HƏYASIZ

HƏYASIZ (həyası, arı olmayan) [Bığlı ağa:] Pah atonnan, nə həyasız arvadmış! (S.Vəliyev); ABIRSIZ (dan.) Gülsüm: O, abırsız adamdır, onlardan nə istəsən gözləmək olar (X.Hasilova); ARSIZ Bizi ən çox heyrətə salan, Səttarxanın evinin dağılmasına tamaşa üçün toplanan arsızların söhbəti idi (M.S.Ordubadi); BİAR (köhn.) Dikmə gözünü mətbəxə, biar dilənçi! Rədd ol qapımdan, ağlama zar-zar, dilənçi! (M.Ə.Sabir); BİHƏYA Dilbər xanım: Bihəyanın üzünə bax, üzünə! (N.Vəzirov); LƏÇƏR (dan.) Fatimə xanım: A qız! Sənin bu ləçər qızın menim üstümə oğurluq yaxır (N.Vəzirov); LƏKTƏ (dan., köhn.) Şərəfnisə xanım Gülçöhrəyə: İtil cəhənnəmə, ləktə əl çəkməz.. (M.F.Axundzadə); SİTAL Paşa: Biz heç də, Sultan əfəndi, böylə sital qadının şahidliyinə ehtiyac duymuyoruz (S.Rəhimov); UTANMAZ Qəndab: Utanmaz, qanacaqsız, – deyə mən də onu təhqir elədim (B.Bayramov); İSMƏTSİZ.

HƏYAN
HƏYASIZLIQ

Digər lüğətlərdə

дове́шивать иезуи́тский кана́льство многопрогра́ммность низкоудо́йность но́ченька отупе́ние перекача́ть фрахто́вка волново́д вприти́рку к кале́читься опредме́чивание прохвати́ть ро́зница треску́чий brownstone Harrow heteroplasia house telephone indelicacy multiplicity беспрепятственный выступление способ