LOXMALAMMAX
LOKUT
OBASTAN VİKİ
Lok Sabha
Lok Sabha (Xalq Məclisi), Hindistanın iki palatalı parlamentinin aşağı palatasıdır. Hindistan Parlamentinin yuxarı palatası Rajya Sabha adlanır. Lok Sabha üzvləri, səsvermə yaşına çatmış şəxslərin ümumi səsvermə hüququ və öz seçdikləri seçim regionlarını təmsil etmək üçün bir ilk-son-post sistemi ilə seçilirlər və kürsülərini beş il ərzində və ya mövcud nazirlər kabinetinin tövsiyəsi əsasında prezident tərəfindən ləğv edilincəyə qədər davam etdirirlər. 545 kürsüyə sahib olan Lok Sabha üzvlərinin 543 nəfəri seçkilər yolu ilə, 2 nəfəri isə Anqlo-Hind icmasından Hindistan Prezidenti tərəfindən seçilir.
Albert Lokonqa
Albert-Mboyo Sambi Lokonqa (22 oktyabr 1999, Belçika) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan "Arsenal" klubunda yarımmüdafiəçi mövqeyində çıxış edən peşəkar Belçika futbolçusu. "Anderlext" klubunun akademiyasının yetirməsi olan Lokonqa həmin klubda peşəkar karyerasına 2017-ci ildə başlayıb. == Klub karyerası == === Anderlext === Lokonqa Anderlext akademiyası vasitəsilə inkişaf etmişdir. Lokonqa Anderlext klubu ilə ilk peşəkar müqaviləsini 10 noyabr 2017-ci ildə imzalamışdır. Lokonqa öz peşəkar karyerasında debütünü 22 dekabr 2017-ci ildə Eypen klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Belçika Birinci Divizounu görüşündə Anderlext rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir. == Milli komanda karyerası == Əvvəllər Belçika U17, Belçika U19 və Belçika U21 kimi gənclər yığmasında oynamış Lokonqa 2021-ci ilin mart ayında əsas milli komandanın heyətinə salındı. Onun debütu 2 sentyabr 2021-ci ildə Dünya Kuboku seçmə mərhələsinin Estoniyaya qarşı səfərdə keçirilən oyuna təsadüf etdi, oyun 2:5 qonaqların qələbəsi ilə başa çatdı. O, 74-cü dəqiqədə Eden Hazardı əvəzlədi.
Bulbophyllum lokonense
Bulbophyllum lokonense (lat. Bulbophyllum lokonense) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Buxar lokomotivi
Parovoz və ya buxar lokomotivi ― çəkmə gücünü buxar mühərriki vasitəsilə istehsal edən dəmir yolu lokomotiv növü. Bu lokomotivlər qazanda buxar çıxarmaq üçün adətən kömür, odun və ya neft kimi yanacaq materiallarından istifadə edirlər. Buxar lokomotivin əsas təkərlərinə mexaniki olaraq qoşulan porşenləri hərəkətə gətirir. Həm yanacaq həm də su lokomotivlə birlikdə ya lokomotivin özündə, ya da arxasında çəkilən vaqonlarda (tenderlərdə) nəql olunur. Buxar lokomotivləri ilk dəfə Birləşmiş Krallığda 19-cu əsrin əvvəllərində hazırlanmış və 20-ci əsrin ortalarına qədər dəmir yolu nəqliyyatında istifadə edilmişdir. İlk buxar lokomotivini Riçard Trevitik hazırlamışdır. Con Blenkinsopun müəllif olduğu ticari baxımından uğurlu olan ilk buxar lokomotivin adı Salamanka idi; Corc Stivenson və onun oğlu Robertin şirkəti "Robert Stephenson and Company"-nin istehsal etdiyi Locomotion № 1 1825-ci ildə Stokton — Darlinqton ictimai dəmir yolunda sərnişin daşıyan ilk buxar lokomotivi oldu. 1830-cu ildə Corc Stivenson Liverpul və Mançesteri birləşdirən ilk şəhərlərarası dəmir yolunu açdı. Buxarın dəmir yolları üçün istifadə olunmasının ilk onilliyində "Robert Stephenson and Company" Birləşmiş Krallıq, Amerika Birləşmiş Ştatları və Avropanın əksər hissəsində tanınmış buxar lokomotivi istehsalçısı idi. 20-ci əsrdə "London and North Eastern Railway" şirkətinin baş mühəndis mexaniki Naycel Qrezli bir neçə tanınmış lokomotivin layihəsini hazırladı, onlar içərisində sərnişin xidmətində rəsmi olaraq 100 mil / saat sürəti qət edən "Flying Scotsman" və hələ də dünyanın ən sürətli buxar lokomotivi (saatda 126 mil) olan "A LNER Class A4"-ə aid olan "4468 Mallard".
Con Lokk
Con Lokk (ing. John Locke, İngiliscə tələffüz: [/d͡ʒɒn lɒk/]; 29 avqust 1632[…], Rinqton[d], Somerset qraflığı – 28 oktyabr 1704[…], Hay-Leyver[d], Esseks[d]) — İngiltərə filosofu və həkimi. O, adətən Maarifçilik dövrünün ən təsirli mütəfəkkirlərindən biri hesab edilir və "liberalizmin atası" olaraq tanınır. Lokk Ser Frensis Bekonun ənənəsini izləyərək İsaak Nyuton (1642–1727) və Devid Yum (1711–1776) ilə birlikdə ilk britaniyalı empirik filosoflarından biri hesab edilir. O, sosial müqavilə nəzəriyyəsinin formalaşmasında əhəmiyyətli rol oynamışdır. Lokk Tomas Hobbs (1588–1679) və Yum ilə birlikdə Maarifçilik dövrünün ilk kontraktualistlərindəndir. Onun fəaliyyəti epistemologiya və siyasi fəlsəfənin inkişafına böyük dərəcədə təsir göstərmişdir. Onun yazıları Volter (1694–1778) və Jan Jak Russoya (1712–1778), Maarifçilik dövrünün şotland mütəfəkkirlərinin əksəriyyətinə, o cümlədən amerikan inqilabçılarına təsir etmişdir. Onun klassik respublikaçılıq və liberal nəzəriyyəyə verdiyi töhfələr Birləşmiş Ştatlar İstiqlaliyyət Bəyannaməsində əks olunur. Lokkun idrakın nəzəriyyəsi müasir kimlik və mənlik anlayışlarının mənşəyi kimi qəbul edilir.
Cozef Norman Loker
Ser Cozef Norman Loker (ing. Joseph Norman Lockyer, 17 May 1836-16 Avqust 1920)- İngilis alim və astronom. 1868-ci ildə Günəşin atmosferində də rast gəlinən Heliumu kəşf etmişdir. == Həyatı == Cozef Norman Loker (ing. Joseph Norman Lockyer) 17 May 1836-cı ildə İngiltərənin Uorikşir (ing. Warwickshire) əyalətinin Reqbi şəhərində doğulmuşdur. 1870-ci ildə krallığın elmi irəliləyişlər komissiyasına sədr təyin olunana qədər, 1857-ci ildən başlayaraq müharibə ofisində çalışıb. Komissiyanın iş müddəti 1875-ci ildə bitəndə hal-hazırda London İmperial Kollecinin bir hissəsi olan krallığın elm akademiyasına cəlb olunmuşdur. 1885-ci ildə Astronomiya sahəsində Dünyada ilk dəfə professor adına layiq görülən alim olmuşdur. Özü üçün günəş rəsədxanası inşa etdirmiş və 1902-ci ilə qədər bu rəsədxananı idarə etmişdir.
Dani Lokati
Dani Lokati (3 yanvar 1977, Milan) — İtaliyanı təmsil edən skeletonçu. Dani Lokati, İtaliyanı 2002-ci ildə baş tutan XIX Qış Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Dani Lokati, 2002-ci ildə İtaliya yığmasının heyətində Birləşmiş Ştatların Solt Leyk Siti şəhərində baş tutan XIX Qış Olimpiya Oyunlarına qatıldı. Dani Lokati, 1-ci gedişdə 53.19 saniyə, 2-ci gedişdə isə 53.46 saniyə nəticə göstərdi və yarışları 13 idmançı sırasında 9-cu yerdə başa vurdu.
Didye Lokvud
Didye Lokvud (11 fevral 1956[…], Kale – 18 fevral 2018[…], XVIII arondisman (Paris)[d]) — cazmen == Həyatı == Didye Lokvudu dünyanın ən yaxşı caz skripkaçılarından biri, əfsanəvi Stefani Qrappellinin mənəvi oğlu və varisi, Fransız cazının ən yüksək beynəlxalq səviyyədə parlamasına imkan yaratmış unikal səslənməni icad edən sənətçi adlandırırlar. O, bir neçə "qızıl" kompakt disk yazdırmış, Kelt musiqisinin ən yaxşı ifaçılarından biri, müxtəlif Şərq musiqi mədəniyyətlərinin bilicisi, Avropada, Paris yaxınlığında ən məhşhur caz kolleclərindən birinin — bütün dünyanın peşəkar musiqiçilərinin mürəkkəb improvizə sənətində öz ustalığını artırmalarına imkan verən unikal məktəbin banisidir. Atası skripka sinfinin professoru, qardaşı caz pianoçusu olan Lokvud bu insanların birincisindən çalğı alətinə hədsiz marağı, ikincisindən isə incə zövqlü improvizasiyaya məhəbbəti mənimsəmişdir. Didye Lokvud musiqidə o vaxta qədər misli görünməmiş bir cərəyan yaratmışdır. Elektrik musiqisi böyük marağa səbəb olmuş və ən yüksək keyfiyyət etalonu olan skripkanın sayəsində böyük uğur qazanmışdır. Didye 16 yaşında ikən Kalais Milli Konservatoriyasının birinci mükafatına layiq görülür. Bu hadisə onun sənət karyerasının başlanğıcında bir növ tramplin oldu. Sonrakı 10 ilə yaxın müddətdə Lokvud ifaçılıq fəaliyyətinin müxtəlif növlərini səylə mənimsəmiş, simli alətlər triosundan başlamış soloya qədər, kvartetlərdən tutmuş D.L.G. sintez qrupuna qədər müxtəlif variantlarda öz istedadını nümayiş etdirmişdir. Dünya cazının bibliyası sayılan "Daun Bit"də üç ulduz qazanmış, ilk "musiqi Viktoriyası"nın sahibi olmuş Didye həm cazda, həm də klassik musiqidə özünü çox sərbəst hiss edir. O, öz ifasında spontallıqla texniki kamilliyi eyni dərəcədə asan və lirik şəkildə əlaqələndirə bilir.
Dilarə Lokmanhekim
Dilarə Lokmanhekim (18 aprel 1994) — Türkiyəli cüdoçu. Dilarə Lokmanhekim Türkiyəni 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarında təmsil etdi. == Karyerası == Dilarə Lokmanhekim birinci dəfə İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə qatıldı. O, Bakıda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında qadınlar 52 kq çəkidə, 1/4 final mərhələsində Özbəkistanın nümayəndəsi Diyora Keldiyorova ilə üz-üzə gəldi. Həmin görüşdə Dilarə Lokmanhekim rəqibinə 0:1 hesabı ilə uduzdu.
Euseius lokele
Euseius lokele (lat. Euseius lokele) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Kristanna Loken
Kristanna Sommer Loken (8 oktyabr 1979, Qent, Nyu-York ştatı) — ABŞ aktrisası və keçmiş modeli, mənşəcə norveçlidir. == Həyatı == Kristanna Sommer Loken 8 oktyabr 1979-cu ildə Qentdə doğulub.
Lokomotiv Daşkənd FK
Lokomotiv (Daşkənd) - Özbəkistanın futbol klubu == Tarixi == 2001-ci ildə yaranıb.
Lokomotiv Leypsiq FK
Lokomotiv (Leypsiq) - Almaniyanın futbol klubu == Avropa kuboklarında iştirak == 15 dəfə Avropa kuboklarında iştirak edib.
Lokomotiv Moskva FK
Lokomotiv (Moskva) — Rusiyanın futbol klubu. Sovet zamanında bu komanda 2 dəfə SSRİ çempionatının qalibi olub. Daha sonra 1993/94 mövsümündə Rusiya premyer-liqasında çıxış etməyə başlayıb. Bu vaxt ərzində komanda Rusiyada bir çox titula sahib çıxır. Hal-hazırda Lokomotiv 3 qat Rusiya çempionu və 8 qat kubok qalibidir. Bundan başqa komanda 2 dəfə Rusiya Superkubokuna sahib çıxıb və 2005-ci ildə finalda Neftçi Bakı klubunu məğlub etməklə Birlik Kubokunun qalibi olub. == Tarixi == 12 avqust 1923-cü ildə yaranmışdır. == Avropa kuboklarında iştirak == 13 dəfə Avropa kuboklarında iştirak edib.
Lokomotiv Plovdiv PFK
Lokomotiv (Plovdiv) — Bolqarıstannın futbol klubu. == Tarixi == 1926-cı ildə yaranıb. == Avropa kuboklarında iştirak == 14 dəfə Avropa kuboklarında iştirak edib.
Lokomotiv Sofiya PFK
Lokomotiv - Bolqarıstannın futbol klubu. == Tarixi == 2 sentyabr 1929-cu ildə yaranıb. == Avropa kuboklarında iştirak == 12 dəfə Avropa kuboklarında iştirak edib.
Lokomotiv Tbilisi FK
Lokomotiv Tbilisi FK (gürc. ლოკომოტივი თბილისი) — Gürcüstanın Tbilisi şəhərini təmsil edən Gürcüstan futbol klubudur. Hal-hazırda klub Gürcüstan Milli Futbol Çempionatında mübarizə aparır və öz ev oyunlarını Mixail Mesxi adına stadionda keçirir.
Lokomotiv Yaroslavl təyyarə qəzası
2011-ci il sentyabrın 7-də Rusiyanın "Lokomotiv" (Yaroslavl) hokkey komandasını Belarus paytaxtı Minskə aparan YAK-42 sərnişin təyyarəsi Yaroslavlın "Tunoşna" aeroportundan qalxdıqdan az sonra yerə çırpılıb. Təyyarədəki 37 nəfərin 4-ü heyət üzvü idi.
Lokomotiv İmişli FK
Lokomotiv futbol klubu. İmişlidə yaranmışdır. 1 dəfə futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir.
Lokrida
Lokrida (q.yun. Λοκρίς) — lokrların məskunlaşdığı Evrip boğazının cənub sahilində yerləşən Qədim Yunanıstan bölgəsi. Parnas dağı Lokridanı Dorida və Fokida bölgələrinə bölürdü; biri Mərkəzi Yunanıstan sahilinin şərqində (Opunta Lokridası), digəri cənubunda (Ozol Lokridası) yerləşirdi. Maliakos və Vorios Evvoikos körfəzləri sahillərində yerləşən Şərqi Lokrida Fermopil keçidindən Beotiya ilə sərhədədək uzanmış və öz növbəsində iki bölgəyə ayrılmışdır: qərbdəki Epiknemid Lokridası (q.yun. Λοκρίς Έπικνημιδιοί) və 360–390 kvadrat kilometri sahəsi olan şərqdəki Opunt Lokridası (q.yun. Λοκρίς Όπούντιοι). Ölkə münbit və sıx məskunlaşmışdı; çox əkilmiş tarla və otlaq, saysız qoyun-keçi, şərab, zeytun və əncir var idi. Yerli rəvayətlər qəbilənin eponimini leleqlər ilə əlaqələndirir, bu da qəbilənin yerli əsas əhaliyə aid olduğunu göstərir. Yeni gələn ellinlər qəbilələri ölkəni hissələrə böldülər. əvvələr isə burada dənizdən dənizə qədər lokrlar qəbiləsi məskunlaşmışdır.
Lokrlar
Lokrlar — Qədim Yunanıstanın mərkəzi hissəsində yerləşən Lokrida vilayətində məskunlaşmış tayfa.
Loks-Lend adası
Loks-Lend adası (ing. Loks Land Island) — Kanada Arktik arxipelaqının bir hissəsidir. Adada hazırda yaşayış yoxdur (2012). == Coğrafiya == Loks-Lend adası Baffin Torpağının Blant yarımadasının cənub-şərqində yerləşir. Ada Frobişer körfəzinin şimal-şərq girişində qərarlaşır. Cənubda (boğazın o tayında) Ecell və Rezolyoşen adaları yerləşir. Adanın sahəsi 419 km², sahil xəttinin uzunluğu 206 km-dir. Loks-Lend adasının maksimum uzunluğu 30 km, eni isə 25 km-dir. Relyefinə görə ada iki hissəyə bölünür: adanın şimal üçdə ikisi hündürlüyü 300 metrə qədər olan dağlıq ərazilərdən ibarət olan yüksəklik, cənub üçdəbir hissəsi 50 metrdən az olan düzənlikdir. Sahil çoxlu sayda buxta və körfəzlərlə sıx girintilidir.
Loksa
Loksa (est. Loksa) — Estoniyanın şimalında, Baltik dənizində yerləşən şəhər, Haryumaa bölgəsində şəhər. == Əhali == Loksanın 57% ruslar təşkil edir. == Web link == 360° aeropanoraam / aerofoto. 1 aprill 2012 Loksa linn Loksa linnal keelatakse end lõhki laenata, Postimees, 8.
Loksodromiya
Lokum
Loqum, Su, şəkər, nişasta istifadə ilə istehsal edilən bir Türk şirinidir. Loqumun Osmanlı tərəfindən rahat ul-hulküm yəni boğaz rahatlaşdıran sözündən törədiyi rəvayət edilər. 15. əsrdən bəri Kiçik Asiya da bilinməklə birlikdə, xüsusilə 17. əsrdə Osmanlı İmperiyası sərhədləri içində yayılan loqum, Avropada bir İngilis səyyah vasitəsiylə 'Turkish Delight' adıyla 18. əsrdə tanınmağa başlamışdır. Loqumun ilk istehsalçılarından sayılan Hacı Bəkir Əfəndi 1777-ci ildə Kastamonu dan İstanbula gələrək Bağçaqapı 'da açdığı kiçik bir dükanda loqum vs. qida maddələrini çıxarmağa başlamışdır. İki əsrdən bu yana loqum istehsalını müvəffəqiyyətlə reallaşdıran Hacı Bəkir dövrün padşahı tərəfindən də Nişanı Əli Osmanı ilə təltif edilmiş və sarayın şəkərçi başısı olaraq xidmət etmişdir. Daha əvvəllər bal ya da bəkməz və un birləşməsi ilə edilən loqumun 17.
Lokus
Lokus — biologiyada xromosomda genin yerləşdiyi nahiyə. Lokusların hər hansı genom üçün sıra sayı genetik xəritə adlanır. == Təsnifat == Misal: "6p21.3". Anoloji olaraq uzun qola da təbiq olunur. Misal üçün "11q1.4-q2.1" göstərir ki, genin lokusu XI xromosomun uzun qolunda, yarımzolaq 4 ilə zolaq 1-in və yarımzolaq 1 ilə zolaq 2-nin arasındadır.