Hatay arxeologiya muzeyi
Hatay arxeologiya muzeyi və ya Antakya arxeologiya muzeyi — antik dövrə aid əsərlərin toplandığı bir incəsənət muzeyidir.
== Qədim arxeologiya muzeyi ==
Antakya Cümhuriyyət dövründə Asi çayı kənarında və körpü yaxınlığında yer alırdı. Aktiv olduğu dövrdə dünyanın ən böyük üçüncü mozaika muzeyi və mozaika eksponat kolleksiyasına malik idi. Muzeydə Hitit, Helenistik, Roma və Bizans dövrlərinə aid olan və Hərbiye, Antakya, Atçana, Seleukia Pieria ilə İsgəndəriyyədən tapılmış eksponatlar nümayiş etdirirdi. Bu əsərlərin əksəriyyəti, 1932-1939 illər arasında aparılan qazıntı işləri nəticəsində aşkar edilmişdir.
Dövründə dünyanın ən böyük ikinci arxeologiya muzeyi ünvanını daşıyan Hatay arxeologiya muzeyinin tikinti işlərinə 1934-cü ildə başlanılıb. Bu tikinti işləri 1932-ci ildə Antakya və ətrafında başlayan qazıntı işlərindən ruhlanaraq və Fransız arxeoloqu M. Prostun tövsiyəsi ilə başlanılmışdır. Muzey binası 1938-ci ildə tamamlanıb, və bir il sonra Hatay, Türkiyə Cümhuriyyətinin bir vilayəti oldu. Muzey 23 iyul 1948-ci il tarixində xidmətə açıldı. 1975-ci İldə muzey yenidən təmir olunub.