KORDON
KORKAK
OBASTAN VİKİ
Dansiq koridoru
Dansiq koridoru (və ya Polşa koridoru, Qdansk koridoru) — Versal sülh müqaviləsindən sonra yaradılmış koridor. Müqavilədən sonra Şərqi Prussiya ilə Almaniya arasında yerləşən ərazi Polşa sərhədlərinə daxil edilmişdir. Dansiq (indiki Qdansk) liman şəhərinində daxil olduğu ərazi Polşanın Baltik dənizinə olan çıxışını təmin etməkdə idi. Koridorun yaradılması ilə Şərqi Prussiya və Almaniya arasındakı quru bağlantısı kəsilmişdir. 1938-ci ilin sonlarında Almaniya Dansiq liman bölgəsinin və Şərqi Prussiya ilə quru nəqiliyyatının təmin edilməsi üçün ərazini Polşadan tələb etmişdir. Ərazinin əvəzində Almaniya Polşaya Cənubi Prussiya torpaqlarından bir hissə verməyi təklif etsə də Polşa tərəfi təklifi rədd etmişdir. Adolf Hitler Polşanın rədd cavabından sonra generallarının təkidlə qarşı çıxmasına baxmayaraq Polşaya hücum etmək barədə qərar verir. Fransa və İngiltərə əvvəlki imzalanmış müqavilərə əsasən Almaniyanın hər hansısa bir Avropa torpağı üzərində haqq iddia etməsinin müharibəyə səbəb olacağını bildirmişdir. Adolf Hitler Dansiq koridoru kimi kiçik bir ərazi üçün böyük dövlətlərin onlara qarşı müharibəyə başlmayacağını güman etsə də, limanın bombalanmasının ardından Fransa Almaniyaya müharibə elan etmişdir. İkinci dünya müharibəsinin ilk bombası Dansiq şəhərinə atılmışdır və zamanla müharibə bütün dünyanı əhatə edəcək şəkildə genişlənmişdir.

Digər lüğətlərdə