhur generallarından biri hesab edilir. Anri de La Tur d'Overn 11 sentyabr 1611-ci ildə anadan olmuşdur. Onun uşaqlıqdan hərbi işlərə marağı var idi. 14 yaşında atasını itirmiş və əmisi Morits Oranlının rəhbərliyi altında döyüş sənətini öyrənmək üçün Hollandiyaya getmişdir. Otuzillik müharibə zamanı sadə əsgər kimi xidmətə başlayan Türenn, bacarığı və cəsarəti sayəsində tez bir zamanda rütbələrdə yüksəlməyə başlamışdır. 1634-cü ildə o, artıq bir alaya komandir təyin edilmiş və 1644-cü ildə Pyemontda yerləşən Trino qalasını tez bir zamanda ələ keçirdiyi üçün marşal rütbəsinə yüksəlmişdir. 1645-ci ildə Yuxarı Reyn ordusuna komandanlıq etmişdir.
Yaşar Babayev (hərbçi)
Yaşar Vasif oğlu Babayev (1987, Köçəsgər, Qazax rayonu – 14 iyul 2020, Tovuz rayonu) — Azərbaycan Ordusunun giziri, 2020-ci il iyulunda Tovuz istiqamətində olan döyüşlərdə dünyasını dəyişmişdir. Yaşar Babayev 1987-ci ildə Ağstafa rayonunun Köçəsgər qəsəbəsində anadan olub. O, 2012-ci il iyulun 19-da ailə həyatı qurmuşdu və 8 ildir övlad arzusunda idi. Yaşar Babayevin ölümündən 2 gün sonra, iyulun 16-da onun qızı dünyaya gəldi. Yaşar Babayev Azərbaycan Silahlı Qüvvələrinin giziri idi. O, 2020-ci il iyulun 14-də Tovuz istiqamətində olan şiddətli döyüşlər zamanı şəhid olub. İyulun 14-də Yaşar Babayev, doğulduğu Ağstafa rayonunun Köçəsgər qəsəbəsində dəfn olundu. Onunla vida mərasiminə Ordunun zabitləri, habelə Ağstafa rayonunun icra başçısı Seymur Orucov, Milli Məclisin deputatları Nizami Cəfərov və Qənirə Paşayeva, İnsan hüquqları üzrə Ombudsman Səbinə Əliyeva qatıldı. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Yaşar Babayev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Sovet repressiya siyasətinin qurbanı olmuş azərbaycanlı hərbçilərin siyahısı
Sovet represiyası qurbanı olmuş azərbaycanlı hərbiçilərin siyahısı
Sovet repressiyası qurbanı olmuş azərbaycanlı hərbçilərin siyahısı
Sovet represiyası qurbanı olmuş azərbaycanlı hərbiçilərin siyahısı

Digər lüğətlərdə