NİZƏ

NİZƏ ..başlar nizəyə taxılacaq, qan su yerinə axacaqdı (Çəmənzəminli); CİDA (kl.əd.) Tikmə namazını gözümə bir cida kimi; Göster müamiləndəki təyinin, ey əmu! (M.Ə.Sabir); MİZRAQ [Elxan:] Solmaz, öksüz könüllər tanrısı, Solmaz, uğrunda gəzməmiş bir dağ, çarpışmamış bir meydan buraxmayan, öz sevimli qardaşının belə mizrağına köks gərən sevinci bir könül səndən nə istəyə bilər (C.Cabbarlı).

NİZAMSIZLIQ
NOBAT
OBASTAN VİKİ
Nizə
Nizə, mizraq və ya cida — qədim atıcı, deşici və kəsici soyuq silah. Müxtəlif uzunluqda olur. Qısa və yüngül nizələr məsafədən atmaq, nisbətən ağır və uzun nizələr yaxın döyüş üçün istifadə olunurdu. Nizədən həm piyada, həm də at belində yararlanırdılar.
Müqəddəs Nizə
Müqəddəs Nizə, Longinus Nizəsi (Müqəddəs Longinusun adına görə) və ya Taleyin Nizəsi kimi də tanınan bu nizə, əfsanəyə görə İsa çarmıxa çəkildiyi zaman çarmıxdan asılmış olduğu halda bədənini deşmiş nizədir . İncildə deyilir ki, romalılar İsanın ayaqlarını sındırmağı planlaşdırırdılar, bu, çarmıxa çəkilmə zamanı ölümü sürətləndirmək üsulu olan crurifragium adlanan bir təcrübə idi. Şənbə günü ərəfəsi olduğu üçün (cümə günü gün batımından şənbə günü batana qədər) İsanın davamçıları Şənbə qanunlarına görə onu "qəbrə basdırmalı" idilər. Onlar bunu etməzdən əvvəl İsanın artıq öldüyünü və onun ayaqlarını sındırmaq üçün heç bir səbəb olmadığının fərqinə vardılar. Onun öldüyünə əmin olmaq üçün Roma əsgərlərindən biri nizə ilə onun böyrünü deşdi və dərhal qan və su çıxdı.
Alovlanan nizə əməliyyatı
"Alovlanan nizə" əməliyyatı (ing. Flaming Dart) — Vyetnam müharibəsi zamanı, 1965-ci ilin fevralında Cənubi Vyetnamda ABŞ hərbi personalına qarşı CVMAC partizanlarının hərəkətlərinə cavab olaraq ABŞ-nin hava əməliyyatı. == Əməliyyat == Əməliyyat iki mərhələdə həyata keçirilib: "Alovlanan nizə I" — 7–8 fevral tarixlərində keçirilən hücumlara cavab olaraq Kemp-Hollovey vertolyot bazasına və Cənubi Vyetnam II Korpusunun Pleykuda yerləşən qərargahına edilən hücumlar ilə eyni gecədə həyata keçirilmişdir. Zərbə ABŞ Hərbi Dəniz Qüvvələri və Cənubi Vyetnam Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr tərəfindən həyata keçirilmişdir. "Alovlanan nizə II" — 11 fevralda amerikalı hərbi məsləhətçilərin yaşadığı Kuinyon şəhərindəki otelin bombalanmasına cavab olaraq keçirilmişdir. İki reyd zamanı Amerika və Cənubi Vyetnam təyyarələri Cənubi Vyetnama göndərilmədən əvvəl Şimali Vyetnam ordusunun əsgərlərinin təlimi ilə əlaqəli Şimali Vyetnamın cənubunda (Vyetnam silahsızlaşdırılmış zonasının şimalında) yerləşən hərbi obyektlərə hücum edilmişdir. == Məna == "Alovlanan nizə" əməliyyatı ABŞ təyyarələrinin müharibə başlayandan bəri Şimali Vyetnamı ikinci dəfə bombardman etməsi idi. 1964-cü ilin avqustunda "Deşici ox" əməliyyatı zamanı yalnız bir hava hücumu edilmişdi.
Kəndim+nizə qayıdın!?
== Məzmun == Filmdə hadisələr can üstdə olan Ziyadxan kişinin (Rauf Şahsuvarov) öz övladlarını başına yığması ilə başlayır. İllərlə atalarına baş çəkməyən, xüsusən də analarının ölümündən sonra ataları ilə maraqlanmayan övladların fərsizliyi, naxələfliyi ifşa edilir. Filmdə ən acınacaqlı hal ölüm ayağında olan Ziyadxan kişinin adicə kəlimeyi-şəhadətini də bilməməsidir. Lakin ingilis Maykl (Elman Rəfiyev) həm türkcə təmiz danışır, həm də müsəlmanın kəlimeyi-şəhadətini yaxşı bilir. Bu isə əcnəbilərin bizi özümüzdən daha yaxşı tanıdığına ünvanlanan uğurlu ştrixdir. Onun elə azəri qızı Məryəmlə (Aynur Dadaşova) evlənmək istəyi və Ziyadxan kişini Gülnisə arvadla (Brilliant Babayeva) evləndirməsi də əslində bir sıra beynəlxalq siyasi atmacalardan xəbər verir. Elə milli-mənəvi problemləri ortaya qoyan nüanslar da bu filmdə az deyil. Cəbhəyə getməkdən qorxub, illərdir öz evinin çardağında gizlənən Nuruşun (Azər Axşam) tez-tez bəlağətlə "Təki Vətən sağ olsun!" deməsi, II Dünya Müharibəsinin iştirakçısı Gopçu Musanın (Elnur Hüseynov) Qarabağın müdafiəsi uğrunda döyüşlərdən basıb-bağlaması çox incə mətləbləri açıq ifadə edir.
Kəndim+nizə qayıdın!? (film, 2007)

Üç milyon bambuk nizə nəzəriyyəsi
Üç milyon bambuk nizə nəzəriyyəsi (竹槍三百万本論, Takeyari sanbyakuman bonron) – Yaponiya imperator ordusunun generalı Sadao Araki tərəfindən irəli sürülmüş iddia. Bu nəzəriyyəyə görə Yaponiya özünü 3 milyon bambuk nizə ilə müdafiə edə bilər. == Haqqında == Sadao Araki "Bambuk nizə generalı" kimi tanınmış, tez-tez bambuk nizələr haqqında fikirlər bildirmişdir. Bu mövzu haqqında ən məşhur fikrini 1933-cü ilin oktyabrında ordu naziri olduğu dövrdə bir qrup xarici jurnalistə verdiyi bir müsahibədə səsləndirmişdir: "Əgər bizim üç milyon bambukumuz olsaydı, böyük güclərdən qorxmaq üçün heç bir səbəbimiz qalmazdı". === Arakinin bambuk nizə fikirləri === Araki 7 mart 1933-cü ildə Britaniyanın Yaponiyadakı səfirliyində Corc Bernard Şou ilə müasir silahlar haqqında müzakirə apararkən bambuk nizələrin adını çəkmişdir: Araki 22 oktyabr 1933-cü ildə Fukui prefekturasında keçirilmiş bir hərbi təlimdən sonra bambuk nizələr haqqında fikir bildirmişdir: 13 may 1935-ci ildə Araki jurnalist Tanzan İşibaşi ilə öz evində baş tutmuş görüş zamanı bu fikirləri bildirmişdir: == İkinci Dünya müharibəsində bambuk nizələr == İkinci Dünya müharibəsi illərində bambuk nizələr Yaponiya ordusu tərəfindən "standart silah" kimi istifadə olunmuş, ABŞ əsgərlərini bambuk nizə ilə öldürməyi göstərən nəşrlər buraxılmışdır.

Digər lüğətlərdə