Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İşa Kanu
İşa namazı
İşa və ya Xüftən namazı ― İslam dinində 4 rəkət olaraq Şam namazından sonra yerinə yetirilən ibadət.
İşad
İşad — ən ali vəzifəli Göytürk hərbi xadimlərini adlandırmaq üçün istifadə edilən qədim türk sözü. Bu sözdən bəzi ərəb mənbələrində Xəzərlərin Xaqan bəylərini təsvir etmək üçün istifadə olunub. == Mənbə == Bruk, Kevin Alan. The Jews of Khazaria (2nd ed.). Rowman & Littlefield Publishers, Inc. 2006. Danlop, Duqlas M. The History of the Jewish Khazars. Prinston: Princeton University Press. 1954. Qolden, Piter B. Khazar Studies: An Historio-Philological Inquiry into the Origins of the Khazars.
Hollivud işarəsi
"Hollivud" yazısı (ing. Hollywood Sign və ya keçmiş adı ilə ing. Hollywoodland Sign) — ABŞ-nın Kaliforniya ştatında, Santa-Monika dağlarının Maunt-Li zirvəsinin ətəyindəki yazı. Amerikan mədəniyyətinin simvoludur. == Tarixi == Maunt-Li dağının ətəyindəki bu yazı 1923-cü il iyulun 13-də peyda olmuşdur. Həmin vaxt belə yazılmışdır: "HOLLYWOODLAND". Əvvəlcə bu yazının kino ilə heç bir əlaqəsi yox idi. Belə ki, o yeni yaşayış rayonunun reklamı idi. Amma bu reklam dərhal turistləri özünə cəlb etməyə başladı. Yazının ora yerləşdirilməsi sifarişçiyə, "Los-Anceles Tayms"ın naşiri Harri Çandlerə 21 min dollara başa gəlmişdir.
Kopirayt işarəsi
Kopirayt işarəsi (ing. Copyright sözündən) və ya müəllif hüquqları işarəsi — əqli mülkiyyətin göstəricisi. Dairəyə alınmış "C" hərfi ilə təsvir olunmuşdur: ©. Bu işarə 1952-ci ildə Cenevrədə YUNESKO tərəfindən qəbul edilmiş Ümumdünya Müəllif Hüquqları Konvensiyası ilə təsis edilmişdir. Bu işarə 1955-ci ildən beynəlxalq hüquqda istifadə olunur. Qərbdə bu, qeydiyyat hesab edilmir, yalnız icazəsiz çoxalmaya qarşı xəbərdarlıq rolunu oynayır.
Mekan İşanquliyev
Mekan İşanquliyev — Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2017-ci ildən). == Diplomatik fəaliyyəti == Mekan İşanquliyev dörd il Həştərxanda Türkmənistanın konsulu vəzifəsində çalışıb. 2017-ci il iyunun 9-da Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Mekan İşanquliyevə fövqəladə və səlahiyyətli səfir rütbəsi verilməsi barədə sərəncam imzalayıb və dövlət başçısının digər sərəncamı ilə Mekan İşanquliyev Türkmənistanın Azərbaycandakı səfiri təyin edilib.
Müəllif hüquqları işarəsi
Kopirayt işarəsi (ing. Copyright sözündən) və ya müəllif hüquqları işarəsi — əqli mülkiyyətin göstəricisi. Dairəyə alınmış "C" hərfi ilə təsvir olunmuşdur: ©. Bu işarə 1952-ci ildə Cenevrədə YUNESKO tərəfindən qəbul edilmiş Ümumdünya Müəllif Hüquqları Konvensiyası ilə təsis edilmişdir. Bu işarə 1955-ci ildən beynəlxalq hüquqda istifadə olunur. Qərbdə bu, qeydiyyat hesab edilmir, yalnız icazəsiz çoxalmaya qarşı xəbərdarlıq rolunu oynayır.
Naxçıvan qaya işarələri
2016-cı ildə Culfa rayonunun Ərəfsə və Milax kəndləri arasında Ağsal adlanan yerdə qaya işarələri tapıldı. Naxçıvanda ilk dəfə təsbit edilən bu işarələrin bənzərləri, Cənubi Azərbaycanda və Şərqi Anadoluda çox yayğındır. Ağsalda üç qaya işarəsi tapılmışdır. İşarələrin hər biri qayanın üzərində oyulmuşdur. Bu işarələrdən biri dairəvi formadır. Bəzi hissələri bitkilərlə örtülü olduğundan hal-hazırda yaxşı görünmür. Diametri 0,65 metr olan bu işarə genişliyi 10 sm olan oluqdan ibarətdir və qaya səthindən 5 sm dərinlikdə oyulmuşdur. Şimal tərəfdə eni 5 sm olan bir axıtma kanalı vardır. Digər iki işarə daha yaxşı görüntüyə sahibdir. İkinci işarə oval formalıdır.
Nida işarəsi
Nida işarəsi (!) yazı dilində istifadə olunan bir nöqtələmə işarəsidir. Bu işarə adətən yüksək duyğuların, xüsusilə də təəccüb, sevinc, həyəcan, qəzəb və ya təlaşın ifadəsi üçün istifadə olunur. O, həmçinin əmr cümlələrində vurğu yaratmaq üçün də istifadə edilə bilər. == Tarixi və mənşəyi == Nida işarəsinin mənşəyi latın dilinə dayanır. Qədim Romada, "Io" ifadəsi ilə başlayan cümlələrdə yüksək səslə çıxış etmək və ya kütləyə müraciət etmək məqsədi ilə istifadə olunurdu. Zamanla bu "Io" işarəsi "I" hərfinin üstünə "o" hərfi yazılaraq birləşdirildi və nəticədə nida işarəsi meydana gəldi. == İstifadəsi == Nida işarəsi bir çox dildə geniş istifadə edilir. Aşağıdakı hallarda tətbiq oluna bilər: Təəccüb və həyəcan: Nida işarəsi cümlənin sonunda təəccüb, heyrət və ya həyəcan ifadə etmək üçün istifadə olunur. Məsələn, "Bu nə gözəl mənzərədir!" Əmr cümlələri: Əmr cümlələrində vurğunu artırmaq üçün nida işarəsi istifadə olunur. Məsələn, "Dayan!" Çağırışlar və xitablar: Çağırışlar və ya xitab cümlələrində nida işarəsi geniş yayılmışdır.
Nöqtə-vergül işarəsi
Nöqtəli vergül (;) - durğu işarəsi. Mürəkkəb və ya geniş sadə cümlələrin nisbətən müstəqil hissələrini bir-birindən ayırmaq üçün işlədilir. Nöqtəli vergül nöqtə ilə vergül arasında orta mövqe tutan, nöqtədən az, vergüldən çox fasilə tələb edən bir durğu işarəsidir. Sadə cümlənin həmcins üzvləri qrup-qrup sadalandıqda və ya tabesiz mürəkkəb cümlənin tərkib hissələrindən birində vergül olduqda daha geniş fasilə olan tərkib hissələr arasına nöqtəli vergül qoyulur. Nöqtəyə yaxın fasilə olduqda da (həmcins üzvlər olmadan) tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında nöqtəli vergül qoyula bilər.
Nöqtə (durğu işarəsi)
Nöqtə (.) – yazıda nəqli cümlənin bitdiyini göstərmək üçün işlədilən durğu işarəsi. Hər hansı bir fikrin və ya məlumatın bitdiyini göstərərkən, cümlənin sonunda nöqtə işarəsi qoyulur. Nöqtədən sonra tam fasilə edilir. Məsələn: Dünən Azərbaycanda bələdiyyə seçkiləri keçirilib. Adlıq cümlələrin sonunda nöqtə qoyulur ki, bu nümunələrə də əksər hallarda köşə yazılarında rast gəlinir. Məsələn: 1990-cı il. 20 Yanvar. 20 il bundan əvvəlki o gün. Tabesizlik bağlayıcıları müstəqil cümlələri mürəkkəb cümlənin tərkib hissələri kimi birləşdirirsə, özündən əvvəl nöqtə qoyulur. Məsələn: Onlar seçkiləri rəsmən müşahidə etməyiblər.
Rümuzül-işarət
Rümuzül-işarət — Seyid Yəhya Bakuviyə məxsus, digər adı Təvilü və təfsirü-ihdinə-siratəl-müstəqim olan bu əsər nəsrlə yazılmışdır. Bu əsər Şirvanşah I Xəlilullah xanın iştirak etdiyi bir məclisdə, ehtimal ki, onun soruşduğu bir suala Seyid Yəhyanın verdiyi cavabdır və bu ayəinin mənasının açıqlamasını isə o, bir risalə şəklində daha sonra qələmə almışdır. Bu, Seyid Yəhyanın "bir adil şahın hüzurunda soruşulan" ifadəsindən məlum olur. Bu əsərdə Fatihə surəsinin V ayəsi olan "Bizi doğru yola yönəlt" mənasındakı "İhdinəs-siratəl-müstəqim" sözü təfsir və təvil edilərək, işarə, mükaşəfat və muayinə əhlinin qəlb yolundan nəyi hasil etdiyi izah olunur. Bu ayənin ixlas və inancın artmasına vasitə ola bilməsi məsələsinə toxunan müəllif : "Bu izahlar təfsir kitablarına bağlı qalmadan könülə doğan açıqlamalardır." — dedikdən sonra: "O gün belə soruşuldu:"Ənbiya və övliya necə olur ki, özləri də "Bizi doğru yola yönəlt"- diləyində olurlar. Onlar əslində doğru yolda deyillərmi ki, bu doğru yolu istəyirlər" – deyə soruşulan digər bir suala cavab vermişdir. Əsərin Bakı nüsxəsinin adı "Təvil və təfsiri" – İhdinə-siratəl-müstəqim"dir.
Sual işarəsi
Sual işarəsi (?) — Sual cümləsindən sonra qoyulan durğu işarəsi. Bundan əlavə həmcinis üzvlü sual cümlələrində hər üzvü müstəqilləşdirmək, nəzərə çapdırmaq istədikdə onlardan sonra sual və nida işarəsi qoyulur. Məs.: Kimdir müqəssir?! Başqasından sitat verərkən bu sitatda şübhə oyadan, narazılıq doğuran söz və ifadələrdən sonra da sual işarəsi qoyulur. == Tarixi == İşarənin yazılışı latın hərfləri olan q və o (quaestio — cavabı axtarmaq). Əvvəlcə q o üzərində yazılırdı, sonradan indiki , ? salınıb. == Oyunlar == Cəbr şahmat notasiyasında bəzi şahmat durğu işarələri aşağıdakı kimidir: "?" — pis bir hərəkət, "???" — kobud səhv, "?!" — şübhəli hərəkət, "!?" — maraqlı hərəkət. Scrabble-da sual işarəsi boş xananı göstərir.
Taksonların adlandırılmasında istifadə olunan işarələmələr
Taksonların adlandırılmasında istifadə olunan işarələmələr. === ex === ex (latınca) — dan, ilə, birlikdə, əlbir. 1. Botanikada iki müəllifin soyadı ilə bağlı işlənir və onu göstərir ki, taksonun adını ikinci müəllif həqiqətən nəşr etdirib, birinci müəllif isə təklif edib və nəşr etdirməyib; 2. Zoologiya və bakteorologiyada soyadla bağlı işlənir və onu göstərir ki, birinci müəllif taksonun adını nəşr etdirmiş, ikinci müəllif tərəfindən ad təklif olunmuş, amma nəşr etdirilməmişdir. == in == in (lat.) — da, də; iki müəllifin adı ilə əlaqədar işlədilir. Belə ki, ikinci müəllif bütün nəşr və işlərin müəllifi, birinci isə taksonun adının elan edilməsi və ya yararlı olmasına məsul olur. Nümunə: Pimpinella hookeri C.B.Clarke in Hook.f. — o deməkdir ki, Cozef Dalton Hukerin işində taksona verilən adı Çarlz Beron Klark elan etmişdir. == nom. ==
Türmə işarəsi
"#" simvolu, diyez işarəsi (octothorpe) — kompüter klaviaturasında olan bu simvoldan müxtəlif məqsədlər üçün istifadə olunur: UNIX-mühitdə: komanda sətrinin çağırışında (PROMPT) supervizor (ROOT (2)) səlahiyyətinin olmasını göstərir; UNIX-proqramlarının bir çoxunun konfiqurasiya fayllarında, Windows sisteminin konfiqurasiya fayllarının bir hissəsində, bir sıra proqramlaşdırma dillərində (Perl, Python), Unix əməliyyat sisteminin komanda örtüklərində birsətirli şərh işarəsi kimi istifadə olunur; HTML-fayllarda, istinadlarda faylın daxilindəki hər hansı bölümün, hissənin və s. bəlgəsinin adından qabaqda qoyulur; simmetrik olduğundan birenli şriftlərdə (MONOSPACED FONT) psevdoqrafik görüntülərin yaradılması üçün istifadə olunur; C, C++ dillərində kompilyatorun preprosessorunun direktivini göstərir; Pascal dilində simvolların ASCII kodlarını göstərmək üçün istifadə olunur; printf funksiyalar ailəsində qiymətlərin alternativ formada çıxışa verilməsini göstərmək üçün idarəedici ardıcıllığın daxilində istifadə olunur; Basic dilində dəyişənin adından sonra qoyulmuşsa, verilənlər tipinin "ikiqat dəqiqlikli sürüşkən nöqtəli" olmasını göstərir; Visual Basic proqramlaşdırma dilində "tarix" verilənlər tipini göstərmək üçün (məsələn, #2/27/06#). == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Valyuta işarələri
Valyuta işarəsi və ya simvolu — pul vahidi adının qısa işarə olunması. Bu hərf, hərf birləşməsi, heroqlif, heca, xüsusi işarə və ya simvol şəklində göstərilə bilər. Bundan başqa onu təsvir etmək üçün qrafem, qrafik qısaltmalar, abbreviatura (hərf kodu şəklində daxil olmaqla), şərti hərf nişanları və həmçinin onların kombinasiya növlərindən istifadə olunur. Hətta bütöv bir söz valyuta işarəsi kimi istifadə edilə bilər. Həmçinin "Valyuta işarələri (simovlları)" müəyyən Unicode standartı qrafeminin (¤) adıdır, hansı ki bəzən bütöv oxşar simvol qrupu üçün emblem kimi istifadə olunur. "Valyuta simvolları" (ing. Currency Symbols) — 20A0-20CF aralığında yerləşən və bəzi valyutaların yığcam təsvirlərini özündə cəmləşdirən Unicode standartında tipoqrafik işarə qrupunun adı. Bir sıra səbəblərə görə standartın digər qruplarına aid olunan işarələrlə birlikdə onlar "Valyuta Simvolu" kateqoriyasını təşkil edirlər, hansına ki standartın 8-ci versiyasının dərcində 53 qrafem (qədim simvolları saymadan) daxil idi, baxmayaraq ki, əslində dünyada daha çox valyuta simvolu mövcuddur. Valyuta işarələri çox vaxt unikal olmur, eyni simvol bir neçə valyutanı təsvir etmək üçün istifadə olunur. Eyni zamanda, bəzi pul vahidlərinin ümumiyyətlə xüsusi simvol yoxdur və onları göstərmək üçün sadə qısaltmalardan istifadə olunur.
Vurma işarəsi
Vurma işarəsi – Riyazi əməl. Vurma işarəsi (x) – Genetikada çarpazlaşma və evlənməni bildirir. Bu işarə bitkilərdə və heyvanlarda çarpazlaşdırmanı, insanda isə evlənməni, ailə qurmağı, nigahı göstərir. F1 birinci nəsil (övladlar); F2 – ikinci nəsil (nəvələr); F3 – üçüncü nəsil (nəticələr) və i.a. qeyd edilir.
Vurma işarəsi (dəqiqləşdirmə)

Xəncər (işarə)
Tipoqrafik xəncər – † simvolu. "Mətbəə xaçı", "obelisk", "ölü işarə" də adlandırırlar. Bəzən haşiyəni (səhifənin aşağısında xətt altında yazılan mətni, qeydi, izahatı) göstərmək üçün istifadə olunur. Azərbaycan mətbəəçiliyində, praktik olaraq, işlədilmir, "qoşa xaç"dan isə, ümumiyyətlə, istifadə olunmur. Bəzi nəşrlərdə onunla ölüm tarixini göstərirlər, doğum tarixi isə ulduz (*) işarəsi ilə qeyd olunur. Avropa mətbəəçiliyində "xəncər"dən əsasən ikinci haşiyə işarəsi (* ulduzdan sonra), "qoşa xaç"dan isə üçüncü haşiyə işarəsi (* ulduz və † xəncərdən sonra) kimi istifadə olunur. Linqvistikada və bəzən etnoqrafiyada ölmüş dilləri və yox olmuş xalqları göstərmək üçün bu işarədən istifadə olunur. Mötərizədə xəncər (†) isə, demək olar ki, ölmüş dilləri və ya yox olmuş xalqları göstərir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
İşani Senanayake
İşarə
İşarə — Dildə müəyyən mənanın ifadəçisi, göstəricisi, semiotikanın əsas məfhumu. Dilçilikdə işarə olunanla işarə edən arasında kauzal əlaqəni bildirən siqnal və ya əlamət. Məsələn, dərinin sarı rəng olması müəyyən xəstəliyin simptomu ola bilər. Ancaq "sarı" rənglər spektrində konkret bir rəngin adıdır. F. de Sössür dili işarələr sistemi kimi götürür və onun aşağıdakı əlamətlərini müəyyən edir: a) ikitərəflilik. İşarə bir tərəfdən səsi və ya qrafik reallaşan (işarələyən), o biri tərəfdən isə ideyanı, cismin konsepsiyasını bildirir (işarələnən). Məlumdur ki, Ç. Pirs (1839–1914) işarənin güclü tərəfindən çıxış edirdi; işarənin substansiyası, işarələnən və danışan; b) ixtiyarilik. İşarələyənlə işarələnən arasındakı əlaqə şərti olsà da, ixtiyaridir, çünki onlar arasında əlaqənin heç bir motivi yoxdur; c) xəttilik. Mənaca dərk edilən hər bir işarə müəyyən zaman daxilində baş verir. İşarə nəzəriyyəsində üç, bəzən isə dörd aspekt fərqləndirilir: sintaktik aspekt işarələr arasındakı əlaqəni öyrənir (sintaksis), semantik aspekt işarə ilə onun ifadə etdiyi məna arasındakı əlaqəni (semantika), praqmatik aspekt işarə ilə onun spesifik tətbiqi məqam arasındakı əlaqəni (praqmatika) və nəhayət, siqmatik aspekt (işarə ilə xarici aləm arasındakı əlaqəni öyrənir) (siqmatika).
İşarəni Dənizdən Gözləyin (1986)
== Məzmun == Filmin əsasını real faktlar təşkil edir. Burada Azərbaycanda sovet hakimiyyəti qurulması uğrunda aparılan mübarizədən danışılır. Filmdəki qəhrəmanların ümumiləşdirilmiş obrazları arxasında real tarixi şəxsiyyətlər durur. == Film haqqında == Film yazıçı Firudin Ağayevin "İldırım dənizə çaxır" və "İldırım ömrü" romanlarının motivləri əsasında çəkilmişdir. Kino əsəri Azərbaycanın dəniz işləri üzrə ilk xalq komissarı Çingiz İldırıma həsr olunmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: İsmayıl Şıxlı, Firudin Ağayev, Ramiz Rövşən Quruluşçu rejissor: Ceyhun Mirzəyev Quruluşçu operator: Ələsgər Ələkbərov Quruluşçu rəssam: Rafiz İsmayılov Bəstəkar: Arif Məlikov Səs operatoru: Əsəd Əsədov Rejissor: T. Məmmədov Operator: S. İsmayılov Montaj edən: Tamara Nərimanbəyova Geyim rəssamı: Tamilla Dağıstanlı Qrim rəssamı: Elbrus Vahidov Dekor rəssamı: Fikrət Ələkbərov Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev Quraşdırılmış səhnələrin rəssamı: Eduard Abdullayev Rejissor assistenti: Nadir Əzməmmədov, Mirzəbala Məlikov Operator assistenti: R. Fətullayev Məsləhətçi: Məcid Katibli (tarix elmləri namizədi), V. Tolkaçov (kontr-admiral) Çalır: SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Orkestri Dirijor: Arif Məlikov Filmin redaktoru: Əli Qurbanov İnzibatçı: Sahib Quluzadə, M. İsmayılov, Ş. Balakişiyev Filmin direktoru: Aydın İmrani Trüklərin quruluşu: Nizami Musayev Kaskadyor: T. Əliyev, V. Piriyev, V. Nikişev, Ş. Şirəliyev === Rollarda === Fuad Poladov — komandan Əliabbas Qədirov — Sultanov Həsənağa Turabov — baş nazir Fazil Bayramov — Tlexas Fəxrəddin Manafov — Şəfibəyov Gündüz Abbasov — şair Lalə Qiyasbəyli — Leyla Firəngiz Mütəllimova — Sona Muxtar Maniyev — polis rəisi Ələddin Abbasov — qoca Vilnis Bekeris — ingilis Kamil Zöhrabov — Həsən Vladislav Kovalkov — Matveyev Vidadi Həsənov — komandanın yavəri Ramiz Əzizbəyli — Mustafa Tanilə Əhmərova — qadın Nurəddin Mehdixanlı — Kazım bəy Həsən Məmmədov — qoca general Yaşar Nuri — kapitan Sədayə Mustafayeva — komandanın anası Kamran Şahmərdanov — Çingiz Ənvər Həsənov — adyutant Gennadi Yuxtin — həştərxanlı Ramiz Məlikov — balıqçı Vəliəhd Vəliyev — balıqçı Tariyel Qasımov — bolşevik Sadıq Hüseynov — çayçı Mirzə Babayev — müsavatçı Əfrasiyab Məmmədov — müsavatçı Nazir Əliyev — xəbərçi T. Məmmədov Kazım Abdullayev — matros Fikrət Əliyev A. Rüstəmov A. Rüstəmov (II) Gümrah Rəhimov — bolşevik R. Hüseynov Sabir Sultanov — müsavatçı Natiq Səfiyev Valeri Kərimov V. Əliyev A. Xarçenko Rafiq Kərimov Ə. Məmmədov Ağarəfi Rəhimov — küçədəki adam Lətifə Əliyeva — küçədəki qadın Nizami Musayev — dilənçi İdris Rüstəmov — dilənçi Cahangir Aslanoğlu — müsavatçı Ötkəm İsgəndərov — tələbə Ömür Nağıyev — bolşevik Fikrət Məmmədov — zabit (titrlərdə yoxdur) Mayak Kərimov — küçədəki adam (titrlərdə yoxdur) === Filmi səsləndirənlər === Rasim Balayev — komandan (Fuad Poladov) (titrlərdə yoxdur) Sadıq Hüseynov — qoca (Ələddin Abbasov) (titrlərdə yoxdur) Muxtar Avşarov — müsavatçı (Mirzə Babayev) (titrlərdə yoxdur) Rafiq Əzimov — müsavatçı (titrlərdə yoxdur) Hacı İsmayılov — bolşevik (titrlərdə yoxdur) Zərnigar Ağakişiyeva — qadın (Tanilə Əhmərova) (titrlərdə yoxdur) Nəcibə Hüseynova — Sona (Firəngiz Mütəllimova) (titrlərdə yoxdur) Hamlet Xanızadə — şair (Gündüz Abbasov) (titrlərdə yoxdur) Məhluqə Sadıqova — komandanın anası (Sədayə Mustafayeva) (titrlərdə yoxdur) Eldəniz Rəsulov — komandanın yavəri (Vidadi Həsənov) (titrlərdə yoxdur) == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
İşarəni dənizdən gözləyin (film, 1986)

İşaxtaranlar
İşaxtaranlar iş axtarışında olduqları müddətdə öz imkanlarını götür-qoy etməli, nəyə qadir olduqlarını, nəyi bacardıqlarını müəyyən etməklə yanaşı, hansı müəssisədə və hansı vəzifədə işləmək istədiklərini, axtardıqları işdən nə gözlədiklərini (gözəl iş şəraiti, maraqlı insanlarla işləmək və sairə), nə qədər məvacib almaq istədiklərini müəyyənləşdirməli, özünün yaxşı və pis keyfiyyətlərini bilməklə yanaşı vəzifə seçimi etməlidirlər. Vakansiya-iş axtaranlara iş tapmaq, işə götürənlərə işçi tapmaq imkanı verən ictimai sistemlərdir. Bir çox işaxtaranlar əmək bazarının mövcud vəziyyəti ilə tanış olmur və ya olmaq istəmir, hansı iş axtardığını, necə işdə işləmək istədiyini dəqiqləşdirmir, iş barədə tələbini soruşduqda qeyri-müəyyən cavab verirlər. İş axtarışına bu cür yanaşma mövcud əmək bazarında olan real vəziyyətdən xəbərdar olmamaqdan irəli gəlir. == Azərbaycanda kimlər rəsmi olaraq işaxtaran hesab olunurlar? == 15 yaşına çatmış hər bir vətəndaş yaşadığı ərazi üzrə şəhər, rayon Məşğulluq mərkəzlərinə, şəxsiyyətini təsdiq edən sənədi, əmək kitabçasını (yaxud onu əvəz edən sənədi), peşə və ixtisası varsa onları təsdiq edən sənədi şəxsən təqdim etməklə işaxtaran kimi qeydiyyata alına bilərlər. Pensiyaçılar, məşğul vətəndaşlar, ilk dəfə işaxtaranlar əmək kitabçasını təqdim etməyə bilərlər. == İşaxtaranın özü haqqında məlumatı == Peşəkar xülasəni faksla, poçtla, email vasitəsilə də işəgötürənə göndərmək, mətbuatda internet səhifələrində də vermək olar. Bunu oxuyan işəgötürən işaxtaranı işə qəbul etmək məqsədilə söhbətə dəvət edə bilər. Xülasə, CV tərtib edilərkən yığcamlığı, konkretliyə, səliqəli yazılışa diqqət etmək lazımdır.
İşarələmə dili
Nişanlama dili — mətn sənədinin strukturunu, formatını və ya hissələri arasındakı əlaqəni idarə etmək üçün mətn sənədinə daxil edilmiş simvollar toplusundan ibarət mətn kodlaşdırma sistemi. Nişanlama dili mətndə kursivləri, altçizgiləri, abzasları, bölüm başlıqlarını göstərmək imkanlarına malik hər hansı dilə deyilir. Nişanlama tez-tez sənədin görünüşünü idarə etmək və ya avtomatlaşdırılmış emalı asanlaşdırmaq üçün məzmununu zənginləşdirmək məqsədilə istifadə olunur. Nişanlama dili sənədə hansı nişanlama məlumatının daxil edilə biləcəyini və insanların və kompüter proqramlarının istifadəsini asanlaşdırmaq üçün onun sənədin məzmunu ilə necə birləşdirildiyini tənzimləyən qaydalar toplusudur. İdeya və terminologiya ənənəvi olaraq müəlliflərin əlyazmaları üzərində qırmızı qələm və ya mavi karandaşla yazılan kağız əlyazmaların nişanlanmasından inkişaf etmişdir. Tipoqrafiya və təqdimata diqqət yetirən köhnə nişanlama dillərinə Troff, TeX və LaTeX daxildir. Scribe və XML kimi ən müasir nişanlama dilləri sənəd komponentlərini (başlıqlar, paraqraflar və cədvəllər) müəyyən edir, məsələn, üslublar cədvəli kimi texnologiya formatlaşdırma və ya digər prosesləri tətbiq etmək üçün istifadə olunacaq. Geniş istifadə olunan HTML kimi bəzi nişanlama dilləri əvvəlcədən müəyyən edilmiş təqdimat semantikasına malikdir, yəni onların spesifikasiyası strukturlaşdırılmış məlumatların konkret mediada təqdim edilməsinin bəzi aspektlərini təyin edir. HTML, DocBook, Open eBook, JATS və bir çox başqaları kimi SGML və XML nişanlama meta-dillərinə əsaslanır. Yəni, SGML və XML dizaynerlərə hansı elementlərin, atributların və digər xüsusiyyətlərin icazə verildiyini və harada olduğunu müəyyən edən xüsusi sxemləri müəyyən etməyə imkan verir.
İsa
İsa (ən tezi e.ə. 6 və ən geci e.ə. 4, Beytləhm, Roma imperiyası – 7 aprel 30 və ya 3 aprel 33) — İsa Məsih, Nazaretli İsa və bir çox başqa adlarla tanınan, birinci əsrdə yaşamış yəhudi peyğəmbər və dini lider. O, dünyanın ən geniş yayılmış dini olan Xristianlığın əsas simasıdır. Əksər xristianlar İsanın Tanrının Oğlu və Əhdi-Ətiqə əsasən zühur etməsi gözlənilən peyğəmbər Məsih olduğuna inanırlar. Antik dövrlə məşğul olan bütün müasir elm adamları İsanın tarixən mövcud olması ilə razılaşır. İsanın həyatı haqqında məlumatlar İncillərdə, xüsusən də Əhdi-Cədiddəki dörd kanonik İncildə öz əksini tapır. Akademik araşdırmalar İncillərin tarixi etibarlılığına və onların İsanı tarixi bir şəxsiyyət olaraq nə dərəcədə düzgün əks etdirməsinə dair müxtəlif fikirlər ortaya qoyub. Səkkiz günlük ikən sünnət edilən və yetkinlik yaşına çatanda Vəftizçi Yəhya tərəfindən vəftiz olunan İsa 40 gün, 40 gecə səhrada oruc tutduqdan sonra öz xidmətinə başladı. Səyyah müəllim olduğu üçün onu adətən “ravvin” adlandırırdılar.
Həzrət İsa

Madinat-İsa
Madinat-İsa (ərəb. مدينة عيسى‎) — Manamadan cənub-qərbdə yerləşən, Bəhreyn krallığının Mərkəzi müzəfazasında yerləşən şəhərdir. Şəhərin əsası 1963-cü ildə qoyulmuşdur. 2010-cu il məlumatlarına əsasən şəhərin əhalisi 40000 nəfərdən azdır. == Etimologiya == Şəhər İsa ibn Salman Al-xəlifənin adı ilə adlandırılmışdır. Xəlifə 1961-ci ildən 1999-cu ilə qədər Bəhreynin kralı olmuşdur. == Tarixi == Madinat-İsa dövlət maliyyələşdirilməsi nəticəsində yaranmışdır və əsas plana əsasən tikilmişdir. Gələcəkdəki layihələrin daha çox ambisiyası üçün bu layihə nümunə oldu. Buna Həməd şəhərinin və Faşt-əl-Adxam şəhərlərinin layihəsini misal göstərmək olar. Şəhərin əsası 16 dekabr 1963-cü ildə qoyulmuşdur.
Aşa
Əşə (tatar. Әшә, Əşə, başq. Әшә, Əşə, rus.
Mişa
Mişa — ad. Mişa Büluri — Almaniya azərbaycanlılarından olan sənətçi, rəssam və şair. Mişa Blek — yəhudi-ingilis dizayner və arxitektor. Mişa Kross — Polşa pornoaktrisası. Mişa Kollins — Amerikalı aktyor.
Ksavye Bişa
Mari Fransua Ksavye Bişa (fr. Marie François Xavier Bichat; 14.11.1771, Tuarett – 22.7.1802, Paris) — fransız həkimi, anatomu, fizioloqu; patoloji anatomiya və histologiyanın banilərindən biri. == Fəaliyyəti == Tibb elmini Lionda və Parisdə öyrənmişdir. 1800-cü il dən Parisin “Hotel-Dieu” xəstəxanasında işləmişdir. İnsan bədəninin toxu maları haqqında ümumi anatomiya adlanan təlimi yaratmış və buna görə də fizioloji təbabətin banisi sayılır. Toxumaları həyatın əsas struktur və fizioloji vahidləri – bütün həyati (o cümlədən xəstələnmə) proseslərin daşıyıcıları hesab edirdi. Tibb elminə “toxuma” və “sistem” terminlərini daxil etmişdir. Dərkedilməz və canlını cansızdan fərqləndirən “həyat gücü”nün mövcudluğunu qəbul etmişdir.
Ləşt nişa
Ləşti-Nişa — İranın Gilan ostanında yerləşən şəhər. Ləşti-Nişanın əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Ləşti-Nişa
Ləşti-Nişa — İranın Gilan ostanında yerləşən şəhər. Ləşti-Nişanın əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Meoto İva
Meoto İva (夫婦岩) və ya Evli qayalar – Yaponiyanın Mie prefekturasının Futami sahillərində yerləşən iki qaya parçası. Bu qayalar şimenava adlandırılan qalın iplərlə bir-birinə birləşdirilib. İplərin çəkisi ən azı bir tondur və ildə müxtəlif dini ainlər zamanı dəyişdirilir. Qayalar Futami Okitama məbədinin rahibləri tərəfindən müqəddəs hesab edilir. Şintoizmə görə kaminin yaradıcılarının evliliyini – İzanami və İzanaqini simvolizə edir. Buna görə də qayalar həm də evliliyin simvoludur. Kişini simvolizə etdiyi düşünülən daha böyük qayanın başında torii var. Qayalara tamaşa etmək üçün ən yaxşı fürsət yayda sübh çağıdır. Bu zaman günəşin qayaların arasında doğuşunu izləmək olar. Bir az uzaqlıqda Fuci dağını görmək olar.
Mişa Blek
Mişa Blek - yəhudi-ingilis dizayner və arxitektor. == Həyatı == Mişa Blek 1910-cu ildə Bakıda yəhudi mülkədar ailəsində anadan olub. 1912-ci ildə ailəsi ilə İngiltərəyə köçüb. Təhsilinin az olmasına baxmayaraq innovativliyi ilə seçilən 1930-cu illərdə məşhurlaşmağa başlayıb. 1933-cü ildə Beynəlxalq Sənətkarlar Assosiasiyasını quran Mişa, həm də 1943-cü ildə Design Research Unit adlı bir şirkət qurdu. 1959-1979-cu illər arası Kraliyyət Sənət Kollecində professor olmuşdur. 1959-1961-ci illər arası Beynəlxalq Sənaye Dizaynı Birlikləri Assosiasiyasının prezidentliyini etmişdir. 1972-ci ildə cəngavər elan olunmuşdur. == Fəaliyyəti == Mişa Blek Vestminster küçə nişanlarının dizaynı ilə məşhurdur. Həmçinin 1958-ci il və 1961-ci illərdəki Britiş Reyl şirkəti üçün hazırladığı qatar dizaynları hələ də istifadə olunur.
Mişa Büluri
Mişa Büluri (alm. Misha Bolourie‎; 1948, Təbriz) — Almaniya azərbaycanlılarından olan sənətçi, rəssam və şair. Mişa Büluri Təbrizdə anadan olub. 1964-cü ildən 1966-cı ilə qədər Təbriz İncəsənət Məktəbində və sonra Tehran İncəsənət Akademiyasında təhsil alıb. 1979-cu il İran İslam İnqilabından sonra Almaniyaya mühacirət edib.
Mişa Kollins
Mişa Kollins (20 avqust 1974, Boston, Massaçusets) — Amerikalı aktyor. == Həyatı == 2002-ci ildə hələ litseydə oxuyarkən sevdiyi qız yazıçı Viltoriya Vantok ilə evlənib və hazırda 2 uşağı var. Bu gündə davam etməkdə olan Fövqəltəbii serialında Kastiel rolunu canlandırır. Serialdakı tərəf müqavilləri olan Censen Ekls və Cared Padaleki ilə yaxın dostdur.
Mişa Kross
Mişa Kross (ing. Misha Cross; 27 noyabr 1989, Varşava) — Polşa pornoaktrisası.
Mişa Titiyev
Mişa Titiyev (ing. Mischa Titiev; 1901, Kremençuk, Poltava quberniyası[d] – 1978) – rus əsilli ABŞ antropoloqu. Kremençuq şəhərində doğulmuş, 1907-ci ildə ailəsi ilə birlikdə ABŞ-nin Boston şəhərinə köçmüşdür. == Karyerası == Titiyev Harvard Universitetində təhsili alaraq 1923-cü ildə bakalavr dərəcəsi, 1924-cü ildə ingilis ədəbiyyatı üzrə magistr dərəcəsi, 1935-ci ildə antropologiya üzrə fəlsəfə doktoru dərəcəsi almışdır. O, 1935-36-cı illərdə ABŞ Milli Park Xidməti üçün köməkçi muzey kuratoru və gənc arxeoloq olaraq işləmişdir. 1936-cı ildə Miçiqan Universitetində işləməyə başlamış, 1951-ci ildə universitetin professoru olmuşdur. İkinci dünya müharibəsi zamanı Strateji Servis Ofisi üçün işləmişdir. 1954-cü ildə Fulbrayt təqaüdü əsasında Avstraliya Milli Universitetinin professoru olmuşdur. Təhsil sahəsindən təqaüdə çıxdıqdan sonra Miçiqan Universitetinin emerit professoru adına layiq görülmüşdür. == Araşdırmaları == Titiyevin əsas akademik maraqları hopilərin etnologiyası, Yaponiya və Peruda yaşayan yaponların sosial təşkilatlanması, Çilidə yaşayan araukanların etnologiyası olmuşdur.
Nəşriyyat işi
Nəşriyyat işi – Klassik nəşriyyat fəaliyyətlərinə aşağıdakılar daxildir: əlyazma və müəlliflərin axtarışı, müəllif hüquqları əldə etmək, əlyazma çap üçün hazırlanması (redaktə, oxu, formatlaşdırma), çap (və onun elektron ekvivalentləri) və marketinq paylanması. Praktikada nəşriyyat fəaliyyəti yalnız müəllif və mətbəə arasındakı vasitəçilikdən ibarət ola bilər. Qısacası nəşr edən, düzəldən == Tarixi == Bugünkü nəşriyyatların prototipləri kitabxanalarda və monastırlarda mövcud olmuş qədim və orta əsrlərə aid skriptiyalar idi. Artıq qədim Romada (e.ə. I əsrdə) əlyazma kitabələrin kiçik tirajlarını satışa hazırlayan skripttoriyaların mövcud olduğuna dair sübutlar var. Bunlar (eyni vaxtda 30 nüsxəyə qədər) oxucunun diksiyası altında qul katiblər tərəfindən hazırlanmışdır. Orta əsr Avropasında, digər sənətkarlıqların nümayəndələri kimi peşəkar gildiyalarda yaradılan əlyazma kitablarının naşirləri. İohan Quttenberq tərəfindən XV əsrin ortalarında çap ixtirası nəşriyyatın sürətli böyüməsinə səbəb oldu. XV əsrin sonlarında Avropanın bir çox şəhərində nəşriyyatlar — mətbəələr meydana çıxdı, nəinki kitablar (baş səhifədə və ya kolofonda özləri haqqında məlumatlar var), həm də reklam broşürları, məhsullarının kataloqu nəşr olundu. XV–XVI əsrlərdə kitab ticarətinin inkişafı ilə öz kataloqlarını istehsal edən kitab yarmarkaları meydana çıxdı.
Pambıq işi
Pambıq işi (rus. хлопковое дело, özb. paxta ishi) və ya özbək işi (rus. узбекское дело, özb. o'zbek ishi) — Şərəf Rəşidovun rəhbərliyi altında olan Özbəkistan SSR-də və həmçinin SSRİ-n başqa yerlərində 70-ci illərin axırında və 80-ci illərində araşdırılan korrupsiya və iqtisadi sui-istifadələr ilə bağlı bir sıra cinayət işləri. == Arxa plan == Leonid Brejnevin SSRİ-n Baş Katibi olduğu dövründə korrupsiya adi hal idi. Amma, hətta o dövrün standartlarına görə, Özbək SSR-dəki korrupsiyanın səviyyəsi çox yüksək dərəcəyə çatmışdı. XX əsrin ortasında Mərkəzi Asiya Respublikaları və özəlliklə Özbəkistan, əsas hissəsi RSFSR-in Avropa hissəsində yerləşən SSRİ-n yüngül sənayəsi üçün xammal olan pambıq isehsalın mərkəzinə çevirmiş. 70-ci illərin əvvəlində artıq Özbəkistanın bütün əkilə bilən torpaqları pambıqçılıq üçün işlənilirdi. Mərkəzi Asiyada artıq yığılan pambığın miqyasını artmaq mümkünsüz idi, amma eyni zamanda, SSRİ-n dövlət planı (pambığın idxalının qarşısını almaq üçün) hər beşillik Özbəkistan və başqa Mərkəzi Asiya Respublikalarının pambıqçılığı üçün artıq onsuz da qeyri-realistik hədəfləri şişirdirdi.
Selikli qişa
Selikli qişa (lat. tunica mucosa) — yumşaq, nəm, bir çox nahiyələrdə büküşlü membran olub, çəhrayı və tünd qırmızı rəngdə olur, artıq dərəcədə genəlmə qabiliyyətinə malikdir. Əsasını lifli birləşdirici toxumadan əmələ gəlmiş xüsusi səfhə - lat. lamina propria mucosae təşkil edir; boşluğa baxan səthi müxtəlif şəkilli (yastı və silindrəbənzər) epitel ilə örtülüdür. Çoxqatlı yastı epitel ilə örtülü olan nahiyələrdə lifli birləşdirici toxumadan məməciklər - lat. papillae əmələ gəlir. Selikli qişanın bəzi nahiyələrində saya əzələ liflərindən təşkil olunmuş əzələ səfhəsində - lat. laminamuscularis mucosae təsadüf olunur. Selikli qişa həzm və tənəffüs aparatında ağız boşluğunu, ağız vəzilərinin axacaqlarını, əsnəyi, udlağı, eşitmə borularını və onun əlavə boşluqlarını (ciblərini), göz yaşı-burun axacaqlarını, qırtlağı, nəfəs borusunu, bronxları, qida borusunu, mədəni, bağırsaqları, ödlüyü, öd axacaqlarını və pankreas axacağını örtür. Sidik-cinsiyyət aparatında isə bu qişa sidik üzvlərindən böyrək ləyənini, sidik axarlarını, sidikliyi və sidik kanalını, kişi cinsiyyət üzvlərindən - xaya artımları axacaqlarını, toxum kisəciklərini və qadın cinsiyyət üzvlərindən - uşaqlıq borularını, uşaqlığı və uşaqlıq yolunu örtür.
Seroz qişa
Seroz qişa – lat. tunica serosa və ya xarici birləşdirici toxuma qişası – lat. tunica adventitio həzm kanalının ən xarici qişasını təşkil edir. Bu qişa əzələ qişası ilə nazik, kövşək birləşdirici toxuma təbəqəsi – serozaltı toxuma – lat. tela subserosa vasitəsilə rabitədədir. seroz qişa həzm kanalının bəzi hissələrini məsələn: mədəni, bağırsaqları xaricdən örtmüşdür. Bu çox nazik, şəffaf, hamar və seroz maye ifraz edən bir qişadır; qarın boşluğuna baxan səthi bir qatlı yastı mezodermal epitel (mezotel) ilə örtülüdür. Bu qişanın əsasını lifli birləşdirici toxuma səfhəsi təşkil edir; bu səfhə az, ya çox miqdarda elastik liflərə malik sərt birləşdirici toxumadan təşkil olunmuşdur. Seroz qişa üzvləri örtdüyü kimi, bəzi boşluqların divarlarını əhatə edir, ona görə iki səfhəyə bölünür: 1) visseral səfhə – lat. lamina visceralis üzvləri örtən səfhə və 2) parietal səfhə – lat.
Tosa-ina
Tosa-ina, tosa-ken, Yapon mastifi — Molosslara daxil olan və Yaponiyada təbii şəkildə formalaşan it cinsi. XIX əsrin sonları Tosa knyazlığında it döyüşləri üçün istifadə edilirdi. == Tarixi == Tosa-ina it cinsi Meyci dövründə xüsusi ilə it döyüşləri üçün yetişdirilmişdir. Yerli it cinslərinin Avropadan gətirilən Buldoq, Mastif, Bulterer, Alman poynteri, Alman doqu və Senbernarlar ilə seleksiya edilməsi nəticəsində indiki Koçi prefekturası ərazisində yeni cinslər yetişdirilirdi. Bu cinslər döyüşlərdə rəqiblərini dişləri ilə deyil cüssələri ilə məğlub edirdilər. === İt döyüşü === Sumo döyüşlərini xatırladır. Burada itlər bir-birini dişləmir. Hədəf sadəcə rəqibi küncə sıxmaqdır. Digər iti dişləyənlər, hürənlər yarışdan çıxarılır. Qalib gələn it xüsusi qidaya sahiblənir.
Tuxaçevski işi
Tuxaçevski işi və ya "antisovet trotskiçi hərbi təşkilatı" işi — marşal Mixail Tuxaçevskinin başçılıq etdiyi bir qrup yüksək səviyyəli SSRİ hərbi liderlərinin hakimiyyəti ələ keçirmək üçün hərbi çevriliş təşkil etməkdə ittiham edilməsi ilə bağlı iş. Bu hadisə Qızıl Orduda kütləvi repressiyaların başlanğıcı idi. Bir sıra SSRİ, Rusiya və xarici tədqiqatçılar ittihamı uydurma hesab edirlər. 11 iyun 1937-ci ildə iş üzrə SSRİ Ali Məhkəməsinin Xüsusi Məhkəmə iclasının qapalı iclası keçirilmişdir. Bütün müttəhimlər təqsirli bilinmiş, hökmdən dərhal sonra güllələnmişdir. 1957-ci ildə bütün təqsirləndirilənlər cinayət tərkibinin olmaması səbəbindən ölümündən sonra reabilitasiya edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Викторов Б. А. Без грифа «Секретно»: Записки военного прокурора. Возвращение к правде (200000 nüs.). М.: Юридическая литература. 1990.
Tərtər işi
Tərtər işi — Azərbaycan Silahlı Qüvvələrinə mənsub olan şəxsi heyətin bir hissəsinin (mülki, əsgər, çavuş, gizir və zabit heyəti) və mülki vətəndaşların Ermənistan Milli Təhlükəsizlik Xidməti ilə mümkün əlaqəsi və bu mümkün əlaqələr nəticəsində Azərbaycanın əleyhinə olaraq Ermənistanın maraqlarını təmin etmək məqsədilə casusluq fəaliyyəti və bu mümkün fəaliyyətin Azərbaycanın dövlət orqanları tərəfindən ifşa olunmasından sonra mümkün təqsirkarların 2017-ci ilin aprel-iyun aylarında Azərbaycanın hüquq mühafizə orqanları əməkdaşları və hərbi qulluqçuları tərəfindən qeyri-insani fiziki və mənəvi işgəncələrə məruz qoyularaq ifadələrinin alınması, bu proses zamanı onların öldürülməsi, əlil edilməsi, mümkün təqsirkarları müxtəlif üsullarla məcbur edərək onların etirafedici ifadələrə imza atdırılması və s. kimi qeyri-qanuni əməlləri özündə ehtiva edən və yekunda keçirilən məhkəmə proseslərinin cəmləşdirilmiş adı. Məhkəmənin hökmünə əsasən, Ermənistan MTX-sı ilə mümkün əlaqələrə görə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham olunan 22 nəfər barəsində 5 ildən 20 ilə qədər müddətə azadlıqdan məhrum etmə cəzaları çıxarıldı. Hökm, 1-ci mərhələdə 11 nəfər, 2-ci mərhələdə 7 nəfər, 3-cü mərhələdə 4 nəfər olmaqla 3-lü mərhələ şəklində çıxarıldı. İstintaq prosesinin qeyri-rəsmi olaraq “Tərtər işi” kimi adlandırılmasının səbəbi, kütləvi işgəncələrin Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən istismara yararsız və istifadə edilməyən 1-ci Ordu Korpusunun tebeliyində olan hərbi hissənin keçmiş Qərargahında baş verməsi (həmçinin, işgəncələrin çox kiçik bir hissəsi Mingəçevir şəhərində yerləşən 3-cü Ordu Korpusuna tabe olan hərbi hissədə baş verib), istintaqın Tərtər Rayon Hərbi Prokurorluğunda aparılması, hökmün Gəncə və Tərtər Hərbi Məhkəmələrində çıxarılması və mümkün casusluq faktlarının Ağdam və Tərtər rayonlarının təmas xətti boyunca yerləşən mövqelərində baş verməsidir. Əslində isə rəsmi olaraq istintaq prosesinin heç bir xüsusi adı mövcud deyil. == Tarixi == 2017-ci ilin may ayında Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə bəyanat verərək, hərbçilərin Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluq ittihamı ilə tutulduğunu bildirdilər. Daha sonra 2019-cu ildə tədricən daha geniş ictimaiyyət, rəsmi və qeyri-rəsmi olaraq casusluqda şübhəli bilinən hərbçilərə qarşı işlərin detallarını, xüsusən də 2017-ci ilin may və iyun aylarında edilən kütləvi işgəncələri açıqlamağa başladı. Hüquq müdafiəçisi Oktay Güləliyevin dediyinə görə, kütləvi həbslərin ilk aylarında nə ictimaiyyət, nə də hüquq müdafiəçiləri baş verənlər barədə heç nə bilmədilər. Azərbaycan hüquq müdafiəçilərinin bildirdiyinə görə, Azərbaycan Silahlı Qüvvələrinin 100-dən çox əsgər və zabitinə işgəncə verilmiş, 25 nəfər uzun müddətli həbs cəzası almış və 12 nəfər işgəncədən ölmüşdür.
XYZ işi
XYZ işi (eng.XYZ Affair) - 1797-1798-ci illər, Con Adamsın prezidentliyinin ilk dövrlərində ABŞ və Fransa Respublikası arasında elan edilməmiş Kvazi Müharibəyə səbəb olan siyasi və diplomatik hadisədir. Bu iş öz adını ABŞ-nin dövlət sənədlərində fransız diplomatları Hottinguer, Bellamy və Hauteval-ın müvafiq olaraq X, Y, Z adlandırılmasından götürüb. 1797-ci ilin iyulunda Amerika diplomatik heyəti müharibə təhlükəsini danışıqlar yolu ilə həll etmək məqsədilə Fransaya göndərilir. ABŞ diplomatları Çarlz Koutsuort Pinkni, Con Marşal və Elbric Cerriyə qeyri-rəsmi yolla Fransanın Xarici İşlər Naziri Taleyranın agentləri tərəfindən danışıqlara başlamazdan əvvəl rüşvət ödəməli olduqları barədə xəbərdarlıq edilir. Baxmayaraq ki, belə tələblər həmin dövr Avropa diplomatiyası üçün yad deyildi, amerikalılar razı olmayaraq Fransanı tərk edirlər. Elbric Cerri müharibədən yayınmaq üçün bütün vasitələri sınamaq istədiyinə görə komissiyanın iki üzvündən sonra bir neçə ay da Fransada qalır. Lakin onun Taleyranla danışıqları heç bir səmərə vermir. Danışıqların belə uğursuzluqla nəticələnməsi ABŞ-də diplomatik burulğan yaradır. Bu hadisə elan edilməmiş Kvazi Müharibəyə (1798-1800) gətirib çıxarır. == Tarixi şərait == 1789-cu il böyük Fransa İnqilabından sonra Corc Vaşinqtonun rəhbərlik etdiyi ABŞ hökuməti ilə yeni yaranmış Fransa Respublikası arasında münasibətlər mürəkkəbləşir.
ISA
ISA (Industry Standart Architecture) <ay-sa> – IBM PC/XT kompüterlərinin genişləndirmə yuvalarına kart taxmaqla sistemə müxtəlif qurğular artırmağa imkan verən şinin qeyri-rəsmi adı. İlkin olaraq 8-bitlik verilənlər kanalına malik olan ISA standartı 1984-cü ildə genişləndirilərək (IBM’in PC/AT modelində) 16-bitlik verilənlər kanalına çevrildi. Adətən, ISA genişləndirmə yuvalarının (8-bitlik və 16-bitlik) özlərinə aid edilir. 16-bitlik yuva faktiki olaraq bir-birinə qarşı quraşdırılmış iki ayrıca genişləndirmə yuvasından ibarət olur, deməli, bir 16-bitlik kart iki yuvaya taxılır. 8-bitlik genişləndirmə kartı 16-bitlik yuvaya taxıla və istifadə edilə bilər, 16-bitlik kartı isə 8-bitlik yuvaya qoymaq olmaz. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
İsa Cəfərov
İsa Cəfərov (tam adı: Cəfərov İsa Ağa oğlu; d. 21 oktyabr 1949) — kimya üzrə fəlsəfə doktoru, ADPU-nun Kimya fakültəsinin “Üzvi kimya və kimya texnologiyası” kafedrasının müəllimi. == Qısa bioqrafik məlumat == 1949-cu il oktyabrın 22-də Ermənistan Respublikası Qafan rayonunun Kurud kəndində anadan olub. 1967-ci ildə Qafan rayonu Gığı kənd orta məktəbini “Gümüş medalla” bitirib. Evlidir. Bir qızı, iki oğlu var. == Təhsili == 1971-ci ildə ADPU-nun kimya fakültəsini “fərqlənmə diplomu” ilə bitirib. 2012-ci ildə 02.00.03 – Üzvi kimya ixtisası üzrə dissertasiya müdafiə edərək kimya üzrə fəlsəfə doktoru elmi dərəсəsini alıb. == Əmək fəaliyyəti == 1971-1983-cü illərdə Naxçıvan MR Culfa rayonunda orta məktəbdə müəllim 1984-1989-cu illərdə ADPU-nun “Üzvi kimya və kimya texnologiyası” kafedrasında laborant. 1989-2009-cu illərdə ADPU-nun “Yeni bioloji aktiv birləşmələr” ETL-də böyük elmi işçi 2009-cu ildən hal-hazıra qədər ADPU-nun “Üzvi kimya və kimya texnologiyası” kafedrasında müəllim == Apardığı dərslər == Üzvi kimya Üzvi sintez Müasir təlim texnologiyaları Aşqarlar kimyası Neft kimyası və neft kimyəvi sintez.
İsa Hümmətov
İsa Rüstəm oğlu Hümmətov (21 mart 1931, Bayburt – 11 noyabr 1990, Bakı) — Azərbaycan nasiri, 1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1958), Əmək veteranı (1988). == Həyatı == İsa Hümmətov 1931-ci il martın 21-də Qərbi Azərbaycanın Vedi rayonunun Bayburt kəndində anadan olmuşdur. Burada ibtidai məktəbi bitirib İrəvanda pedaqoji texnikumda, sonra isə APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1949-1954). Əmək fəaliyyətinə "Azərbaycan müəllimi" qəzeti redaksiyasında başlamışdır. Əvvəlcə müxbir, sonra şöbə müdiri işləmişdir (1954-1960). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində redaktor, "Abşeron" qəzeti redaksiyasında məsul katib, "Maarif" nəşriyyatında və Azərnəşrdə redaktor (1961-1978), "Yazıçı" nəşriyyatında böyük redaktor işləmişdir (1978-1990). "Moruqlu budaq" adlı ilk hekayəsi 1958-ci ildə "Azərbaycan pioneri" qəzetində çap olunmuşdur. Azərbaycan Jurnalistlər Birliyinin nəşriyyat üzrə ilk təşkilat katibi olmuşdur. "Beşilliyin qalibi" diplomu və döş nişanı ilə təltif edilmişdır. 1990-cı il noyabrın 11-də Bakıda vəfat etmişdir.
İsa Hüseynov
İsa Muğanna (tam adı: İsa Mustafa oğlu Hüseynov; 12 iyun 1928, Muğanlı, Qazax qəzası – 1 aprel 2014, Bakı) — Azərbaycanlı yazıçı, ssenarist və kinoredaktor, Azərbaycan SSR xalq yazıçısı (1988), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1976). == Həyatı == İsa Hüseynov (İsa Muğanna) 1928-ci ildə Qazax qəzasının Muğanlı kəndində dünyaya gəlib. Atası Mustafa məktəb müəllimi olub. Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da (1945) 4 ay sonra kəndə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. 1952-ci ildə Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Azərnəşrdə Ədəbiyyat şöbəsinin redaktoru (1952–1954), "Literaturnıy Azerbaydjan" qəzetində nəsr şöbəsinin müdiri (1960–1964), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor (1964–1968), redaktor (1968–1974), Ssenari şurası üzvü (1974–1979), Azərbaycan SSR Dövlət Kinemotoqrafiya Komitəsində baş redaktor (1979) vəzifələrində çalışıb. == Yaradıcılığı == 1948-ci ildən ədəbi fəaliyyətə başlamış İsa Muğannanın "Anadil oxuyan yerdə" yazısı ilk dəfə 1949-cu ildə "İnqilab və Mədəniyyət" qəzetində çap edilib. 1950-ci illərdən etibarən kitabları nəşr olunub. Ssenariləri əsasında ("26 Bakı Komissarı", "Nəsimi", "Ulduzlar sönmür" , "Tütək səsi" , "Nizami" və s.) filmlər çəkilmiş, əsərləri xarici dillərə tərcümə olunmuşdur.
İsa Həbibbəyli
İsa Həbibbəyli (16 oktyabr 1949, Danzik, Noraşen rayonu) — Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti (2022), filologiya elmləri doktoru (1996), professor (1997), Azərbaycan Respublikasının əməkdar elm xadimi (1999), AMEA-nın həqiqi üzvü (2003). == Həyatı == İsa Həbibbəyli 16 oktyabr 1949-cu ildə Naxçıvan MSSR-in Şərur rayonunun Danzik kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutu Naxçıvan filialının dil-ədəbiyyat fakültəsini Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir (1971). Filologiya elmləri doktoru, professordur. Atatürk Kültür, Dil və Tarix Qurumunun müxbir üzvüdür. Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Əməkdar elm xadimidir. 1971-ci ildən Şərur rayonunda Danzik kənd orta məktəbində müəllim işləmişdir. 1975-ci ildən Naxçıvan Dövlət Universitetində müəllim, dosent, elmi işlər üzrə prorektor (1991–1996), Tələbə Elmi Cəmiyyətinin sədri (1968–1971, 1975–1990), 1996-cı ildən 2013-cü ilə qədər isə Naxçıvan Dövlət Universitetinin rektoru vəzifələrində çalışmışdır. 2013-cü ilin aprel ayından 2019-cu ilin oktyabr ayına qədər Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, 2019–2020-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, 2020–2022-ci illərdə yenidən vitse-prezidenti seçilmişdir.
İsa Kapayev
İsa Kapayev (noğayca: Иса Суюн улы Капаев; 16 iyun 1949, Erkin-Yurt) — noğay yazıçısı, şairi, publisisti, tərcüməçisi, folklorçusu, Qaraçay-Çərkəz Respublikasının xalq yazıçısı, Rusiya Federasiyasının Əməkdar mədəniyyət xadimi == Həyatı == İsa Suyun oğlu Kapayev 16 iyun 1949-cu ildə Qaraçay-Çərkəz Respublikasının Adıge- Xabl (Noğay) rayonunun Erkin Yurd (indiki Erkin Xalq) aulunda məşhur şair Suyun Kapayevin ailəsində dünyaya göz açmışdır. Orta təhsilini tamamladıqdan sonra Rostov Mühəndis-İnşaat İnstitutunda təhsil almışdır. 1975-ci ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirmişdir. Bir müddət "Lenin yolu" qəzetində jurnalist kimi çalışmışdır. İsa Kapayev 1978-ci ildə N.Ostrovski adına Ümumittifaq ədəbi müsabiqəsinin qaliblərindən biri olmuşdur, 1998-ci ildə o, U.Əliyev adına Beynəlxalq mükafata layiq görülmüş, 2008-ci ildə isə Qaraçay-Çərkəz Respublikası Prezdentinin mükafatçısı olmuşdur. Yazıçının "Ölümsüz ölüm" (Stavropol, 2004) tarixi essesi Rusiya və Qazaxıstanda bir neçə dəfə işıq üzü görmüş, kitabın Qazaxıstan nəşri "Ölümsüz səhra" (Astana: 2008) adı altında oxuculara catdırılmışdır. 1991–1996-cı illərdə İsa Kapayev rusca dərc olunan "Qıpçaq ayı" ("Половецкая луна") adlı noğay ədəbi-publisistik dərgisinin baş redaktoru kimi fəaliyyət göstərmişdir. Həmin dərginin ilk sayında Sovet hakimiyyəti dövründə yasaq olunmuş məşhur noğay dastanı "Edigey" ruscaya tərcümədə dərc olunmuşdur. İsa Kapayev "Qıpçaq ayı" ədəbi-publisistik jurnalının baş redaktoru olduğu dönəmdə noğayların və digər türk xalqlarının tarixinə dair həmin dövrə qədər məlum olmayan çoxsaylı materiallar bu dərgidə oxuculara çatdırılmışdır. 2002–2004-cü illərdə İsa Kapayev Rusiya Federasiyası Prezidentinin təqaüdünə layiq görülməklə yanaşı, həm də böyük mədəni işlər həyata keçirməkdədir.
İsa Kremer
İzabella Yakovlevna Kremer (daha çox İsa Kremer kimi tanınır, 21 oktyabr 1887, Belsı, Bessarabiya quberniyası[d] – 7 iyul 1956, Kordova) — müğənni, opera və operetta sənətçisi. == Bioqrafiya == Kremer, 1882-ci il 8 oktyabrda Belsı şəhərində, Yankel Leyboviç Kremer Və Hana Moşkovna Kremerin ailəsində doğulmuşdur. Erkən yaşlarından İzabella musiqi qabiliyyətini ortaya çıxardı. Yəhudi dilində ilk mahnını anasının ağzından beşikdə eşitmişdir. Beş yaşında, o, yəhudi toy musiqisi ilə maraqlanırdı və gəncliyində öz xalqının yoxsulluğu haqqında şeirlər yazırdı. Otuz ildən sonra İsa Kremer səhnədə Yəhudi dilində mahnı oxuyan ilk müğənni oldu. Ailə çətinliyinə baxmayaraq, valideynləri qızının musiqi sahəsində inkişafına xüsusi yanaşırdılar. 1912-ci ildən başlayaraq iki il müddətində Milanda məşhur müəllim Luidji Ronzidən ifa dərsi alır, kiçik teatrlarda çıxış edir və sonra vətəninə qayıdır. O, Puççininin "Boheme " operasında debüt etmək üçün Odessa şəhərinə dəvət olunur. Odessa, Sankt-Peterburq, Moskva – hər yerdə böyük uğurlar qazanır.
İsa Kristos
İsa (ən tezi e.ə. 6 və ən geci e.ə. 4, Beytləhm, Roma imperiyası – 7 aprel 30 və ya 3 aprel 33) — İsa Məsih, Nazaretli İsa və bir çox başqa adlarla tanınan, birinci əsrdə yaşamış yəhudi peyğəmbər və dini lider. O, dünyanın ən geniş yayılmış dini olan Xristianlığın əsas simasıdır. Əksər xristianlar İsanın Tanrının Oğlu və Əhdi-Ətiqə əsasən zühur etməsi gözlənilən peyğəmbər Məsih olduğuna inanırlar. Antik dövrlə məşğul olan bütün müasir elm adamları İsanın tarixən mövcud olması ilə razılaşır. İsanın həyatı haqqında məlumatlar İncillərdə, xüsusən də Əhdi-Cədiddəki dörd kanonik İncildə öz əksini tapır. Akademik araşdırmalar İncillərin tarixi etibarlılığına və onların İsanı tarixi bir şəxsiyyət olaraq nə dərəcədə düzgün əks etdirməsinə dair müxtəlif fikirlər ortaya qoyub. Səkkiz günlük ikən sünnət edilən və yetkinlik yaşına çatanda Vəftizçi Yəhya tərəfindən vəftiz olunan İsa 40 gün, 40 gecə səhrada oruc tutduqdan sonra öz xidmətinə başladı. Səyyah müəllim olduğu üçün onu adətən “ravvin” adlandırırdılar.
İsa Munayev
İsa Munayev (20 may 1965 və ya 20 dekabr 1966, Yandi[d], Çeçen-İnquş MSSR və ya Alxan-Kala, Çeçen-İnquş MSSR – 1 fevral 2015, Debaltsev, Donetsk vilayəti) — Çeçenistan-Ukrayna səhra komandiri, Birinci və İkinci Çeçenistan müharibələrinin, həmçinin Ukraynanın şərqindəki müharibənin iştirakçısı. Tanınmamış Çeçen İçkeriya Respublikasının Silahlı Qüvvələrinin briqada generalı. Birinci Çeçenistan müharibəsində Lemi Munayev adına 1-ci hücum batalyonunun komandiri, İkinci Çeçenistan müharibəsində isə Qroznı komendantı və Çeçenistan Respublikasının cənub-qərb müdafiə sektorunun, Cövhər Dudayev adına batalyonunun komandiri. Debaltsev uğrunda gedən döyüşlərdə öldürülmüşdür. == Bioqrafiyası == 20 may 1965-ci ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Açxoy-Martan rayonu ərazisində anadan olmuşdur. Doğulduğu yer haqqında dəqiq məlumat yoxdur: bəzi mənbələrdə Alxan-Qala kəndi, digərlərində Yandı kəndi göstərilir (Munayev 1977-ci ildə ailəsi ilə birlikdə Alxan-Qalaya köçüb). 18 yaşında orduya çağırılır. Təsdiq edilməmiş məlumatlara görə, Munayev 2 il Əfqanıstanda xidmət edir. Birinci Çeçenistan müharibəsi zamanı Munayev separatçıların tərəfində vuruşur. Lemi Munaev adına 1-ci hücum batalyonunun komandiri olaraq, milis polkovniki rütbəsinə sahib idi.
İsa Musayev
İsa Həsən oğlu Musayev (27 noyabr 1912, Naxçıvan – 8 fevral 1976, Naxçıvan) — Azərbaycan teatr aktyoru və rejissoru, Azərbaycan SSR xalq artisti (1960). == Həyat və yaradıcılığı == İsa Musayev 27 noyabr (bəzi mənbələrə görə 25 dekabr) 1912-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Yeddinci sinfi bitirdikdən sonra Naxçıvan Pedaqoji Texnikumuna daxil olmuş, lakin 1927-ci ildə təhsilini yarımçıq qoyaraq Bakıya gəlmiş, burada Mirzə Fətəli Axundov adına Bakı Teatr Məktəbində təhsil almışdır. Təhsilini bitirdikdən sonra yenidən Naxçıvana qayıtmış və teatrda aktyorluq fəaliyyətinə başlamışdır. İsa Musayev teatrda ilk dəfə Səməd Mövləvinin rejissorluğu ilə hazırlanmış "Sabirin məhkəməsi" pyesində Sabir obrazını yaratmışdır. 1930–1940 və 1943–1976-cı illərdə Naxçıvan Dövlət Musiqili Dram Teatrının aparıcı aktyorlarından olmuşdur. O, 1940–1943-cü illərdə təyinatla Abbasqulu ağa Bakıxanov adına Quba Dövlət Dram Teatrında aktyor və rejissor işləmişdir. İsa Musayev 1942-ci ildən ÜİK(b)P üzvü olmuş, 1943-cü ildən Naxçıvan MSSR Nazirlər Soveti yanında İncəsənət İşləri İdarəsinin rəisi işləmişdir. Naxçıvan MSSR Ali Sovetinin deputatı seçilmişdir. Peşəkar aktyorluq fəaliyyəti dövründə dramatik, faciə, həm də komediya rollarının ifaçısı kimi tanınan İsa Musayev 8 fevral 1976-cı ildə Naxçıvanda vəfat etmişdir.
İsa Muğanna
İsa Muğanna (tam adı: İsa Mustafa oğlu Hüseynov; 12 iyun 1928, Muğanlı, Qazax qəzası – 1 aprel 2014, Bakı) — Azərbaycanlı yazıçı, ssenarist və kinoredaktor, Azərbaycan SSR xalq yazıçısı (1988), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1976). == Həyatı == İsa Hüseynov (İsa Muğanna) 1928-ci ildə Qazax qəzasının Muğanlı kəndində dünyaya gəlib. Atası Mustafa məktəb müəllimi olub. Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da (1945) 4 ay sonra kəndə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. 1952-ci ildə Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Azərnəşrdə Ədəbiyyat şöbəsinin redaktoru (1952–1954), "Literaturnıy Azerbaydjan" qəzetində nəsr şöbəsinin müdiri (1960–1964), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor (1964–1968), redaktor (1968–1974), Ssenari şurası üzvü (1974–1979), Azərbaycan SSR Dövlət Kinemotoqrafiya Komitəsində baş redaktor (1979) vəzifələrində çalışıb. == Yaradıcılığı == 1948-ci ildən ədəbi fəaliyyətə başlamış İsa Muğannanın "Anadil oxuyan yerdə" yazısı ilk dəfə 1949-cu ildə "İnqilab və Mədəniyyət" qəzetində çap edilib. 1950-ci illərdən etibarən kitabları nəşr olunub. Ssenariləri əsasında ("26 Bakı Komissarı", "Nəsimi", "Ulduzlar sönmür" , "Tütək səsi" , "Nizami" və s.) filmlər çəkilmiş, əsərləri xarici dillərə tərcümə olunmuşdur.
İsa Məlikov
İsa Məlikov — Azərbaycanlı bəstəkar, prodüserdir. Azərbaycanın 2021, 2022-ci illər ərzində Avroviziya beynəlxalq mahnı müsabiqəsindəki nümayəndə heyətinin rəhbəri olmuşdur. == Həyat və yaradıcılığı == İsa Məlikov 21 oktyabr 1980-ci ildə Bakı şəhərində dünyaya gəlib. 1987-ci ildə 189 saylı orta məktəbə, 1990-cı ildə isə Vaqif Mustafazadə adına 1 saylı musiqi məktəbinə qəbul olunub. Musiqi məktəbini bitirəndən sonra 1995-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecində təhsil almağa başlayıb. 1997-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olub. 2001-ci ildə həmin universiteti xalq çalğı alətləri orkestrinin dirijoru ixtisası üzrə qırmızı diplomla bitirib. 2003-cü idə incəsənət magistri dərəcəsini alıb. 2004-cü ildə Britaniya Bəstəkarlar və Nəğməkar-şairlər Akademiyasının üzvlüyünə qəbul olunub. 2008-ci ildə "Bakı Musiqi Fabriki" prodüser mərkəzini qurub və onun baş prodüseri olub.
İsa Məmmədli
İsa Məmmədov
İsa Məmmədov (mühəndis) — Azərbaycan professoru, texnika elmləri doktoru. İsa Məmmədov (dövlət xadimi) — Azərbaycan dövlət xadimi. İsa Məmmədov (hüquqşünas) — azərbaycanlı hüquqşünas.
İsa Məsih
İsa (ən tezi e.ə. 6 və ən geci e.ə. 4, Beytləhm, Roma imperiyası – 7 aprel 30 və ya 3 aprel 33) — İsa Məsih, Nazaretli İsa və bir çox başqa adlarla tanınan, birinci əsrdə yaşamış yəhudi peyğəmbər və dini lider. O, dünyanın ən geniş yayılmış dini olan Xristianlığın əsas simasıdır. Əksər xristianlar İsanın Tanrının Oğlu və Əhdi-Ətiqə əsasən zühur etməsi gözlənilən peyğəmbər Məsih olduğuna inanırlar. Antik dövrlə məşğul olan bütün müasir elm adamları İsanın tarixən mövcud olması ilə razılaşır. İsanın həyatı haqqında məlumatlar İncillərdə, xüsusən də Əhdi-Cədiddəki dörd kanonik İncildə öz əksini tapır. Akademik araşdırmalar İncillərin tarixi etibarlılığına və onların İsanı tarixi bir şəxsiyyət olaraq nə dərəcədə düzgün əks etdirməsinə dair müxtəlif fikirlər ortaya qoyub. Səkkiz günlük ikən sünnət edilən və yetkinlik yaşına çatanda Vəftizçi Yəhya tərəfindən vəftiz olunan İsa 40 gün, 40 gecə səhrada oruc tutduqdan sonra öz xidmətinə başladı. Səyyah müəllim olduğu üçün onu adətən “ravvin” adlandırırdılar.
İsa Məsiha

İsa Nəcəfov
İsa Əli oğlu Nəcəfov (28 mart 1952, Oğlanqala, Noraşen rayonu) — Azərbaycan hüquqşünası, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi (2002-ci ildən), Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini (1995–2000), III dərəcəli dövlət ədliyyə müşaviri (1995), Azərbaycan Respublikasının əməkdar hüquqşünası (2018). == Həyatı == İsa Nəcəfov 28 mart 1952-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Oğlanqala kəndində anadan olub. 1970–1972-ci illərdə Sovet Ordusunda hərbi xidmətdən keçib. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Əmək fəaliyyətinə 1979-cu ildən başlayan İsa Nəcəfov həmin ildən 1993-cü ilədək Azərbaycan Respublikası Prokurorluq orqanlarında müstəntiq, mühüm işlər üzrə müstəntiq, prokuror köməkçisi, şöbə prokuroru, idarə prokuroru vəzifələrində İşləyib. 1993-cü ildən 1995-ci ilədək Naxçıvan Muxtar Respublikasının Prokuroru, 1995-ci ildən 2000-ci ilədək Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini vəzifələrində işləyib. 22 mart 2002-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmişdir. 6 aprel 2012-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə yenidən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmişdir. İki kitab müəllifidir. Yaxın Şərqin və Yunanıstanın tanınmış filosofları: M. T. Siseronun, Platonun, Ə. H. Qəzzalinin, Eynəlgüzad Həmadinin, Əl- Fərabinin, Mənsur Həllacın, Sərrac Tusinin, Əl-Kindinin, İbn-Sinanın və b.
İsa Pliyev
İsa Aleksandroviç Pliyev (oset. Плиты Алыксандры фырт Иссæ;12 (25) noyabr 1903, Batako[d], Terek vilayəti – 6 fevral 1979, Moskva) — SSRİ hərbi xadimi, ordu generalı (1962). İki dəfə Sovet İttifaqı Qəhrəmanı (1944, 1945), Monqolustan Xalq Respublikasının Qəhrəmanı (1971). 1958–1968-ci illərdə Şimali Qafqaz Hərbi Dairəsinin komandanı. == Həyatı == İsa Pliyev Köhnə Batako kəndində (indiki Şimali Osetiyanın Pravoberejnı rayonu) osetin kəndli ailəsində anadan olub. 1908-ci ildə atası işləmək üçün Kanadaya getmiş və 4 ildən sonra orada şaxtada baş verən fəlakət nəticəsində dünyasını dəyişmişdi. İsa Pliev kiçik yaşlarından fəhlə işləməyə məcbur olsa da, qohumlarının köməyi ilə təhsil ala bilib. 1918-ci ildə o, Vladiqafqazda 2-ci real məktəbini bitirib. 1922-ci ilin martından Qırmızı Ordu xidmətə başlamışdır. O, Əlahiddə Qafqaz Ordusunun xüsusi idarəsinin nəzdindəki xüsusi dəstədə Qızıl Ordu əsgəri kimi xidmət edib.
İsa Qasımov
İsa Qasımov (15 noyabr 1975, Yemişanlı, Qutqaşen rayonu) — Azərbaycan alimi, UNESCO-nun Azərbaycandakı "İKT əsaslı yanaşmalar vasitəsilə müəllimlərin peşəkar inkişafının gücləndirilməsi" kafedrasının rəhbəri və professoru. Azərbaycanda daha çox universitet-sənaye əməkdaşlığı, texnoparkların (biznes inkubatorların) qurulması, sahibkarlıq, o cümlədən startapların və biznes təşəbbüskarlığının inkişafı və texnologiyaların transferi və elmin kommersiyalaşdırılması üzrə fəaliyyəti ilə tanınır. 5 dərs proqramı, 60-a yaxın elmi əsərin müəllifidir. == Həyatı == Qasımov İsa Hüseyn oğlu 15 noyabr 1975 tarixində Qəbələ rayonunun Yemişanlı kəndində anadan olmuşdur. 1983–1993 illərdə Yemişənli kənd orta məktəbində təhsil almışdır. 1993-cü ildə Bakı Dövlət Universitetinə daxil olmuş, coğrafiya fakültəsinin iqtisadi və sosial coğrafiya kafedrasında bakalavr üzrə təhsil almışdır. 1997-ci ildə bakalavr üzrə təhsilini bitirdikdən sonra təhsilinə həmin universitetdə magistr dərəcəsi üzrə davam etmiş və 1999-cu ildə fərqlənmə diplomu ilə bitirmişdir. 1999–2002 AMEA Həsən Əliyev adına Coğrafiya İnstitutunun İqtisadi və sosial coğrafiya şöbəsində doktorantura üzrə təhsil almış və akademik B. Ə. Budaqovun elmi rəhbərliyi ilə "Şəki-Zaqatala iqtisadi rayonunun təbii sərvətlərinin iqtisadi-coğrafi qiymətləndirilməsi" mövzusunda işlədiyi dissertasiya işini 2005-ci il yanvarın 26-da müdafiə edərək coğrafiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 12 aprel 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisadi coğrafiya ixtisası üzrə dosent elmi adı verilmişdir. Hazırda İqtisadi İslahatlar və Elmi-Tədqiqat İnstitutunda "Texnoloji innovasiyalar iqtisadiyyatı" ixtisası üzrə "Azərbaycanda regional sahibkarlığın inkişafı üçün innovasiyaların stimullaşdırılması və texnoparkların yaradılması mexanizmlərinin işlənməsi" mövzusunda elmlər doktorluğu işi üzrə çalışır.
İsa Qurbanov
Qurbanov İsa Əli oğlu (1 yanvar 1940, Cil, Krasnoselsk rayonu) — fizika-riyaziyyat elmləri namizədi, dosent. == Həyatı == 1940-cı il yanvar ayının 1-də Qərbi Azərbaycanın Cil kəndində anadan olub. 1958-ci ildə orta məktəbi bitirərək həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika–riyaziyyat fakültəsinə daxil olub. Universiteti bitirdikdən sonra 1963-cü ildən Babacan, 2 ay sonra isə Cil kənd orta məktəbində müəllim işləyib. Sonra könüllü olaraq ordu sıralarına qulluğa gedib. 1965-ci ildə hərbidən tərxis olaraq Cil kəndində müəllim, dərs-hissə müdiri və direktor vəzifələrində çalışıb. 1969-cu ilin oktyabr ayından Bakıya köçüb və Bakı Dövlət Universitetində böyük mühəndis, iki ildən sonra isə hesablama riyaziyyatı kafedrasında müəllim işləyib. Eyni zamanda aspiranturada qiyabi təhsil alıb. Beş il mexanika-riyaziyyat fakültəsinin dekan müavini, on il yarım birinci prorektorun müavini işləyib. Hazırda hesablama riyaziyyatı kafedrasının dosentidir.
İsa Qəmbər
İsa Yunis oğlu Qəmbər (24 fevral 1957, Bakı) — azərbaycanlı ictimai-siyasi xadim; tarixçi; Milli Strateji Düşüncə Mərkəzinin sədri; Yeni Müsavat qəzetinin təsisçisi (7 noyabr 1987 – 8 noyabr 2009); Azərbaycan Xalq Cəbhəsinin qurucu üzvlərindən biri və İdarə Heyətinin üzvü (1989–1992); Azərbaycan Sovet Sosialist Respublikası Ali Sovetinin XII çağırış deputatı; Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının üzvü (1991); Azərbaycan Respublikası Ali Sovetinin 3-cü sədri (18 may 1992 – 13 iyun 1993); Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin icraçısı (17 may 1992 – 16 iyun 1992); Müsavat Partiyasının 5-ci (noyabr 1992 – 28 sentyabr 2014) və 7-ci sədri (2024-cü ildən); Bizim Azərbaycan blokunun həmtəsisçisi (2003–2005); Azadlıq blokunun həmtəsisçisi (2005–2006); AXCP-Müsavat seçki blokunun həmtəsisçisi (2010) ; Demokratik Qüvvələrin Milli Şurasının qurucu üzvlərindən biri (2013–2014). == Həyatı == İsa Yunis oğlu Qəmbərov 24 fevral 1957-ci ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlmişdir. Əslən Füzulinin Kürdlər kəndindəndir. Uşaqlıq və gənclik illərində idmanla — futbol, stolüstü tennis və bir müddət basketbolla məşğul olub. Sonrakı illərdə tədricən aktiv idman həyatından uzaqlaşıb. İsa Qəmbər 1964–1974-cü illərdə Bakı şəhəri 62 saylı orta məktəbində təhsil almışdır. 1974-cü ildə Sergey Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsinə daxil olmuş və 1979-cu ildə oranı bitirmişdir. İsa Qəmbər Azərbaycan Milli Elmlər Akademiyasında işləyərkən İran, Türkiyə və Yaxın Şərqdəki siyasi prosesləri tədqiq etmiş və "1978–1979-cu illər İran inqilabı" mövzusunda dissertasiya işi yazmışdır. 1979–1982-ci illərdə AMEA Naxçıvan Elm Mərkəzində, 1982–1990-cı illərdə AMEA Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi və elmi işçi vəzifələrində çalışmışdır. == İctimai-siyasi fəaliyyəti == Fəal siyasətə 1988-ci ildən qoşulmuşdur.
İsa Qəmbərov