Nakəs (film, 1991)
== Məzmun ==
Filmin baş qəhrəmanı (Avtandil Maxaradze) prinsipsiz və əqidəsiz adamdır. O, bir tikə çörəyini öz zəhməti ilə qazanır. Bunu isə o, başqalarının həyatını yaşamaq hesabına əldə edir: kimə görəsə adam incidəndən qisas alır, başqasının yerinə kiməsə tərəfkeşlik edir, kimisə əvəz edib onu ölümdən qurtarır. Qısaca desək, film "xilasedici" haqqındadır. Eyni zamanda bu, ümumbəşəri əhvalatdır.
== Festivallar və mükafatlar ==
1)1993-cü ildə Tbilisidə Beynəlxalq "Qızıl Qartal" kinofestivalı
Yaradıcılıq axtarışlarına-rejissor orijinallığına və kino dilinin yeniliyinə görə quruluşçu rejissor Vaqif Mustafayevə Priz və Diplom verilmişdir.
Ən yaxşı kişi roluna görə aktyor Avtandil Maxaradzeyə Priz və Diplom verilmişdir.
== Filmin heyəti ==
=== Film üzərində işləyənlər ===
Ssenari müəllifi: Ramiz Fətəliyev, Vaqif Mustafayev
Quruluşçu rejissor: Vaqif Mustafayev
Quruluşçu operator: Valeri Ginzburq
Quruluşçu rəssam: Rafiq Nəsirov, Nigar Nərimanbəyova
Rejissor assistenti: Ülvi Mehdi (titrlərdə yoxdur)
Bəstəkar: Tofiq Quliyev
Səs operatoru: Vladimir Savin
Trüklərin quruluşu: Əli Məmmədov
Kaskadyor: Əli Məmmədov
Prodüser: Ella Mirra
Baş prodüser: Vaqif Əsədullayev
Fotoqraf-rəssam: Pərviz Quliyev
=== Rollarda ===
Avtandil Maxaradze
Həsənağa Turabov
Rolan Bıkov
İrina Kupçenko
Yaşar Nuri – Mərahim
Yelena Sanayeva
Hacı İsmayılov
Lətifə Əliyeva
Ələsgər Qurbanəliyev
Arif Kərimov
Yuri Nazarov
Hamlet Qurbanov
Yılmaz Duru
Səyavuş Aslan
Eldəniz Zeynalov
Lev Borisov
Həsən Məmmədov
== Mənbə ==
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.