MƏDAXİLLİK
MƏDƏNİLİK
OBASTAN VİKİ
Mədəni alma
Mədəni alma (lat. Malus domestica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü. == Təbii yayılması == Asiyada təbii halda yayılmışdır. == Botaniki təsviri == 3-6 və yaxud 10 -14 m hündürlüyü olan ağacdır. Gövdəsi çatlarla örtülmüş, böyük və yaşıl ağaclarda diametri 9 sm-ə çatır. Qollu-budaqlı, enliçətirlidir; bəzən çətiri yumurtavarı və ya şarşəkilli olur. Budaqları uzun müddət tüklü qalır. Oduncağı sıx, möhkəm və bərkdir. Tumurcuqları konusvarı və ya yumurtavarı olur. Yarpaqları iri və müxtəlif formalardadır.
Əhməd Mədəni Qüdsizadə
Əhməd Mədəni Qüdsizadə Abdullah oğlu (1890-cı il, 1940-cı il 24 yanvar) — türkman mətbuatının görkəmli nümayəndəsi. == Həyatı == Əhməd Mədəni Qüdsizadə 1890-cı ildə anadan olub. İlk türkman qəzeti olan "Havadis" qəzetinin əsasını 1911-ci il 24 fevralda qardaşı Məhəmməd Zəki Qüdsizadə ilə İraqda qoyub. Əhməd Mədəni Qüdsizadə şair Abdullah Qüdsizadənin oğludur. Əhməd Mədəni 48 yaşı tamam olduqdan sonra 1940-cı il 24 yanvarda vəfat etmişdir. Kərkükün Musalla bölgəsində yerləşən böyük türbəli Cümcümə məzarlığı yaxınlığında dəfn edilmişdir. == Fəaliyyəti == Əhməd Mədəni Qüdsizadə 1909-cu ildə 17-18 yaşlarında olarkən Bağdadda türkman və ərəb dillərində nəşr olunmuş "Əl Zuhur"un türkman dilində olan bölməsinə məqalələr yazmağa başlamışdır. Mosulda çap edilmiş "Neynəva" və 1910-cu ildə "Nəcah"da yazılar dərc etdirmişdi. O, bəzi məqalələrinə görə 1912-ci ilin aprel ayında Bağdadda aparılmış mühakimədə bəraət qazanmışdır. Əhməd Mədəni 1911-ci il fevralın 24-də qardaşı Məhəmməd Zəki ilə Kərkük şəhərində ilk dəfə "Havadis" adlı türkcə siyasi qəzet çıxarmağa və şəxsi təşəbbüsü ilə eyni adda mətbəə yaratmağa müvəffəq olmuşdur.
Əndəriyan qızıl mədəni
Əndəriyan qızıl mədəni — Şərqi Azərbaycan ostanının ən böyük qızıl mədənidir.Əndəriyan kəndinin yanında və Vərziqan ətrafında yerləşir.Bu mədən 250 ton qızıl ehtiva edir.
Azərbaycan mədəni təsiri
Azərbaycan mədəni təsiri — Azərbaycan linqvistik və mədəni mühitinin təsir dairəsinin inkişaf tarixi, Azərbaycan mədəniyyətinin müxtəlif bölgələrdə və xalqlarda oynadığı rol. XIX əsrin sonu — XX əsrin əvvəlləri Azərbaycanda milli oyanış — mədəni Renessans dövrü (maarifçiliyin genişlənməsi, təhsil, mətbuat və incəsənətin inkişafı) baş vermişdir. Bakı mərkəzli Azərbaycan ziyalıları yaratdıqları "mədəniyyət məhsulları"nın Mərkəzi Asiya çöllərindən İstanbula, tatarların vətəni Mərkəzi Volqadan İrana qədər yayılması potensialını görürdülər. Azərbaycanlılar aktiv şəkildə Rusiya imperiyası, İran və Osmanlıda baş verən inqilabları və daha sonra baş verən islahatları izləyir, şərh edir və bu inqilab və islahatlarda aktiv iştirak edirdilər. Bu dövrün azərbaycanlı islahatçı ziyalıları dövrü nəşrlər, teatr truppaları və qonşu dövlətlərdəki konstitusiya hərəkatlarında iştirak vasitəsilə türk Cənubi Qafqazından başqa İran, Osmanlı və Mərkəzi Asiyada da təsirə malik oldular. == Arxa plan == === Regionda erkən türk-İslam təsiri === Səlcuq sultanı II Qılınc Arslan Taksara (Aksaray) şəhərində yenidənqurma edərkən Azərbaycandan alim, sənətkar və tacirləri çağırmış və onları burada qalmağa məcbur etmişdir. Xüsusilə Səlcuq türkləri Qafqazı işğal etdikdən sonra İslam təsiri Gürcüstanda və Ermənistandakı xristianların mədəniyyət və adətlərinə nüfuz etmişdir. Xaçın knyazı Həsən Cəlalın hakimiyyətini göstərmə üsulları İslam adətləri və titulları ilə edilirdi. Bu, xüsusilə, onun tikdirdiyi əsas abidə olan Gəncəsər monastırında ortaya çıxır. Gəncəsərin günbəzindəki Həsən Cəlal təsvirinin ayaqlarının çarpaz şəkildə təsvir edilməsi Səlcuq sarayında gücün təsvir edilməsinin əsas vasitəsi idi.
Havuş mədəni
Havuş mədəni — Şərur rayonunun Havuş kəndinin içərisində tarixi abidə. Hаvuş mədən istismаr yеri. Еyniаdlı kəndin içərisində dərin dərədədir. Hаvuşçаyın sоl sаhilində Dərələyəz sırа dаğlаrının ətəklərində yеrləşmişdir. Yеrаltı filizçıхаrmа məntəqəsində təmizləmə işləri аpаrılmış, Оrtа əsrlərə аid kеrаmikа məmulаtı аşkаr еdilmişdir. Filizin аnаlizi göstərmişdir ki, Hаvuş mədən istismаr yеrindən əsаsən qurğuşun çıхаrılmışdır. Lаkin filizin tərkibində digər qаrışıqlаr dа оlmuşdur . == İstinadlar == == Mənbə == “Naxçıvan abidələri ensiklopediyası”, Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 154.
Mədəni Bərk
Mədəni Bərk (1913, Mədinə, Hicaz vilayəti – 1994, İstanbul), Türk siyasətçidir. == Həyatı == Mehmet Mədəni Bərk 1913-cü ildə atasının Osmanlı zabiti kimi vəzifə yerinə yetirdiyi Ərəbistanda anadan olub. Əslən Aksaray Topakkaya (Çimeli) kəndindən olan Həmzə bəy və Safiyə xanımın dörd övladından biri olaraq atası müqəddəs Mədinə şəhərində doğulmasından ilham alaraq ona "Mədəni" adını verdi. Daha sonra ordu üzvü olduğu üçün vəzifəsini tez-tez dəyişdirən Həmzə bəy ailəsi ilə birlikdə İzmirə gəldi. İlk və orta təhsilini bu şəhərdə bitirən Mədəni Bərk, orta məktəb təhsilini İstanbulda tamamladı. Ali təhsilini 1936-cı ildə Marmara Universitetinin təməlini qoyacaq olan İstanbul İqtisadiyyat və Ticarət Ali Məktəbində bitirmişdir. 1937-ci ildə Təkəl İdarəsində mühasibat işçisi olaraq iş həyatına başladı. Bərk ardıcıllıqla Ziraat Bankında müfəttiş köməkçisi, müfəttiş və menecer olaraq çalışdıqdan sonra, 1950-ci ildə TARİŞ-in, sonra 1951-ci ildə Demokrat Partiyanın hakimiyyətə gəldiyi zaman Türkiyə Əmlak Kredit Bankının baş direktoru oldu. Bu vəzifə, şübhəsiz ki, rayonlaşdırma, mənzil və tikinti sahəsində ixtisaslaşmasına imkan verdi. Vəqflər Bankı və Çimento Sənayesi TAŞ-ın qurucularından biridir.
Mədəni antropologiya
Mədəni antropologiya — Antropologiyanın ən böyük sahələrindən biridir və mədəniyyətin və ondakı dəyişikliklərin öyrənilməsinə yönəlmişdir. Antropologiya, etnoqrafiya, etnologiya, linqvistika, folklor və dünya xalqlarının fərqli mədəniyyətlərini təsvir etməyə və təhlil etməyə imkan verən digər elmlər vasitəsilə əldə edilən məlumatlardan istifadə edir. Antropologiyanın bu qolu daxilində insan zamanla cəmiyyətin üzvü və tarixin və mədəniyyətin yaradıcı elementi kimi tədqiq olunur. Bu elm, insanların həyat tərzini geniş bir şəkildə öyrənir və onları mövcud insan qrupları arasında müqayisə etmək üçün geniş bir perspektivdə yerləşdirir. Mədəniyyət, bir tərəfdən, bir insanın həyat tərzinin cəmiyyət içərisində necə inkişaf etdiyini təyin edən amildir, bir tərəfdən də insanın öz sosial həyatı daxilində şəxsi həyatını necə yaşaması barədə sahib olduğu bilikdir. Mədəni antropologiya, insanı həm indiki, həm də keçmişdə mövcud olmuş fərqli cəmiyyətlər və mədəniyyətlər daxilində yerləşdirir və insanın mənası nədir sualını tədqiq etməyə çalışır. == Tədqiqat obyekti == Mədəni antropologiya dünyada mövcud ola biləcək fərqli mədəniyyətləri tədqiq etməyi hədəfləyir. Hər birinin özünəməxsus anlayışı sayəsində onları fərqləndirmək və mənşəyini, işləmə yollarını və müxtəlif regionlarda sosial həyatın necə inkişaf etdiyini anlamaq mümkündür. Öyrənilən mədəniyyət elementləri arasında sənət, din, iqtisadiyyat, siyasət, dil, ənənələr, ekosistemlər, irqlər arasındakı münasibətlər, yaşayış şərtləri və müharibələr, müstəmləkəçilik, dövlət strukturları, tarixi amillər və bunun kimi bir çox xüsusiyyətlər nəzərə alınır. == Tarix == Antropologiyanın başlanğıcı XVIII əsrlə XIX əsrin ortaları arasındadır.
Mədəni bolşevizm
Kulturbolşevizm və ya mədəni bolşevizm (alm. Kulturbolschewismus‎) — alman mədəniyyətində alman milli ruhuna zərərli və nasional sosializm ideologiyasına uyğun olaraq alman dövlətinə düşmən hesab edilən cərəyanları bolşevizmin və Oktyabr inqilabının təxribatçı təsiri ilə əlaqələndirən termin. == Mənşəyi və əhatə dairəsi == 1920-ci illərdə Almaniyanın sağçı burjua dairələrində yaranmış və 1929-cu ildə dünya iqtisadi böhranının başlaması ilə alman cəmiyyətində geniş yayılmışdır. Bu, nasistlər tərəfindən 1933-cü ildən hakimiyyətə gəldikdən sonra bədii avanqard və modernizmi yatırmaq, sonradan bu cür sənətkarları təqib etmək üçün fəal şəkildə istifadə olunmuşdur. "Baubolschewismus" (tikintidə bolşevizm), "Kunstbolschewismus" (incəsənətdə bolşevizm) terminləri də istifadə edilmişdir. Təsviri incəsənətdə bunun sinonimi "Entartete Kunst" (degeneratuv incəsənət), musiqidə isə "Entartete Musik" (degenerativ musiqi) termini idi. 1930–1950-ci illərdə SSRİ-də, daha sonra isə 1950-ci illərdə müharibədən sonra formalaşmış sosialist ölkələrində oxşar rolu " burjua formalizmi" termini oynamışdır. == İstinadlar == == Ədəbiyyat == Castoriadis, C., Crossroads in the Labyrinth, Harvester Press, 1984, ISBN 978-0-85527-538-9 Williams, R. C. Chapter 5: Bolshevism in the West: From Leninist Totalitarians to Cultural Revolutionaries // Russia Imagined: Art, Culture and National Identity, 1840-1995. Peter Lang. 1997.
Mədəni coğrafiya
Mədəni coğrafiya — iqtisadi-sosial coğrafiyanın istiqamətidir, məkandakı mədəni fərqləri və mədəniyyətlərin ərazi bölgüsünü öyrənir. Elmi istiqaməti 1930-cu ildə Karl Sauer tərəfindən yaradılmışdır. Əsasən ABŞ-də inkişaf etmişdir. Saueradan sonra mədəni coğrafiyanın formalaşmasına ən böyük töhfəni Riçard Xartşorn və Vilbur Zelinski vermişdir. Sauer əsasən keyfiyyətli və təsviri analizin metodologiyasını tədqiq edir, hansı ki, 1930-cu illərdə Riçard Xartşorn tədqiq etməyə çalışırdı. Başqa tədqiqatçılar isə kəmiyyət metodunu tədqiq edirdilər. 1970-ci ildə kəmiyyət metodu coğrafiyada həddən artıq etibarilə pozitivizmi artırırdı.
Mədəni dairə
Mədəni dairələr nəzəriyyəsi XX əsrin əvvəllərində Avstriya antropologiya məktəbinin əsas nəzəri fikri olmuşdur. Bu məktəb insan təbiətindəki, cəmiyyətindəki nizam-intizamın yönləndirilməsi, bütün mədəniyyətlərin bir mərkəzdən yaranıb-yayılması fikrini müdafiə etmişdir. İki əsas məktəbi olmuşdur. 1) Frits Qrebner yaxud Köln məktəbi 2) Vilhelm Şmidt və Vyana məktəbi == Frits Qrebner yaxud Köln məktəbi == Diffuzionizmin әsas istiqamәtlәrindәn biri "mәdәni dairәlәr" istiqamәtidir. "Mәdәni dairәlәr" istiqamәtinin banilәrindәn biri Frits Qrebnerdir. Qrebner antropologiyada Ratsel tәrәfindәn irәli sürülәn bir çox ideyaları özünәmәxsus şәkildә izah edәcәk yeni bir istiqamәtin әsasını qoymuşdur. Tәhsilinә görә tarixçi-mediyevis olan Qrebner Berlin vә Marburq univetsitetlәrindә tәhsil almışdır. 1904-cü ildә Berlin Antropologiya Cәmiyyәtindә "mәdәni dairәlәr" haqqında tәlim mәruzәsi ilә çıxış etmiş vә "Okeaniyada mәdәni dairәlәr vә tәbәqәlәr" әsәri ilә tәliminin әsas müddәalarını izah etmişdir. O, qeyd edirdi ki, mәdәniyyәtin elementlәri müәyyәn bir zaman kәsiyindә coğrafi mәkanda yaranır vә sonra diffuziya nәticәsindә digәr әrazilәrә yayılır. Bu sәbәbdәn o, mәdәniyyәtin elementlәrini kartoqrafiya etmәyә çalışırdı.
Mədəni determinizm
Mədəni determinizm — Mədəni determinizm (ing. cultural determinism alm. kultureller Determinismus‎ ) insan davranışlarının sosial mədəni izahıdır. Bu təlimə görə mədəniyyət bizim emosional və davranış səviyyəmizə görə kim olduğumuzu , xüsusən də sosial mədəni səbəblərdən kimliyimizi müəyyən edir. Həmçinin cəmiyyətdə iqtisadi, sosial, siyasi strukturu və institutları müəyyən edir. Mədəni determinizm iki əsas faktordan formalaşır: İrqlər və dinlər. İdeologiya, ətraf mühit, hava şəraiti də insanın və onun özünəməxsus mədəniyyətinin formalaşmasında əhəmiyyətli rola malikdir. Mədəni determinizmə görə uzun zaman müddətində insanların ənənələri, davranışları nəsildən nəsilə ötürülür. Mədəni determinizm tarix boyunca mədəniyyətlərin və sivilizasiyaların çoxsaylı müxtəlifliyinin səbəblərini izah eliyir. Sosial inkişaf nəzəriyyəsində müxtəlif nöqteyi nəzərlər mövcuddur.
Mədəni diffuziya
Mədəni diffuziya — Mədəni yayılma, mədəni formaların, maddi və mənəvi alt sistemlərin nümunələrinin təmasda olduğu, bu mədəniyyət elementlərinin tələb olunduğu və əvvəllər belə formalara sahib olmayan cəmiyyətlər tərəfindən alındığı qarşılıqlı nüfuzdur. Mədəni təmasa mədəni əlaqə deyilir, bunlar: hər iki mədəniyyətdə heç bir iz buraxa bilməz, bitişik mədəniyyətlərin bir -birinə bərabər və güclü təsiri ilə nəticələnə bilər; bir mədəniyyət formasının digərinə birtərəfli təsirinə səbəb ola bilər. Diffuziya kanalları miqrasiya, turizm, missionerlik fəaliyyəti, ticarət, müharibə, elmi konfranslar, ticarət sərgiləri və yarmarkalar, tələbə və mütəxəssis mübadiləsi və s.. Fenomenin tarixi Mədəni yayılmaya diqqət yetirən tədqiqatçılar, bu və ya digər mədəni fenomenin təkamül nəticəsində müəyyən bir cəmiyyətdə meydana gəlməsi lazım olmadığını irəli sürdülər. Borc ala bilərdi, kənardan götürdü. Bu müddəanın mütləqləşdirilməsi etnologiya elmində diffuziya adlanan xüsusi bir cərəyanın əsasını qoydu. Antropogeoqrafiya məktəbi fikirləri F. Ratzelin əsərlərində öz əksini tapan diffuziya mənbəyinə çevrildi. Almaniyada ortaya çıxan difüzyonizm, F. G. Frobeniusun "mədəni morfologiya" məktəbi, F. Gröbnerin "mədəni dairələr" anlayışı və V. Şmidtin "mədəni-tarixi" məktəbi ilə təmsil olunurdu. İngiltərədə W. H. Riversin əsərlərində diffuzionist fikirlər inkişaf etdi. Mədəni yayılma anlayışının ən radikal tərəfdarları bəşəriyyətin bütün tarixini təmaslara, toqquşmalara, borcların alınmasına və mədəniyyətlərin köçürülməsinə qədər azaltmağa çalışdılar.
Mədəni diplomatiya
Mədəni diplomatiya və ya mədəniyyət diplomatiyası — ictimai diplomatiya və yumşaq gücün üsulu olan insanlar arasında qarşılıqlı anlamanı böyütmək məqasədi ilə fikirlərin, məlumatın, incəsənətin, dilin və mədəniyyətin başqa cəhətlərin millət və insanarası mübadilə. == Tarixi == Mədəni diplomatiyanın qədim nümunələri arasında yunanların İsgəndəriyyə kitabxanasının tikilməsini, Roma Respublikasının onunla həmsərhəd olan dövlətlərdən "dostyana kralların" oğullarını Romaya onlara təhsil vermək üçün dəvət edilməsi və Bizans İmperiyasının slavyan torpağlarında Pravoslav yevangelizmi sponsorluq etməsini qeyd oluna bilər. Soyuq müharibə dövründə mədəni diplomatiya ABŞ üçün SSRİ-nin çəpələməsinin üçün vacib cihazı olmuşdu. Fransa məktəblərin beynəlxalq şəbəkəsi vasitəsi ilə fransız dilini mədəni diplomatiya üçün iştədir.
Mədəni iqtisadiyyat
Kültürəl İqtisadiyyat — İqtisadiyyatın Mədəniyyətin iqtisadi nəticələrlə əlaqəsini öyrənən bir qoludur. Programmatik məsələlər mədəniyyətin iqtisadi nəticələrə nə qədər təsir etdiyini və qurumlarla onun əlaqəsinin nə olduğunu daxil edir. Tətbbiqetmələr dini iqtisadiyyatın, sosial normaların, sosial kimliyin, məhsuldarlığın, idealogiyanın, terrorizmin öyrənilməsini daxil edir. Ümumi analitik mövzu idealar və davranışların sosial şəbəkələr vasitəsilə fərdlər arasında necə yayılmasıdır. Metodlar sosial qruplar boyunca kültürəl ötürülmənin nəzəri və emprik modelləşməsini daxil edir. 2013-cü ildə Said E. Dawlabani dəyər sistemlərini əlavə etdi.
Mədəni irqçilik
Mədəni irqçilik, yeni irqçilik və ya neoirqçilik — qəbul edilən bir irqin və ya qrupun mədəniyyətinin digər irq və ya qruplardan üstün olduğu irqçilik formasıdır. Bu həm institusional, həm də fərdi şəkildə baş verir. Mədəni irqçilikdə dominant qrup öz mədəniyyətinə, etnosentrizminə üstünlük vermək üçün tərif gücündən istifadə edir. Qeyri-dominant qruplar mədəniyyəti və dini bu qrupların mahiyyəti kimi təqdim etmələri ilə fərqlənir, nəticədə bu mahiyyət hakim mədəniyyətə təhlükə yaradır. İkinci Dünya Müharibəsinin dəhşətləri uzun müddətdir ki, soyqırım, yevgenika və açıq-aşkar irqçi rejimlərin seqreqasiyası ifratlarını ictimai rəydə qəbuledilməz edib. Bununla belə, qəribə qarşı qərəz və qorxu aradan qalxmadı, açıq-aşkar irqçilik də yox olmadı. Müharibədən sonrakı onilliklər ərzində davam edən iqtisadi rifah və demək olar ki, tam məşğulluq da Avropaya qonaq işçi immiqrasiya dalğasına səbəb oldu. Bununla belə, 1973-cü il neft böhranı ilə iqtisadi artım dayandı və işsizlik artdı, indiyə qədər tanınan tolerantlıq azaldı. Beləliklə, yerli əhali immiqrantlarla məşğulluq, mənzil və təhsil uğrunda real və ya xəyali rəqabətlə üzləşdikcə, sosial xidmətlərdən sui-istifadə halları geniş şəkildə bildirildikcə, fəhlə sinfi daxilində parçalanmalar üçün şərait böyüdü. Beləliklə, ksenofobiya və gündəlik irqçilik milli kimliyə və milli xarakterə müraciətlə yenidən siyasi gündəmdə yer ala bildi.
Mədəni landşaft
Mədəni landşaft- insan fəaliyyəti sayəsində müəyyən bir ehtiyacı ödəmək üçün yaradılmış landşaft. == Mədəni landşaft == İnsanın təsərrüfat fəaliyyətinin təsirini görməmiş təbii landşaftdan fərqli olaraq Mədəni landşaft daima insanın təsiri və nəzarəti altında olur. Səhra içərisində vahə, çöl zonasında zəmi, bağ, üzümlük, tropik meşələr arasında çay kolu, banan plantasiyaları, qırılmış meşə yerində örüş və tarla, quraqlıq yerdə süni salınmış meşə və s. mədəni landşafta aiddir. == Landşaft planlaşdırılması == Landşaft planlaşdırması adətən digər planlaşdırma vasitələrindən əvvəl və yaxud onlarla kompleks istifadə olunur və aşağıdakı şəkildə təbii ehtiyatların mühafizəsi və onlardan davamlı istifadəyə kömək edir: -Müxtəlif məqsədlər üçün torpaqdan istifadənin daha effektiv olmasına və bu sahədə məlumatlandırmaya təminat verir, məsələn, tikililər, yerquruluşu, meşə massivləri və biomüxtəliflik üçün; -Torpaqdan istifadədə müxtəlif təşkilat və siyasətçilərin müxtəlif səviyyələrdə qərarlarını birləşdirir; -Əhali ilə aktiv münasibət yaratmaqla məlumat sisteməlşdirilir və interaktiv (əhalinin iştirakı) plan üçün sənədlər hazırlanır; -Təbii resurs və komplekləslərin istifadəsində konkurent varintlar olduqda, xüsusən bazar iqtisadiyyəti şəraitində, optimal qərarın tapilmasına xidmət edir; -İnvestorlara layihələrə qoyulan tələbləri nəzərə almağa və onların reallaşdırılmasının məqsədəuyğunluğu haqqında vaxtında və doğru qərar qəbul etməyə imkan verir; -Planlaşdırmaya bütün marağı olan tərəfləri, o cümlədən yerli əhalini, cəlb edən komunikativ prosesdir və cəmiiyətin demokratlaşmasına, onun sosial-iqtisadi stabilliyinə və davamlı inkişafına yardımçı olur.
Mədəni muxtariyyət
Mədəni (milli-mədəni) muxtariyyət — təhsilin təşkili və mədəni həyatının digər formaları ilə əlaqəli təcrid olunmuş etnik qrupun muxtariyyəti. Müəyyən bir əraziyə deyil, müəyyən bir etnik qrupun bütün nümayəndələrinə aiddir. Hər hansı dövlətin azlıqda olan etnik birliyinə dil, təhsil və mədəniyyət sahəsinə aid məsələlərin həllində verilən müstəqillik, muxtariyyətin bir növü. Milli və mədəni muxtariyyət bir ictimai birlik növüdür. Milli-mədəni muxtariyyətin təşkilati və hüquqi forması ictimai bir təşkilatdır. == Haqqında == Müasir qloballaşma, hüquqi dövlət quruculuğu dövründə milli-mədəni muxtariyyət problemi milli münasibətlərin tənzimlənməsində mühüm rol oynayan, nəzəri və praktiki əhəmiyyət kəsb edən aktual bir problemdir. Milli-mədəni muxtariyyət hüquqi dövlətdə millətlərin öz müqəddəratının təyin edilməsi hüququ ilə sıx bağlı olan ideyadır. Beynəlxalq sənədlərdə göstərilir ki, etnik, dil və din azadlıqlarının mövcud olduğu ölkələrdə onların öz mədəniyyətlərindən faydalanmaq, öz dininə etiqad etmək və onun ayinlərini icra etmək, eləcə də, öz doğma dilini işlətmək hüququ rədd edilə bilməz. Millətlərin öz müqəddəratını təyin etmək hüququ Böyük Fransa inqilabının əsas liberal-demokratik ideyası kimi Avropaya sonralar isə bütün dünyaya yayıldı. Müasir dövrdə “Millətlərin öz müqəddəratını təyin etmək hüququ” beynəlxalq hüquqda öz əksini tapmışdır ki, hər bir millət azad şəkildə öz müqəddəratını təyin etmək hüququna malik olsun.
Mədəni müxtəliflik
Mədəni müxtəliflik monokultura, qlobal monokultura və ya mədəni təkamülə bənzər mədəniyyətlərin homogenləşməsindən fərqli olaraq müxtəlif və ya fərqli mədəniyyətlərin atributudur. "Mədəni müxtəliflik" termini həm də müxtəlif mədəniyyətlərin bir-birinin fərqlərinə hörmət etdiyini ifadə edə bilər. Çox vaxt müəyyən bir bölgədə və ya bütövlükdə dünyada insan cəmiyyətlərinin və ya mədəniyyətlərinin müxtəlifliyinə istinad etmək üçün istifadə olunur. Bu, bir təşkilata və ya cəmiyyətə müxtəlif mədəni perspektivlərin daxil edilməsinə aiddir. == Tarixi == Ölkələr etnik və mədəni müxtəliflik səviyyəsinə görə sıralanır (James Fearon, 2003). Beynəlxalq səviyyədə mədəni müxtəliflik anlayışı Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı tərəfindən təsis edildiyi 1945-ci ildən bəri müxtəlif ölkələr tərəfindən müdafiə olunur[1]. Dialoq və İnkişaf Naminə Ümumdünya Mədəni Müxtəliflik Günü UNESCO-nun Mədəni Müxtəliflik üzrə Ümumdünya Bəyannaməsindən sonra 2001-ci ilin noyabrında Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən təsis edilmişdir. Onun məqsədi mədəni müxtəlifliyi, dialoqu və inkişafı təşviq etməkdir. Hər il mayın 21-də qeyd olunur. 2001-ci il Ümumdünya Bəyannaməsindən əvvəl YUNESKO "mədəniyyət" anlayışını bədii şah əsərlər kimi şərh edirdi.
Mədəni soyqırım
Mədəni soyqırım və ya etnosid — vəkil Rafael Lamkinin 1944-cü ildə müəyyən etdiyi soyqırımın komponenti olan konsept. Termin hər hansı bir xalqa məxsus olan maddi mədəniyyət abidələrinin kütləvi şəkildə başqa xalq tərəfindən dağıdılmasına deyilir.
Mədəni turizm
Tarixi-mədəni turizm və ya Dərketmə turizmi (türk. Kültür turizmi, ing. Cultural tourism) — Təbii, tarixi-mədəni abidələr, muzey, teatr, ictimai tikililər, xalqların həyatı və adət-ənənəsi ilə tanış olmaq məqsədilə həyata keçirilən turizm fəaliyyətidir. Avropa Birliyi ölkələrini əhatə edən bir tədqiqatın nəticəsində məlum olmuşdur ki, tarixi-mədəni məqsədlərlə səyahət edən turistlərin çoxu yüksək təhsilli və yüksək gəlirli peşə sahibləridir. Məlum olmuşdur ki, yüksək təhsilli turistlərin digər turistlərdən daha çox səfər edirlər. XXI əsrdə mədəni Turallar yaradıcı (kreativ) turların axtarışındadır. ÜTT_nin 2010-cu ildə Santa Fe Adilov şəhərindəki toplantısında belə ifadə edilmişdi:Tarixi-mədəni turizm, səfər edilən yerdəki əhali ilə və onların mədəniyyətləri ilə tanış olmaq, onların adət-ənənələri ilə tanış olmaq və onları öyrənmək üçün həyata keçirilən turizm fəaliyyətidir Mədəni turizm anlayışı ilk dəfə 1980-cı illərdə Avropa Birliyinin mədəni kimliyi və mədəni mirasını ortaya çıxarmaq üçün aparılan araşdırmalarda meydana gəldi. Vaxt getdikcə, Mədəni turizm, beynəlxalq turizm bazarında yeni turist məhsulu kimi satışa çıxarıldı.
Mədəni üzüm
Mədəni üzüm (lat. Vitis vinifera) - üzüm cinsinə aid bitki növü. == Ümumi yayılması: == Аzərbаycаn, Оrtа Аsiyа, Rusiya, Ukrayna, Moldaviya, Gürcüstan, Türkiyə, İrаn, Əlcəzаir, Аvrоpа və Şimаli Аmеrikа ölkələrində təbii аrеаllаrı vаrdır. == Azərbaycanda yаyılmаsı: == Naxçıvan MR, Zаqаtаlа-Bаlаkən, Lеrik, Yаrdımlı, Оğuz, Qəbələ, Хаnlаr rаyоnlаrı ərаzilərində yаyılmışdır. == Stаtusu: == Аzərbаycаnın nаdir, rеlikt bitki növüdür.VU D2. == Bitdiyi yеr: == Meşələrdə, düzənliklərdən başlayıb orta dağ qurşağına qədər olan ərazilərdə rast gəlinir. == Təbii еhtiyаtı: == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri: == Mеşə üzümü sаrmаşаn və dırmаşаn bitkidir. Gövdəsinin rəngi bоzumtul olub nazik çıxıntılıdır. Yаrpаqlаrı sаdə, dilimlidir.
Mədəni şok
Mədəniyyət şoku (ing. Culture shock) — insanın bir sosial mühitdən digərinə keçdikdə insanın heç vaxt tanış olmadığı şəraitə görə hiss etdiyi narahatlıqdır. 4 fazası var: Bal ayı fazası Razılaşmağa çalışma fazası Öyrəşmə fazası Ustalıq fazası Mədəni şoku yaradan ümumi problemlər: informasiya artıqlığı, dil barieri, toplumlararası uçurumlar, informasiya uçurumları, müəyyən sferadakı asılılıqlar, öz mədəniyyətinə çox bağlılıq və buna bənzər hallar. Şəxslər müxtəlif cəmiyyətlərdə mədəni şoku özlərinəməxsus yaşadıqları üçün, bu vəziyyətdən yayınmağın konkret bir həlli mövcud deyildir. Mədəniyyət şokunda olan insanların sonrakı fəaliyyətlərini 3 hissəyə bölmək olar: İnteqrasiya oluna bilməyənlər xarici ölkədə öz millətlərindən olanları axtarır və cəmiyyətə uyğunlaşmaqdan imtina edirlər. Assimilyasiyaya məruz qalanlar öz ölkələrinin adət-ənənələrini unudur və yeni gəldikləri ölkəyə 100% adaptasiya olurlar. Üçüncü qrup insanlar isə həm yeni ölkəyə adaptasiya olur, həm də vətənlərini unutmurlar. Belə insanlara kosmopolit deyilir. Mədəniyyət şokunun ən qəribə forması uzun müddət vətəndən kənarda yaşayan insanların geri qayıtdıqdan sonra öz doğma ölkələrində hiss etdikləri mədəniyyət şokudur. == Dörd mərhələ == Balayı Bu mərhələ ərzində, köhnə və yeni mədəniyyətlər arasındakı fərqliliklər şəxsə yüngül, asan görünür.
Mədəni əlaqələr
Mədəni əlaqələr — mədəni və vətəndaş cəmiyyəti məkanında həm dövlət, həm də qeyri-dövlət subyektləri tərəfindən həyata keçirilən bir sıra fəaliyyətləri əhatə edən, iki və ya daha çox mədəniyyət arasında qarşılıqlı, məcburi olmayan transmilli qarşılıqlı əlaqələrdir. Mədəni əlaqələrin ümumi nəticələri daha çox əlaqə, daha yaxşı qarşılıqlı anlaşma, daha çox və daha dərin əlaqələr, qarşılıqlı faydalı əməliyyatlar və dövlətlər, xalqlar, qeyri-dövlət subyektləri və mədəniyyətlər arasında davamlı dialoqun gücləndirilməsidir. İctimai diplomatiya və mədəni diplomatiya (dövlətlə insanlar arasında münasibətlər), strateji ünsiyyət və şərtilik (kütləvi inandırma və təbliğat siyasəti də daxil olmaqla ), ölkələr və dövlət tərəfindən maliyyələşdirilən qurumlar qeyri-dövlət aktyorlarına və mədəniyyətə güvənir. Mədəni əlaqələri ictimai diplomatiya kimi dövlət tərəfindən həyata keçirilən fəaliyyətlərdən fərqləndirmək olar; mədəni diplomatiya və millət brendinqi çünki onlar yalnız dövlət aktyorlarının siyasətindən qaynaqlanmır; bir sıra institutlar və qeyri-dövlət aktorları vasitəsilə transmilli aktorlar kimi öz məqsədlərinə nail olmaq və onların qarşılıqlılığı ilə. Bununla belə, onlar Beynəlxalq Münasibətlərin maddi komponentidir, o mənada ki, geniş spektrli qeyri-dövlət aktyorların mədəniyyətlərarası dialoqun təşviqində iştirak etdiyi məkanı əhatə edir. dövlət aktyorların milli maraqlarının ya lehinə, ya da əleyhinə olmalıdır. == Mədəni əlaqələr və nəzəriyyə == Bu tərif Chrisine Silvester-in tənqidi təxəyyüllər konsepsiyasını izləyir (bax: “Critical Imaginations in International Relations”, 2016), çünki o, ənənəvi Beynəlxalq Münasibətlərin dünyaları daha çox anlayışların və ya məlumat nöqtələrinin əlaqələndirilməsi yolu ilə təsəvvür etdiyini və bu sahədə müəyyən sosial boşluq buraxdığını iddia edir. kanonun özəyi, həyatlarını yaşayaraq və beynəlxalq münasibətlərə təsir edən insanların olması lazım olan bir boşluqdur. O iddia edir ki, Beynəlxalq Münasibətlərin çoxunda özünü insanların dünyasında yerləşdirmək üçün lazım olan yaradıcılıq yoxdur. Mədəni əlaqələr anlayışı bu boşluğu doldurur.Mədəni əlaqələr cazibə və müraciət yolu ilə başqalarının üstünlüklərinin formalaşması ilə məşğul olduğundan bu fərqli sahə Jozef Nay-ın Soft Power məşhur nəzəri konsepsiyasına uyğun gəlir (bax: Rəhbərliyə Bağlı: Dəyişən Təbiət American Power, 1990) məcbur etməkdən daha çox (gücdən istifadə etmək və ya inandırmaq vasitəsi kimi pul vermək) cəlb etmək və birgə seçim etmək qabiliyyətini ifadə edir.
Aşio mis mədəni
Aşio mis mədəni (足尾銅山, Aşio Dozan) – Yaponiyanın Toçiqi prefekturasının Nikko şəhərində (keçmişdə Aşio qəsəbəsində) yerləşən fəaliyyətsiz mis mədəni. Mədən 1880-ci illərdə Yaponiyada baş verən ilk ətraf mühit çirklənməsinə səbəb olmasına, eləcə də, 1907-ci ildə mədənçilərin iştirakı baş vermiş qiyama görə tanınır. İkinci dünya müharibəsi illərində mədəndə işləməyə məcbur edilmiş bir çox müharibə əsiri ölmüşdür. Mədən 1973-cü ildə fəaliyyətini dayandırmışdır və hazırda burada muzey, eləcə də, attraksion fəaliyyət göstərir. 2008-ci ildə Aşio mis mədəni milli tarixi yer elan olunmuşdur. == Tarixi == Aşio mis mədəni 1550-ci ildə kəşf edilmiş, 1610-cu ildə Tokuqava hökuməti tərəfindən birbaşa idarə olunmağa başlamışdır. Mədəndən illik 1500 ton mis çıxarılırdı. Nikko Toşoqu məbədinin və Edoda yerləşən Zoco məbədinin tikintisində, eləcə də, Kaney Tsuho sikkələrinin hazırlanmasında Aşio mədənindən çıxarılmış misdən istifadə olunmuşdur. Mədəndə mis istehsalı azaldıqdan sonra Aşionun 44 mədənçisi hökumətdən mədəndə sikkə kəsmək üçün icazə istəmişdir. 1741-ci ildə Aşiko sikkəxanası ilk 6 ay ərzində minlərlə, növbəti beş ildə isə 20 milyondan çox Kaney Tsuho sikkəsi kəsmişdir.
Mayo duz mədəni
Xevra duz mədəni (urdu کھیوڑہ نمک کی کان, ing. Khewra Salt Mine) və ya Mayo duz mədəni (ing. Mayo Salt Mine) — Pakistanın Pəncab regionunun Cəlam dairəsindəki Xevra şəhərində və Hind-Qanq ovalığının üzərində yerləşən duz mədəni. Xevradakı duz mədəni Pakistanın ən böyük, dünyanın ən böyük ikinci və dünyanın ən qədim duz mədənidir. Bu duz mədəni əhəmiyyətli bir turizm obyektidir və hər il 250,000-dən çox turist cəlb edir. == Coğrafiya == Xevra duz mədəni Pakistanın Pəncab regionunun Cəlam dairəsindəki Pind Dadan Xan təhsilində, ölkə paytaxtı olan İslamabad şəhərindən təxminən 160 km (100 mil) uzaqlıqda yerləşir. Mədənə sadəcə M2 nömrəli avtomagistral yolu ilə getmək olur. Mədən, Cəlam çayından Hind çayına qədər uzanan və duzlarla zəngin bir dağ silsiləsinin üzərində yerləşir. Xevrə duz mədəni dəniz səviyyəsindən təxminən 288 metr (945 fit) yuxarıda yerləşir. Mədən girişindən mədənin ən ucqar nöqtəsinə qədər olan məsafə təxminən 730 metrdir (2,400 fit).
İslam Konfransı Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı
ICESCO (ing.) — IslamiC World Educational, Scientific and Cultural Organization — İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı) — İslam Əməkdaşlığı Təşkilatı nəzdində İslam ölkələri üzrə təhsil, elm və mədəniyyət məsələləri ilə məşğul olan, üzv ölklələri arasında əlaqələrinin daha da möhkəm olmasına xidmət edən xüsusi təşkilatdır. Təşkilatın Baş direktoru Dr. Salim bin Məhəmməd Əl-Malikdir. Azərbaycan dövləti ICESCO ilə yaxından əməkdaşlıq edir və dünyada mədəniyyət abidələrinin qorunması prinsipini dəstəkləyir. Ə.Səid: "Bakı şəhərinin 2009-cu il üçün İslamın paytaxtı elan olunması Azərbaycanın dinamik inkişafının təzahürüdür. == Tarixi == 25–28 yanvar 1981-ci il tarixdə Səudiyyə Ərəbistanı Krallığının Məkkeyi-Mükərrəmə şəhərində keçirilən Üçüncü İslam Zirvəsi Konfransında İslam Əməkdaşlığı Təşkilatı çərçivəsində dünyadakı İslam qurumlarının birgə fəaliyyəti məqsədilə "İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı" adlı yeni beynəlxalq İslam təşkilatının təsis edilməsi qərara alındı. 29–30 yanvar 2020-ci il tarixlərində İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində baş tutan qırxıncı iclasında təşkilatın İcra Şurası 30 yanvar 2020-ci il tarixində təşkilatın adını dəyişərək "İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı" kimi təsdiqlədi. ICESCO-nun Baş direktoru Dr. Salim bin Məhəmməd Əl-Malik təşkilatın adının dəyişdirilməsinin qeyri-təbliği vəzifələrinin təbiəti ilə bağlı yayılmış qarışıqlığı aradan qaldırması və beynəlxalq səviyyədə iştirakı üçün daha geniş üfüqlər açmağı hədəflədiyini, yeni adın təşkilatın təhsil, elm, mədəniyyət və ünsiyyətdəki fəaliyyət sahələrində təbliğ etdiyi mədəni missiyanın təbiətini və reallaşdırmağa çalışdığı məqsəd və hədəflərini dəqiq şəkildə ifadə etməsini söylədi. == Hədəfləri == Üzv dövlətlər arasında təhsil, elm, mədəniyyət və rabitə sahələrində əməkdaşlığın gücləndirilməsi, təşviqi və dərinləşdirilməsi, İslam dünyasının mədəni istinadgahları çərçivəsində, İslami bəşəri dəyərlər və örnəklər işığında bu sahələrin təşviqi və inkişafı; Üzv ölkələr və onun xaricindəki xalqlar arasında anlaşmanın gücləndirilməsi, müxtəlif vasitələrlə, xüsusilə təhsil, elm və mədəniyyət vasitəsilə dünyada sülhün və təhlükəsizliyin bərqərar edilməsinə töhfə vermək; İslamın və İslam mədəniyyətinin düzgün simasını təqdim etmək, sivilizasiyalar, mədəniyyətlər və dinlər arasında dialoqu təşviq etmək, ədalət və sülh mədəniyyəti dəyərlərini, azadlıq və insan hüquqları prinsiplərini İslam mədəniyyəti perspektivinə uyğun yayılmasına səy göstərmək; Mədəni şəxsiyyəti və intellektual müstəqilliyi qorumaqla üzv dövlətlərdə mədəni qarşılıqlı əlaqələri təşviq etmək və müxtəlifliyinin təzahürlərini dəstəkləmək; İslam Əməkdaşlıq Təşkilatının təhsil, elm, mədəniyyət və rabitə sahəsindəki ixtisaslaşmış qurumları ilə ICESCO-ya üzv dövlətlər arasında inteqrasiya və koordinasiyanı gücləndirmək, üzv dövlətlərin daxilində və xaricində ortaq maraqlara bənzər dövlət və qeyri-hökumət qurumları ilə əməkdaşlıq və tərəfdaşlığı gücləndirmək; İslam mədəniyyətinə diqqət göstərmək, intellektual və elmi tədqiqatlarda, tədris proqramlarında onun xüsusiyyətlərini və özəlliklərini açıb göstərmək; Üzv dövlətlərdə təhsil sistemləri arasında inteqrasiya və qarşılıqlı əlaqələr üzərində işlər görmək; ICESCO-ya üzv olmayan ölkələrdəki müsəlmanlar üçün təhsil, elm və mədəniyyət müəssisələrinin fəaliyyətinə dəstək olmaq.
İslam Konfransının Təhsil, Elm və Mədəniyyət Təşkilatı
ICESCO (ing.) — IslamiC World Educational, Scientific and Cultural Organization — İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı) — İslam Əməkdaşlığı Təşkilatı nəzdində İslam ölkələri üzrə təhsil, elm və mədəniyyət məsələləri ilə məşğul olan, üzv ölklələri arasında əlaqələrinin daha da möhkəm olmasına xidmət edən xüsusi təşkilatdır. Təşkilatın Baş direktoru Dr. Salim bin Məhəmməd Əl-Malikdir. Azərbaycan dövləti ICESCO ilə yaxından əməkdaşlıq edir və dünyada mədəniyyət abidələrinin qorunması prinsipini dəstəkləyir. Ə.Səid: "Bakı şəhərinin 2009-cu il üçün İslamın paytaxtı elan olunması Azərbaycanın dinamik inkişafının təzahürüdür. == Tarixi == 25–28 yanvar 1981-ci il tarixdə Səudiyyə Ərəbistanı Krallığının Məkkeyi-Mükərrəmə şəhərində keçirilən Üçüncü İslam Zirvəsi Konfransında İslam Əməkdaşlığı Təşkilatı çərçivəsində dünyadakı İslam qurumlarının birgə fəaliyyəti məqsədilə "İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı" adlı yeni beynəlxalq İslam təşkilatının təsis edilməsi qərara alındı. 29–30 yanvar 2020-ci il tarixlərində İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində baş tutan qırxıncı iclasında təşkilatın İcra Şurası 30 yanvar 2020-ci il tarixində təşkilatın adını dəyişərək "İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı" kimi təsdiqlədi. ICESCO-nun Baş direktoru Dr. Salim bin Məhəmməd Əl-Malik təşkilatın adının dəyişdirilməsinin qeyri-təbliği vəzifələrinin təbiəti ilə bağlı yayılmış qarışıqlığı aradan qaldırması və beynəlxalq səviyyədə iştirakı üçün daha geniş üfüqlər açmağı hədəflədiyini, yeni adın təşkilatın təhsil, elm, mədəniyyət və ünsiyyətdəki fəaliyyət sahələrində təbliğ etdiyi mədəni missiyanın təbiətini və reallaşdırmağa çalışdığı məqsəd və hədəflərini dəqiq şəkildə ifadə etməsini söylədi. == Hədəfləri == Üzv dövlətlər arasında təhsil, elm, mədəniyyət və rabitə sahələrində əməkdaşlığın gücləndirilməsi, təşviqi və dərinləşdirilməsi, İslam dünyasının mədəni istinadgahları çərçivəsində, İslami bəşəri dəyərlər və örnəklər işığında bu sahələrin təşviqi və inkişafı; Üzv ölkələr və onun xaricindəki xalqlar arasında anlaşmanın gücləndirilməsi, müxtəlif vasitələrlə, xüsusilə təhsil, elm və mədəniyyət vasitəsilə dünyada sülhün və təhlükəsizliyin bərqərar edilməsinə töhfə vermək; İslamın və İslam mədəniyyətinin düzgün simasını təqdim etmək, sivilizasiyalar, mədəniyyətlər və dinlər arasında dialoqu təşviq etmək, ədalət və sülh mədəniyyəti dəyərlərini, azadlıq və insan hüquqları prinsiplərini İslam mədəniyyəti perspektivinə uyğun yayılmasına səy göstərmək; Mədəni şəxsiyyəti və intellektual müstəqilliyi qorumaqla üzv dövlətlərdə mədəni qarşılıqlı əlaqələri təşviq etmək və müxtəlifliyinin təzahürlərini dəstəkləmək; İslam Əməkdaşlıq Təşkilatının təhsil, elm, mədəniyyət və rabitə sahəsindəki ixtisaslaşmış qurumları ilə ICESCO-ya üzv dövlətlər arasında inteqrasiya və koordinasiyanı gücləndirmək, üzv dövlətlərin daxilində və xaricində ortaq maraqlara bənzər dövlət və qeyri-hökumət qurumları ilə əməkdaşlıq və tərəfdaşlığı gücləndirmək; İslam mədəniyyətinə diqqət göstərmək, intellektual və elmi tədqiqatlarda, tədris proqramlarında onun xüsusiyyətlərini və özəlliklərini açıb göstərmək; Üzv dövlətlərdə təhsil sistemləri arasında inteqrasiya və qarşılıqlı əlaqələr üzərində işlər görmək; ICESCO-ya üzv olmayan ölkələrdəki müsəlmanlar üçün təhsil, elm və mədəniyyət müəssisələrinin fəaliyyətinə dəstək olmaq.
İslam mədəniyyəti
İslam mədəniyyəti — bəşər tarixində yeni və ən mütərəqqi bir səhifədir. İslam təbiəti hər bir şeyin ilahi başlanğıcı kimi təqdim edir. Bu özünəməxsus mədəniyyət Hindistandan İspaniyaya qədər uzanır, Yaxın və Orta Şərqi, Şimali Afrikanı, o cümlədən cənub-şərqi Asiyanın önəmli ərazilərini əhatə edir. "(Yerdə və göydə) elə bir şey yoxdur ki, onun xəzinələri bizdə olmasın. Lakin biz ondan ancaq müəyyən (lazım olduğu) qədər endiririk." (Hicr surəsi, 21). Beləliklə, təbiətdə tarazlığı müəyyən edən Allahın siyasi, iqtisadi, elmi və mədəni qanunlarına işarə vurulur. Allah təbiəti və insanı ona görə yaratmışdır ki, onlar qarşılıqlı şəkildə bir-birini tamamlasın və ahəngdar şəkildə yaşasınlar. Əslində bu, müasir elmin nail olmağa çalışdığı ekoloji tarazlıqdır. İslam – tam yeni bir dindir, o, ictimai qanunları təhlil etmiş, qadın və kişilərin tam bərabər hüquqlu olduğunu elan etmişdir. == İslamda qadınlara münasibət == Qurani-Kərimin və hədislərin yaranması dünyada qadınların sosial və hüquqi vəziyyətində ən böyük dönüşə səbəb oldu.
Şamaxı Mədəni-Maarif Texnikumu
Şamaxı Humanitar Kolleci (əvvəlki adı: Şamaxı Mədəni-Maarif Texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olmuş orta-ixtisas təhsili müəssisəsi == Tarixi == Əvvəlki adı Şamaxı Mədəni-Maarif Texnikumu olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən bu ad ilə adlandırılmışdır. == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanmışdır: Fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün); İnformatika müəllimliyi (ümumi orta təhsil bazası üçün); Təsviri incəsənət müəllimliyi; İbtidai sinif müəllimliyi; Məktəbəqədər təlim və tərbiyə; Hüquq mühafizə fəaliyyəti; Kitabxana-informasiya təminatı; İnstrumental ifaçılıq (alətlər üzrə); Xanəndəlik; Musiqi nəzəriyyəsi; Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə); Turist, mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi. == Ləğvi == Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Şamaxı Humanitar Kolleci Şamaxı Dövlət Sənaye-İqtisad Kolleci ilə birləşdirilərək Şamaxı Dövlət Regional Kolleci adlandırılmışdır.
Şamaxı mədəniyyəti
Şamaxı şəhərinin adına ilk dəfə II əsrdə Kemaxiya kimi rast gəlinir. Bu şəhər 918-1538-ci illərdə Şirvanşahlar dövlətinin paytaxtı olmuşdur. Şamaxı aşıq sənətinin özünəməxsusluq kəsb etməsinin əsas meyarlarından biri də saz havaları ilə muğamın sintez edilərək xüsusi ifa tərzinin yaradılmasıdır. Şamaxı aşıq poeziyasının əsas mövzusu etnoqrafik çalarlar, sevgi-məhəbbət motivləri, gözəlliyin tərənnümü, zəmanədən şikayət, çar və yerli məmurların özbaşınalığı olmuşdur. Həm saz çalıb oxuyan, həm oynayan, həm də dastan söyləyən Şamaxı aşıqlarından Molla Qasım Şirvani (13-14 əsrlər), Əsir Şirvani (16-17 əsrlər), Saleh Şirvani (17 əsr), Zabit Şirvani (18 əsr), Aşıq Mürsəl Babaş oğlu (19 əsr), Aşıq Saleh (19 əsr), Qasım Şirvani (19-20 əsrlər), Məşədi Abbas Şirvani (19-20 əsrlər), Şərifalı ağa Şirvani (19-20 əsrlər), Məhəmməd Zahid Şirvani (19-20 əsrlər), Aşıq Şakir Hacıyev (20 əsr) və b. adlarını qeyd etmək lazımdır. Azərbaycanda geniş yayılmış milli rəqslərimizdən Abayı, Alçagülü, Ay bəri bax, Azərbaycan, Bənövşə, Birilliant, Çalpapaq, Ceyrani, Gəlin atlandı, Gəlin gətirmə, Gəlin havası, Gülgəz, Heyvagülü, İnnabı, Kəndiri, Koroğlu, Lalə, Mirvari, Misri, Naznazı, Qaytağı, Qoçəli, Şalaxo, Tərəkəmə, Toy, Uzundərə, Zoğalı, Yallı, Xançobanı zəngin mənəvi mədəniyyətə malik olan Şamaxıda da geniş yayılmışdır. Məlumdur ki, 19 əsrin ortalarında Peterburq Rəssamlıq Akademiyasının prezident müavini Q.Q. Qaqarin Azərbaycanın bir sıra bölgələrində, o, cümlədən Şirvanda – Şamaxıda olmuş, gözəl sənət əsərləri yaratmışdır. Onun "Şamaxı rəqqasəsi" adlı tablosu Şirvanın mahir musiqi ifaçıları, rəqqasələri haqqında etnoqrafik məlumat toplamaq baxımından dəyərli sənət əsəri hesab edilə bilər. Ümumiyyətlə, Şamaxıda olan digər səyyahlar da, xüsusən Avropa səyyahları da Şamaxı rəqqasələrini gözəl, yüksək qiymətləndirmiş, onların incə və peşəkar rəqslərindən bəhs etmişlər.
Şimali Amerika mədəniyyəti
Amerika mədəniyyəti haqqında ilkin təsəvvürlər adətən müasir mədəni nailiyyətlərlə əlaqədar olsa da, bu ölkənin qədim və orta əsrlərini əhatə edən bir sivilizasiya mövcud olmuşdur. 28–30 min il əvvəl ilk dəfə olaraq müasir tipli insanlar Alyaska və Çukotka arasındakı Berinqiya adlanan quru körpüdə məskunlaşmışdırlar. Məhz bu dövrdən Amerika mədəniyyətinin tarixi başlayır. Müasir elm hesab edir ki, bu qitənin ilk sakinləri genetik cəhətlərinə görə protomonqoloid, yaxud protoasiya qrupuna mənsub olmuş Altay, fin-uqor, Tibet xalqlarına daha yaxındırlar. Özünün təsdiqini tapmış bu fikirlər linqvistik və antropoloji əlamətlərə əsaslandırılmaqdadır. Avropalılar tərəfindən Amerika qitəsinin kəşfi və işğalı digər çoxsaylı xalqların həmin ərazidə məskunlaşması ilə nəticələndi. Bunların ümumi sayı təxminən 15–20 milyona bərabər idi. İlk dəniz səyyahlarının səhvən Hindistan torpağı kimi başa düşdükləri bu qitənin sakinləri XVI əsrdən "hindular" adlandırılmağa başlandı. Bu dövrdə qitənin müxtəlif hissələrində məskunlaşmış sakinlərin inkişaf səviyyəsi bir-birindən fərqli idi. Avropalılar amerikanı yeni dünya olaraq adlandırırdılar.
Şimali Kipr mədəniyyəti
Şimali Kipr mədəniyyəti — Şimali Kipr və Kipr türkləri ilə əlaqəli insan fəaliyyəti və simvolizm nümunəsi. Bu, Türkiyə mədəniyyətindən təsirlənmiş və ya inkişaf etdirilmiş mühüm elementləri özündə birləşdirir, lakin bu elementləri özünəməxsus Kipr yanaşması və yerli ənənələr (Kipr yunanları ilə bölüşdürülən), həmçinin Britaniya və müasir Qərb mədəniyyəti kimi bir sıra digər təsir mənbələri ilə birləşdirir. == Musiqi == Şimali Kipr şəhərləri və qəsəbələrində müntəzəm olaraq yerli və xarici müğənni və musiqi qruplarının çıxış etdiyi festivallar təşkil edilir. Ziynət Sali və İşın Karaca kimi bəzi Kipr türk müğənniləri Türkiyədə şöhrət qazanmışlar. Şimali Kiprin "Sıla 4" musiqi qrupu Kiprin türk kimliyi üçün vacib sayılan musiqinin müəllifi olmuş və Türkiyədə də şöhrət qazanmıdır. Rok və pop musiqisi Şimali Kiprdə məşhur müğənnilər, eləcə də "SOS" və "Fikri Karayel" musiqi qrupları ilə ictimaiyyətdə populyardır.
Şulaveri-Şomutəpə mədəniyyəti
Təxminən eramızdan əvvəl 6000–4000-cü illərdə Zaqafqaziyada Şulaveri-Şomutəpə mədəniyyəti inkişaf etmişdir. Bu mədəniyyət adını Gürcüstanda yerləşən Şulaveridən və Azərbaycan yerləşən Şomutəpədən alır. Şulaveri-Şomutəpə mədəniyyətinin mənsubları yerli obsidianı alətlər düzəltmək üçün istifadə edir, üzüm kimi mədəni bitkiləri yetişdirir, maldarlıqla məşğul olurdu. Bir çox xarakteri mədəniyyətin Yaxın Şərqin neolit mədəniyyətlərindən törədiyini göstərir.
Şuşa Mədəni-Maarif Texnikumu
Şuşa Humanitar Kolleci (əvvəlki adı: Şuşa Mədəni-Maarif Texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi == Erkən tarixi == Bu gün Şuşa Humanitar kolleci kimi fəaliyyət göstərən məktəbin tarixi XIX əsrin ortalarına Şuşa musiqi məktəbinin yaradılmasına söykənir. Xarrat Qulu Məhəmməd oğlu (1823-1883) Şuşada ilk dəfə musiqi məktəbini açır. bu məktəbdə o, özünün düzəltdiyi tütək, davul, dümbək və s. alətlərlə uşaqlara musiqinin sirlərini öyrədirdi. Şuşanın görkəmli xanəndələri Cabbar Qaryağdıoğlu, Hacı Hüsü, Keçəçioğlu Məhəmməd, Əbdülbaqi (Bülbülcan), Məşədi İsi və bir sıra başqaları bu məktəbin yetirmələridir. Məktəbin tar sinifində oxuyan Sadıqcan (1846-1902) novator tarzən kimi tanınmışdır. XIX əsrin 80-cı ilərində musiqi və muğam aşiqi olan Kor Xəlifə şəhərdə yeni musiqi məktəbi açır. O, burada tələbələrə muğam oxumağı, tar və kamança çalmağı öyrədirdi. Kor Xəlifənin vəfatından sonra musiqi məktəbi öz fəaliyyətini dayandırdı. XIX əsrin 90-cı illərində görkəmli alim, rəssam Mir Möhsün Nəvvabın təşəbbüsü ilə yeni musiqi məktəbi təşkil edildi.
Şuşa mədəniyyəti
Şuşa şəhərinin əsası 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulmuşdur. Bu şəhər Qarabağ xanlığı 1822-ci ildə süqut edənə qədər onun paytaxtı olmuşdur. Şuşa şəhəri Azərbaycan mədəniyyətinin mərkəzlərindən biridir. Bu şəhər müəyyən bir dövr ərzində bir çox Azərbaycan ziyalıları — şairlər, yazıçılar və xüsusən musiqiçilərin (Azərbaycan aşıqları, Azərbaycan muğam ifaçıları, qopuz ifaçıları) evi olmuşdur. Şuşa şəhərinin tarixi mərkəzində 549 qədim bina (bunlardan 72-si Azərbaycan tarixində iz qoymuş şəxslərin yaşayış evləri və ya ev muzeyləridir), 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, bir neçə kilsə və monastır, 2 qəsr və qala divarları yerləşir. Bu abidələrin çoxu XIX əsrdə yaşamış Azərbaycan memarı Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilmiş və həmin dövrün ən məşhur nəqqaşı Kərbəlayi Səfərəli tərəfindən bəzədilmişdir. Dağlıq Qarabağ müharibəsi dövründə Şuşadakı Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı məscidləri və Azərbaycan opera müğənnisi Bülbülün ev-muzeyinə ziyan dəymiş, Azərbaycan şairəsi Xurşidbanu Natəvanın evi yandırılmışdır. == Memarlıq == Şuşa şəhərinin memarlıq siması üçün, şəhərin yerləşdiyi ərazinin özünəməxsus dağ peyzajı ilə səsləşən mənzərəlik xarakterikdir. Şəhərin daha qədim olan şərq tərəfi sakit relyefə, sonradan məskunlaşmış qərb tərəfi isə amfiteatr xüsusiyyətinə malikdir. Şəhərin inşası zamanı Şuşa və ətrafında geniş yayılmış ağ qaya daşlarından istifadə edilmişdir.
Şuşada mədəniyyət
Şuşa şəhərinin əsası 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulmuşdur. Bu şəhər Qarabağ xanlığı 1822-ci ildə süqut edənə qədər onun paytaxtı olmuşdur. Şuşa şəhəri Azərbaycan mədəniyyətinin mərkəzlərindən biridir. Bu şəhər müəyyən bir dövr ərzində bir çox Azərbaycan ziyalıları — şairlər, yazıçılar və xüsusən musiqiçilərin (Azərbaycan aşıqları, Azərbaycan muğam ifaçıları, qopuz ifaçıları) evi olmuşdur. Şuşa şəhərinin tarixi mərkəzində 549 qədim bina (bunlardan 72-si Azərbaycan tarixində iz qoymuş şəxslərin yaşayış evləri və ya ev muzeyləridir), 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, bir neçə kilsə və monastır, 2 qəsr və qala divarları yerləşir. Bu abidələrin çoxu XIX əsrdə yaşamış Azərbaycan memarı Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilmiş və həmin dövrün ən məşhur nəqqaşı Kərbəlayi Səfərəli tərəfindən bəzədilmişdir. Dağlıq Qarabağ müharibəsi dövründə Şuşadakı Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı məscidləri və Azərbaycan opera müğənnisi Bülbülün ev-muzeyinə ziyan dəymiş, Azərbaycan şairəsi Xurşidbanu Natəvanın evi yandırılmışdır. == Memarlıq == Şuşa şəhərinin memarlıq siması üçün, şəhərin yerləşdiyi ərazinin özünəməxsus dağ peyzajı ilə səsləşən mənzərəlik xarakterikdir. Şəhərin daha qədim olan şərq tərəfi sakit relyefə, sonradan məskunlaşmış qərb tərəfi isə amfiteatr xüsusiyyətinə malikdir. Şəhərin inşası zamanı Şuşa və ətrafında geniş yayılmış ağ qaya daşlarından istifadə edilmişdir.
Şuşanın irsi. Azərbaycan mədəniyyət paytaxtının tarixi və inkişaf yolu
Şuşanın irsi. Azərbaycan mədəniyyət paytaxtının tarixi və inkişaf yolu — Almaniyanın Qiesen Universitetinin dosenti, türkoloq alim Mixael Reynhard Hess tərəfindən Şuşa haqqında əcnəbi müəllif tərəfindən xarici dildə ölkədən kənarda çap olunmuş ilk elmi fundamental monoqrafiya == Haqqında == Müəllifin kitabı yazıb çap etdirməkdə məqsədi Qarabağın və Şuşanın Azərbaycanın ədəbiyyat və mədəniyyət tarixindəki zəngin irsini qərbli oxuculara çatdırmaqdır. Avropada Azərbaycan haqqında məlumatların daha geniş yayılmasının vacibliyini qeyd etməkdir. Kitabın bu sahədə növbəti addım, eyni zamanda, ölkəmizlə bağlı elmi araşdırmalar aparmaq istəyən şəxslər üçün etibarlı mənbədir. Müəllif kitabın təqdimatında kitabın yazılma məqsədini barədə bildirmişdir ki, kitabın əsas qayəsi Şuşanın və Qarabağın Azərbaycanın ədəbiyyat və mədəniyyət tarixindəki zəngin irsini qərbli oxuculara çatdırmaqdır. O, kitabda işğalçıların Şuşanın irsini silmək, təhrif və inkar etmək və bununla da, Azərbaycansız Şuşa və Qarabağ tarixi uydurmaq kimi cəfəng cəhdlərinə qarşı elmi əsaslandırılmış dəlillər ortaya qoyulduğunu diqqətə çatdırıb. Qeyd edib ki, kitab almandilli auditoriyaya, həmçinin Avropa oxucularına ünvanlanıb. "Şuşanın irsi. Azərbaycan mədəniyyət paytaxtının tarixi və inkişaf yolu" kitabı alman dilindədir.
Şəki mədəniyyəti
Şəkinin əsası VIII əsrdə qoyulmuşdur. Zəngin mədəni irsə məxsus olan Şəki şəhəri qırmızı damları, sakinlərinin yumor hissi və Hacı dayı lətifələri ilə məşhurdur. Şəkinin ən məşhur memarlıq abidələri Nuxa qalası, Şəki xan sarayı, Şəkixanovların evi, Dairəvi məbəddir. Şəki memarlığının spesifik xüsusiyyəti Azərbaycan ustalarının yapışqan və ya mismarsız kiçik odun parçalarını rəngli şüşələrlə tamamlayaraq, hazırladığı pəncərə — şəbəkədir. Şəkinin məşhur yeməkləri Şəki halvası və pitidir. Şəkidə Azərbaycan dilinin xüsusi bir dialekti danışılır. Oleq Mudrak(ru) tərəfindən həyata keçirilən dillər arasındakı uyğunluq analizinə və morfologiya və tarixi fonetikaya əsaslanan qlottoxronologiya metodlarına əsasən Nuxa dialektinin ümumazərbaycan dilindən ayrılması Əmir Teymurun (~1360-cı il) dövrünə gedib çıxır. Şəki şəhərində "Şəki" (əvvəlki adı "Şəki fəhləsi"), "Şəkinin səsi", "İpəkçi", "Şəki bələdiyyəsi", "Region Şəki", "Şəki təhsili", "Şəffaf Biznes" qəzetləri nəşr olunur. Həmçinin peyk vasitəsilə dünyaya yayımlanan ARB televiziya kanalı " ARB ŞƏKİ " də Şəki şəhərində fəaliyyət göstərir. Şəki şəhəri 2016-cı il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" seçilib.
Şərq mədəniyyəti
Şərq mədəniyyəti — ən qədim və eyni zamanda ən canlı mədəniyyətdir. Bunu bir sıra faktlar təsdiq edir. Şərq ölkələrində çox qədim buddizm və induizm məbədləri bu gün də fəaliyyət göstərir, çoxsaylı mədəni abidələr tanınır və öyrənilir. Eramızdan əvvəl birinci minillikdə yazılmış "Bhaqavat-Qita" əsəri xüsusilə qeyd olunmalıdır. Şərq mədəniyyəti daim zəka və biliyə müraciət etmişdir. O özü-özünü dərk etməyə, daxili etiqad zənginliyinə, intuitivizmə və irrasionalizmə istiqamətləndirilmişdir. Şərq mədəniyyətinin fenomenal sabitliyi dərinlik və daxili zənginliyi məhz bunlardan ibarətdir. Eyni zamanda, bu mədəniyyətdə təbiətə çox həssas münasibət formalaşmışdır: ruhların yenidən təzahür etməsi fikri bunun təsdiqidir.
Əli bəy Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və ya qısaca ADMİU – Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsidir. == Tarixi == Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti öz əsasını 1923-cü ildə Azərbaycan Maarif Komissarlığının qərarı ilə yaradılmış Bakı Teatr Məktəbindən götürüb. O dövrdə M. F. Axundov adına Bakı Teatr Məktəbi təkcə Azərbaycan üçün deyil, Özbəkistan, Türkmənistan, Dağıstan, Krım və digər regionlar üçün də aktyor və rejissor kadrları hazırlayırdı. 1945-ci ildə Teatr Məktəbinin bazasında Teatr İnstitutu yaradılıb və 1968-ci ildən bu ali təhsil ocağı Azərbaycan Dövlət İncəsənət İnstitutu adlandırılmağa başlayıb. 1991-ci ildə İncəsənət İnstitutu Universitet statusu qazanıb. İlk tələbə qəbulu teatrşünaslıq, aktyor sənəti və rejissorluq ixtisasları üzrə aparılmışdır. 1954-cü ildə instituta xalq artisti Mirzəağa Əliyevin adı verilmişdir. 1959-cu ildən burada "mədəni maarif", 1963-cü ildə isə "dekorativ tətbiqi sənət" ixtisasları üzrə mütəxəssis hazırlığına başlanmışdır. 1981–1991-ci illərdə burada rəngkarlıq, qrafika, heykəltaraşlıq, sənətşünaslıq ixtisasları, habelə teatr, kino, kulturologiya və bədii sənaye incəsənəti üzrə bir sıra yeni ixtisaslaşmalar açılmışdır. 1991-ci ildə universitetin Quba rayonunda filialı yaradılmışdır.
Əməkdar mədəniyyət işçisi
Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi — mədəniyyətin inkişafında xüsusi xidmətlərinə görə mədəni-maarif müəssisələrinin, qəzet və jurnal redaksiyalarının, nəşriyyatların, kitab ticarətinin, poliqrafiya müəssisələrinin, televiziyanın, radio verilişlərinin, kinonun, turist-ekskursiya təşkilatlarının, idarələrinin işçilərinə, bədii özfəaliyyət iştirakçılarına və mədəniyyət idarələri və təşkilatları sisteminin digər işçilərinə mədəniyyət sahəsində azı iyirmi il işlədikdə verilən fəxri ad. Fəxri ad Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 22 may 1998-ci ildə təsis olunmuşdur.
Ərəb mədəniyyət paytaxtı
Ərəb mədəniyyət paytaxtı - Ərəb Dövlətləri Liqasının YUNESKO ilə birgə irəli sürdüyü mədəniyyət layihəsidir. Proqramın əsas məqsədi ərəb mədəniyyətinin dəstəklənməsi və ərəb regionunda əməkdaşlığı inkişaf etdirməkdir.
Azərbaycanın mədəniyyət nazirlərinin siyahısı
Azərbaycan mədəniyyət nazirlərinin siyahısı — Azərbaycanın mədəniyyət nazirləri bu siyahıda göstərilib. Bu məqalədə Azərbaycanın mədəniyyət nazirləri (müxtəlif dövrlər və müxtəlif titullarla) sıralanmışdır.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi
== Haqqında == Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, 1950-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin tərkibində şöbə kimi fəaliyyətə başlayıb, 1983-cü ildən Bakı Şəhər Mədəniyyət İdarəsi olaraq fəaliyyətini davam etdirmişdir. Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2006-cı il tarixli, 359 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Gənclər, İdman və Turizm Nazirliyi ləğv edilmiş Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi əsasında Mədəniyyət və Turizm Nazirliyi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2006-cı il tarixli, 393 nömrəli Fərmanı ilə Mədəniyyət və Turizm haqqında əsasnamə təsdiq edilmiş və əsasnaməyə əsasən Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında 29 mart 2016-cı il tarixli, 1932 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin bazasında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi yaradılmışdır. Mədəniyyət və Turizm Sahəsində dövlət idarəçiliyin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2018-ci il tarixli, 04 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ləğv edilmiş və onun əsasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yaradılmışdır. Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin əsasında isə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi yaranmışdır. Bakı Şəhər Mədəniyyət Baş İdarəsində Fərəh Şəkinskaya, Aydın Teymurov, Akif İslamzadə, Rza Abbasov, Fikrət Babayev, Həsənağa Qurbanov, Əlikram Əliyev, Vuqar Zeynalov və Cəlil Məlikov rəis vəzifəsində çalışmışlar. 13 aprel 2022-ci il tarixindən Baş İdarəyə İbrahim Müseyib oğlu Əliyev rəhbərlik edir. == Tabeliyindəki qurumlar == Hazırda Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində 6 incəsənət məktəbi, 30 uşaq musiqi məktəbi, 4 teatr konsert təşkilatı, 75 kitabxana, 44 Mədəniyyət Sarayı, Mərkəzi, Mədəniyyət Evi və klubu, 3 Heydər Əliyev Mərkəzi, 5 muzey, 1 və 2 nömrəli Maliyyə və İqtisadi Regional Bölmələri fəaliyyət göstərir, 5000 nəfərədək insan çalışır.
Atatürk Mədəniyyət Mərkəzi (İstanbul)
Atatürk Mədəniyyət Mərkəzi (İstanbul)— İstanbulun Taksim meydanında yerləşən və opera, balet, teatr, konsert və konqres məqsədləri üçün istifadə edilən, içərisində sərgi salonu və kinoteatr olan binadır. Dünyanın dördüncü ən böyük sənət mərkəzi olaraq ilk dəfə 1969-cu ildə istifadəyə verilən bina Türkiyədə Cümhuriyyət dövrünün simvollarından biridir. Mədəniyyət mərkəzi 2008-ci ildən 2018-ci ilə qədər bağlı qalıb və 2018-ci ilin fevralında yenisinin tikintisi üçün sökülüb. Yeni tikilmiş bina 29 oktyabr 2021-ci ildə istifadəyə verilib. == Tarixi == === Orijinal tikili === Layihəsi memar Feridun Kip və memar Rüknettin Güney tərəfindən çəkilən və təməli 29 may 1946-cı ildə qoyulan bina maliyyə çatışmazlığı səbəbindən tamamlana bilməyib və 1953-cü ildə Tikinti Nazirliyinə təhvil verilib. İnşaat 1956-cı ildə memar Hayati Tabanlıoğlunun layihəsi ilə davam etdirilmişdir. Bina 12 aprel 1969-cu ildə İstanbul Mədəniyyət Sarayı adı ilə istifadəyə verilmişdir. Açılışda Ferit Tüzünün "Çeşmebaşı" baleti və Verdinin "Aida" operası səhnələşdirilib. 23 ildə tamamlanan İstanbul Mədəniyyət Sarayının binası 1970-ci il noyabrın 27-də Artur Millerin "Cadı Qazanı" əsəri oynanarkən baş verən yanğında zədə aldı. Yanğın zamanı insan tələfatı olmasa da, IV Murad tamaşasının premyerası üçün Topqapı sarayından gətirilən əşyaların bir qismi bina ilə birlikdə (IV Murada məxsus kaftan, qiymətli Quran kitabı, rəsm əsəri IV Muratın əksi olan tablo) yandı.
Atər mədəniyyəti
Atər mədəniyyəti — Şimali Afrikada(Mərakeş, Əlcəzair və Tunisin sahilyanı əzazilərindən Cənubi Böyük Səhradakı göllərədək) Mustye dövrünə aid arxeoloji mədəniyyət. Başlanğıc tarixi 28–25 min il əvvələ aiddir, son dövr tarixi aydın deyil. A.m 1870-ci illərdə Bir-əl-Atərdə (Əlcəzair) aşkar olunmuş və adı da bu yerlə əlaqədardır. A.m.-ə adi nukleuslar, sivri ucluqlar, ikiuclu mat-qab, sapı və iti kənarları olan üçkünc alətlər tapılmışdır. Antropoloji tapıntıların neandertallara yaxın olması ehtimal edilir.

Значение слова в других словарях