Ağa Əhməd İsazadə
Əhməd İsazadə — əməkdar elm xadimi, sənətşünaslıq elmləri doktoru, professor. Azərbaycanda doktorluq dissertasiyasını müdafiə etmiş ilk musiqişünas-alimdir.
== Həyatı və yaradıcılığı ==
1963-cü ildə namizədlik dissertasiyası müdafiə edəndən sonra Ə. Isazadə xalq musiqi janrlarının toplanılması, notlaşdırılması və tədqiqi məsələlərinə ciddi elmi maraq göstərir.
Azərbaycanın bölgələrini gəzib, xalq musiqisi nümunələrini, folklor mahnı və rəqslərini lentə almaq, nota yazmaq , sistemləşdirmək, elmi-nəzəri təhlil etmək kimi məsələlər, demək olar ki, musiqişünaslığın diqqətindən kənarda qalmışdı. Bцyьk sənətkar Bьlbьlьn rəhbərliyi ilə bu sahədə uzun illər uğurlu fəaliyyət göstərən Elmi-Tədqiqat Musiqi Kabineti (ETMK) 1940-cı illərin əvvələrində fəaliyyətini dayandırandan sonra xalq musiqisinin toplanılması və notlaşdırılması işində durğunluq, boşluq yarandı. 1960-cı illərdə Ə. İsazadənin bu sahədə məqsədyönlu işə başlaması və musiqişünasları, bəstəkarları da bu işə cəlb edə bilməsi, tədricən həmin boşluğu aradan qaldırdı. O, 1960-cı illərin ikinci yarısından etibarən Azərbaycanın, demək olar ki, bütün bölgələrinə – Qarabağ (Şuşa, Ağdam, Füzuli, Ağcabədi, Kəlbəcər), Lənkəran, Astara, Masallı, Sabiribad, Salyan, Quba, Dəvəçi, Xaçmaz, Kürdəmir, Göyçay, Şəki, Qax, Şəmkir, Naxçıvan, Şərur və başqa folklor ekspedisiyalarına gedərək, yüzlərlə folklor, nümunələri toplamış, nota yazmış, bölgələrdəki xalq musiqi ifaзıları haqqında dəyərli informasiyalar əldə etmiş, yeni xalq зalğı alətləri nümunələri tapmışdır. 1960-1980-ci illərdə məqsədyönlü şəkildə aparılan folklor ekspedisiyalarının nəticəsində Ə. İsazadə mətbuatda elmi-məlumat xarakterli məqalələrlə çıxış etmiş, orijinal materiallarla oxucuları tanış etmiş, istedadlı və peşəkar xalq musiqiзiləri haqqında elmi-publisist məqalələri ilə onları ictimaiyyətə tanıtmışdır. Toplanmış qiymətli materiallar əsasında Ə. İsazadə ümumittifaq (SSRİ) səviyyəli elmi-tədbirlərdə məruzələr etmiş, elmi nəşrlərdə maraqlı məqalələr dərc etdirmişdir. Alminin bu fəaliyyəti sayəsində institutda folklor arxivi yaranmış, həmin ekspedisiyalardan əldə edilmiş xalq musiqisi nümunələri əsasında Ə. Isazadə bəstəkar Nəriman Məmmədovla birlikdə iki hissədən ibarət "Azərbaycan xalq mahnı və oyun havaları" adlı folklor toplusu tərtib etmiş və bu toplular nəşr olunmuşdur (1975,1984).