MÜNAQİŞƏLİ
MÜNASİBƏT
OBASTAN VİKİ
Münasib Mehdiyev
== Siyahı ==
Münasib Məmmədov
Münasib Yusifov
İnternetdən münasib istifadə siyasəti
İnternetdən münasib istifadə siyasəti (Acceptable Internet Use Policy)− İnternetdən istifadə müddətlərini və şərtlərini, o cümlədən, onlayn davranış və giriş imtiyazlarını təsvir edən yazılı müqavilə. Bu siyasət istifadəçilər tərəfindən imzalanır. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Gürcüstan və Müstəqil Dövlətlər Birliyi arasında münasibətlər
Gürcüstan və Müstəqil Dövlətlər Birliyi (MDB) arasında münasibətlər üçüncü ölkə ilə dövlətlərüstü təşkilat arasında çoxtərəfli beynəlxalq əlaqələrdir. == Tarix == 3 dekabr 1993-cü ildə Dövlət Başçıları Şurasının qərarı ilə Gürcüstan Birliyə qəbul edildi və 9 dekabr 1993-cü ildə Gürcüstan MDB Nizamnaməsinə qoşuldu. Gürcüstan 3 fevral 2006-cı ildə MDB-nin Müdafiə Nazirləri üzvlüyündən çıxdı, çünki bu qrupa üzvlük NATO -da iştirakla uyğun gəlmirdi. === Gürcüstanın MDB-dən çıxması === 12 avqust 2008-ci ildə Gürcüstan prezidenti Mixail Saakaşvili Rusiya-Gürcüstan müharibəsi səbəbindən MDB-dən çıxmaq istədiyini açıqladı. 2008-ci il avqustun 14-də Gürcüstan parlamenti yekdilliklə (117 səs) Gürcüstanın təşkilatdan çıxması barədə qərar qəbul edib. MDB Nizamnaməsinə (I fəslin 9-cu maddəsi) əsasən, üzv dövlətin Birlikdən çıxmaq hüququ vardır. Dövlət çıxışdan 12 ay əvvəl bu Xartiyanın depozitarisinə belə niyyət barədə yazılı məlumat verir. Eyni zamanda, bu Xartiyada iştirak müddətində yaranmış öhdəliklər müvafiq dövlətləri onların tam yerinə yetirilməsinə məcbur edir. 9 oktyabr 2008-ci ildə Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrov MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının 2009-cu ilin avqustunda Gürcüstanın Birlik üzvlüyünə xitam verilməsi barədə rəsmi qərar qəbul etdiyini bildirdi. 2009-cu il avqustun 18-də Gürcüstan rəsmən MDB-dən çıxdı.
Gürcüstan–Hindistan münasibətləri
Hindistan–Gürcüstan münasibətləri — Hindistan və Gürcüstan arasındakı ikitərəfli münasibətlər. Gürcüstan Nyu-Dehlidə səfirliyə sahibdir. Hindistanın İrəvanda yerləşən səfirliyi həm də gürcüstanda akreditə olunmuşdur. == Tarixi == Gürcü və hind xalqları arasında əlaqələr hələ qədim zamanlardan mövcud olmuşdur. Bunu gürcü xalq əfsanələrindən görmək mümkündüre. Əsasəndə Pançatantra təsiri böyükdür. Orta əsrlərdə gürcü missionerləri, səyyahları və tacirlərinin Hindistana səfəri məlumdur. Gürcülərin hətta Böyük Moğol İmperiyası saraylarında xidmət etmələri də məlumdur. Udaypuri Bequn Böyük Moğollar imperiyasının imperatoru Sultan Övrəngzebin həyat yoldaşı idi. gürcü kökləreə sahib idi.
Gürcüstan–Kiribati münasibətləri
Gürcüstan–Kiribati münasibətləri — Gürcüstan Respublikası və Kiribati arasındakı mövcud ikitərəfli münasibətlər. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının üzvüdür. == Əlaqələr == Gürcüstan və Kiribati 28 sentyabr 2012-ci ildə ikitərəfli münasibətlər qurmuşlar. Bu Gürcüstanın Rusiyanın bölgədəki mövcudluğuna qarşı çıxmaq üçün Sakit Okean dövlətləri ilə daha sıx əlaqələr qurmağa çalışdığı bir vaxtda baş verir. İkitərəfli münasibətlərin qurulması Gürcüstanın Baş naziri Nikoloz Qilaurinin Yeni Zelandiyaya səfərindən təxminən bir il sonra baş verir. Gürcüstan Vellinqton hökumətindən Rusiya-Gürcüstan münaqişəsində Kiribatinin Gürcüstanın tərəfinə keçmək üçün təzyiq göstərməsini tələb tələb edir.. Ölkə əlaqələri məhdud olsa da Kiribati Prezidenti Anote Tong 2013-cü ilin sentyabr ayında Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində Gürcüstan Xarici İşlər Naziri Mayya Pancikidze ilə görüşür. O zamandan bəri Rusiyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaq üçün Nauru, Tuvalu və Vanuatu kimi Sakit okean dövlətlərini lobbiçilik etmək cəhdlərinə baxmayaraq, Kiribati Gürcüstanın ərazi bütövlüyünün qəti tərəfdarıdır. 2018-ci ildə Kiribati BMT-nin Gürcüstan tərəfindən Abxaziya və Cənubi Osetiyadan məcburi köçkünlərin geri dönməsinə çağıran qətnamələrinə səs verən ölkələrdən biri olur. İki ölkə arasında diplomatik əlaqələrin qurumasına baxmayaraq demək olar ki, iqtiadi əməkdaşlıq yoxdur.
Gürcüstan–Meksika münasibətləri
Gürcüstan–Meksika münasibətləri — Gürcüstan Respublikası və Meksika arasındakı mövcud ikitərəfli münasibətlər. Hər iki millət də Birləşmiş Millətlər Təşkilatının üzvüdür. == Tarix == 8 iyun 1992-ci ildə Sovet İttifaqının dağılmasından qısa müddət sonra ölkələr arasında diplomatik münasibətlər qurulur. Münasibətlər qurulduqdan sonra, ölkələr üçüncü ölkələr vasitəsilə səfirləri akkreditə edirlər: Ankaradan Meksika, Vaşinqtondan Gürcüstan. 2008-ci ildə Cənubi Osetiyadakı silahlı qarşıdurma zamanı Meksika hökuməti bitərəf bir mövqe tutur və şiddətə son qoyulması üçün danışıqlar yolunu məsləhət görür. Meksika Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımır və onları Gürcüstanın ayrılmaz hissəsi hesab edir. 2010-cu ilin sentyabrında Gürcüstanın Baş naziri Nikoloz Zuraboviç Gilauri Meksikanı ziyarət edir. Burada Meksikanın İspaniya İmperiyasından müstəqilliyini elan etməsinin iki yüzilliyinə həsr olunmuş şənliklərdə iştirak edir. 2010-cu ilin dekabrında Gürcüstan Prezidenti Mixail Nikolaeviç Saakaşvili Kankunda BMT-nin İqlim Dəyişikliyi Konfransına qatılır. 2011-ci ilin avqust ayında Gürcüstan Xarici İşlər Naziri Qriqol Vaşadze Meksikaya rəsmi səfər edir və Gürcüstanın bu ölkədə səfirliyinin açıldığını elan edir.
Gürcüstan–Myanma münasibətləri
Gürcüstan–Myanma münasibətləri — Gürcüstan Respublikası və Myanma arasındakı mövcud ikitərəfli münasibətlər. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının üzvüdür. == Əlaqələr == Gürcüstan və Myanma arasında diplomatik münasibətlər 16 avqust 1999-cu ildə qurulmuşdur. 2003-cü il Gürcüstan Qızılgül inqilabından bəri, xüsusilə Myanmanın Rusiya ilə sıx əlaqələri səbəbindən dövlətlər arasındakı əlaqələr gərgin olaraq qalır. Gürcüstan Prezidenti Mixail Saakaşvili tez-tez Myanmanı Gürcüstanın fərqlənməyə çalışdığı avtoritar rejimin nümunəsi kimi göstərib. 2005-ci ildə ABŞ Prezidenti Corc Uoker Buş Tiflisə səfəri zamanı Amerikanın bu Cənub-Şərqi Asiya ölkəsində demokratik islahatlar aparmaq və totalitar hakimiyyətə son qoymaq cəhdlərini dəstəklədiyini bildirdi. 2007-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinə illik müraciətində Prezident Saakaşvili beynəlxalq ictimaiyyəti Myanmada demokratiya tərəfdarı olan etirazları dəstəkləməyə çağırdı: “Bu gün bu böyük salonda Birləşmiş Millətlər Təşkilatının əsas prinsiplərindən birini təsdiqləmək fürsətimiz var: hər kəsin azad və ləyaqətli bir həyat sürmə hüququ; Burma xalqı üçün azadlıq axtarmağa cəsarət edən yüz minlərlə rahibə və adi vətəndaşa dəstəyimizi ifadə edərək. Biz onlarla möhkəm dayanmalıyıq. Gerçəkdən geriyə baxacağımızı və birma rahiblərinin bu “Zəfəran inqilabını” planetimizdə qaçınılmaz azadlıq yürüşündə bir addım kimi xatırlayacağımızı ümid edirəm.” 2012-ci ildə Gürcüstan parlamenti tərəfindən "siyasi məhbus" kimi tanınan məhbusların sərbəst buraxılmasına dair bir qanun layihəsinə veto qoyaraq Prezident Saakaşvili, Gürcüstanın demokratik inkişafı ilə Myanmarın avtoritar rejimi arasında kəskin bir ziddiyyət yaratdı. Gürcüstanın ərazi bütövlüyünü rəsmi olaraq tanıyan Myanma bununla belə Rusiya-Gürcüstan münaqişəsində davamlı olaraq Rusiya tərəfini tutmuşdur.
Gürcüstan–Polşa münasibətləri
Gürcüstan–Polşa münasibətləri — Gürcüstan Respublikası və Polşa arasındakı mövcud ikitərəfli münasibətlər. Gürcüstan və Polşa arasında diplomatik təmaslar XV əsrdə başlamışdır. Çağdaş ikitərəfli münasibətlər 28 aprel 1992-ci ildə qurulmuşdur. == Tarix == 1495-ci ildə Kartli çarı II Konstantin, türklərə qarşı dəstək axtararaq qərbə səfirlər göndərir. Missiyanın son hədəfi Papa və İspaniya kralları Ferdinand və İsabella sarayları olur. Yolda diplomatlar Litva və Polşa krtalları olan iki qardaş Aleksandr və Yan Yaqellonların hökmranlıq etdikləri kral sarayları olur. Türklərin ərazilərini genişləndirməsi ilə bağlı problemləri bu ölkələrdə yaşayırdılar. Səfirlər onları birliyə çağırırdılar. 17-ci əsrdə Reç Pospolita ilə Qərbi Gürcüstan knyazları arasında aktiv ticarət və diplomatik yazışmalar baş verirdi. 1997-ci ildə Polşa Respublikası Tiflisdə səfirlik açır.
Gürcüstan–Portuqaliya münasibətləri
Gürcüstan–Portuqaliya münasibətləri — Gürcüstan Respublikası və Portuqaliya arasındakı mövcud ikitərəfli münasibətlər. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulmuşdur. == Siyasi əlaqələr == Gürcüstan 1991-ci ildə müstəqillik qazandıqdan sonra Portuqaliya yeni dövlətin müstəqilliyini tanıyır. 23 may 1992-ci ildə iki ölkə arasında birbaşa diplomatik əlaqələr qurulur. Portuqaliyanın Gürcüstandakı ilk səfiri 1996-cı ildə akkreditə olunmuş Juan Paşenku Luis Qomes olur. Portuqaliya hələ Tiflisdə daimi bir səfirlik açmayıb və Türkiyənin paytaxtı Ankaradakı səfirliyi vasitəsilə ikiqat akkreditasiyaya malikdir. Lakin Portuqaliyanın fəxri konsulluğu Tiflisdə yerləşir. Gürcüstanın Portuqaliyadakı səfirliyi Lissabonda, Rua Fernão Soares No. 6-A ünvanındfadır. Bu ünvanda Gürcüstanın Portuqal Dilli Ölkələr Birliyi ilə əlaqələr bürosu da var.
Gürcüstan–Qazaxıstan münasibətləri
Gürcüstan–Qazaxıstan münasibətləri — Qazaxıstan Respublikası ilə Gürcüstan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. Qazaxıstan və Gürcüstan əlaqələri SSRİ dövründə Gürcüstan SSR–Qazaxıstan SSR münasibətlərinin tərkib hissəsi olmuş, iki ölkənin müstəqilliyinin bərpasından sonra yüksələn xəttlə inkişaf etməkdədir. Hər iki ölkə bir çox beynəlxalq təşkilatların üzvüdür (Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı). == Tarixi == İki ölkə arasında müstəqillik dönəmində ilk diplomatik əlaqələr 23 iyul 1992-ci ildə qurulmuşdur. İkitərəfli əlaqələrdə ilkin baza sənədi isə 1 iyul 1993-cü ildə imzalazmış Qazaxıstan–Gürcüstan müqaviləsidir. == İqtisadi əməkdaşlıq == Qazaxıstan Statistika Agentliyinin məlumatına görə 2012-ci ildə Qazaxıstanla Gürcüstan arasında mal dövrüyəsi 150 milyon dollar olmuşdur. Mövcud əlaqələr əsasən sənaye və turizm sahəsindən təmin edilir. Qazaxıstan hazırda Gürcüstanda investisiya yatırmaq imkanına malikdir. Bu məsələ Qazaxıstan üçün piaritetdir. Azərbaycan Dövlət Neft Şirkəti Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə nəqli üçün danışıqları davam etdirir.
Gürcüstan–Rusiya münasibətləri
Rusiya—Gürcüstan münasibətləri — Rusiya və Gürcüstan arasında iki tərəfli diplomatik münasibətlər. 1918-ci ildə Oktyabr İnqilabının səbəb olduğu Rusiya İmperiyasının parçalanması zamanı Gürcüstan müstəqillik qazanır. 1921-ci ildə Rusiya Qırmızı Ordusunun köməyi ilə Gürcüstan ərazisində Sovet hakimiyyəti qurur. Gürcüstan Demokratik Respublikası ləğvi ilə 16 fevral 1921-ci ildə Gürcüstan SSR elan edilir. 1922-ci ildə Gürcüstan SSR Azərbaycan və Ermənistan SSR ilə birləşərək Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasını (ZSFSR) qurur. 5 dekabr 1936-cı ildə ZSFSR ləğv edildikdən sonra Gürcüstan SSR ayrı bir qurum olaraq SSRİ-nin tərkibinə təmsil olunur. 1991-ci ilin dekabrında SSRİ-nin dağılması ilə Gürcüstan beynəlxalq birlik tərəfindən suveren bir dövlət kimi tanınır. 2008-ci ildə Cənubi Osetiyadakı silahlı qarşıdurmadan sonra Rusiya Gürcüstanın və BMT-nin əksər üzv dövlətlərinin Gürcüstanın bir hissəsi hesab etdiyi Abxaziya və Cənubi Osetiya Respublikalarının müstəqilliyini tanıyır. iki ölkə arasında beynəlxalq səviyyədə tanınan Rusiya-Gürcüstan sərhədinin uzunluğu 894 km-dir. == Tarix == Sovet İttifaqının dağılmasından sonra Gürcüstan millətlərarası qarşıdurmaların, siyasi qüvvələr arasında güc və təsir uğrunda silahlı mübarizələrin yaşandığı ölkəyə çevrilir.
Gürcüstan–Sloveniya münasibətləri
Gürcüstan–Sloveniya münasibətləri — Gürcüstan Respublikası və Sloveniya arasındakı mövcud ikitərəfli münasibətlər. İki Avropa ölkəsi arasında iki tərəfli əlaqələr 1993-cü ildə qurulmuşdur. Sloveniya Gürcüstanın ərazi bütövlüyünü tanıyır. Onun sadiq tərəfdaşlarından biri və qərbyönümlü bir yol qət edən ölkə olaraq sıx diplomatik tərəfdaşlığa geniş yer verir. == Tarix == Gürcüstan və Sloveniya arasında diplomatik münasibətlər 18 yanvar 1993-cü ildə qurulmuşdur. Üstəlik hər iki dövlətin müstəqillik qazanmasından cəmi iki il belə keçməmişdi (Gürcüstan SSRİ-dən, Sloveniya Yuqoslaviyadan). Sloveniya davamlı olaraq Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir. 2008-ci ildə Sloveniyanın Baş naziri Janez Jansa, Rusiya-Gürcüstan müharibəsindən sonra Çexiya və Latviyadan olan həmkarları ilə görüşdükdən sonra bunları demişdir: Sloveniya 2015-ci il Avropa Şurası toplantısı zamanı Rusiyanı atəşkəslə bağlı öhdəliklərinə əməl etməyə və silahlı qüvvələrini Abxaziya və Cənubi Osetiyadan çıxarmağa çağıran bir neçə ölkədən biri olur. Elə həmin il Sloveniya 69-u lehinə, 3 əlehinə olan Avropa İttifaqı və Gürcüstan arasındakı Assosiasiya Sazişini Milli Məclisində təsdiqləyən 21-ci Avropa Birliyi üzvü olur. Sloveniya 2008-ci ildən bəri Birləşmiş Millətlər Təşkilatının Gürcüstan tərəfindən təsdiqlənən məcburi köçkünlərin Abxaziya və Cənubi Osetiyaya qaytarılmasına dair qətnaməsinə səs vermişdir.
Gürcüstan–Tacikistan münasibətləri
Gürcüstan–Tacikistan münasibətləri — Gürcüstan Respublikası və Tacikistan arasındakı mövcud ikitərəfli münasibətlər. İkitərəfli münasibətlər 4 avqust 1994 tarixində qurulmuşdur. 1991-ci ilə qədər hər iki ölkə Sovet İttifaqının bir hissəsi idi. Bu gün onlar Ümumdünya Ticarət Təşkilatının, Beynəlxalq İnkişaf Assosiasiyası, Beynəlxalq Telekommunikasiya İttifaqı, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Ümumdünya poçt ittifaqı, UNESCO, Yer Müşahidələri Qrupu, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının üzvüdürlər və eyni zamanda Birləşmiş Millətlər Təşkilatının həqiqi üzvüdürlər. == Fərqləndirici xüsusiyyətlər == == Tarix == Yarandıqlarından bəri münasibətlərin postsovet dövlətləri arasındakı münasibətlərə xas olan stereotipə görə qurulduğuna inanılır. İqtisadiyyatdan mədəniyyətə və elmə qədər bir sıra əməkdaşlıq sahələri hər iki tərəf üçün faydalıdır. 2003-cü ilin may ayında Özbəkistanın paytaxtı Daşkənddə Tacikistan lideri Emoməli Rəhmon Gürcüstanın ikinci prezidenti Eduard Şevardnadze ilə görüşür. Görüşdə dövlət başçıları müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirmək istədiklərini bildirir. Münasibətlərin hüquqi bazası bir neçə sənəddən ibarətdir: 4 avqust 1994-cü il tarixində imzalanmış Diplomatik əlaqələrin qurulması haqqında Protokol və iki idarələrarası razılaşma. Tərəflər ondan çox sənədin layihəsini nəzərdən keçirir.
Gürcüstan–Türkiyə münasibətləri
Türkiyə–Gürcüstan münasibətləri — Gürcüstan Respublikası və Türkiyə arasındakı mövcud ikitərəfli münasibətlər. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının üzvüdür. İki ölkə arasında dövlət sərhəddinin uzunluğu 273 km-dir. == Tarixi == 16 dekabr 1991-ci ildə Türkiyə Gürcüstanın müstəqilliyini tanımışdır. 21 may 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasına dair protokol imzalanmış, bundan sonra paytaxtlarda səfirliklər açılmışdır. Osmanlı İmperiyasının keçmişdə Gürcüstanı işğal etməsinə baxmayaraq, Gürcüstan Prezidenti Eduard Şevardnadze Türkiyəni iqtisadi və diplomatik tərəfdaş kimi tanımışdır. Gürcülər Türkiyə ilə sərhədin açılmasından istifadə edərək ən yaxın kapitalist qonşusu ilə güclü ticarət fəaliyyətini inkişaf etdirməyə başladılar. 1992-ci ildə Gürcüstan mərkəzi ofisi Türkiyədə olan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına qatılır. 1992-ci ilin dekabrında Türkiyə buğda və digər malların satın alınması üçün Gürcüstana 50 milyon dollar kredit verdi və bu ölkədəki özəl investisiyaları stimullaşdırmağa başladı. 1990-cı illərin əvvəllərində Gürcüstan Türkiyə ilə ölkələr arasında mövcud dövlət sərhədinin tanınması da daxil olmaqla bir neçə diplomatik müqavilə imzaladı.
Gürcüstan–Türkmənistan münasibətləri
Türkmənistan–Gürcüstan münasibətləri — Türkmənistan Respublikası və Gürcüstan arasındakı mövcud ikitərəfli münasibətlər. İki ölkə arasında diplomatik əlaqələr 16 iyul 1992-ci ildə qurulmuşdur. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatı və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının üzvüdür. == Tarixi == 1991-ci ilə kimi Türkmənistan və Gürcüstan Sovet Sosialist Respublikaları İttifaqına daxil olan müttəfiq dövlətlərdən biri olmuşdur. 9 aprel 1991-ci ildə Gürcüstan, 1991-ci ilin 27 oktyabrında isə türkmənistan müstəqilliyini elan etmişdir. Tiflisdə Türkmənistanın, Aşqabadda isə Gürcüstanın səfirliyi vardır. 2014-cü il may ayının 20-dən Gürcüstanın Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Giorgi Karalaşvilidir. Türkmənistan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dövlətmurad Muradovdur. Ölkələr arasındakı əlaqələr tarixində əhəmiyyətli yeri yüksək səviyyədə təşkil olunan səfərlərdir. Türkmənistan Respublikasının ilk prezidenti Saparmurat Niyazov 1996-cı ildə Gürcüstana səfər etmişdir.
Kamerun–Nigeriya münasibətləri
Kamerun–Nigeriya münasibətləri — Kamerun Respublikası ilə Nigeriya Federativ Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Bakassi problemi == İki ölkə arasında əsas mübahisə predmeti Bakassi yarımadası ilə bağlıdır. Belə ki, bu ərazi Nigeriyaya məxsus olmuşdur. Lakin 22 noyabr 2007-ci ildə BMT-nin Beynəlxalq Məhkəməsi yarımadanın Kameruna verilməsi haqqında qərar çıxarmışdır. Ancaq buna baxmayaraq Nigeriya senatı bu qərarın ölkə konstitusiyasına zidd olduğunu bildirərək çıxarılan qərara əməl etmir.
Kamerun–Türkiyə münasibətləri
Türkiyə—Kamerun münasibətləri — Kamerun ilə Türkiyə arasındakı ikitərəfli əlaqələr. == Diplomatik münasibətlər == Başlanğıcda, Türkiyə ilə Kamerun arasındakı münasibətlər Əhmədu Ahidjonun prezidentliyi dövründə gərginləşmişdi, bu zaman polis və təhlükəsizlik aparatı onun düşməni sayılan insanları yox etmək üçün istifadə edildi. Kamerunu daha çox söz və mətbuat azadlığı ilə daha azad və demokratik etməyə çalışan Prezident Paul Biye dövründə ikitərəfli münasibətlər xeyli yaxşılaşdı. Bu müddət ərzində, Türkiyə Kameruna məktəblər inşa etməsində kömək etdi , bu da bir çox Afrika ölkəsinə nisbətən Kamerunda daha çox məktəbdə oxuyan uşaqların olmasına kömək etdi. Lakin münasibətlər 1984-cü ildə baş verən çevriliş cəhdindən sonra müxalifətə qarşı təzyiqlərdən sonra pisləşdi . Neftin qiyməti və tələbi düşdükdən sonra, neft ixracatından çox asılı olan Kamerun iqtisadiyyatı böhrana girdi. 1987-ci ilə qədər Kamerun, borclu olan yoxsul ölkələr qrupuna daxil oldu və bu da iqtisadi inkişaf üçün əlavə fondlar əldə etməyə imkan verdi . Türkiyə Kameruna iqtisadi yardım göstərməkdə Beynəlxalq Valyuta Fondu, Dünya Bankına qatıldı. == İstinadlar == == Ədəbiyyat == Адамс, Мелинда. «Национальные механизмы и авторитарная политика: пример Камеруна».
Kanada–Qazaxıstan münasibətləri
Kanada–Qazaxıstan münasibətləri — Kanada ilə Qazaxıstan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. Ölkələr 1992-ci ildə bir-birləri ilə diplomatik əlaqələr qurmuşlar. Kanadanın Astanada səfirliyi var. Qazaxıstanın Ottavada səfirliyi və Torontoda konsulluğu vardır. Ölkələr Birləşmiş Millətlər Təşkilatı, Ümumdünya poçt ittifaqı, UNESCO, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının üzvüdür. Hər iki ölkə beynəlxalq təşklatlar səviyyəsində bir-biri ilə əməkdaşlıq edir. == Tarix == 1992-ci ildə ölkələr arasında diplomatik əlaqələr qurulduqdan sonra, Kanadada Almatıda səfirlik açır (daha sonra bu Nursultana köçürülür). Qazaxıstan da Ottavada səfirliyini açır. 31 mart 2009-cu ildə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Kanada Baş naziri Jan Kretien ilə görüşərək ölkələr arasındakı əlaqələrin daha da inkişaf etdirilməsini müzakirə edir. Danışıqlardan sonra Jan Kretien, ölkələrin yeni iqtisadi imkanlardan istifadə etməli olduqlarını və yeni layihələrin vaxtının gəldiyini söyləyir.
Livan–Suriya münasibətləri
Livan—Suriya münasibətləri — Livan və Suriya arasında iki tərəfli diplomatik münasibətlər. Ölkələr arasındakı dövlət sərhədinin uzunluğu 403 km-dir. Hər iki ölkə bir çox beynəlxalq təşkilatların üzvləridir. == Tarix == Livan və Suriya Böyük Suriyanın tarixi ərazilərinin bir hissəsidir. 1920-ci ildə fransız mandatı altında, müasir Livanla eyni ərazidə yerləşən Böyük Livan qurulur. Ortaq keçmişə görə, Livan və Suriya arasında həmişə güclü əlaqələr olmuşdur. İkinci Dünya müharibəsi bitdikdən sonra Livan və Suriya müstəqil dövlətlərə çevrilir. Ancaq vahid pul və gömrük ittifaqını qoruyurlar. Siyasi səviyyədə, daha güclü bir Suriya dövlətinə bəzən Livan hakimiyyəti tərəfindən inamsızlıqla yanaşılırdı. 1950-1960-cı illərdə Suriya daxili problemlərdən əziyyət çəkirdi və Livanın siyasi həyatında iştirak etmirdi.
Livan–Türkiyə münasibətləri
Livan—Türkiyə münasibətləri — Livan ilə Türkiyə arasında ikitərəfli diplomatik münasibətlər. == Tarixi == Soyuq müharibə dövründə ölkələr arasında praktik olaraq heç bir əlaqə yox idi. Bunun səbəblərindən biri, nəticədə bu ölkədə Vətəndaş müharibəsinin başlamasına səbəb olan Livandakı daxili siyasi qeyri-sabitlik idi. Sonra Livan bu ölkənin xarici siyasətinə təsir göstərməyə başlayan qonşu Suriyadan asılı vəziyyətə düşdü. 2005-ci ildə Suriya qoşunları Livanı tərk etdi və ölkənin Türkiyə ilə əlaqələri xeyli yaxşılaşdı. 2006-cı ildə Türkiyə İsrail və Livan arasındakı münaqişənin həllində fəal vasitəçi rolunu oynadı. 2010-cu ilin noyabrında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Livanla Strateji Əməkdaşlıq və Koordinasiya Şurasının yaradılması barədə Siyasi Bəyannaməni imzaladı. === İranla rəqabət === Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında olan Türk hökuməti, Livandakı tarixi travma və Livandakı Türk irsi təhdidinə mənfi əsaslarla İranın dəstəklədiyi Şiə hərbiləşdirilmiş və siyasi qrup Hizbullahı götürdü. Beləliklə, Türkiyə Livan daxilində İran nüfuzunu zəiflətmək üçün Livanla daha sıx əlaqələr qurmağa çalışdı. Suriya Milli Ordusuna qarşı vuruşan Suriyaya gələn Hizbullah döyüşçülərinin axını həm də Türkiyəni İranın Livandakı rolunu zəiflətmək üçün Livanla daha yaxın əlaqələr axtarmağa sövq edir.
Liviya–Türkiyə münasibətləri
Türkiyə–Liviya münasibətləri — Türkiyə Respublikası ilə Liviya arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == XVI əsrin ortalarında Osmanlı İmperiyası Liviyanın sahil bölgələrini fəth etdi və bu ölkənin cəmiyyətinə böyük təsir göstərdi. Osmanlı Tripolitaniyası qeyri-sabitliyi ilə seçilməsinə baxmayaraq yüksək dərəcədə bir muxtariyyətə sahib idi. 18-ci əsrdə Əhməd Karamanlı, Liviyanı Osmanlı İmperiyasının nəzarəti altında idarə edən Karamanlı sülaləsini qurdu. Liviya onun hakimiyyəti altında Osmanlı İmperiyasının ən çiçəklənən bölgələrindən birinə çevrildi, lakin itayətsizliyi Osmanlılar arasında düşmənçilik yaratdı.. Ancaq varisləri Əhməd qədər uğurlu olmadılar və sülalə XVIII əsrin sonunda təsirini itirməyə başladı və Amerika Birləşmiş Ştatları tərəfindən başladılan Bərbər müharibələri, Karamanlı sülaləsinin tamamilə çökməsinə səbəb oldu. İtaliya-Osmanlı müharibəsi (1911-1912) bitdikdən sonra Liviya İtaliyanın nəzarətinə keçdi. 1947-ci ildə Türkiyə ilə Liviya əlaqələrini bərpa edir. 1951-ci ildə Liviya Krallığı qurulur və Türkiyə ilə isti münasibətləri davam etdirir. 1969-cu ildə Liviyada kral Məhəmməd İdris əl-Sənusi müalicə üçün Ankarada olduğu zaman qansız bir hərbi çevriliş baş verir.
Macarıstan–Polşa münasibətləri
Polşa–Macarıstan münasibətləri — Macarıstan və Polşa arasındakı xarici əlaqələrin kökləri orta əsrlərə gedir. Ənənəvi olaraq iki xalqın yaxın münasibətləri vardır. Onların tarixlərində ortaq hökmdarlar və vahid bir din mövcud olmuşdur. Hər iki ölkə martın 23-də "qardaşlıq" münasibətlərini qeyd edir. Macarıstanın Varşavada bir səfirliyi, Krakovda bir konsulluğu, Lodz və Poznanda iki fəxri konsulluğu vardır. Polşanın Budapeştdə bir səfirliyi mövcuddur. Hər iki ölkə eyni gündə (12 mart 1999-cu il) Avropa İttifaqına qoşulmuşdur. Üstəlik eyni zamanda NATO-nun tamhüquqlu üzvləridir. == Tarixi == Polşa və Macarıstan arasındakı münasibətlər orta əsrlərə gedib çıxır. Polşa və Macarıstan kral ailələrinin nümayəndələri bir-birləri ilə evlənirdilər.
Macarıstan–Türkiyə münasibətləri
Macarıstan–Türkiyə münasibətləri — Türkiyə ilə Macarıstan arasında xarici əlaqələr. Macarıstanın Ankarada səfirliyi və İstanbulda baş konsulluğu yerləşir. Macarıstanın Antalya, İzmir, Adana, Kütahya, Kayseri, Təkirdağ və Kocaeli də fəxri konsulluqları vardır. Türkiyənin Budapeştdə səfirliyi yerləşir. Hər iki ölkə Avropa Şurası, İƏİT, NATO, ATƏT və ÜTT -nin tamhüquqlu üzvləridir. Həmçinin Macarıstan AB üzvüdür, Türkiyə də namizəddir. Macarıstan, Türkiyənin tam üzv olduğu Türk Şurasında müşahidəçi statusuna malikdir. == Tarixi == Həm Macarlar, həm də Türklər sırasıyla Şimali və Orta Asiyadan qaynaqlanmış və sonra fərqli vaxtlarda qərbə doğru köç etmişlər. Lakin Macarıstan 1541 - 1699-cu illərdə Osmanlı İmperiyası tərəfindən idarə edildi. Macarıstan Krallığı ilə Osmanlı İmperiyası arasında ilk böyük toqquşma 1396-cı ildə Niqbolu döyüşündə baş verdi.
Monteneqro-Serbiya münasibətləri
Monteneqro–Serbiya (və ya Çernoqoriya–Serbiya) əlaqələri — Monteneqro ilə Serbiya arasındakı mövcud ikitərəfli əlaqələrə deyilir. 1918-ci ildən 2006-cı ilə qədər iki ölkə Yuqoslaviya Krallığı, Yuqoslaviya Sosialist Federativ Respublikası və Serbiya və Monteneqro dövlətlərində birləşmişdilər. Bölgədəki son siyasi inkişaflara bağlı olaraq, Çernoqoriyalılar və Serblər arasındakı etnik əlaqənin dərəcəsi tez-tez tarixçilər tərəfindən müzakirə edilir. Ancaq, əlaqələri səmimi olaraq xarakterizə olunur və keçmişdə iki ölkə arasında böyük bir müharibə yoxdur. == Tarixi == === Yuqoslaviyadan Əvvəl === Yuqoslaviyanın varlığından əvvəl, Serb Ortodoks Kilsəsinə asılı olduğu üçün Serblər və Çernoqoriyalılar arasında çox az fərq var idi, bu da 1697-ci ildə Monteneqro Şahzadə-Yepiskopluğu tərəfindən birbaşa təsir edilmişdi. Pitr II Pitroviç-Nyeqoş, ən çox teokratik Monteneqro Şahzadə-Yepiskopluğunun tarixi idarəçilərindən biri idi, daha sonra Serb ədəbiyyatının tarixinin bel sümüyünü meydana gətirəcək əsərləri hazırladı. === Birinci Dünya Müharibəsi Və Monteneqronun Yuqoslaviya Tərəfindən İhlaqı === Berlin Konqresi hərəkəti suveren dövlətlərin müstəqilliyini rəsmi olaraq tanıdığında, 1897-ci ildə rəsmi olaraq qurulana qədər iki ölkənin əlaq Monteneqro Krallığı, 1916-cı ildə Avstriya-Macarıstana təslim olana qədər Serbiyanın Birinci Dünya Müharibəsində ən yaxın müttəfiqi oldu. Monteneqro ilhaq edildi və daha sonra Yuqoslaviya Krallığı rəhbərliyində 1918-ci ilin Dekabr ayının 20-də elan edildi. Həftələr sonra, Kristo Zrinov Popoviç'ə rəhbərliyindəki separatist Çernoqoriyalı Yaşıllar, 1919-cu ilin Yanvar ayının 7-də Milad Üsyanı olaraq bilinən Yuqoslaviya tərəfdarı olan ittifaqcıların əleyhinə şiddətli bir qiyam başlatdı. === İkinci Dünya Müharibəsində === Yuqoslaviyanın işğalından sonra Serbiyanın kiçik bir hissəsində və Monteneqro torpaqlarında iki çətin müqavimət qrupu təsirli oldu.
Monteneqro–Serbiya münasibətləri
Monteneqro–Serbiya (və ya Çernoqoriya–Serbiya) əlaqələri — Monteneqro ilə Serbiya arasındakı mövcud ikitərəfli əlaqələrə deyilir. 1918-ci ildən 2006-cı ilə qədər iki ölkə Yuqoslaviya Krallığı, Yuqoslaviya Sosialist Federativ Respublikası və Serbiya və Monteneqro dövlətlərində birləşmişdilər. Bölgədəki son siyasi inkişaflara bağlı olaraq, Çernoqoriyalılar və Serblər arasındakı etnik əlaqənin dərəcəsi tez-tez tarixçilər tərəfindən müzakirə edilir. Ancaq, əlaqələri səmimi olaraq xarakterizə olunur və keçmişdə iki ölkə arasında böyük bir müharibə yoxdur. == Tarixi == === Yuqoslaviyadan Əvvəl === Yuqoslaviyanın varlığından əvvəl, Serb Ortodoks Kilsəsinə asılı olduğu üçün Serblər və Çernoqoriyalılar arasında çox az fərq var idi, bu da 1697-ci ildə Monteneqro Şahzadə-Yepiskopluğu tərəfindən birbaşa təsir edilmişdi. Pitr II Pitroviç-Nyeqoş, ən çox teokratik Monteneqro Şahzadə-Yepiskopluğunun tarixi idarəçilərindən biri idi, daha sonra Serb ədəbiyyatının tarixinin bel sümüyünü meydana gətirəcək əsərləri hazırladı. === Birinci Dünya Müharibəsi Və Monteneqronun Yuqoslaviya Tərəfindən İhlaqı === Berlin Konqresi hərəkəti suveren dövlətlərin müstəqilliyini rəsmi olaraq tanıdığında, 1897-ci ildə rəsmi olaraq qurulana qədər iki ölkənin əlaq Monteneqro Krallığı, 1916-cı ildə Avstriya-Macarıstana təslim olana qədər Serbiyanın Birinci Dünya Müharibəsində ən yaxın müttəfiqi oldu. Monteneqro ilhaq edildi və daha sonra Yuqoslaviya Krallığı rəhbərliyində 1918-ci ilin Dekabr ayının 20-də elan edildi. Həftələr sonra, Kristo Zrinov Popoviç'ə rəhbərliyindəki separatist Çernoqoriyalı Yaşıllar, 1919-cu ilin Yanvar ayının 7-də Milad Üsyanı olaraq bilinən Yuqoslaviya tərəfdarı olan ittifaqcıların əleyhinə şiddətli bir qiyam başlatdı. === İkinci Dünya Müharibəsində === Yuqoslaviyanın işğalından sonra Serbiyanın kiçik bir hissəsində və Monteneqro torpaqlarında iki çətin müqavimət qrupu təsirli oldu.
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu və ya tam adı Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) (rus. Московский государственный институт международных отношений (университет) Министерства иностранных дел Российской Федерации) — Rusiya Federasiyasında beynəlxalq münasibətlər sahəsi üzrə ixtisaslaşmış ali təhsil müəssisəsi. İnstitutun nəzdnində 4 elmi-tədqiqat institutu, 8 fakültə fəaliyyət göstərir. Hazırda 6000 tələbəsi vardır. == Məşhur məzunları == İlham Əliyev — Azərbaycan Respublikasının Prezidenti. Qasım-Comərd Tokayev — Qazaxıstan Respublikasının 2-ci prezidenti.
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (universitet)
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu və ya tam adı Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) (rus. Московский государственный институт международных отношений (университет) Министерства иностранных дел Российской Федерации) — Rusiya Federasiyasında beynəlxalq münasibətlər sahəsi üzrə ixtisaslaşmış ali təhsil müəssisəsi. İnstitutun nəzdnində 4 elmi-tədqiqat institutu, 8 fakültə fəaliyyət göstərir. Hazırda 6000 tələbəsi vardır. == Məşhur məzunları == İlham Əliyev — Azərbaycan Respublikasının Prezidenti. Qasım-Comərd Tokayev — Qazaxıstan Respublikasının 2-ci prezidenti.

Значение слова в других словарях