MÜCRÜ
MÜDAM
OBASTAN VİKİ
Müctəhidlərin siyahısı
Bu siyahı hazırda 12 imam şiəsi/üsuli əqidəsində olan insanlar tərəfindən qəbul edilən müctəhidlərin (مرجع Mərcei-təqlid) siyahısıdır.
Məhəmməd ağa Müctəhidzadə
Məhəmməd ağa Müctəhidzadə — şair, təzkirəçi. Məhəmməd ağa Mirzə Sədray oğlu Müctəhidzadə 1867-ci ildə Şuşa şəhərində anadan olmuşdur. İbtidai təhsilini atasından almış, daha sonra mədrəsədə oxumuşdur. Onun tərcümeyi-halı ilə bağlı məlumatlar o qədər də zəngin deyildir. Tədqiqatçıların yazdığına görə, Məhəmməd ağa gənc yaşlarından öyrənmək və bilik əldə etmək məqsədilə səfərə çıxmış, İran, İraq və Osmanlı dövlətlərini gəzib dolaşmışdır. Bu səyahətlər onun dünyagörüşünün formalaşmasında əhəmiyyətli rol oynamışdır. O, həmçinin Türkiyədə də təhsilini davam etdirmişdir. Azərbaycanda rus-sovet müstəmləkəçiliyi dövründə Məhəmmədağa Müctəhidzadə Bakıda və Ağdamda yaşamış, bədii və elmi yaradıcılığını davam etdirmiş, daha çox pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Məhəmməd ağa Müctəhidzadə şair, yazıçı, tərcüməçi, pedaqoq Həsənəli xan Qaradağinin qudası olmuşdur. O, 1958-ci ildə Ağdamda vəfat etmişdir.

Digər lüğətlərdə