MAAŞ

MAAŞ Karxanada Həmzənin dərəcəsini və maaşını artırmaq barədə çoxdan bəslədikləri ümid gerçəkləşmişdi (M.İbrahimov); AYLIQ (dan.) [İbrahim bəy:] Mən mərc qoyub zavod tikdirmişəm, fəhlələr də işləyib aylıq alır, dolanır (Ə.Vəliyev); DONLUQ (dan.) Pirqulu: Onları işə götürməyincə, donluğumuzu artırmayınca ya öləcəyik, ya işləyəcəyik, vəssalam (C.Cabbarlı); ƏMƏK HAQQI ..əmək haqlarının bir hissəsi körpəlikdən müəssisəyə çalışmağa girənə qədər üzərlərinə qoyulan məsarifi ödəmək üçün götürüləcəkdir (M.S.Ordubadi); MƏVACİB Ayna: Asəf, nə əcəb, yoxsa təzə puldan sonra məvacibin artıb (M.Hüseyn); ZƏHMƏT HAQQI Səlim bəy isə zəhmət haqqım ikinci dəfə azaltmağı qərara aldı (H.Nəzərli).

MAARİFPƏRVƏRLİK
MAC
OBASTAN VİKİ
Minimal maaş
Minimum aylıq əməkhaqqı — işçinin əməyinə görə ona ödənilən maaşın ən aşağı pilləsidir. Minimum aylıq əməkhaqqı siyasətinin dəstəkçiləri iddia edirlər ki, bu siyasət işçilərin həyat şəraitini yüksəldir, yoxsulluq səviyyəsini azaldır və biznesin effektli olması yönündə stimul yaradır. Ancaq digər iqtisadçılara görə isə əslində minimum əmək haqqı siyasəti faktiki olaraq yoxsulluq səviyyəsini yüksəltməsi , işsizlik səviyyəsini yüksəltməsi və biznes aktivliyinə ziyan olması yönündə tənqid edilir. Azərbaycanda minimum əməkhaqqı – qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Azərbaycanda minimum əməkhaqqı ölkə prezidenti tərəfindən təyin olunur.
Minimum maaş

Digər lüğətlərdə