MÜHARİBƏ

MÜHARİBƏ Müharibə gün çıxandan əvvəl başlandı (M.S.Ordubadi); CƏNG (köhn.) [Fəxrəddin bəy:] Dünyanın hər bir işi cəngi-məğlubədi; amma vəhşi nadanlıqda cəng etmək mümkün deyil (N.Vəzirov); DAVA Sən, ey Vətən davasında həlak olmuş əsgərlərin; Mərd qardaşı (Ə.Cəmil); DÖYÜŞ Böyük aşığın oxuduğu nəğmələri quşlar təkrar edərək, döyüşə gedən igidlərin başı üstə uçub, onları zəfərlərə, qələbələrə çağırarmış (R.Rza); HƏRB (köhn.) Görürsünüz tək əlliyəm, mənim bircə qolum vardır; Bu, vətəndaş hərbindəki gəncliyimdən yadigardır (S.Rüstəm); MÜBARİZƏ Bir kərə Firdovsinin “Şahnamə”də təsvir etdiyi İran ilə Turan mübarizəsini nəzərə almalıdır (Çəmənzəminli); VURUŞ Taxta parçasında bu sözlər yazılmışdı: “Bu, ağ fınlərlə davada Qızıl ulduz ordeni almış və alman faşistləri ilə vuruşda qəhrəmancasına ölmüş qızıl əsgər Bahadırın qəbridir” (R.Rza).

MÜHARİB
MÜHASİB

Digər lüğətlərdə