HADİSƏ

1. HADİSƏ [Şah:] Aya sizin rəyinizə görə mən nə qism tədbir ilə bu hadisəni öz vücudumdan dəf edə bilərəm? (M.F.Axundzadə); ƏHVALAT Lazımdır əhvalatı təfsilən nağıl eləmək (C.Məmmədquluzadə); İTTİFAQ Aslan: Mən bu az ömrümdə nə qədər bədbəxt ittifaqlar görmüşəm (İ.Musabəyov); KEYFİYYƏT Səhər qızın atası, Hacı Əbdüləzimin dükanına gəlib keyfiyyəti söylədi (Ə.Haqverdiyev); QƏZAVÜ QƏDƏR (köhn.) Molla Nəsrəddin: Mirzə Fərəc, başıma çox qəzavü qədər gəlibdir (S.S.Axundov); QƏZİYYƏ (təsadüfən başa gələn hadisə) Vəzir: A kişi, bu gün başıma bir qəziyyə gəlibdir ki, heç fikrimdən keçməzdi (M.F.Axundzadə); VAQİƏ (köhn.) Cavan övrət oturduğu yerdə oturub dinməz-söyləməz vaqiəyi tamaşa eləyirdi (C.Məmmədquluzadə).

2. hadisə bax qəza

HAÇAN
HAFİZƏ

Digər lüğətlərdə