HUMAYUN

uğurlu, səadətli, mübarək.
HUMAYƏ
HUMRA
OBASTAN VİKİ
Xətt-i Humayun
Xətt-i humayun və yaxud da yazılı əmrlər, (Osmanlı dilində: خط همايون) Osmanlı sultanlarının mühüm məsələlər haqqında şəxsən özlərinin yazdıqları və ya qeydlər apardıqları fərmanlara verilən ümumi addır. Osmanlı dövlətinin dövlət strukturunda ən mühüm yazılı əmrlər hesab olunan xətt-i humayunlar (yazılı əmrlər) Osmanlı sülaləsinin simvolu sayılan qırmızı rəngli çantalarda daşınar, üç dəfə öpülərək başa qoyulduqdan sonra açılaraq oxunardı. Bu fərmanlar Osmanlı sultanları tərəfindən şəxsən yazılmış olsalarda, lakin onların saray məmuru tərəfindən surəti köçürülmüş olan bir nüsxəsi də olurdu. Onlar əsasən sultana, baş vəzir və ya Osmanlı dövlətinin başqa yüksək rütbəli məmuru tərəfindən verilmiş bir sənədə cavab olaraq yazılırdılar. Məhz buna görə də, bir ərizənin, məktubun təsdiq edilməsi və ya rədd edilməsi, hesabatın təsdiq edilməsi, sorğuya icazənin verilməsi, verilmiş fərmanla bağlı yaranmış hər hansısa bir məsələyə aydınlıq gətirilməsi və bu kimi digər dövlət sənədlərinə cavab olaraq yazılırdılar. Xətt-i Humayunlar bəzən mövcud bir sənədə cavab olaraq deyil, sıfırdan da yaradıla bilərdilər. Osmanlı imperiyasını modernləşdirməyi hədəfləyən Tənzimat islahatından (1839) sonra rutin tipli xətt-i humayunlar sultanın şifahi cavabının sənəddə qeyd edildiyi vəsiyyət-i səniyye tətbiqi ilə əvəz olunmağa başlanmışdır. İstanbulda yerləşən Osmanlı arxivlərində təxminən 100.000 belə sənəd mövcuddur. Ən məşhur xətt-i humayunlar arasında Tənzimat Fərmanı (1839) və İslahat Fərmanı (1856) yer alır. “Xətt-i humayun” ifadəsi bəzən ədəbi mənada, yəni Osmanlı sultanı tərəfindən şəxsən yazılmış olan sənəd mənasında da işlənə bilər.

Digər lüğətlərdə