Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

  • VƏRƏ

    VƏR’(Ə) ə. Allahdan qorxub haram şeylərdən çəkinmə

    Tam oxu »
  • VƏRƏK

    ə. qılça sümüyü

    Tam oxu »
  • VƏRƏQ

    ə. 1) kağız vərəqi; 2) yarpaq

    Tam oxu »
  • VƏRƏQƏ

    ə. üzərində aktual mətn yazılmış bir vərəq təbliğat vasitəsi; intibahnamə

    Tam oxu »
  • VƏRƏQİ

    ə. 1) vərəqə aid olan; 2) yarpağa oxşar

    Tam oxu »
  • VƏRƏQPARƏ

    ə. və f. kağız parçası

    Tam oxu »
  • VƏRƏQRİZ

    ə. və f. yarpaq tökən

    Tam oxu »
  • VƏRƏM

    ə. 1) təbabətdə: xəstəlik adı; 2) şiş, şişmə; 3) m. böyük kədər

    Tam oxu »
  • VƏRƏNDAR

    f. götür-qoy, ölçüb-biçmə

    Tam oxu »
  • VƏRƏSAT

    ə. varislik

    Tam oxu »
  • VƏRƏSƏ

    ə. «varis» c. t. varis

    Tam oxu »
  • VƏRİD

    ə. vena (damar)

    Tam oxu »
  • VƏRİDİ

    ə. venaya aid olan, venada olan

    Tam oxu »
  • VƏRNƏ

    f. «və əgər nə» birləşməsinin ixtisarı; və əgər, əgər ki

    Tam oxu »
  • VƏRŞİKƏST

    f. iflas; müflislik

    Tam oxu »
  • VƏRTƏ

    ə. 1) uçurum, uçqun; 2) burulğan; 3) fahişəxana; 4) m. təhlükəli, qorxulu yer

    Tam oxu »
  • VƏRZİŞ

    f. 1) işləmə, çalışma; 2) idman

    Tam oxu »
  • VƏSAİL

    ə. «vəsilə» c. vəsilələr. Vəsaili-intac istehsal vasitələri

    Tam oxu »
  • VƏSAİT

    ə. «vasitə» c. vasitələr

    Tam oxu »
  • VƏSAMƏ

    ə. gözəllik, göyçəklik, qəşənglik

    Tam oxu »
  • VƏSATƏT

    ə. 1) araçılıq, vasitəçilik; 2) havadar çıxma; havadarlıq

    Tam oxu »
  • VƏSAVİS

    ə. «vəsvəsə» c. vəsvəsələr, şübhələr

    Tam oxu »
  • VƏSAYA

    ə. «vəsiyyət» c. vəsiyyətlər

    Tam oxu »
  • VƏSAYƏT

    ə. 1) bax vəsiyyət; 2) ölən adamın vəsiyyətini yerinə yetirmə

    Tam oxu »
  • VƏSƏX

    ə. çirk, kir, murdarlıq

    Tam oxu »
  • VƏSƏN

    ə. büt, sənəm

    Tam oxu »
  • VƏSƏNİ

    ə. bütə sitayiş edən adam, bütpərəst

    Tam oxu »
  • VƏSƏT

    ə. 1) orta, aralıq; 2) mərkəz, göbək

    Tam oxu »
  • VƏSƏTİ

    ə. ortada olan, ortadakı

    Tam oxu »
  • VƏSF

    ə. 1) bir şəxsin və ya bir şeyin keyfiyyəti; sifəti; 2) tərif etmə, təsvir etmə. Vəsfi-hal bir şeyin və ya şəxsin hal və xüsusiyyətlərini təsvir etmə

    Tam oxu »
  • VƏSFGU

    ə. və f. vəsf edən, tərif deyən, tərifləyən

    Tam oxu »
  • VƏSFİ

    ə. bir hal və ya keyfiyyətə aid olan

    Tam oxu »
  • VƏSİ

    VƏSİ ə. 1) ölənin vəsiyyətini yerinə yetirməyə məmur olan şəxs; 2) başqasını əvəz edən adam, başqası əvəzinə iş görmək ixtiyari olan adam; 3) canişin

    Tam oxu »
  • VƏSİQƏ

    ə. şəxsiyyəti təsdiq edən sənəd

    Tam oxu »
  • VƏSİLƏ

    ə. 1) vasitə; 2) səbəb, bəhanə; 3) fürsət; 4) aralıq mərtəbə, halqa

    Tam oxu »
  • VƏSİLƏCU

    ə. və f. səbəb axtaran; bəhanə gətirən

    Tam oxu »
  • VƏSİM

    ə. 1) damğa vurulmuş; 2) damğalanmış, nişanələnmiş; 3) m. gözəl, qəşəng, göyçək

    Tam oxu »
  • VƏSİYYƏT

    ə. 1) ölümündən sonra birisinin yerinə yetirilməli əmri; tapşırığı; 2) nəsihət, tövsiyə, tapşırıq

    Tam oxu »
  • VƏSİYYƏTNAMƏ

    ə. və f. vəsiyyət yazılmış sənəd, yazılı vəsiyyət

    Tam oxu »
  • VƏSL

    ə. 1) birləşmə, bitişiklik; 2) sevgiliyə qovuşma; vüsal

    Tam oxu »
  • VƏSM

    ə. 1) bax vəsmə (1-ci mənada); 2) nişan, əlamət; 3) heyvanı dağlama

    Tam oxu »
  • VƏSMƏ

    ə. 1) damğa, dağ; 2) möhür; 3) qaşa çəkilən qara rəng, boya; basma

    Tam oxu »
  • VƏSSAF

    ə. 1) həmişə vəsf edən, həmişə tərifləyən; 2) vəsfiyyə yazan, məddah

    Tam oxu »
  • VƏSSAFFAT

    ə. Qur’anda bir surənin adından and olsun cərgə ilə düzülənlərə!

    Tam oxu »
  • VƏSSƏLAM

    ə. kifayətdir; bəsdir; qurtardı, bu qədər

    Tam oxu »
  • VƏSVAS

    ə. 1) aludə edən; aldadan; 2) yoldan çıxaran; 3) özünə ram edən, özünə tabe edən; 4) m. şeytan, iblis

    Tam oxu »
  • VƏSVƏSƏ

    ə. şübhə, tərəddüd

    Tam oxu »
  • VƏŞM

    ə. bədənə şəkil döydürmə

    Tam oxu »
  • VƏŞŞƏMS

    ə. Qur’anda bir surənin adından and olsun Günəşə!

    Tam oxu »
  • VƏTE

    VƏTE’ ə. 1) tapdama, basma; 2) ata minmə; 3) cinsi əlaqədə olma

    Tam oxu »