MƏLAHƏTLİLİK
MƏLALLI
OBASTAN VİKİ
Məlalə Yusəfzay
Malala Yousafzai (puşt. ملاله یوسفزۍ; 12 iyul 1997[…], Minqora, Pakistan) — Pakistanın Kiber Partunxva əyalətinin Mingora qəsəbəsində doğulan puştun əsilli feminst yazıçı, aktivist. Pakıstanlı aktivist olan bu xanım, qadınların təhsil alması uğurunda apardığı fəaliyyətlərə görə mükafatlandırılmılış ən gənc Nobel mükafatı laureatıdır. O, Svat əyalətində insan haqlarının müdafiəsi, xüsusəndə qadın və uşaqların təhsil alması uğurunda apardığı mübarizəyə görə məşhurdur. Pakistanın şimalı olan bu vilayətdə yerli Taliban, qızların məktəbə getməsinə qadağa qoymuşdu. Qısa müddətə onun mübarizəsi beynəlxalq səviyyədə dəstəklənir. == Həyatı == Onun ailəsi doğulduğu Kiber Partunxva regionda məktəblər şəbəkəsini idarə edirdi. Bənəzir Bhuttonu və Cinnahı özünə rol model seçərək və atasının düşüncəsindən ilhamlanaraq humanitar işə yönəlir. Malala 2009-cu ilin əvvəllərində, 11-12 yaşı olanda BBC Urdu üçün gizli ad altında Svat əyaləti Taliban işğalı altında olanda öz həyatı haqqında bloq yazır. Növbəti yay bu ərazi Pakistan ordusunun nəzarəti altına keçdikdən sonra, jurnalist Adam B.Ellick New York Times üçün onun həyatından bəhs edən sənədli film hazırlayır.

Digər lüğətlərdə

гидрохими́ческий ерепе́ниться лучеиспуска́тельный ока́чиваться отка́тный перещени́ться повы́гнать поуби́ть роти́ровать шестьсо́т штиль ангажи́роваться дёрн одноство́рчатый осаждённые склева́ть хвастну́ть портянка bridle hand fingerpost married soap opera surgeonfish горячность кумовство