HAVA GAZI
HAVA YOLU
OBASTAN VİKİ
Hava limanı
Hava limanı və ya aeroport — hava gəmilərinin qəbul edilməsi, yola salınması və hava daşımalarına xidmət göstərilməsi üçün nəzərdə tutulan, bu məqsədlərə görə aerodroma, aerovağzala və zəruri avadanlığa malik olan qurğular, tikililər kompleksi. Dünyada yeni və sürətlə inkişaf vedən nəqliyyat növü hava (aviasiya) nəqliyyatıdır. Aviadaşımalarına görə Şimali Amerika və Avropa, ölkələr üzrə ABŞ, Böyük Britaniya, Yaponiya, Fransanı qeyd etmək lazımdır. Hava nəqliyyatının inkişafı ilk növbədə hava limanları şəbəkəsi ilə ölçülür. Dünyanın ən iri hava limanları Çikaqo, Nyu-York, London, Tokio, Paris, Moskva, Los-Anceles, San-Fransisko, Doha, Frankfurt, İstanbul və s. böyük şəhərlərdədir. == Azərbaycanda == Heydər Əliyev Beynəlxalq Aeroportu, Azərbaycanın altı beynəlxalq hava limanından biridir. 10 mart 2004-cü ildə Bakı Beynəlxalq Aeroportuna, 35 il dövlət başçısı vəzifəsini icra edən və Azərbaycan Respublikasının keçmiş Prezidenti, ulu öndər Heydər Əliyevin şərəfinə ad verilmişdir. Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanınlarının auditi sahəsində ən nüfuzlu "Skytrax World Airport Awards"-un maksimal "5 Ulduz" statusuna layiq görülmüşdür. Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci il üzrə MDB ölkələri arasında ən yaxşı aeroport seçilmişdir.
Ercan Hava Limanı
Ercan Hava Limanı (IATA: ZXT, ICAO: UBTT) – Kiprdə hava limanı. Kipr Respublikasının inzibati bölgüsünə görə, Kipr Respublikasının ərazisindədir. Əslində hava limanı qismən tanınan Şimali Kipr Türk Respublikası tərəfindən idarə olunur. Hava limanının dünya birliyinin əksəriyyəti tərəfindən tanınmayan bir vəziyyətdə yerləşməsi səbəbindən beynəlxalq hava limanının rəsmi statusuna sahib olmadığı və IATA, ICAO kodlarının rəsmi olaraq qeydiyyata alınmış siyahılara daxil edilmədiyi bildirilir. Kipr Respublikasının paytaxtı Lefkoşanın şərqində, Timvu kəndi yaxınlığında yerləşir. Ercan hava limanına beynəlxalq uçuşlar edən bütün təyyarələr Türkiyə hava limanlarından birində eniş etməlidir. == Tarix == Ercan hava limanının sələfi Timvu hava limanı İkinci Dünya müharibəsi əsnasında hərbi hava bazası olaraq Kiprin o zaman müstəmləkəsi olduğu Böyük Britaniya tərəfindən inşa edilir. Kiprin müstəqilliyinin elan edilməsindən sonra aerodrom tərk edilir. Şimali Kipr Türk Cümhuriyyəti müstəqilliyini elan etməsindən sonra aerodrom genişləndirilərək yenidən qurulur. Bu gün Şimali Kiprin ən böyük mülki hava limanıdır.
Erebuni Hava Limanı
Erebuni Hava Limanı — (erm. Էրեբունի օդանավակայան) (ICAO: UDYE) — Ermənistan Respublikası İrəvan şəhərinin Erebuni rayonunda yerləşən mülki və hərbi təyinatlı hava limanı. İrəvan şəhəri mərkəzindən 7,3 km cənubda yerləşən hava limanı 2,784x40 m ölçülərində asfalt səthə malik olub uçuş zolaqları 03/21 istiqamətindədir. == Tarixi == Memarları L. Ş. Xristaforyan, R. G. Asratyan konstruktorları İ. Q. Baqramyan və E. N. Tosunyan olan hava limanından ilk uçuş 21 iyul 1938-ci il tarixində İrəvan-Tbilisi xətti üzrə olub. Həmin ilin 25 dekabr tarixindən isə müntəzəm uçuşlara başlanılıb. O vaxtlar hava limanı "İrəvan hava limanı" adlanırdı. == Təyinatı == Hal-hazırda əsasən hərbi sahə üzrə istifədə edilən hava limanında 3624-cü rus hərbi hissəsi, 18 MiQ-29s-dən ibarət 426-cı eskadrilya, Mi-24 hücum vertolyotu eskadrilyası və 700-cü Hava Nəqliyyatı Nəzarət Mərkəzi yerləşir. Hava limanından həmçinin özəl şirkətlər tərəfindən ölkədaxili və MDB ölkələrinə, eyni zamanda Dağlıq Qarabağa Xankəndi hava limanına vertolyot uçuşları həyata keçirilir. == Qəza və hadisələr == 4 noyabr 2008-ci ildə Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus Mi-24 hücumçu vertolyotu təlim uçuşuna hazırlaşarkən qəzaya uğradı. Hadisə nəticəsində kapitan Arşak Nersisyan həlak oldu.
Frankfurt Hava Limanı
Frankfurt-Mayn aeroportu (alm. Flughafen Frankfurt am Main‎, BHNA kodu FRA, BMAT kodu EDDF) Almaniyanın əsas beynəlxalq Hava Limanı, Frankfurt yaxınlığındadır (koordinatları 50°01′35″Şimal 08°32′35″Şərq). Sərnişin dövriyyəsinə görə Avropadakı Hava Limanlarından ikinci, yük dövriyyəsinə görə isə birinci yerdədir. Üç terminal və dörd uçuş-eniş zolağı var. 2008-ci ildə 485,783 uçuş və enmə olub. 2008-ci ildə 53,472,915 sərnişin köçürtdü.
Gorus Hava Limanı
Gorus Hava Limanı — (erm. Կապան օդանավակայան), və ya yaxud Şinuyar Hava Limanı — Ermənistan Respublikasında Sünik mərzinin Gorus şəhəri Şinuyar kəndi yaxınlığında yerləşən fəaliyyətsiz mülki hava limanı. Aeroport SSRİ-nin dağılması ilə eyni zamanda, 1991-ci ildə fəaliyyətini dayandırıb. Lakin Ermənistan hökuməti hava limanının yenidən qurularaq 2016-cı ildə yenidən fəaliyyətə başlayacağını nəzərdə tutub. 2,011x28 m ölçülərində asfalt səthə malik olan hava limanının uçuş zolaqları 08/26 istiqamətindədir.
Heçi Hava Limanı
Heçi Hava Limanı — (IATA kodu: HCJ) — Çinin Quansi-Çjuan muxtar rayonunun 4 milyona yaxın əhalisi olan Heçi şəhərində fəaliyyət göstərəcək aeroport. Digər aeroportlardan fərqli olaraq yüksək dağ zirvəsində, buludlardan da hündürdə yerləşir. 2014-cü ilin 28 avqustunda açılışı olmuşdur. == İnşası == İnşası 5 ilə başa gəlmişdir. Uzunluğu 2200 metr, eni isə 45 metr olan hava limanını salmaq üçün 60-a yaxın zirvə dağıdılaraq hamarlanıb.
Hitrou Hava Limanı
Hitrou hava limanı (ing. Heathrow [ˈhiːθrəʊ]) (IATA: LHR, ICAO: EGLL) — İngiltərə və Böyük Britaniyanın əsas beynəlxalq hava limanı. London yaxınlığında yerləşir (koord. Ş 51°28′39″, Q 0°27′41″). Dəniz səviyyəsindən 25 metr aşağıdadır. Sərnişin dövriyyəsinə görə Avropada ən məşğul hava limanıdır. Sahibi "BAA Limited" şirkətidir. "British Airways" və "Virgin Atlantic Airways" şirkətlərinin bazasıdır. İki asfalt uçuş-enmə zolağı (3 902 və 3 658 metr) və dörd terminalı (5-ci hazırda tikilməkdədir) var. Zolaqların tikintisi 1944-cü ildə başlamışdır.
Kabil hava limanı
Hamid Kərzai adına Beynəlxalq Hava Limanı (puşt. د حامدکرزی نړيوال هوائي ډګر, dəri میدان هوائی بین المللی حامدکرزی) — Əfqanıstanın Kabil şəhərində yerləşən beynəlxalq aeroport. Kabilin mərkəzindən 5 km uzaqlıqda yerləşir. 2014-cü ildə hava limanına Əfqanıstana 2001-2014-cü illərdə rəhbərlik etmiş Hamid Kərzainin adı verildi. == Haqqında == 1960-cı ilin əvvəllərində inşa edilmişdir. SSRİ-nin Əfqanıstana müdaxilə etdiyi dövrdə (1979-1989-cu illər) hava limanı Qızıl Ordu tərəfindən tam nəzarətə alınmışdı. SSRİ-nin Əfqanıstandan çəkilməsindən sonra aeroport SSRİ-ni dəstəkləyən qüvvələrin nəzarətində qaldı. 2001-ci ildən sonra hava limanı ABŞ Ordusu, NATO və NATO-nun tabeliyində olan BTDQ-nin nəzarəti altına düşdü. 2002-ci ildən sonra BMT hava limanına tətbiq etdiyi sanksiyaları aradan qaldırdı və bundan sonra hava limanından mülkü uçuşlara icazə verildi. 2021-ci ildə Kabilin Taliban tərəfindən ələ keçirilməsindən sonra mülki uçuşlar ləğv edildi.
Kalinino Hava Limanı
Kalinino Hava Limanı — (BMAT: UD19) — Ermənistan Respublikasının Loru mərzinin Taşir (keçmiş adı: Kalinino) şəhəri yaxınlığında yerləşən mülki hava limanı. Hal-hazırda fəaliyyətsiz olan hava limanından Sovet dövründə yerli uçuşlar üçün istifadə olunurdu. 1,998x45 m ölçülərində asfalt səthə malik olan hava limanının uçuş zolaqları 12/30 istiqamətindədir.
Kopenhagen Hava Limanı
Kopenhagen Hava Limanı (Danimarka dilində: Københavns Lufthavn) (IATA: CPH, ICAO: EKCH) — Danimarkanın paytaxtı Kopenhagendəki beynəlxalq havalımanı. Danimarkanın Oresund Bölgəsindədir. Amager Adasında yerləşən havalimanı, Kopenhagen şəhər mərkəzindən 8 kilometr; Oresund Körpüsünün digər sahilində yerləşən Malmö şəhər mərkəzindən isə 24 kilometr uzaqlıqdadır. Skandinaviya ölkelerindəki ən böyük havalimanı olub Avropadakı ən köhnə beynəlxalq hava limanlarından biridir. Skandinaviya Havayolları, Cimber Sterling, Norweigan Air Shuttle kimi hava yolu şirkətləri üçün ana mərkəzdir. Gündəlik 60 uçuş istiqaməti müəyyən edilib və 62.000-dən çox sərnişinə xidmət göstərilir. 2011-ci ildə 22.7 milyon sərnişin havalimanını istifadə etmişdir. Hava limanının sahibi Københavns Lufthavne şirkətidir. Hava limanında 1.700 işçi çalışır. Hava limanının digər adı Kastrup Hava limanıdır.
Koşitse Hava Limanı
Koşitse Hava Limanı (Slovak. Medzinárodné letisko Košice) — Slovakiyanın ikinci ən böyük hava limanı. 2005-də hava limanından 269 885 sərnişin istifadə etmişdir. == Tarixçəsi == Hava limanı 1950-ci ildə yaranmışdır. İlk xətt 1955-ci ildə Koşitse-Praqa arasında olmuşdur. Hal-hazırda, Vyana, Praqa, Bratislava və Poprada uçan dörd aviasiya xətti vardır. Turizm mövsümündə Aralıq dənizi ölkələrinə əlavə reysləri həyata keçirilir. == Terminallar == Terminal 1-in ümumi sahəsi 4 456 m2 (47 960 sq ft.) təşkil edir. Terminallarda, aviasiya və turizm agentlikləri, uşaq otağı, istirahət otağı və biznes zalı qonaqların xidmətindədir. Həmçinin restoranlar, avtomobil icarəsi üzrə ofislər və kiçik mağazalar da fəaliyyət göstərir.
Naftalan Hava Limanı
Naftalan Hava Limanı — Azərbaycanın Naftalan şəhərində yerləşən, 1997-ci ildən bəri fəaliyyəti dayandırılmış hava limanı. Naftalan hava limanının tikintisinə 1975-ci ildə başlanılıb və 1977-ci ildə istismara verilib. Birinci Qarabağ müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən mütəmadi olaraq atəşə tutulan hava limanının fəaliyyəti 1997-ci ildə dayandırılıb. O vaxtdan bəri hava limanı Gəncə və Bakı aeroportları üzrə bilet satışı həyata keçirən kassa rolunu oynayıb. Əvvəllər bu aeroport vasitəsilə Bakı-Naftalan istiqamətində Yak-40 sərnişin təyyarələri uçub. Limanın ərazisi sənəd üzrə 47 hektar, faktiki hasarlanmış ərazisi isə 58.8 hektardır. Hava limanının uçuş-enmə zolağının uzunluğu 1370 metr, eni isə 35 metrdir. 2020-ci ilin noyabrında "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) yaydığı məlumatda hava limanının Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) beynəlxalq məkan indeksləri kataloquna daxil ediləcəyi açıqlanıb. 2021-ci ilin iyul ayında Azərbaycanın prezidenti İlham Əliyev hava limanını ziyarət edərək onun yenidənqurma planlarını müzakirə edib. Naftalana birbaşa uçuşlar olacaqmı?
Nataxtari Hava Limanı
Nataxtari Aerodromu (gürc. ნატახტრის აეროდრომი) və ya Nataxtari Hava Limanı (gürc. ნატახტრის აეროპორტი) (IATA: yoxdur, ICAO: UGSA) — Gürcüstanın Msxeta-Mtianeti diyarının ərazisinə daxil olan Nataxtari kəndində kiçik aerodrom. Aerodromun uçuş-enmə zolağının uzunluğu – 948 metr (0.589 mil), qalınlığı isə – 18 metr (0.011 mil). Aerodromun Gürcüstanın paytaxtı Tbilisi şəhərindən olan uzaqlığı – 31 kilometr (19 mil), Msxeta şəhərindən olan uzaqlığı – 13 kilometr (8.1 mil), Qori şəhərindən olan uzaqlığı – 62 kilometr (39 mil). Aerodrom hər uçuşda 30–50 nəfərə xidmət göstərir. Nataxtari Aerodromu Ambrolauri, Batumi, Kutaisi və Mestia şəhərlərinə uçuşlar keçirir.
Niş Hava Limanı
Niş Hava Limanı (serb. Аеродром Ниш — Константин Велики / Aerodrom Niš — Konstantin Veliki, ИАТА: INI, ИКАО: LYNI) — Serbiyada yerləşən mülki hava limanı. Aeroport Niş şəhərindən 4 km aralıda, Medoşevas kəndində yerləşir. 2012-ci ildə hava limanı 27426 sərnişinə xidmət etmişdir. Aşırma qabiliyyəti hər saata üç təyyarədir. Priştina, Belqrad, Podqoritsa, Tivat, Sofiya, Skopye və Oxrid üçün ehtiyat hava limanı sayılır. Nişdə ilk hava limanı 1910-cu ildə Trupale kəndi yaxınlığında inşa edilir. 1913-cü ildə Yuqoslaviya krallığının hava daşımaçılığını həyata keçirən Aeroput şirkətinin balansında olur. ikinci dünyü müharibəsindən sonra hava limanı hərbi məqsədlər üçün istifadə edilir. Hazırkı, hava limanının yerində 1952-ci ildə 1500 m uzunluğa malik beton uçuş-eniş zolağı salınır.
Oktyabriski Hava Limanı
Oktyabriski Hava Limanı (rus. Аэропорт Октябрьский) (IATA: OKT, ICAO: UWUK) — Rusiyanın subyektlərindən biri olan Başqırdıstan Respublikasında yerləşən bir hava limanı. Oktyabrski şəhərindən 7 kilometr uzaqlıqda olan hava limanı, 1962-ci ildə təsis edilmişdir. 1990-cı illərdən əvvəl hava limanı Moskva, Kazan, Ufa, Samara, Neftekamsk, Sterlitamak, Nijnevartovsk, Strejevoy, Surqut və s. şəhərlərə uçuşlar planlaşdırmışdır.
Oktyabrski Hava Limanı
Oktyabriski Hava Limanı (rus. Аэропорт Октябрьский) (IATA: OKT, ICAO: UWUK) — Rusiyanın subyektlərindən biri olan Başqırdıstan Respublikasında yerləşən bir hava limanı. Oktyabrski şəhərindən 7 kilometr uzaqlıqda olan hava limanı, 1962-ci ildə təsis edilmişdir. 1990-cı illərdən əvvəl hava limanı Moskva, Kazan, Ufa, Samara, Neftekamsk, Sterlitamak, Nijnevartovsk, Strejevoy, Surqut və s. şəhərlərə uçuşlar planlaşdırmışdır.
Oradya Hava Limanı
Oradya Hava Limanı (rum. Aeroportul Internațional Oradea, mac. Nagyváradi Nemzetközi Repülőtér) (IATA: OMR, ICAO: LROD) — beynəlxalq hava limanı, Rumıniyanın şimal-qərbində Oradya şəhərindən 5 km cənub-qərbdə, Bihor judetsində, Macarıstana aparan avtomobil və dəmir yolu yaxınlığında yerləşir. Rumıniyada turizm potensialının (Baile Felix isti bulaqları, Padişin qoruq ərazisi və s.) inkişafında mühüm amildir. E60 Avropa marşrutu yolunun və inşası davam etdirilən A3 Transilvaniya avtomobil yolunun yaxınlığında yerləşir. 2017-ci ildə müasir bir hava limanının açılması son iki ildə sərnişin və yük daşımalarını iki dəfə artırmışdır. Debresen (82 km, Macarıstan) və Kluj-Napoki (165 km) hava limanlarına rəqib sayılır. 2009-cu ildə Bixor bölgə rəhbərliyi daha əvvəl mövcud hava limanının uçuş-enmə zolağını genişləndirmək, yük terminalı tikmək və sərnişin terminalını yeniləmək üçün müqavilələr bağlamağa başlayır. Terminal yeniləməsinə yeni xidmətlərin açılması daxildir: avtomobil icarəsi, valyuta mübadiləsi, mağazalar və s. Bixor bölgə komissiyası, Avropa Komissiyasının nümayəndələri ilə 7 fevral 2014-cü ildə hava limanının yenilənməsi üçün Avropa fondlarından 30 milyon avro ayrılması barədə razılığa gəlir.
Plovdiv Hava Limanı
Plovdiv Hava Limanı (bolq. Летище Пловдив, Letishte Plovdiv; IATA: PDV, ICAO: LBPD) — Bolqarıstanın ən böyük ikinci şəhəri Plovdivdə yerləşən bir aeroport. Ümumiyyətlə Plovdiv-Asenovqrad əsas quru yolu üzərində, şəhərdən 12 km cənub-şərqdə yerləşən kiçik bir kənddən ilhamlanaraq Plovdiv Krumovo Aeroportu olaraq anılır. Məşhur xizək mərkəzləri Bansko və Pamporovo'nun yaxınlığında yerləşi səbəbiylə, qış mövsümündə fəaliyyət göstərir. Tıxacın əksəriyyətini Böyük Britaniya, İrlandiya və Rusiyadan gələn turistlərdən ibarətdir. Aeroport, eyni zamanda təcili vəziyyətlərdə əhəmiyyətli bir rol oynayır və bəzən təxminən 150 km və ya Trakiya şosesində 1 saat yarım məsafədəki Sofiya Aeroportunun alternativi olaraq istifadə edilməkdədir. Plovdivdəki mülki aviasiyanın başlanğıcı 1928-ci ilin əvvəllərində Sofiya-Plovdiv-Yambol və Burqas arasındakı ilk sınaq uçuşu ilə başlamışdır. 1947-ci ildə Sofiya və Plovdiv arasındakı müvəqqəti vətəndaş uçuşları reallaşdırıldı. 1947-ci ilin Oktyabr ayının 2-də, Regional qəzeti Vətən Səsi, 45 günlük bir müddət içərisində 1,500 sərnişinin olduğunu və uçuşların daim vaxtında edildiyini bildirmişdi. May ayında Sofiya-Plovdiv-Burqas və Varna arasında 1948-ci ildəki nizamlı dönüş uçuşu başladı.
Qafan Hava Limanı
Qafan Hava Limanı (erm. Կապան օդանավակայան) və yaxud Qafan uçuş zolağı — Ermənistan Respublikasının Sünik mərzinin mərz mərkəzi Qafan şəhəri yaxınlığında yerləşən 1991-ci ildən fəaliyyətsiz olan mülki hava limanı. Yaxın gələcəkdə hava limanının bərpa olunacağı, İrəvan və Batumiyə uçuşların təşkil olunacağı planlaşdırılır. Sovet dövründə istifadəyə verilən hava limanında Qarabağ müharibəsindən öncə Yak-40, An-14 vasitəsilə yerli uçuşlar və yükdaşımalar həyata keçirilirdi. Hava limanının fəaliyyətini dayandırmasının əsas səbəbi Azərbaycan Respublikası sərhədinə yaxın ərazidə Qubadlı rayonu ilə sərhəddə, aktiv müharibə ocağının yaxınlığında yerləşməsi və tez-tez atəşə tutulması idi. 1,998×45 m ölçülərində asfalt-beton səthə malik olan hava limanının uçuş zolaqları 12/30 istiqamətindədir. Ermənistan Mülki Aviasiya Komitəsinin rəhbəri Tatevik Revazyan Qafan aeroportunun 2019-cu ildə açılacağını bildirib. Əsaslı təmir və tikinti işlərinin aparılması üçün Qafan Hava Limanına $2 mln-dan artıq vəsait xərclənib. Lakin 2021-ci ilə kimi aeroport hələ də istifadəsiz qalmaqda davam edir.
Sarmanovo Hava Limanı
Sarmanovo Aerodromu (rus. Аэродром Сарманово) — Rusiya Federasiyasının subyektlərindən biri olan Tatarıstan Respublikasında yerləşən asfalt uçuş-enmə zolağı olan kiçik bir aerodrom. Aedrom Sarmanovo kəndindən 2 kilometr (1.2 mil) uzaqlıqda yerləşir. Aedrom "Altair-Aero" Aeroklubu və Tatarıstan Respublikasına aid olan "Super-İşıq Birləşmiş Aviasiya Federasiyası"nın təşkilatçılığı tərəfindən təşkil olunan, 2016 Rusiya Paraqlaydinq Kubokuna ev sahibliyi etmişdir. Yarışa 4000-5000 arası tamaşaçı gəlmişdir.
Sibay Hava Limanı
Sibay hava limanı (BMAT kodu: UWUA) – Başqırdıstanın Sibay şəhərinin 5 kilometr şərqində yerləşən hava limanı. Sadə quruluşa malikdir. Hava limanının tikintisinə şəhərin sürətlə inkişaf etdiyi 1955-ci ildə başlanılmışdır. Yeni asfalt uçuş zolağı 1994-cü ildə istifadəyə verilmişdir. Bir müddət hava limanı fəaliyyətini dayandırmışdır. 2009-cu ilin noyabrından Ufaya uçuş reysinin bərpa edilməsi planlaşdırılır.
Spilve Hava Limanı
Spilve Hava Limanı (latış. Spilves lidosta‎) — Latviyanın paytaxtı Riqa şəhərində mövcud olan hava limanı. Latviya Sovet Sosialist Respublikası mövcudluğu dövründə Riqanın ən əhəmiyyətli hava limanlarından biri və 1986-cı ilə qədər Riqanın ən əsas hava limanı olmuşdur. Hazırda bərpaya ehtiyacı vardır. Kiçik aviasiya təyyarələrini qəbul etmək imkanına sahibdir. Çəkisi 5,7 t olan təyyarələri qəbul edə bilir. Uçuş-eniş zolağının uzunluğu 1600 m, eni isə 20 metrdir. İstifadə olunan hissə isə cəmi 1000 metrdir. Spilve mirorayonu ərazisində aerodrom hələ Birinci Dünya müharibəsi dönəmində fəaliyyət göstərirdi. Məsələn: 15 iyun 1916-cı ildə 12-ci rus ordusunun təyyarəçiləri Lerxe soyadlı zabitin rəhbərliyi altında Spilve çəmənliyinə uçuşlar təşkil etmişdir.
Sportsman Hava Limanı
Sportsman hava limanı (ing. Sportsman Airpark) - Amerika Birləşmiş Ştatlarının Oreqon ştatında Yamhill dairəsinin Nyuberq şəhəri ərazisində, dəniz səviyyəsindən təxminən 54 m hündürlükdə yerləşən və mülki uçuşlar üçün yararlı aeroport.
Stepanavan Hava Limanı
Stepanavan Hava Limanı (erm. Ստեփանավան օդանավակայան) — Ermənistan Respublikasının Loru mərzində Stepanavan şəhərindən 6 km şimal-qərbdə yerləşən mülki hava limanı. 1,998x28 m ölçülərində asfalt səthə malik olan hava limanının uçuş zolaqları 13/31 istiqamətindədir.
Ərdəbil Hava Limanı
Ərdəbil Hava limanı - İranın Ərdəbil ostanı Ərdəbil şəhərində yeləşən hava limanı.

Digər lüğətlərdə